Month: September 2025

  • Rusiyada sim-kartların üçüncü şəxslərə verilməsini qadağan edən qanun qüvvəyə mindi

    Rusiyada sim-kartların üçüncü şəxslərə verilməsini qadağan edən qanun qüvvəyə minib.

    Median.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu hərəkətlərdə cinayət əlamətləri olmadıqda, müqavilə əsasında ona ayrılmış abunəçi nömrəsinin istifadəçi tərəfindən başqa şəxsə ötürülməsinə görə vətəndaşlar üçün 30 min rubldan 50 min rubla (təxminən 630-1 050 manat) qədər cərimə müəyyən edilir.

    Bundan əlavə, fərdi sahibkarlar 50-100 min rubl (təxminən 1 050-2 100 manat), hüquqi şəxslər 100-200 min rubl (təxminən 2 100-4 200 manat) cərimə ilə üzləşəcəklər.

  • Бывший военный комиссар, обвиняемый в получении крупной взятки, вышел на свободу – ФОТО

    Состоялось очередное заседание суда по уголовному делу бывшего начальника Хазарского районного управления Государственной службы по мобилизации и призыву на военную службу Азербайджанской Республики, полковник-лейтенанта Рамина Шукюрова, старшего офицера призывного отдела того же управления капитана Халида Азимова и старшего лейтенанта Эмиля Набиева.

    На процессе, проходившем в Бакинском военном суде под председательством судьи Фикрета Алиева, адвокаты обвиняемого Шукюрова подали ходатайство о его освобождении под домашний арест.

    После совещания суд удовлетворил ходатайство. Рамин Шукюров был отпущен под домашний арест.

    Следующее заседание состоится 22 сентября.

    Отметим, что Рамину Шукюрову предъявлены обвинения по статьям 311.3.1, 311.3.2, 311.3.3 (получение взятки/пассивное взяточничество группой лиц по предварительному сговору или организованной группой в крупном размере) и 312-1.1 (незаконное воздействие на решение должностного лица/торговля авторитетом), Эмилю Набиеву – по статьям 311.3.1 и 311.3.3, а Халиду Азимову – по статьям 311.3.1 и 311.3.2 Уголовного кодекса Азербайджана.

    Обвиняемый Рамин Шукюров был арестован по решению суда на основании представления прокурора, осуществляющего процессуальное руководство предварительным расследованием, а в отношении Эмиля Набиева и Халида Азимова была избрана мера пресечения в виде домашнего ареста.

    Также в отношении всех трех лиц была избрана дополнительная мера пресечения в виде отстранения от должности.

    //oxu.az

  • Külli miqdarda rüşvət almaqda təqsirləndirilən sabiq hərbi komissar AZADLIĞA BURAXILDI – FOTO

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin sabiq rəisi, polkovnik-leytenant Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti, kapitan Xalid Əzimov və zabiti, baş leytenant Emil Nəbiyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

    Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən R.Şükurovun vəkilləri onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət veriblər.

    Müşavirədən sonra məhkəmə vəsatəti təmin edib və Ramin Şükürov ev dustaqlığına buraxılıb.

    Növbəti proses sentyabrın 22-də davam etdiriləcək.

    Qeyd edək ki, təqsirləndirilən Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)), Emil Nəbiyevə həmin məcəllənin 311.3.1 və 311.3.3, Xalid Əzimova isə həmin məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri üzrə ittiham irəli sürülüb.

    Təqsirləndirilən Ramin Şükürov ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Emil Nəbiyevə və Xalid Əzimova isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

    Həmçinin hər üç şəxs barəsində vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilib.

    Fotoda Ramin Şükürov

    //oxu.az

  • Azərbaycanda bu mobil oprerator fəaliyyətini dayandırır – Abunəçilərinə müraciət etdi

    “Naxtel” MMC dekabrın 1-dən telekommunikasiya xidmətlərini dayandıracaq.

    Bu barədə MMC-dən məluamt verilib.

    Məlumatda bildirilb ki, abunəçilərə istifadə etdiyi nömrələrini saxlamaq və mobil rabitədən istifadəni davam etdirmək üçün 1 oktyabrdan 1 dekabr 2025-ci ilədək ölkədə fəaliyyət göstərən digər mobil operatorlara (Azercell, Bakcell, Nar) keçmələri tövsiyə olunur.

    Qeyd oluur ki, əgər abunəçilər bu müddət ərzində operator dəyişməsələr, nömrələri ləğv olunacaq, mövcud müqavilələri bitəcək, aktiv xidmətlər deaktiv ediləcək və SIM kartdakı istifadə olunmamış balans sıfırlanacaq. MMC bildirir ki, bu silinmiş vəsaitlərin geri qaytarılması və ya kompensasiyası ilə bağlı məsuliyyət daşımır.

    Qeyd edək ki, “Naxtel” MMC, 2015-ci ildə Naxçıvan Muxtar Respublikasında təsis edilib və 4G LTE şəbəkəsi ilə fəaliyyət göstərən ilk və tək regional mobil operator idi.

  • Azərbaycanda yaşa görə müavinətin artırılması təklif olunur

    “Azərbaycan Prezidentinin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması barədə imzaladığı Sərəncam bu gündən qüvvəyə minib”.

    Bu barədə iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycanda əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq edən bu sənədlə təqaüdlərin artırılması bu ildən reallaşan beşinci sosial paketin istiqamətlərindən biridir.

    Deputat qeyd edib ki, yeni sənədlə doktorantura səviyyəsi üzrə elmlər doktoru hazırlığı üzrə doktorantlar da daxil olmaqla, təhsilin fərqli pillərində təhsil alan vətəndaşların təqaüdləri artırılıb:

    “450 manatadək yüksələn artımlar Azərbaycannda təhsilin inkişafını stimullaşdırmaqla yanaşı, təhsil pilləsində vətəndaşlarımızın sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir. 3 milyon vətəndaşımızı əhatə edən bu ilki sosial paketə dövlət büdcəsindən əlavə olaraq 1.4 milyard manat vəsait ayrılacaq. Bütövlükdə, dövlət büdcəsindən bu il sosial istiqamətə 16.9 milyard manatın ayrılması reallaşacaq. Aydındır ki, təqaüdlərin artımı vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, həm də ölkəmizdə insan kapitalının inkişafının stimullaşdırılması baxımdan da vacib addımdır.

    Sosial siyasətin hər zaman diqqət mərkəzində olduğunu nəzərə alaraq növbəti mərhələdə yaşa görə müavinətin də artırılmasını məqsədəuyğun hesab edirik. Bu istiqamətdə fiskal qiymətləndirilmənin aparılması və müvafiq qərarların verilməsi sosial baxımdan zəruridir. Bütövlükdə, sosial təminat tədbirlərin miqyasını nəzərə aldıqda sosial istiqamətdə davamlı olaraq yeni qərarların veriləcəyi gözləniləndir”.

  • Biləsuvarda sərxoş kişi evlənib Rusiyaya getmək istəyən qonşusunun evini yandırdı

    Biləsuvarda sərxoş kişi qonşusunun evini yandırıb.

    Hadisə rayonun Xırmandalı kəndində baş verib.

    Rusiyada yaşayan kənd sakini Rəşad Məmmədov evlənmək üçün Azərbaycana gəlib. Bir neçə gündən sonra o, küçədə olarkən qonşusu Vəli Əsədovun (adı və soyadı şərtidir) başqa bir şəxslə mübahisə etdiyini görüb. O, Vəlini həmin şəxsdən ayıraraq söyüb evinə yola salıb.

    Hadisədən təxminən 6 ay sonra Rəşad özünə toy edib və toydan 3 gün sonra Rusiyaya getmək qərarı verib. O buna görə özü və həyat yoldaşının əşyalarını yığaraq səhər yola düşməyə hazırlaşıb.

    Həmin gün axşam saatlarında kənddəki mağazadan bir şüşə araq alan Vəli evində həmin spirtli içkini qəbul etdikdən sonra, Rəşadın onu söyməsi hadisəsi yadına düşüb və ondan qisas almaq qərarına gəlib. Bu məqsədlə o, kənd ərazisində yanacaq satan şəxsdən bir litr benzin alaraq evinə gəlib. Gecə saat bir radələrində o, benzini götürərək qonşusunun həyətinə keçib. Ev sahiblərinin yatdığını görən Vəli əlindəki benzini evin giriş hissəsində olan xalça və pərdələrə tökərək, mənzilə od vurub hadisə yerindən qaçıb.

    Bu vaxt evin balkonunda yatan Rəşadın anası mənzilin alovlandığını görüb oğlanları Rəşad və Rəşidi köməyə çağırıb. Hadisə vaxtı qorxudan qadının ürəyi gedib. Səsə oyanan qardaşlar mənzildəki yanğını çətinliklə də olsa, qismən söndürüblər. Hadisə nəticəsində evə 20 min manatdan artıq ziyan dəyib.

    Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən V.Əsədov saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

    Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə V.Əsədov 3 il 6 ay azadlıqdan məhrum edilib.
    //oxu.az

  • Mahir Emrelinin Azərbaycan millisi ilə məşqlərə qatılmama səbəbi bəlli oldu

    Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya (5 sentyabr) və Ukrayna (9 sentyabr) ilə keçiriləcək oyunlar üçün təlim-məşq bazasında toplanacaq.

    Komanda bu gün də məşqə çıxacaq.

    Lakin Mahir Emreli Bakıdakı məşqdə iştirak etməyəcək. Almaniyanın “Kayzerslautern” klubunun hücumçusu Bakıya gəlməyəcək. Onun Reykyavikdə milliyə qoşulacağı gözlənilir.

    Milli komandamız sabah saat 10:30-da çarter reysi ilə Bakıdan Reykyavikə uçacaq.

  • На суде зачитаны показания Левона Мнацаканяна по уголовному делу, данные им в ходе следствия

    На судебном процессе в Бакинском военном суде 1 сентября были зачитаны показания обвиняемого Левона Мнацаканяна, данные им в ходе предварительного следствия по уголовному делу.

    В своих показаниях на предварительном следствии он заявил, что в сентябре 1992 года начал военную службу в “армии” сепаратистского режима в должности заместителя командира батальона.

    По словам Мнацаканяна, его назначали на различные должности, затем с мая 2007 года по ноябрь 2012 года служил начальником штаба “оборонной армии” сепаратистского режима, а с ноября 2012 года по июнь 2015 года – заместителем начальника генерального штаба вооруженных сил Республики Армения. С 14 декабря 2018 года по май-июнь 2019 года был “директором Спасательного управления” в городе Ханкенди, а с мая-июня 2019 года по июнь 2020 года – “начальником полиции”. После выхода на пенсию нигде не работал.

    В период службы в должности командующего “оборонной армией” самопровозглашенного образования финансирование, вооружение и другие подобные вопросы “армии” осуществлялись генштабом вооруженных сил Республики Армения за счет бюджетных средств Республики Армения.

    С сентября 1992 года, с момента начала военной службы в качестве офицера в “оборонной армии” сепаратистского образования, он участвовал в боях во время первой Карабахской войны в направлении Кельбаджарского, Физулинского, Агдеринского, Агдамского и Джебраильского районов.

    Отметим, что продолжается суд над гражданами Республики Армения, обвиняемыми в совершении преступлений против мира и человечности, военных преступлений, в том числе в подготовке и ведении агрессивной войны, геноциде, нарушении законов и правил войны, а также в терроризме, финансировании терроризма, насильственном захвате власти, насильственном ее удержании и многих других преступлениях в результате военной агрессии Армении.

  • Levon Mnatsakanyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr elan olunub

    Sentyabrın 1-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr elan olunub.

    O, ibtidai istintaqa ifadəsində bildirib ki, 1992-ci ilin sentyabr ayında qondarma rejimin “ordusunda” tabor komandirinin müavini vəzifəsində hərbi xidmətə başlayıb. Müxtəlif vəzifələrə təyin olunub, sonra 2007-ci ilin may ayından 2012-ci ilin noyabr ayınadək qondarma rejimin “müdafiə ordusu”nun qərargah rəisi, 2012-ci ilin noyabr ayından 2015-ci ilin iyun ayınadək isə Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifələrində xidmət edib. 2018-ci il dekabrın 14-dən 2019-cu ilin may-iyun ayınadək Xankəndi şəhərində “Xilasetmə idarəsinin direktoru”, 2019-cu ilin may-iyun ayından 2020-ci ilin iyun ayınadək “polis rəisi” olub. Təqaüdə göndərildikdən sonra heç bir yerdə işləməyib.

    Qondarma qurumun “müdafiə ordusu”nun komandanı vəzifəsində xidmət etdiyi müddətdə “ordunun” maliyyələşməsi, silahlandırılması və sair bu kimi məsələlər Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargahı tərəfindən Ermənistan Respublikasının büdcə vəsaiti hesabına həyata keçirilib.

    1992-ci ilin sentyabr ayında qondarma qurumun “müdafiə ordusu”nda zabit kimi hərbi xidmətə başladığı gündən etibarən birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər, Füzuli, Ağdərə, Ağdam və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • ATƏT sədri və Baş katibi Minsk qrupunun ləğvini alqışladı

    ATƏT-in Baş katibi Feridun Sinirlioğlu və ATƏT-in fəaliyyətdə olsan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Minsk qrupunun ləğv edilməsi haqqında Nazirlər Şurasının qərarını alqışlayıb.

    Bu barədə ATƏT-in saytında məlumat dərc olunub.

    “Bu diplomatiyanın nəyə nail ola biləcəyini bizim diqqətimizə çatdıran tarixi bir irəliləyişdir. Hətta, onilliklərlə davam edən münaqiş və etimadsızlığa baxmayaraq. Bu onu göstərir ki, tərəflər arasında ortaq zəmin tapmaq üçün lazımi qətiyyət olarsa, razılığa gəlmək mümkündür”, – Baş katibi Feridun Sinirlioğlu vurğulayıb.