Month: September 2025

  • Prezident vyetnamlı həmkarına məktub ünvanlayıb

    Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonqa təbrik məktubu ünvanlayıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Vyetnam Sosialist Respublikasının müstəqilliyinin 80-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost Vyetnam xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

    Böyük inkişaf yolu keçmiş Vyetnam bu gün bütün sahələrdə sanballı nailiyyətlər əldə etmiş və uğurlara imza atmışdır.

    Xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələrinin inkişaf səviyyəsi məmnunluq doğurur. May ayında Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana dövlət səfəri ikitərəfli əlaqələrimizin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində bir sıra istiqamətlər üzrə imzalanmış sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” Azərbaycan-Vyetnam əlaqələrini daha yüksək pilləyə qaldırdı.

    Hazırda ölkələrimiz arasında iqtisadiyyat, ticarət, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər sahələr üzrə böyük əməkdaşlıq potensialı mövcuddur. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan səmərəli əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Biz sağlam təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizi bundan sonra da inkişaf etdirmək əzmindəyik.

    Əminəm ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Vyetnam arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

    Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Vyetnam xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

  • Пашинян: Армения существовала за счет других государств

    Премьер-министр Армении Никол Пашинян выступил с неожиданным признанием, заявив, что в прошлом его страна существовала за счет других государств.

    Об этом он написал в своем Facebook-аккаунте.

    “В прошлом Республика Армения (РА) существовала за счет других государств и для них. Сегодня же РА существует за свой счет, за счет своих граждан и для них”, – подчеркнул Никол Пашинян в своем посте.

  • Paşinyan etiraf etdi: “Ermənistan digər dövlətlərin hesabına mövcud olub”

    Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, onun ölkəsi əvvəlki dövrlərdə digər dövlətlərin hesabına mövcud olub.

    N.Paşinyan bu barədə öz “Facebook” hesabında paylaşım edib.

    “Keçmişdə Ermənistan Respublikası digər dövlətlərin hesabına və onlar üçün mövcud olub. Bu gün isə Ermənistan Respublikası öz hesabına, öz vətəndaşlarının hesabına və onlar üçün mövcuddur”, – deyə N.Paşinyan paylaşımında qeyd edib.

  • Sinif yoldaşını bayram günü qətlə yetirən şəxs həbsdə də cinayət törətdi

    2021-ci il dekabrın 31-də – Yeni il bayramı gecəsi qətl törədən 37 yaşlı Asim Nəcəfov həbsxanada da cinayət törədib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 16 illik həbsə məhkum edilmiş şəxs Nizami rayonunda saxlanıldığı 15 saylı cəzaçəkmə müəssisəsində oranın baş inspektoru-rəisin növbətçi köməkçisi ədliyyə mayoru S.Kərimovu (şərti) yumruqla vurub. Belə ki, 30 günlük cərimə təcridxanasına salınmış Asim valideynləri ilə görüş yerinə aparılarkən müəssisənin baş inspektoru ilə digər əməkdaşının onu müşayiət etməsinə etirazını bildirib. Bu zaman o, yumruqla ədliyyə mayoruna zərbə endirib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsi ilə iş açılıb.

    Cinayət işinin materialları Nizami Rayon Məhkəməsinə göndərilib.

    Məhkəmə Asimin bu əmələ görə 5 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Ona daha əvvəl təyin olunmuş 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi olan 12 il 7 ay 16 gün müddəti yeni hökmlə qismən birləşdirilib. Beləliklə, məhkumun qalan cəza müddəti 13 il 6 ay müəyyən edilib.

    Qeyd edək ki, A.Nəcəfov 4 il öncə paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 116 ünvanında 1989-cu il təvəllüdlü sinif yoldaşı Şahmar Balayevi qətlə yetirib.

  • Сын скандального экс-завотделением ЦРБ арестован за мошенничество

    Сын бывшего заведующего отделением Бейлаганской центральной районной больницы (ЦРБ), стоматолог Фуад Гулиев, привлечён к уголовной ответственности.

    Как сообщает Oxu.Az, он обвиняется в злоупотреблении доверием граждан и присвоении принадлежавших им денежных средств.

    Выяснилось, что он под предлогом оказания стоматологических услуг забрал у отдельных лиц денежные суммы в размере 4 500, 4 000, 2 600, 800 и 600 манатов.

    На основании обращений граждан, поступивших в Главное управление по борьбе с организованной преступностью Министерства внутренних дел (МВД), в отношении Ф.Гулиева было возбуждено уголовное дело по статье 178 (мошенничество) Уголовного кодекса Азербайджанской Республики, по решению суда он был арестован.

    По данному факту продолжается расследование.

    Отметим, бывший завотделением Бейлаганской ЦРБ Фахреддин Гулиев недавно привлек к себе внимание благодаря распространившемуся видео с его неэтичным поведением на рабочем месте.

  • Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu dələduzluğa görə HƏBS EDİLDİ

    Beyləqan Rayon Mərkəzi Xəstəxanasının sabiq şöbə müdirinin oğlu, həkim-stomatoloq Fuad Quliyev cinayət məsuliyyətinə cəlb edilib.

    O, müxtəlif şəxslərin etibarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilir.

    Onun rayonda stomatoloji xidmət göstərəcəyi adı ilə ayrı-ayrı şəxslərin 4.500, 4.000, 2.600, 800 və 600 manat məbləğlərində pul vəsaitlərini ələ keçirməsi məlum olub.

    DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında F.Quliyev barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanıb və məhkəmə qərarı ilə həbs olunub.

    Fakt üzrə istintaq tədbirləri davam etdirilir.

    Xatırladaq ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının sabiq şöbə müdiri Fəxrəddin Quliyev bir müddət əvvəl iş yerində qeyri-etik görüntüləri ilə gündəmə gəlmişdi.
    //oxu.az

  • В Ханкенди сносят здание, являвшееся “символом” сепаратистов – Видео

    В Ханкенди сносят здание т.н. “министерства иностранных дел” самопровозглашенного режима.

    Соответствующие кадры распространило Азербайджанское телевидение (AzTV).

    Отметим, что здание не имеет никакой исторической ценности. Данное строение использовалось армянскими сепаратистами как здание т.н. “министерства иностранных дел”.

  • Xankəndidə separatçıların “SİMVOL”U olan tikili SÖKÜLDÜ – Video

    Xankəndidə qondarma rejimin “xarici işlər nazirliyinin” binası sökülüb.

    Bununla bağlı görüntüləri AzTV yayıb.

    Qeyd edək ki, binanın heç bir tarixi əhəmiyyəti yoxdur. Həmin tikili erməni separatçıları tərəfindən “xarici işlər nazirliyinin” binası kimi istifadə edilirdi.

    Binanın söküntü işlərinə məhz bu gün başlanılması Azərbaycan üçün rəmzi məna daşıyır. Çünki məhz sentyabrın 2-si Azərbaycanın işğal olunmuş tarixi ərazilərində qondarma rejimin elan olunmasının “ildönümü” kimi qeyd edilirdi.

    Söküntü görüntülərini təqdim edirik:

  • Вооруженное ограбление в Шекинском районе: полиция задержала двух подозреваемых – Видео

    В селе Кичик Дехне Шекинского района ночью неизвестные в масках проникли в один из домов, связали хозяина и, угрожая холодным оружием, похитили денежные средства.

    Как сообщили в шекинской региональной группе пресс-службы Министерства внутренних дел, в результате оперативных мероприятий, проведенных сотрудниками Шекинского районного отдела полиции, были установлены и задержаны подозреваемые в совершении преступления: 40-летний Анар Садыгов и его знакомый 47-летний Турал Асадов.

    По данному факту возбуждено уголовное дело, решением суда в отношении обоих лиц избрана мера пресечения в виде ареста. Расследование продолжается.

  • Şəkidə evə basqın edən maskalı şəxslər tutulublar – Video

    Şəki rayonunun Kiçik Dəhnə kəndində gecə saatlarında mənzillərdən birinə daxil olan maskalı şəxslər ev sahibinin əl-qolunu bağlayaraq kəsici alətlə ona hədə-qorxu gəlib pulunu ələ keçiriblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

    Verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı Anar Sadıqov və tanışı 47 yaşlı Tural Əsədov müəyyən olunaraq saxlanılıblar.

    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.