Month: September 2025

  • Bakıda həyat yoldaşını namaz qılarkən qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi BAŞLAYIB

    Xəzər rayonunda həyat yoldaşını namaz qılarkən qətlə yetirməkdə təqsirləndirilən Ramil Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənə ittiham aktını elan edib.

    Ramil Məmmədov ittihamla özünü qismən təqsirli bilib.

    İttihamla müəyyən edilib ki, təqsirləndirilən şəxs həyat yoldaşını mübahisə zəminində idman zamanı istifadə olunan beysbol dəyənəyi ilə döyərək xəsarət yetirməklə qətlə yetirməkdə təqsirləndirilir.

    Qeyd edək ki, bu il fevralın 8-də Xəzər rayonu, Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədova namaz qılarkən küt alətlə qətlə yetirilib. Qətldə şübhəli bilinən Ramil Məhərrəm oğlu Məmmədov ölkədən qaçıb.

    Bakı şəhəri Xəzər Rayon Prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Ramil Məmmədovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

    Ramil Məmmədov Gürcüstan ərazisində saxlanılıb.

    Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın səlahiyyətli orqanları tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Məmmədov Ramil Məhərrəm oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

    Ramil Məhərrəmov bu ilin martında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
    //oxu.az

  • Mərkəzi Bank iki BOKT-nin lisenziyası LƏĞV ETDİ

    Mərkəzi Bank iki bank olmayan kredit təşkilatının lisenziyasını ləğv edib.

    Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

    Məlumata görə, kapitalın minimum miqdarı tələbinə əməl edilmədiyindən “Finoko” Açıq Səhmdar Cəmiyyəti və “İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə Mərkəzi Bank tərəfindən icrası məcburi olan göstərişlər verilib. Lakin ötən dövr ərzində bu təşkilatlar tərəfindən kapitalın minimum miqdarı tələbinə əməl edilməsi istiqamətində zəruri addımlar atılmayıb. Qeyd olunanları nəzərə alaraq, “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25.1.4-cü maddəsinə əsasən fəaliyyətində yol verildiyi pozuntuların aradan qaldırılması barədə Mərkəzi Bankın göstərişlərinə əməl edilməməsi ilə əlaqədar “Finoko” BOKT ASC-nin 22.09.2014-cü il tarixli, BKT-28 nömrəli lisenziyası və “İcraçı Kredit Agentliyi” MMC BOKT-nin 25.10.2002-ci il tarixli, 132-QB nömrəli lisenziyası Mərkəzi Bankın İdarə Heyətinin 29 avqust 2025-ci il tarixli Qərarı ilə ləğv edilib.

    Qeyd edilib ki, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişiklərə əsasən, eləcə də, Mərkəzi Bankın təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin müvafiq Qərarları ilə “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası” (Prudensial Qayda) və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası” təsdiq edilib.

    Prudensial Qaydaya əsasən, kommersiya hüquqi şəxs formasında yaradılan mövcud və yeni bank olmayan kredit təşkilatlarına kapitalın minimum miqdarı tələbi bir milyon manat məbləğində müəyyən edilib. Kapitalın minimum miqdarı tələbinin bu həddə müəyyən edilməsi bank olmayan kredit təşkilatlarının daha diversifikasiya olunmuş resurs mənbələrinə çıxışını genişləndirməklə maliyyə vasitəçiliyində rolunu daha da artıracaqdır. Ümumilikdə, Qanun və qaydalardakı tələblər bank olmayan kredit təşkilatlarının maliyyə dayanıqlığının gücləndirilməsi və istehlakçı hüquqlarının qorunması məqsədini daşıyır.

    “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.

    Bank olmayan kredit təşkilatlarının fəaliyyəti requlyativ tələblər əsasında daim nəzarətdə saxlanılır, ümumilikdə tələblərə, o cümlədən kapital tələblərinə əməl etməyən bank olmayan kredit təşkilatlarına qarşı qanunvericilik çərçivəsində zəruri addımlar atılacaq.

  • Ильхам Алиев: Азербайджан является надежным партнером Китая в регионе

    Азербайджан является надежным партнером Китая в регионе.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев во время выступления на встрече в формате “ШОС плюс” в китайском городе Тяньцзинь.

    “Мы вносим вклад в поддержание международного и регионального мира и безопасности, осуществляем крупномасштабные экономические, транспортные и энергетические проекты”, – отметил глава государства.

    Президент Ильхам Алиев также добавил, что Азербайджан одним из первых поддержал инициативу “Один пояс, один путь”, выдвинутую председателем КНР и реализует серьезные практические проекты в этом направлении.

  • Prezident İlham Əliyev: “Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır”

    “Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı bildirib.

    “Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk”, – deyə dövlət başçısı əlavə edib.

    Prezident İlham Əliyev onu da əlavə edib ki, Azərbaycan ÇXR sədrinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyənlərdən biri olub və bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirir.

  • Президент: Азербайджан поддержал инициативы Китая по глобальному развитию и глобальной безопасности

    Азербайджан активно поддержал инициативу по глобальному развитию, инициативу по глобальной безопасности и инициативу глобальной цивилизации, выдвинутые Китаем в целях содействия международному миру, безопасности и развитию.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев во время выступления на встрече в формате “ШОС плюс” в китайском городе Тяньцзинь.

    “Мы также приветствуем инициативу по глобальному управлению, представленную председателем Китайской Народной Республики как важную и своевременную меру, направленную на улучшение международных отношений на основе суверенного равенства государств и уважения Устава ООН и международного права”, – подчеркнул глава государства.

  • Prezident: “Azərbaycan Çinin qlobal inkişaf və qlobal təhlükəsizlik təşəbbüslərini dəstəkləyib”

    “Azərbaycan Çinin beynəlxalq sülh, təhlükəsizlik və inkişafı təşviq etmək üçün irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyib”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən iclasda çıxışı zamanı söyləyib.

    “Biz, həmçinin Çin Xalq Respublikasının sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq”, – deyə dövlətimizin başçısı əlavə edib.

  • Pakistan Ermənistanla diplomatik münasibətlərin qurulmasını Azərbaycanla razılaşdırıb

    Pakistan Azərbaycanla məsləhətləşmələr aparandan sonra Ermənistanla diplomatik münasibətlər qurmağa başlayıb.

    Bu barədə “AnewZ” məlumat yayıb.

    Məlumatda qeyd olunur ki, Pakistanın bu addımı Bakı ilə məsləhətləşmə əsasında atılıb.

    Qeyd edək ki, avqustun 31-də Ermənistan və Pakistan xarici işlər nazirləri diplomatik əlaqələrin qurulması ilə bağlı razılığa gəliblər.

  • Zaqatalada ADAM OĞURLUĞU: Prokurorluğun qarşısından qızı zorla qaçırdılar – Video

    Zaqatalada adam oğurluğu baş verib.

    Median.Az xəbər verir ki, yerli sakinlərin Lent.az-a verdiyi məlumata görə, hadisə avqustun 31-də səhər saat 5 radələrində Zaqatala Rayon Prokurorluğunun qarşısında qeydə alınıb.

    “Hyundai i30” avtomobilində olan şəxslər qadını zorla maşına basaraq qaçırıblar. Qadın qışqıra-qışqıra maşının pəncərəsindən ayaqlarını çıxararaq özünü avtomobildən atmaq istəyib. Lakin buna nail ola bilməyib.

    Hadisə baş verən zaman məsciddən çıxan yerli sakinlər qadını qaçıran avtomobili təqib etməyə başlayıblar. Qax rayonu istiqamətində hərəkət edən həmin avtomobil təqib edildiyinin fərqinə varıb və yüksək sürət yığaraq gözdən itib.

    Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

    Əldə olunan məlumata görə, artıq faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

  • Bakıda avtomobil yanıb

    Bakı şəhərinin Nərimanov rayonunda “Toyota” markalı minik avtomobilinin yanar hissələri yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Ətraf ərazilər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Ильхам Алиев: За последние два года азербайджано-китайские связи вышли на качественно новый уровень

    За последние два года наши связи вышли на качественно новый уровень.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев во время выступления на встрече в формате “ШОС плюс” в китайском городе Тяньцзинь.

    “Азербайджан и Китай связывают теплые, дружественные отношения и всестороннее стратегическое партнерство. Углубление этих отношений является одним из важных направлений внешней политики Азербайджана”, – отметил глава государства. Он назвал подписание в этом году совместного заявления об установлении стратегического партнерства между двумя странами историческим событием, подчеркнув, что это открыло новую страницу в азербайджано-китайских отношениях.