Month: September 2025

  • Bakı yaşayış xərclərinə görə dünyada 340-cı yeri tutub

    Bu ilin I yarısında Bakı yaşayış xərclərinə görə şəhərlər reytinqində 340-cı yeri tutub.

    Median.Az bu barədə dünyanın ən böyük məlumat bazalarından biri olan “Numbeo”ya istinadən xəbər verir.

    Reytinqdə aşağı sırada olmaq şəhərdə yaşayış xərclərinin daha münasib olduğunu göstərir.

    Müqayisə üçün, İrəvan 257-ci, İstanbul 258-ci, Moskva 230-cu, Tbilisi isə 316-cı yerdə qərarlaşıb.

    Hesabatda qeyd olunur ki, “yaşayış xərcləri indeksi” ərzaq məhsulları, restoran xidmətləri, nəqliyyat və kommunal xərclərin qiymətlərinə əsaslanır.

  • TƏBİB: 10-месячный младенец из Астары поступил в больницу в коматозном состоянии

    10-месячный младенец из Астаринского района был госпитализирован в критическом состоянии.

    Об этом сообщили в ответ на запрос Oxu.Az в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    “1 сентября в 20:00 мальчик был доставлен в отделение скорой медицинской помощи Лянкяранской центральной районной больницы в коматозном состоянии.

    При первичном осмотре у ребенка не наблюдалось сердцебиения и пульса.

    Несмотря на все необходимые медицинские услуги и усилия врачей, в 20:30 был зафиксирован факт смерти младенца”, – говорится в информации.

    Напомним, минувшим днем у жителя села Сиякю Эльджана Гасанзаде (2024 г.р.) поднялась температура.

    Родители мальчика, решив, что он отравился, дали ему выпить воду с пищевой содой. После этого состояние ребенка ухудшилось.

  • TƏBİB: “Astarada ölən 10 aylıq körpə xəstəxanaya çatdırılarkən ürək və nəbz döyüntüləri olmayıb”

    Astarada ölən 10 aylıq körpə komatoz vəziyyətdə xəstəxanaya çatdırılıbmış.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    Bildirilib ki, ilkin müayinə zamanı körpədə ürək və nəbz döyüntüləri müşahidə edilməyib:

    “Sentyabrın 1-də saat 20:00-da bir körpə (kişi cinsli) komatoz vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    İlkin müayinə zamanı körpədə ürək və nəbz döyüntüləri müşahidə edilməyib.

    Göstərilən bütün zəruri tibbi xidmətlərə və həkimlərin səylərinə baxmayaraq, saat 20:30-da körpənin ölüm faktı qeydə alınıb”.

    Xatırladaq ki, ötən gün Astara rayonunun Siyəkü kənd sakini – 2024-cü il təvəllüdlü körpə Elcan Taleh oğlu Həsənzadənin bədən hərarəti yüksəlib, körpənin valideynləri zəhərləndiyini düşünərək ona sodalı su içiriblər.

  • ДТП в Лянкяране: есть погибший

    В Лянкяране произошло дорожно-транспортное происшествие (ДТП) с летальным исходом.

    Как сообщает Oxu.Az, автомобиль Toyota Prius, за рулём которого находился Джавид Джейхун оглу Сафарли (2002 г.р.), сбил велосипедиста Расима Джебраил оглу Теймурова (1976 г.р.). От полученных травм Р.Теймуров скончался.

    По данному факту в следственном отделении Лянкяранского городского райотдела полиции ведется расследование.

  • Lənkəranda “Prius” qəza törətdi: Ölən var

    Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə şəhər ərazisində qeydə alınıb.

    2002-ci il təvəllüdlü Cavid Ceyhun oğlu Səfərli idarə etdiyi “Toyota Prius” avtomobili ilə hərəkətdə olarkən yolda velosiped sürən 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub. Hadisə zamanı R.Teymurov aldığı xəsarətlərdən ölüb.

    Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
    //oxu.az

  • Bakı şəhərində talama cinayətləri törədənlər saxlanıldı

    Paytaxtın Binəqədi və Nəsimi rayonlarında iki vətəndaşa məxsus içərisində 2280 manat nağd pul, 2 mobil telefon, bank kartı və sənədlər olan çantalar oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə məlumat veriblər.

     
    Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 26 yaşlı O.Məmmədov, tanışı 22 yaşlı R.Sadiqov və əvvəllər məhkum olunmuş 47 yaşlı X.Əliyev saxlanılıblar.
     
    Faktlarla bağlı araşdırmalar aparılır.

  • Bu şəxslər üçün əlavə imtahan keçiriləcək

    Dövlət İmtahan Mərkəzi 2025-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 7-də əlavə imtahan keçirəcək.

    Bu barədə DİM məlumat yayıb.
    Bildirilib ki, bundan əlavə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.
    İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.
    İmtahanda iştirak edəcək şagirdlər Dövlət İmtahan Mərkəzinin saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

  • Yol Polisindən velosiped idarə edənlərə MÜRACİƏT

    DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən velosiped idarə edənlərə müraciət edib.

    İdarədən verilən məlumata görə, müraciətdə deyilir:
    “Ölkəmizdə sağlam həyat tərzinin təşviqi və ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi kimi velosipeddən istifadənin artması sevindirici haldır. Lakin unudulmamalıdır ki, velosipedçilər də yol hərəkətinin bərabərhüquqlu iştirakçılarıdır və müəyyən edilmiş qaydalara əməl etməyə borcludurlar.
    Son vaxtlar müşahidələr göstərir ki, bəzi velosipedçilərin yol hərəkəti qaydalarını pozması nəticəsində xoşagəlməz hadisələr baş verir, bu isə onların xəsarət alması, bəzən isə həyatını itirməsi ilə nəticələnir.
    Xatırladırıq ki, velosiped sürərkən əlləri sükandan çəkərək telefonla danışmaq yolverilməzdir. İstiqaməti dəyişərkən və ya yolayrıcında dönərkən qəfil manevrlərə yol verilməməli, digər hərəkət iştirakçıları əvvəlcədən əl işarəsi ilə xəbərdar edilməlidir. Bundan başqa, xüsusi velosiped zolaqları olan yerlərdə yalnız həmin zolaqlardan, digər hallarda isə yolun sağ kənarından istifadə olunması vacibdir.
    Unutmayın ki, yol hərəkəti qaydalarına riayət etmək – həyatınızı qorumağın ən etibarlı yoludur”.

  • Dövlət başçısı “Powerchina group”un icraçı vitse-prezidenti ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində “Powerchina group” şirkətlər qrupunun icraçı vitse-prezidenti Xı Yınfen ilə görüşüb.

    Görüşdə şirkətin ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub.
    Yaşıl enerji, ətraf mühitin mühafizəsi, su resurslarının idarəolunması, çirkab suların təmizlənməsi, elektroenergetika və yaşıl hidrogen layihələri, tikinti, avadanlıq istehsalı sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
    Eyni zamanda, Günəş və külək elektrik stansiyalarının inşası, “ağıllı enerji sistemləri”nin inteqrasiyası və yerli mütəxəssislərin hazırlanması üzrə əməkdaşlıqla bağlı perspektivlərə dair fikir mübadiləsi aparılıb.

  • Abşeronun bu ərazilərində işıq KƏSİLƏCƏK

    Bu gün Abşeron rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

    Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
    Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədi ilə Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində sentyabrın 2-də təmir-bərpa işləri aparılacaq.
    Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Xırdalan şəhəri Əhməd Cavad, Tofiq Bayramov, Vəli Axundov küçələri, Heydər Əliyev prospektinin bir hissəsi, saat 10:00-dan 14:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Həzi Aslanov, Hüseyn Arif küçələri, Qobu qəsəbəsi Kərpic zavodun ətrafında yerləşən yaşayış yerlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
    Təmir-bərpa işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.