Month: September 2025

  • Uşaq bağçasında QALMAQAL: Körpələrə quru çörək və su verilir? – Video

    Ağcabədinin Pərioğullar kənd körpələr evi-uşaq bağçasında uşaqlara yalnız quru çörək və su verildiyi iddia edilir. Bu barədə kənd sakini Afiqə Şirinova videomateriallar təqdim edib.

    Median.Az Xəzər TV-yə istinadla xəbər verir ki, bağçada xadimə işləyən Afiqə Şirinovanın iddiasına görə, 5 il əvvəl bağça rəhbərliyi dəyişdikdən sonra orada qanunsuzluqlar baş qaldırıb. Onun sözlərinə görə, ən ciddi pozuntu uşaqların ərzaq normalarının kəsilməsidir.

    Səsləndirilən iddialara valideynlərin də münasibəti öyrənilib. Şikayətçi tərəfin çağırdığı valideynlər məsələ ilə bağlı öz fikirlərini bildiriblər.

    Bağçanın aşpazı Solmaz Bədəlova qeyd edib ki, verilən qida normaları hər gün gələn uşaqların sayına uyğun tənzimlənir.

    Uşaq bağçasının müdiri Gülnarə Axundova səhhətinə görə müsahibə verməsə də, səsləndirilən iddia və ittihamlar tamamilə əsassız olduğunu bildirib.

    Mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edirik:

  • Мехрибан Алиева поделилась публикацией в связи с 27 Сентября – Днем памяти (ФОТО)

    Первый вице-президент Азербайджанской Республики Мехрибан Алиева поделилась в своем официальном Instagram-аккаунте публикацией в связи с 27 Сентября – Днем памяти.

    Median.Az представляет данную публикацию:

  • Mehriban Əliyeva 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib (FOTO)

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” hesabında 27 sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.

    Median.Az xəbər verir ki, paylaşımda deyilir:

    “Vətən uğrunda həlak olmuş qəhrəmanlarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır! Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

  • Президент Азербайджана Ильхам Алиев поделился публикацией по случаю Дня памяти (Видео)

    Президент Азербайджана Ильхам Алиев поделился публикацией по случаю 27 Сентября – Дня памяти.

    Median.Az представляет данную публикацию.

  • Prezident İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib (Video)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.

    Median.Az paylaşımı təqdim edir:

  • Azərbaycanda Anım Günüdür

    Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

    Artıq beşinci ildir sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
    Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.
    Ötən illərdə olduğu kimi, bu il də Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə – məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.
    Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
    Beləliklə, bu gün Azərbaycanda Vətən müharibəsi qəhrəmanları minnətdarlıq hissi ilə anılacaq, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram göstəriləcək.
    Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
    2020-ci il sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. 44 günlük Vətən müharibəsi Azərbaycanın həm döyüş meydanında, həm də siyasi masada qələbəsi ilə başa çatıb. Bütün bunlara Azərbaycan Ordusunun 2 908 şəhidinin qanı bahasına nail olunub.

    2023-cü il sentyabrın 19-da isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiter­ror tədbirlərinə başlanılmışdı.

    24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu.
    Antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun 192 hərbçisi şəhidlik zirvəzinə yüksəldi.
    Beləliklə, Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində uzun illər erməni işğalı altında olan Azərbaycanın əzəli və əbədi torpaqları azad olundu. Bununla da Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.. Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, eləcə də insanların öz yurdlarına qayıdışı təmin edilir.
    Allah şəhidlərimizə rəhmət eləsin!

  • Əhaliyə xəbərdarlıq: Bu günlərdə telefonla danışmayın

    Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkədə hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi ərazilərdə güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.

    “Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

    Həmçinin, leysan xarakterli yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

    Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

  • “TikTok”da tanış olduğu şəxsin evindən oğurluq etdi

    Qonaq getdiyi evdən oğurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Qaynarinfo-nun nəlumatına görə, Ruslan adlı təqsirləndirilən şəxs “TikTok” platformasında tanış olduğu şəxsin evinə bir neçə dəfə qonaq gedib. Ev sahibi mətbəxdə məşğul olduğu zaman paltar dolabından 8400 manat dəyərində qızıl-ziynət əşyaları və 900 ABŞ dolları pul oğurlayıb.

    Ev sahibi hadisədən xəbər tutduqdan sonra hüquq-mühafizə orqanlarına şikayət edib. Ruslan saxlanılıb və ona Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinə Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılib. Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib.

  • Artıq maaşlar, nasaz avadanlıqlar – Dövlət qurumunda nöqsanlar aşkarlandı

    Hesablama Palatası 2025-ci il üzrə İş Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyində və tabeli qurumlarında dövlət vəsaitindən və digər dövlət əmlakından istifadə, onların idarə edilməsinə dair uyğunluq auditi aparıb.

    Median.Az Palataya istinadən xəbər verir ki, auditin əhatə etdiyi illərdə büdcə və qeyri-büdcə vəsaiti hesabına 62,6 milyon manat vəsait xərc edilib.

    Agentlik tərəfindən müvafiq illərdə büdcə və büdcədənkənar xərclərin proqnozlaşdırılması düzgün aparılmamış, 2023-cü ərzində isə bir neçə halda ödənişlərin təyinatı dəyişdirilərək xərc edilmişdir.

    Audit obyekti tərəfindən 2023 və 2024-cü illər ərzində bir sıra hallarda işçilərə artıq əməkhaqqı hesablanaraq ödənilmişdir. İki il ərzində artıq hesablanaraq ödənilən vəsait audit dövrü ərzində büdcəyə bərpa edilmişdir.

    Audit zamanı Agentliyin balansında olan nasos stansiyalarına quraşdırılan bir sıra avadanlıqların Forma 2 sənədlərində göstərilən yerlərdə deyil, faktiki olaraq digər nasos stansiyalara quraşdırıldığı, həmçinin Agentliyin və tabe təşkilatların əsas vəsaitlərinin bir hissəsinin yararsız halda olduğu, 37 ədəd subartezian nasosunun quyulara quraşdırıldıqdan sonra balansdan silindiyi müəyyən edilmiş və həmin nasosların balansda qeydə alınması təmin edilmişdir.

    Agentliyin tabeliyindəki içməli su anbarlarına və təmizləyici qurğularına baxış zamanı bəzi hallarda ümumi çıxış sayğaclarının nasaz olduğu, bəzi hallarda isə sayğacların ümumiyyətlə mövcud olmadığı müəyyən edilmişdir. Ümumilikdə, 1066288.0 m3 içməli suyun Agentliyin məlumatlarında qeydiyyatının olmadığı müəyyən edilmişdir.

    Audit obyektinin balansında olan su tutarlarında quraşdırılmış 3 ədəd Su Elektrik Stansiyasına elektrik enerjisi almaq üçün su verilmiş, lakin verilmiş suyun həcminin ölçülmədiyi, elektrik enerjisinin istehsalı ilə bağlı buraxılmış suyun dəyərinin aidiyyəti dövlət qurumu tərəfindən ödənilmədiyi müəyyən edilmişdir.

    Agentlik tərəfindən Muxtar Respublika ərazisində əkin altında olan torpaqlara suvarma suyunun verilişi icra edilmiş, lakin suvarma suyunun toplanması üçün suvarma şəbəkələrindən götürülən və istifadəçilərinə verilən suyun uçotunun aparılması üçün ölçü cihazlarının, ölçü-nəzarət sisteminin olmaması müəyyən edilmişdir.

    Muxtar Respublikada içməli su şəbəkəsinə sayğac quraşdırılmış və su satışı həyata keçirilmişdir. Audit nəticəsində tikintisi yarımçıq qalmış su təmizləyici qurğunun fəaliyyət göstərməməsinə baxmayaraq bəzi ərazilərdə abonentlərin balans mənsubiyyətində su ölçü cihazlarının quraşdırılması və əhalidən içməli suyun istifadəsinə görə vəsait toplanması halı da müəyyən edilmişdir.

    Audit qrupu tərəfindən suvarma suyunun mənbələrində verilən suyun həcminin ölçülməsi üçün hesablamalar həyata keçirilmişdir. Alınan nəticələrə əsasən Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatı ilə müqayisə edildikdə 2023-cü ildə suvarma suyu üzrə itki tələb olunan suya nisbətdə 1.7 dəfə çox, 2024-cü ildə 1.4 dəfə çox olmuşdur.

    Audit obyektinin ərazisində açıq havada yararsız vəziyyətdə olan 87 adda 115 ədəd böyük çəkili və əlvan metal tərkibli texnika və avadanlıqların olduğu və həmin əsas vəsaitlərin artıq istismar müddətini başa vurduğu müəyyən edilmiş, həmin texnika və avadanlıqların audit dövründə utilizasiyasının həyata keçirilməsinə nail olunmuş və utilizasiyadan əldə olunan vəsait büdcəyə ödənilmişdir.

    Agentlik tərəfindən balansında olan iri su tutarları və hövzələri istisna olmaqla qalan digər meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılması həyata keçirilməmişdir.

    Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su Təmir-Tikinti İdarəsi ilə təchizadçı arasında Qaraçuq 1 nasos stansiyasının ərazisində Araz su anbarından qidalanan yeni nasos stansiyasının tikintisi üçün avadanlıq və mal-materialların alışı məqsədilə 6437962.29 manat məbləğində bağlanmış 16.06.2022-ci il tarixli müqaviləyə əsasən alınmış avadanlıq və malların mövcudluğuna baxış keçirilən zaman İdarə tərəfindən bu avadanlıq və malların əksər hissəsinin adları, texniki göstəriciləri, sayı və s. barədə birbaşa sifarişçi olmaması səbəbindən məlumatsız olduqları müəyyən edilmişdir. Həmçinin yuxarıda qeyd olunan avadanlıq və mal-materialların alışı üzrə müqavilənin şərtinə əsasən təchiz edilmiş avadanlıq və malların istehsalçı və təchizatçı tərəfindən mövcud olan nasazlıqlar, çatışmazlıqlar, fiziki qüsurlar və s. aradan qaldırılması üçün tanınan müddət bitmişdir.

    Agentlik tərəfindən dövlət satınalmaları ilə bağlı qanunvericiliyin tələblərinə bir sıra hallarda riayət edilməmiş, ilkin satınalma planı hazırlanaraq təsdiq edilməmiş, dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməmiş, 2023-cü ildə 7 halda 132615.0 manat dəyərində satınalmalar həyata keçirilərkən razılıq alınmadan birbaşa müqavilə bağlanılmış, bəzi hallarda satınalmalar hissələrə bölünərək satınalmalar həyata keçirilmişdir. Ehtimal olunan qiymətlərin müəyyən edilməməsi və ya düzgün müəyyən olunmaması, habelə müqavilələrin icrası üzrə nəzarət mexanizmlərinin təkmil olmaması dövlət vəsaitinin artıq istifadəsinə yol açmışdır. 2024-cü ildə tikinti materiallarının satınalınması üçün 257000.57 manat dəyərində açıq tenderin keçirilməsinə dair müqavilə bağlanılmış, vəsaitin ödənişi tam həyata keçirilmiş, lakin 7 adda 41987.31 manat dəyərində avadanlıq göndərilməmiş və ya yararsız olduğu üçün geri qaytarılmışdır. Audit dövründə həmin avadanlıqlar təchizatçıdan tələb olunaraq bərpa olunmuşdur.

    Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək Agentlik tərəfindən nöqsanların aradan qaldırılması istiqamətində əməyin ödənişi, yanacaq üzrə artıq xərclərin, həmçinin xüsusi texnikaların icarəyə verilməsi üzrə ödənilməyən vəsaitin, habelə texnika və avadanlıqların utilizasiyasının həyata keçirilməsi nəticəsində yaranan vəsaitin müvafiq qaydada bərpasını, avadanlıqların və ehtiyatların müvafiq qaydada təhvil verildiyini, xərcə silinən əsaslı xərclərin kapitallaşdırılaraq balansda əks etdirildiyini nəzərə almış, yerinə yetirilən işlərin düzgün rəsmiləşdirilməsi, aktivlərin müvafiq hesabatlarda düzgün tanınması və s. tədbirlərin görülməsi barədə qərar qəbul etmişdir. Eyni zamanda, aşkar edilmiş məsələlərlə əlaqədar səlahiyyətlərinə uyğun tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti qurumlara məlumatların göndərilməsi qərara alınmışdır.

  • Bu şirkətin borcu 200 mini ötdü

    “Master Pro Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu yaranıb.

    Qaynarinfo-nun məlumatına görə, sözügedən şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 241810.99 AZN vergi borcu var.

    Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Səfərova Esmira Arif qızıdır.