Month: September 2025

  • KİV: Pakistan Ermənistanla diplomatik münasibətlərin qurulması qərarını Azərbaycanla razılaşdırıb

    Pakistan Azərbaycanla məsləhətləşmələr apardıqdan sonra Ermənistanla diplomatik münasibətlər qurmaq qərarına gəlib.

    Bu barədə “Report” “AnewZ” telekanalına istinadən məlumat verir.

    Pakistan və Ermənistanın xarici işlər nazirləri ötən həftə keçirilən görüşdə diplomatik münasibətlərin qurulması imkanlarının nəzərdən keçirilməsini razılaşdırıblar. Bununla yanaşı, nazirlər avqustun 31-də Çinin Tiencin şəhərində iki ölkə arasında diplomatik münasibətlərin qurulması haqqında birgə kommünike imzalayıblar.

    “Pakistanın Ermənistanla diplomatik münasibətlərin qurulması imkanını nəzərdən keçirməklə bağlı qərarı Bakı ilə ölkənin sülh gündəliyi çərçivəsində razılaşdırılıb. Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqton görüşündən sonra İslamabadla müzakirələr aparılıb, bundan sonra isə sözügedən təşəbbüs razılaşdırılıb”, – telekanal qeyd edir.

    Pakistan İrəvanla münasibətlərini Ermənistanın Azərbaycan ərazilərinin işğalına başlamasından sonra dayandırıb və uzun illər ərzində Ermənistanı təcavüzkar dövlət kimi tanıyıb.

    “İslamabad Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qəbul edilməsinə də əhəmiyyətli töhfə verib. Ekspertlər qeyd edirlər ki, Pakistanın bu addımı (Ermənistanla münasibətlərin normallaşdırılması – red.) Azərbaycanın sülh gündəliyinin bir elementi və Vaşinqton razılaşmalarının birbaşa nəticəsi kimi qiymətləndirilməlidir”, – “AnewZ” vurğulayır.

  • Вертолет пропал в Индонезии, на борту находились 8 человек

    Вертолет с двумя членами экипажа и шестью пассажирами на борту пропал в провинции Южный Борнео в Индонезии.

    Об этом сообщает Median.Az со ссылкой на агентство Reuters.

    “Вертолет пропал в районе Мантеве, провинция Южный Борнео”, – сообщил глава спасательного агентства И Путу Судаяна.

    Он добавил, что в поисках участвуют агентство по ликвидации последствий стихийных бедствий и полиция.

    Спасательные службы сообщили, что в районе инцидента ведутся поиски вертолета.

  • İndoneziyada göyərtəsində 8 nəfərin olduğu helikopter radardan itib

    İndoneziyada Cənubi Borneo əyalətində göyərtəsində iki ekipaj üzvü və altı sərnişin olan helikopter radardan itib.

    Bu barədə Median.Az “Reuters”ə istinadən xəbər verir.

    “Helikopter Cənubi Borneo əyalətinin Manteve bölgəsində radardan itib”, – xilasetmə agentliyinin rəhbəri İ Putu Sudayana bildirib.

    Xilasetmə xidmətləri hadisə yerində helikopterin axtarışlarının aparıldığını bildiriblər.

  • Оверчук: Россия намерена работать с Азербайджаном для улучшения экономического сотрудничества

    Россия и Азербайджан намерены работать для улучшения экономического взаимодействия.

    Как сообщает Median.Az со ссылкой на российские СМИ, об этом журналистам заявил вице-премьер РФ Алексей Оверчук.

    “Мы проводили межправкомиссию, и в области экономики, мы с двух сторон отметили, что у нас сотрудничество развивается. И то сотрудничество, которое есть между Россией и Азербайджаном, оно является очень важным для двух наших стран. И мы работаем над тем, чтобы эти отношения улучшались”, – сказал он.

    Отметим, что последнее заседание МПК Азербайджан-Россия прошло 22 августа 2025 года в Астрахани.

  • Rusiya Baş nazirinin müavini: Azərbaycanla münasibətlərin yaxşılaşdırılması üçün işləyirik

    Rusiya və Azərbaycan iqtisadi qarşılıqlı fəaliyyətin yaxşılaşdırılması üçün işləmək niyyətindədir.

    Bunu jurnalistlərə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

    “Biz Hökumətlərarası Komissiyanın iclasını keçirdik. Qeyd etdik ki, iqtisadiyyat sahəsində əməkdaşlığımız inkişaf edir. Rusiya ilə Azərbaycan arasında olan əməkdaşlıq iki ölkə üçün çox vacibdir. Biz bu münasibətlərin yaxşılaşdırılması üçün işləyirik”, – o bildirib.

    Qeyd edək ki, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın sonuncu iclası 2025-ci il avqustun 22-də Həştərxanda keçirilib.

  • “Bakı Kart” nizamnamə kapitalını bir qədər də azaldır

    Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan “Bakı Kart”ın operatoru – “K Group” MMC nizamnamə kapitalını daha 6,8 milyon manat və yaxud 35,2 % azaldaraq 19,3 milyon manatdan 12,5 milyon manata endirdiyini elan edib.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Xatırladaq ki, bundan əvvəl – bu ilin aprel ayında “K Group” nizamnamə kapitalını 23 milyon manatdan 19,3 milyon manata endirmişdi.

    Xatırladaq ki, “K Group” 2014-cü ildə yaradılıb.

  • Азербайджанские паралимпийские стрелки завоевали 2 лицензии на чемпионат мира

    Азербайджанские паралимпийские стрелки завоевали две лицензии на чемпионат мира.

    Об этом Report сообщили в Национальном паралимпийском комитете Азербайджана.

    Камран Зейналов и Айбениз Бабаева, выступавшие на Международном Гран-при в Нови-Саде, обеспечили себе право участия в чемпионате мира.

    Камран Зейналов завоевал золотую медаль в стрельбе с 10 метров (P1), а на дистанции 50 метров (P4) занял 4-е место. Айбениз Бабаева, участница Летних Паралимпийских игр Париж-2024, завершила соревнования на 4-м и 8-м местах соответственно.

    Отметим, что чемпионат мира пройдет в этом году с 25 октября по 5 ноября в Дубае.

  • Azərbaycanın paragüllə atıcıları dünya çempionatına 2 lisenziya qazanıblar

    Azərbaycanın paragüllə atıcıları dünya çempionatına 2 lisenziya qazanıblar.

    Bu barədə “Report”a Milli Paralimpiya Komitəsindən məlumat verilib.

    Serbiyanın Novi Sad şəhərində keçirilən Beynəlxalq Qran-pridə iştirak edən Kamran Zeynalov və Aybəniz Babayeva göstərdikləri yüksək nəticələr sayəsində mundiala lisenziya əldə ediblər.

    10 metr məsafədən atəş açmada (P1) K.Zeynalov qızıl medal qazanıb, 50 metr məsafədə (P4) isə 4-cü yeri tutub. Paris-2024 Yay Paralimpiya Oyunlarının iştirakçısı olan Aybəniz Babayeva isə yarışı müvafiq olaraq 4-cü və 8-ci pillələrdə başa vurub.

    Qeyd edək ki, dünya çempionatı 2026-cı il sentyabrın 3-dən 14-nə qədər Cənubi Koreyanın Çhanvon şəhərində keçiriləcək.

  • Завтра в Азербайджане ожидается до 35° тепла

    Завтра в Азербайджане температура воздуха прогреется до 35°.

    Как сообщили в Национальной службе гидрометеорологии, в Баку и на Абшеронском полуострове погода ожидается преимущественно без осадков, северо-западный ветер утром сменится юго-восточным.

    Температура воздуха ночью составит 20-24° тепла, днем – 30-35° тепла. Атмосферное давление будет на уровне 755 мм рт.ст., относительная влажность воздуха составит 70-75% ночью и 35-40% днем.

    В регионах Азербайджана погода также ожидается преимущественно без осадков. Ночью и утром в некоторых горных районах будет туман. Подует умеренный восточный ветер.

    Температура воздуха ночью составит 20-25° тепла, днем – 34-39° тепла, в горах ночью – 13-18° тепла, днем – 20-25° тепла.

  • Sabah 35 dərəcə isti olacaq – PROQNOZ

    Azərbaycanda sentyabrın 2-də 35 dərəcə isti gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.