Month: September 2025

  • Prezident İlham Əliyev: “Azərbaycan-Çin əlaqələri son iki ildə keyfiyyətcə yeni mərhələyə yüksəlib”

    “Azərbaycan-Çin əlaqələri son iki ildə keyfiyyətcə yeni mərhələyə yüksəlib”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüş zamanı bildirib.

    Dövlətimizin başçısı qeyd edib:

    “Azərbaycanla Çin arasında səmimi, dost münasibətlər və hərtərəfli strateji tərəfdaşlıq mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir”.

    O, bu il iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyanatın imzalanmasını tarixi hadisə adlandırıb və bunun Azərbaycan-Çin münasibətlərində yeni səhifə açdığını vurğulayıb.

  • Dərslər Formula 1-ə görə gec başlayacaq? – Açıqlama

    Formula 1 yarışları ilə əlaqədar məktəblərdə tədrisin sentyabrın 21-dən etibarən başlayacağı ilə bağlı fikirlər səsləndirilir.

    Elm və Təhsil Nazirliyindən bildirilib ki, 2025-2026-cı tədris ilinin başlamasına təsadüf edən Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir.

    “Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur. Əlavə olaraq bildiririk ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı Formula 1 Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək”, – açıqlamada qeyd olunub.

  • Leyla Əliyeva “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində – FOTOLAR

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə yeni yaradılan “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi fəaliyyətə başlayır.

    Leyla Əliyeva mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, burada uşaqlar üçün qurulmuş sosial mühit və xidmət modelləri ilə maraqlanıb.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verərək bildirib ki, “Tut Əlimdən” Sosial Reabilitasiya Mərkəzi çətin həyat şəraitində olan və ailə himayəsindən məhrum uşaqlar üçün təhlükəsiz, sağlam, qayğı ilə əhatə olunmuş bir mühit təmin etmək məqsədilə yaradılıb.

    Mərkəzdə uşaqların ilkin psixososial vəziyyətinin qiymətləndirilməsi, təcili müdaxilə, müvəqqəti yerləşdirmə, tibbi yardım və sosial reabilitasiya xidmətləri həyata keçiriləcək. Eyni zamanda, onların cəmiyyətə inteqrasiyası və gələcək həyatlarının təminatı üçün fərdi inkişaf planları hazırlanacaq.

    Həmçinin qeyd edilib ki, uşaqların təhlükəsizliyi və rahatlığı üçün müasir standartlara uyğun, geniş və işıqlı otaqlar, istirahət və müxtəlif məşğələ guşələri yaradılıb. Geniş həyətyanı sahədə müxtəlif oyun meydançaları və yaşıllıq zonaları salınıb.

    Bütün görülmüş işlərlə yaxından tanış olan, eyni zamanda, öz tövsiyə və məsləhətlərini də verən Leyla Əliyeva Mərkəzin ailə əsaslı alternativ qayğı prinsiplərinə uyğun fəaliyyət göstərməsi üçün tələb olunan yüksəkixtisaslı və peşəkar gənc kadrlardan formalaşmış əmək kollektivi ilə də görüşüb, onlara fəaliyyətlərində uğurlar arzulayıb.











  • Telefon oğruları tutuldu

    Nəsimi rayonunda ayrı-ayrı vətəndaşlara məxsus 5 mobil telefon və içərisində bank kartları olan pul kisəsi oğurlanıb.

    Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 48 yaşlı V.Kərimov, 55 yaşlı Q.Məmmədov, 37 yaşlı İ.Quliyev və 40 yaşlı T.Həsənov saxlanılıblar.

    Araşdırmalar aparılır.

  • DİN-dən ƏMƏLİYYAT: “Kriti Vüsal” SAXLANILDI – FOTO

    Kriminal aləmdə “Kriti Vüsal Masallinski” kimi tanınan Vüsal Nuriyev müxtəlif cinayət əməllərində təqsirləndirilərək saxlanılıb.

    O, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

    V.Nuriyev həbs olunub, onun qanunsuz əməlləri ilə bağlı başlanan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

    Qeyd edək ki, “Kriti Vüsal” törətdiyi müxtəlif cinayətlərə görə dəfələrlə məhkumluq həyatı yaşayıb.

  • Seymur Orucovun həbsdə olan qohumu mənimsədiyi pulları geri qaytaracaq – Qərar verildi

    Ev dustaqlığında olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sabiq sədri İsrafil Bəkirov və baş mühasib Rəşad Babayev barəsində məhkəmə yeni qərar qəbul edib.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə məxsus 194 min manatı mənimsəməkdə ittiham edilən keçmiş məmurlarla bağlı məhkəmədə mülki iddia qaldırılıb.

    İddiada göstərilir ki, keçmiş vəzifəli şəxslər tərəfindən mənimsənilən 194 692.09 manat məbləğində maddi ziyanın və tərəflərindən ödənilmiş 484.69 manat təqsirləndirilən şəxslərdən tutularaq Bakı Telefon Rabitəsi MMC-yə ödənilsin.

    Məhkəmədə İsrafil Bəkirovun nümayəndəsi sabiq sədrə qarşı irəli sürülən iddianın əsassız olduğunu bildirib və bu vəsaitin mənimsənilməsinə görə Rəşad Babayevi günahlandırıb. Onun sözlərinə görə, tələb edilən bütün məbləğ Rəşad Babayev tərəfindən mənimsənilib. Bildirib ki, İsrafil Bəkirovun günahı işdə boşluqlara yol verməsi olub və buna görə məsuliyyət daşıyır: “İsrafil müəllimin törətdiyi əməl qulluq mövqeyinin əleyhinə olub və o, hazırda da cəzasını çəkir”.

    Məhkəmədə İsrafil Bəkirovun nümayəndəsinin müdafiə çıxışı qəbul olunmayıb.

    Məhkəmənin hökmü ilə İsrafil Bəkirov və Rəşad Babayevdən 194 692.09 manat məbləğində maddi ziyan və 484.69 manat dövlət rüsumunun əvəzi tutulacaq.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Babayev Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum olunub. İsrafil Bəkirov isə Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət törədilməsində təqsirli bilinərək, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

    Təqsirləndirilən şəxs Rəşad Babayev məhkəmədə ifadəsində bildirib ki, əvvəllər rabitə sahəsində mühasib işləyib və sonradan ixtisara düşdüyü üçün qohumu, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri, hazırda Ağstafa rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə düzəlib.

    O, ittifaqda mühasib kimi işlədiyi vaxt “ASAN İmza” ilə təsdiq edildikdən və ya özü tərəfindən imzalanmasına nail olduqdan sonra, 2020-ci ilin martından 2022-ci il iyun ayına kimi aylıq özünə ən çoxu 10.842.97 manat maaş yazmaqla, qurumun 194 min manatını mənimsəyib. Rəşad Babayev məhkəmədə iddia edib ki, onu Seymur Orucov buna məcbur edib. Sabiq məmur mənimsənilən puldan 134 min manatını 134 min manatı S.Orucova verdiyini deyib.

  • Арзу Алиева поделилась публикацией из китайского города Тяньцзинь – ФОТО

    Руководитель Baku Media Center Арзу Алиева поделилась публикацией из китайского города Тяньцзинь, где в настоящее время проходит важное международное мероприятие.

    Арзу Алиева разместила в своем аккаунте в Instagram фото, на котором она запечатлена вместе с Первым вице-президентом Мехрибан Алиевой.

    Отметим, что в Тяньцзине сейчас проводится заседание Совета глав государств-членов Шанхайской организации сотрудничества (ШОС). Это значимое событие собрало лидеров стран-участниц для обсуждения вопросов региональной безопасности и экономического сотрудничества.

    Представляем вашему вниманию публикацию Арзу Алиевой:

  • Arzu Əliyeva Tiencin şəhərindən paylaşım edib – FOTO

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Çinin Tiencin şəhərindən paylaşım edib.

    Arzu Əliyeva Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə fotosunu paylaşıb.

    Xatırladaq ki, Tiencində hazırda Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası keçirilir.

    Arzu Əliyevanın paylaşımını təqdim edirik:

  • AYNA: Никаких решений о повышении тарифов не принималось

    Стоимость проезда в общественном транспорте в настоящее время составляет 50 гяпиков, и никаких решений о повышении тарифов не принималось.

    Об этом сообщило Агентство наземного транспорта Азербайджана (AYNA), подведомственное Министерству цифрового развития и транспорта, в ответ на запрос Oxu.Az.

    “Отметим, что в последнее время в прессе и социальных сетях распространяются мнения о возможном повышении стоимости проезда в общественном транспорте. Однако эта информация не нашла подтверждения в официальных заявлениях государственных органов. Ранее ЗАО “Бакинский метрополитен” также заявило СМИ об отсутствии какой-либо информации о регулировании тарифов в метрополитене”, – подчеркивается в сообщении.

  • AYNA: “Avtobuslarda gediş haqqının artırılması barədə hər hansı qərar yoxdur”

    İctimai nəqliyyatda gediş haqqı hazırda 50 qəpikdir və tariflərin artırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

    “Qeyd edək ki, son dövrlər mətbuatda və sosial şəbəkədə ictimai nəqliyyatda gediş haqlarının artırılacağı barədə fikirlər səsləndirilir. Lakin dövlət qurumları tərəfindən açıqlanan məlumatlarda bu məsələ öz təsdiqini tapmayıb. Belə ki, bundan öncə “Bakı metropoliteni” QSC-dən də mediaya açıqlamada metropolitendə tariflərin tənzimlənməsi ilə bağlı hansısa məlumatın olmadığı bildirilib”, – deyə məlumatda vurğulanıb.