
Nijni Novqorod merinin keçmiş müavini İlya Ştokman həbs edilib.
O, xüsusilə külli miqdarda rüşvət almaq ittihamı ilə iki ay müddətinə həbs edilib.

Nijni Novqorod merinin keçmiş müavini İlya Ştokman həbs edilib.
O, xüsusilə külli miqdarda rüşvət almaq ittihamı ilə iki ay müddətinə həbs edilib.
Almaniya Avropa ölkələrinin İranla nüvə proqramına dair danışıqların nəticəsiz qalmasından sonra Tehrana qarşı genişmiqyaslı BMT sanksiyalarının bərpa edildiyini açıqlayıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Almaniyanın xarici işlər naziri Yohan Vaddefulun sölərinə görə, Avropa problemin danışıqlar yolu ilə həll üçün çoxsaylı imkanlar təklif edib, lakin İran onları qəbul etməyib.
Türkiyənin Antalya şəhərinin Konyaaltı rayonunda, Təhlükəsizlik Xidməti Meşə Baş İdarəsi ilə yüzlərlə mirasçı arasında 1970-ci ildən bu yana davam edən torpaq mübahisəsi 55 ildir həllini tapmayıb.
Qaynarinfo xəbər verir ki, təxminən 4 min hektarlıq 50-yə yaxın torpaq parselini əhatə edən mübahisəli ərazilərin dəyərinin 5 milyard dollar civarında olduğu bildirilir.
“Arapsuyu davası” adı ilə tanınan məhkəmə prosesi, 1970-ci ildə bölgədə aparılan kadastr işləri zamanı orman sərhədlərinin müəyyənləşdirilməsi ilə başlayıb. İlk kiçik miqyaslı davalar isə 1947-ci ilə qədər uzanır. 1989-cu ildə Ali Məhkəmə müxtəlif parsellerlə bağlı davam edən işləri birləşdirib.
Mübahisəli torpaqlar Konyaaltının Arapsuyu, Uncalı və Öğretmenevleri məhəllələrinin böyük hissəsini, qismən isə Altınkum və Siteler məhəllələrini əhatə edir.
Davanın həm tərəfləri, həm də mirasçıların sayı illər ərzində artdığından, işin həllini daha da çətinləşdirir. Vəkil Ali Karaca bildirib: “50-yə yaxın parseldən söhbət gedir. Onlara dair müxtəlif tərəf iddiaları var. Yeni mirasçıların ortaya çıxması səbəbindən məhkəmə tərəflərin tam siyahısını belə çətinliklə müəyyənləşdirir. Keçən yay keçirilən məhkəmə baxışı 4 gün çəkdi. Çox parsel və çox mirasçı olduğundan yaxın zamanda nəticə gözləmək mümkün deyil”.
Mübahisəli ərazilərin bir hissəsində əvvəllər tikililər salınsa da, böyük sahələr illər ərzində makilik və şam ağacları ilə örtülüb. Təxminən iki il əvvəl əraziyə dair “Ətraf mühit və şəhərsalma nazirliyi” tərəfindən aparılan araşdırma nəticəsində bölgə SİT elan olunub. Bu qərar mirasçıların ərazilər üzərində mülkiyyət hüququnu əldə etməsini daha da mürəkkəbləşdirib.
2025-ci ilin 3 iyununda isə prezident fərmanı ilə Konyaaltı rayonunun Uncalı ormanlıq ərazisi “Təbii SİT – davamlı qoruma və nəzarətli istifadə sahəsi” kimi qeydiyyata alınıb.
20 ildir prosesi izləyən vəkil Karaca qeyd edib: “Bu torpaqlar Konyaaltının ən qiymətli bölgəsində yerləşir. Turizmin və şəhərsalmanın çox intensiv olduğu bir yerdə, böyük boşluq təşkil edən bu ərazilərin dəyərinə qiymət qoymaq mümkün deyil”.
Azərbaycan Premyer Liqasında 6-cı tur start götürüb.
İlk oyun gününə nəzərdə tutulan 2 matç keçirilib.
“Zirə” Qubada “İmişli”nin qonağı olub. Görüşdə 1:1 hesabı qeydə alınıb.
Digər matçda isə son çempion “Qarabağ” “Qəbələ”ni qəbul edib.
Ağdam təmsilçisi bu görüşdə qalib gələrək növbəti 3 xalını qazanıb.
“Şamaxı” – “Araz-Naxçıvan” və “Neftçi” – “Karvan” oyunları sabah, “Turan Tovuz” – “Kəpəz” və “Sabah” – “Sumqayıt” matçları isə sentyabrın 28-də keçiriləcək.
26 sentyabr
19:00. “Qarabağ” – “Qəbələ” – 2:0
Qollar: Abdullah Zubir, 16; Musa Qurbanlı, 90+3
Qırmızı vərəqə: Prins Ovusu, 1 (“Qəbələ”)
Bakı şəhər Nəsimi rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərin elektrik şəbəkələrində 27 sentyabr gecə saatlarında təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 02:00 – 03:00 aralığında Nəsimi rayonunun Füzuli, Rəşid Behbudov, Səməd Vurğun, Süleyman Rəhimov, Salatın Əsgərova, Mərdanov Qardaşları, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva, Bəşir Səfəroğlu, Həzi Aslanov və Mirzə İbrahimov küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
İşlər başa çatdıqdan sonra sözügedən yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Bazarlarda piştaxta icarə götürənlərə vergi nəzarəti gücləndirilir.
Oktyabrın 1-dən bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə ötən ilin sonunda edilmiş dəyişikliklər qüvvəyə minir. Dəyişikliklərə əsasən, bazarlarda icarədarların faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq. Bu öhdəliyin təmin edilməsi bazar mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir. Bununla yanaşı, bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat obyektinin girişində onun vergi orqanında uçota alınması ilə bağlı informasiya, yəni vergi ödəyicisinin adı və VÖEN-i göstərilən məlumat yerləşdirilməlidir.
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarlarına aid deyil.
Bəzi icarədar satıcılar da bildiribrlər ki, bu qərarla bağlı onlara rəhbərlik tərəfindən xəbərdarlıq edilib.
Millət vəkili Vüqar Bayramov “Xəzər Xəbər”ə bildirib ki, dəyişikliklər qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınması və uçot intizamının gücləndirilməsinə xidmət edəcək. Eyni zamanda bazarlarda uçotsuz fəaliyyətin qarşısı alınacaq. Bu isə öz növbəsində icarə haqlarının rəsmiləşdirilməsinə, bazar mülkiyyətçilərinin qanunauyğun şəkildə fəaliyyət göstərməsinə gətirib çıxaracaq. Bununla yanaşı, bazarlarda süni qiymət artımı da ola bilər.
Millət vəkili onu da əlavə edib ki, süni qiymət artımı hallarının baş verməməsi üçün müvafiq qurumların bazarlarda monitorinqləri gücləndirməsinə ehtiyac var. Çünki uçotun təkmilləşdirilməsində məqsəd qiymətlərin və xərcin artırılması deyil. Uçot sisteminin təkmilləşməsidir və burada da şəffaflığın təmin edilməsi əsasdır.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə nazirlikdən bildirilib.
Qeyd olunub ki, bu çərçivədə xidmət tərəfindən Şabran şəhəri, Bakı-Quba yolunun 122-ci kilometrliyində yerləşən “Fidan” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, obyektin mətbəxinin tavan hissələri yanar material olan lambirlə üzlənilib, yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb, obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şabran şəhəri, Bakı-Quba yolunun 122-ci kilometrliyində yerləşən “Fidan” restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Çinin “ByteDance” şirkəti “TikTok” sosial şəbəkəsində 20%-dən az pay saxlayacaq.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, razılaşmaya görə, investorlardan ibarət qrup sosial şəbəkəyə görə Çin şirkətinə 14 milyard dollar ödəyəcək. “Oracle”, “Silver Lake” və Abu Dabi mərkəzli MGX əsas investorlar olacaq.
Maraqlıdır ki, “TikTok” əvvəlcədən 30-35 milyard dollar dəyərdə qiymətləndirilsə də, indi onun satışına görə ödəniləcək vəsait xeyli aşağıdır.
Xatırladaq ki, ABŞ Pekini “TikTok”un Çin şirkətinin aktivində qalacağı təqdirdə sosial şəbəkənin ölkədə qadağan ediləcəyi, “Apple” və “Google” kimi platformalardan tətbiqin silinəcəyi ilə hədələyirdi. Məhz iqtisadi təzyiq nəticəsində Çin “Tik-Tok”u ABŞ-yə satmağa razı olub.
Bildirilir ki, satışın aşağı qiyməti şübhələr doğurur. Ehtimal olunur ki, pərdə arxasında ABŞ və Çin arasında Tayvan kimi məsələlərə dair siyasi razılaşmalar da olub.
Sentyabrın 24-ü saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 74 nəfər (8-i uşaq olmaqla 35-i kişi, 4-ü uşaq olmaqla 39-u qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən 5 nəfər (2-si kişi, 3-ü qadın cinsli) Kliniki Tibbi Mərkəzə təxliyyə edilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 56 nəfər (26-sı qadın, 30-u kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.
Vəziyyətləri stabil qiymətləndirilən digər 9 nəfərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.
Qeyd edək ki, hadisə İmişli rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verib.