Month: September 2025

  • Husilər İsrailin neft tankerini vurublar

    Husilər Qırmızı dənizdə İsrailin “Scarlet Ray” neft tankerini vurublar.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, Liberiya bayrağı altında üzən İsrailə məxsus tanker Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki Yanbu liman şəhərinin cənub-qərbində yaxınlıqda hücuma məruz qalıb. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, gəminin ekipajı “naməlum mərminin bilavasitə yaxınlığında sıçrayış olduğunu və güclü partlayış səsi eşitdiyini” bildirib. Onlar qeyd ediblər ki, bütün heyət təhlükəsizdir və gəmi öz marşrutunu davam etdirir.

  • Naxçıvanda çörək sexində nöqsanlar aşkarlandı

    Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Kəngərli rayonunun Qıvraq qəsəbəsində fəaliyyət göstərən Yuşə Niyaz oğlu Məmmədova məxsus çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib.

    Müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi aşkarlanıb.

    Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib, sahibkar barəsində protokol tərtib olunub və çatışmazlıqlar aradan qaldırılanadək emal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

    Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün qida obyektləri dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib.

    Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcək.

  • Abşeronda narkokuryerlikdə təqsirləndirilən şəxslər həbs olunublar

    Abşeronda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, tədbirlər zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı Nizami Hüseynov, 24 yaşlı Azər Məmmədov, 51 yaşlı Hikmət İsmayılov, həmçinin əvvəllər məhkum olunmuşlar – 42 yaşlı Balaqardaş Hacıyev və 34 yaşlı Həmid Mahmudov saxlanılıblar.

    Həmin şəxslərdən ümumilikdə 5 kiloqrama yaxın psixotrop maddə metamfetamin, müxtəlif adda narkotik vasitə, 54 ədəd güclü təsiredici hesab edilən pregabalin həbi və narkotiklərin satışında istifadə edilən elektron tərəzilər aşkarlanıb.

    Saxlanılanlar sosial şəbəkələrdə tanış olduqları şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edildiklərini bildiriblər.

    Faktlarla bağlı cinayət işi başlanılıb. Adları sadalanan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • “Aston Villa” “Mançester Yunayted”in futbolçusunu transfer edib

    İngiltərənin “Aston Villa” klubu Premyer Liqanın digər təmsilçisi “Mançester Yunayted”dən Viktor Lindelöfü transfer edib.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Qeyd edək ki, 31 yaşlı müdafiəçi 2017-ci ildən Mançester klubunun formasını geyinirdi.

  • В Сиднее неизвестный врезался на автомобиле в ворота консульства РФ

    В Сиднее неизвестный врезался на автомобиле в ворота консульства РФ в Австралии.

    Об этом сообщает Reuters.

    Полиция сообщила, что подозреваемый был арестован и ему предъявлены обвинения в уничтожении имущества и хранении холодного оружия. В правоохранительных органах также отметили, что водитель перелез через забор и проник на территорию, а затем вернулся к своему автомобилю.

    О мотивах правонарушителя не сообщается.

  • Sidneydə naməlum şəxs avtomobili Rusiya konsulluğuna çırpıb

    Sidneydə naməlum şəxs idarə etdiyi avtomobili Rusiyanın Avstraliyadakı konsulluğunun darvazasına çırpıb.

    Bu barədə “Reuters” məlumat yayıb.

    Polis bildirib ki, şübhəli şəxs həbs edilib və ona əmlakı məhv etmə və soyuq silah saxlama ittihamları irəli sürülüb. Qeyd olunub ki, sürücü hasardan aşaraq əraziyə daxil olub, daha sonra isə avtomobilinə qayıdıb.

    Onun hərəkətlərinin motivləri barədə məlumat verilməyib.

  • Ərzaq təhlükəsizliyində yeni mərhələ: Azərbaycanın buğda idxalı coğrafiyası dəyişir – ARAŞDIRMA

    Son aylarda dünya ərzaq bazarında diqqəti cəlb edən əsas məsələlərdən biri buğdanın qiymət dinamikasıdır. İqlim dəyişiklikləri, regional münaqişələr, logistik xərclərin artması və ixrac siyasətlərindəki dəyişikliklər taxıl bazarına birbaşa təsir göstərir. Bu baxımdan Rusiyanın vəziyyəti xüsusi maraq doğurur. Çünki Rusiya uzun illərdir qlobal buğda ixracında lider mövqeyini qoruyur və dünya tələbatının böyük bir hissəsini təmin edir. Lakin son aylarda baş verən qiymət artımları və ixrac həcmlərinin azalması Rusiyanın bazar üstünlüyünü sarsıtmağa başlayıb.

    Avqust-sentyabr aylarında Rusiyadan ixrac olunacaq buğdanın qiyməti ton başına 5 ABŞ dolları bahalaşaraq 242 dollara çatıb. Bu göstərici hətta ötən illə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəkdir: 2024-cü ildə Rusiya buğdasının bir tonu təxminən 220 ABŞ dollarına satılırdı. Hazırda isə qiymət baxımından Rusiya rəqiblərinə uduzur. Məsələn, Fransa buğdası 237 dolları, ABŞ buğdası 218 dolları, Argentina buğdası isə 234 ABŞ dolları civarında təklif olunur.

    Rusiya buğdası rəqabət üstünlüklərini itirir

    Qiymətlərin bahalaşması artıq ixrac göstəricilərinə də təsirini göstərib. Bu ilin avqust ayının ilk yarısında Rusiyadan cəmi 1,3 milyon ton buğda ixrac olunub. Halbuki ötən ilin eyni dövründə bu rəqəm 5,6 milyon tondan artıq idi. Bu, bazar payının əldən verilməsi riskinin artdığını göstərir.

    Azərbaycan ərzaqlıq buğdaya olan tələbatının böyük hissəsini idxal hesabına ödəyir və bu baxımdan Rusiyanın bazardakı mövqeyi həmişə strateji əhəmiyyət kəsb edib. Son beş ilin statistikasına əsasən, ölkəmizə idxal olunan buğdanın 78-99 %-i məhz Rusiyanın payına düşüb. Belə ki, 2020-ci ildə xaricdən alınan buğdanın 98,9 %-i, 2021-ci ildə – 95,3 %-i, 2022-ci – 78,2 %-i, 2023-cü ildə – 87 %-i, 2024-cü ildə – 90,2 %-i Rusiyanın payına düşüb.

    Lakin 2025-ci ildə vəziyyət dəyişib. Cari ilin ilk yarısında Azərbaycana ümumilikdə 130,7 milyon ABŞ dolları dəyərində 602 255 ton buğda gətirilib. Bunun 115,73 milyon ABŞ dolları dəyərində 541 127 tonu Qazaxıstandan, 14,93 milyon ABŞ dolları dəyərində 61 118 tonu Rusiyadan, 6,23 min ABŞ dolları dəyərində 8,55 tonu isə Türkiyədən idxal olunub. Bu dəyişiklik göstərir ki, Azərbaycan artıq ənənəvi olaraq Rusiyadan asılılıqdan çıxaraq buğda idxalının coğrafiyasını şaxələndirməyə başlayıb.

    İdxal vektoru kəskin dəyişib

    Bir il əvvəlki göstərici ilə müqayisədə Rusiyadan Azərbaycana buğda tədarükü kəskin azalıb. Belə ki, bu ilin II rübündə şimal qonşumuzdan cəmi 4,6 min ton buğda idxal olunub. Halbuki ötən ilin eyni dövründə 174 min ton, yəni 38 dəfə çox buğda gətirilmişdi. Bu ilin 6 ayında Rusiya buğdasının tədarük həcmi 6 dəfə azalıb.

    Əksinə, Qazaxıstandan idxalın həcmi sürətlə artıb. Ötən il bu ölkədən Azərbaycana buğda yalnız oktyabr ayından etibarən (3,2 min ton) tədarük olunmağa başlanlıb və ilin sonuna qədər ümumilikdə 125,32 min ton buğda idxal edilb. Bu ilin ilk 6 ayında isə Qazaxıstandan gətirilən buğdanın həcmi ötən ilin bütün ili ərzindəki göstəricini 4,3 dəfə üstələyib.

    Qiymət fərqi də bu dəyişikliyə təsir edən əsas amillərdəndir. Cari ildə Azərbaycana idxal edilən Qazaxıstan buğdasının hər tonunun orta qiyməti 214 ABŞ dolları təşkil edib. Rusiyadan gətirilən buğdanın qiyməti isə ton başına 244 dollar olub. Müqayisə üçün, ötən ilin eyni dövründə Rusiya buğdasının hər tonu 221 dollara satılırdı.

    Qazaxıstanın rəqabət üstünlüyünü artıran daha bir amil isə dövlət dəstəyi mexanizmidir. 2025-ci ildən bu ölkədə buğda ixracatçılarına daşınma məsafəsindən asılı olaraq hər ton üçün 20-30 min tenge subsidiya verilir. Bu mexanizm sayəsində Qazaxıstan buğdası daha uzaq bazarlarda da rəqabətqabiliyyətli olub.

    Yeni mövsümün ən mühüm nəticələrindən biri də ixrac coğrafiyasının genişlənməsidir. Qazaxıstan ilk dəfə Belçika, Polşa, Portuqaliya, Norveç və Böyük Britaniyaya buğda tədarükünə başlayıb. Bundan əlavə, son beş il ərzində dayandırılmış Gürcüstan və Türkiyə istiqamətindəki tədarüklər də bərpa edilib. Eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri, Vyetnam və Şimali Afrika ölkələrindən olan alıcıların Qazaxıstan məhsullarına marağı artmaqdadır.

    Qazaxıstan fəal qlobal taxıl ekspansiyasına start verib

    2024-cü ilin sentyabrından 2025-ci ilin iyul ayına qədər Qazaxıstan xarici bazarlara ümumilikdə 12,4 milyon ton taxıl və un (taxıl ekvivalentində) ixrac edib. Bu göstərici 2023/2024-cü ilin eyni dövrü ilə müqayisədə 34 % çoxdur (9,3 milyon ton). Ən böyük artım isə Azərbaycana yönələn tədarüklərdə qeydə alınıb – cəmi bir ildə ixrac həcmi 120 dəfə artaraq 6 min tondan 723 min tona çatıb.

    Beynəlxalq Taxıl Şurasının (IGC) qiymətləndirmələrinə görə, cari mövsümdə Qazaxıstanda ümumi taxıl istehsalı 19,6 milyon ton, o cümlədən buğda istehsalı isə 15 milyon ton səviyyəsində gözlənilir. Avqustun 1-nə ölkədə 5,7 milyon ton taxıl ehtiyatı olub ki, bunun 4,8 milyon tonunu buğda, o cümlədən 4,4 milyon tonunu ərzaqlıq buğda təşkil edib. Bu ehtiyatlar qiymət dinamikasına birbaşa təsir göstərərək mövsümün əvvəlində bazarın sabit qalmasına imkan yaradıb.

    Digər tərəfdən, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına əsasən, 2025-ci ildə dünyada əvvəlki illə müqayisədə təxminən 2 milyon ton az buğda istehsal ediləcək və yekun rəqəm 806 milyon ton olacaq. Lakin istehsaldakı bu cüzi azalma qlobal bazarda qiymətlərin ciddi bahalaşmasına səbəb olmayacağı ehtimal edilir.

    Mövcud mənzərə göstərir ki, Azərbaycan buğda idxalında əsas diqqətini artıq Qazaxıstana yönəldib. Bu dəyişiklik həm qiymət amili, həm də Qazaxıstan hökumətinin ixracatçıları üçün tətbiq etdiyi subsidiyaların nəticəsi kimi ortaya çıxır. Rusiya buğdasının bahalaşması və ixrac həcmlərinin azalması fonunda Qazaxıstan daha çevik, rəqabətqabiliyyətli və yeni bazarlara açılan tərəfdaş kimi önə çıxır. Azərbaycanın idxal strukturundakı bu transformasiya ölkənin ərzaq təhlükəsizliyi və bazar sabitliyi baxımından mühüm strateji üstünlüklər qazandırır.
    //report.az

  • Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

    Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

    ANAMA-dan verilən məlumata görə, azad olunan ərazilərdə avqust ayı ərzində 141 tank əleyhinə mina, 565 piyada əleyhinə mina, 2628 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Həmçinin 6481.4 hektar ərazi minalardan təmizlənib.

    Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

  • Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 26 yaşlı qadın xilas edilib

    Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 26 yaşlı qadın xilas edilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib və 1999-cu il təvəllüdlü Jalə Şakir qızı Rzayeva xilas edilib.

  • СМИ: Исламабад согласовал с Азербайджаном решение об установлении дипотношений между Пакистаном и Арменией

    Пакистан принял решение об установлении дипломатических отношений с Арменией после проведения консультаций с Азербайджаном.

    Об этом сообщает Report со ссылкой на телеканал AnewZ.

    Главы МИД Пакистана и Армении провели на минувшей неделе, в ходе которого стороны договорились рассмотреть возможность установления дипломатических отношений. При этом 31 августа в китайском Тяньдзине главы МИД подписали совместное коммюнике об установлении дипломатических отношений между двумя странами.

    “Недавнее решение Пакистана рассмотреть возможность установления дипломатических отношений с Арменией было согласовано с Баку в рамках мирной повестки Азербайджана. После встречи лидеров Азербайджана, США и Армении в Вашингтоне состоялись обсуждения с Исламабадом, после чего инициатива была согласована”, – отмечает телеканал.

    Пакистан приостановил отношения с Ереваном после начала оккупации азербайджанских территорий и долгие годы неизменно признавал Армению государством-агрессором.

    “Исламабад также внес значительный вклад в принятие резолюций Совета Безопасности ООН, подтверждающих территориальную целостность Азербайджана. Эксперты отмечают, что данный шаг Пакистана (о нормализации отношений с Арменией – ред.) следует рассматривать как элемент мирной повестки Азербайджана и прямое следствие вашингтонских договоренностей”, – подчеркивает AnewZ.