Month: September 2025

  • Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi təsdiqlənib

    Nazirlər Kabineti “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın Əsasnaməsi”nin və “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi və fəaliyyət Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

    Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

    “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya” “Aviasiya haqqında” qanunun 17.1-ci maddəsinə əsasən aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyətin əlaqələndirilməsi, həyata keçirilməsi və təkmilləşdirilməsi məqsədilə yaradılmış kollegial orqandır. Daimi komissiya öz fəaliyyətində Konstitusiyanı, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələri, eləcə də “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyanı, həmin Konvensiyaya 13 nömrəli Əlavə (“Aviasiya hadisəsi və insidentinin araşdırılması”) ilə müəyyən olunmuş Beynəlxalq Aviasiya Təşkilatının beynəlxalq standartlarını və tövsiyə olunan təcrübəsini, “Aviasiya haqqında” və digər qanunları, ölkə Prezidentinin fərman və sərəncamlarını, bu Əsasnaməni, Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını rəhbər tutur.

    Daimi komissiya öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Daimi komissiyanın qərarlarının icrası həmin komissiyanın tərkibində nümayəndələrinin olduğu dövlət orqanları (qurumları) tərəfindən təmin edilməlidir. Daimi komissiyanın üzərində adı həkk olunmuş blankı, ştampları və möhürü var. 1.6. Daimi komissiya öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.

    Daimi komissiyanın sədri Baş nazir, sədr müavini rəqəmsal inkişaf və nəqliyyat naziri, üzvləri Baş prokuror, daxili işlər naziri, fövqəladə hallar naziri, xarici işlər naziri, müdafiə naziri, səhiyyə naziri, Dövlət Gömrük Komitəsinin sədri, Dövlət Mühafizə Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisidir.

    Bundan başqa, qərarla “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyət Qaydası” təsdiqlənib. Bu Qayda “Aviasiya haqqında” qanunun 17.5-ci və 17.7-ci maddələrinə uyğun olaraq hazırlanıb, aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın ölkə ərazisində, habelə Azərbaycana mənsub hava gəmisinin digər dövlətin ərazisində məruz qaldığı aviasiya hadisələri və insidentlərinin araşdırılması üzrə fəaliyyətini tənzimləyir.

    Bu Qayda ilə tənzimlənməyən məsələlər Qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya, ona 13 nömrəli Əlavə (“Aviasiya hadisəsinin və insidentinin araşdırılması”) ilə müəyyən olunmuş Beynəlxalq Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatının “Doc 9756, aviasiya hadisələrinin və insidentlərinin araşdırılması” və “Doc 9962, aviasiya hadisələrinin və insidentlərinin araşdırılmasına dair prosedurlar”a uyğun olaraq həyata keçirilir.

  • Prezident: “Biz rəsmi statistika sahəsində müasir texnologiyalara əsaslanan islahatlara xüsusi önəm veririk”

    “Biz rəsmi statistika sahəsində müasir texnologiyalara, süni intellektə və rəqəmsal transformasiyaya əsaslanan islahatlara xüsusi önəm veririk”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciətində yer alıb.

    “Ölkəmiz bu istiqamətdə aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edərək qlobal inkişaf gündəliyinə töhfə verməyə səy göstərir”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

  • Zərdabda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən iki nəfər saxlanılıb

    Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil Qoşaoba kənd sakini Ceyhun Əliyev saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

    Bildirilib ki, ondan 3 kiloqram 500 qram marixuana aşkarlanıb.

    Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər bir əməliyyat zamanı rayon sakini Salik Abdullayev də saxlanılıb. Adıçəkilən şəxsdən də satış məqsədilə qablaşdırılmış marixuana götürülüb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

  • Prezident: “Bu gün Azərbaycanda milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir”

    “Bu gün Azərbaycanda milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalı daim diqqət mərkəzində saxlanılır”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciətində yer alıb.

    Dövlətimizin başçısı əlavə edib ki, süni intellekt kimi müasir çağırışlar statistika sahəsində yeni metodologiyaların, alət və yanaşmaların işlənib hazırlanmasını, gələcək hədəflərin düzgün müəyyənləşdirilməsini zəruri edir. Bu hədəflərin reallaşdırılması üçün isə effektiv beynəlxalq əməkdaşlıq və onun imkanlarının düzgün dəyərləndirilməsi vacibdir.

  • İlham Əliyev: “Beynəlxalq Statistika Forumu universal bir platforma kimi çıxış edir”

    “Beynəlxalq Statistika Forumu metodoloji yeniliklərin təqdim edilməsi və çoxtərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından universal bir platforma kimi çıxış edir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciətində yer alıb.

    Dövlətimizin başçısı qeyd edib ki, etibarlı statistik məlumatlar dayanıqlı inkişafın təmin olunmasında, əsaslandırılmış qərarların qəbulunda və şəffaf idarəetmənin qurulmasında böyük rol oynayır.

  • Sumqayıtda hakimi təhqir edən şəxs barəsində cinayət işi başlanıb

    Məhkəmə proseslərində iştirak edən şəxslərin davranışları qanunla ciddi şəkildə tənzimlənir. Hakimin və ya digər iştirakçıların təhqir edilməsi təkcə etik qaydaların pozulması deyil, həm də cinayət məsuliyyəti yaradan əməldir.

    Bəzən bu tələblərin pozulması praktiki müstəvidə də özünü göstərir.

    Belə ki, Sumqayıt Kommersiya Məhkəməsində mübahisəyə baxıldığı zaman məhkəmə prosesi iştirakçılarından biri – cavabdeh tərəfin nümayəndəsi dəfələrlə əsassız vəsatətlər qaldıraraq işin gedişinə mane olub. Məhkəmənin qərarı ilə həmin nümayəndəyə prosessual davranış qaydalarını pozduğuna görə inzibati cərimə tətbiq edilib.

    Daha sonra o, məhkəməyə təqdim etdiyi ərizədə hakimi təhqir edən ifadələr işlədib, bu hərəkəti ilə məhkəməyə açıq hörmətsizlik nümayiş etdirib. Belə ki, qeyri-etik davranış məhkəmənin nüfuzunu alçaltmaqla yanaşı, prosessual tərəflərin hüquqlarının müdafiəsinə də mane olub.

    Məhkəmə baş vermiş halları nəzərə alaraq xüsusi qərardad qəbul edib və materialları müvafiq istintaq orqanına göndərib. Aparılmış araşdırma nəticəsində nümayəndənin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.2-ci maddəsi (hakimə hörmətsizlik etmə) ilə nəzərdə tutulan cinayət tərkibi müəyyən edilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light (CIF) подорожала на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке повысилась на 1.76 доллара, или 2.53% – до 71.22 доллара.

    Отметим, что предыдущая цена азербайджанской нефти составляла 69.46 доллара.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 1.76 ABŞ dolları, yaxud 2.53% artaraq 71.22 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.46 ABŞ dolları idi.

  • Мехрибан Алиева поделилась кадрами искреннего диалога между Ильхамом Алиевым и Дональдом Трампом – Видео

    Первый вице-президент Азербайджана Мехрибан Алиева поделилась в своем Instagram-аккаунте кадрами из Нью-Йорка, где в настоящее время проходит 80-я сессия Генеральной ассамблеи ООН.

    На опубликованном видео американский лидер Дональд Трамп, касаясь в ходе своего выступления на проходящем в рамках сессии мероприятии темы армяно-азербайджанских отношений, поинтересовался у Президента Ильхама Алиева, сколько лет продолжался конфликт между двумя странами, предположив, что он длился около 20 лет.

    Глава азербайджанского государства ответил, что более 30 лет, и выразил благодарность Трампу за содействие в урегулировании конфликта, подчеркнув, что он был завершен именно благодаря усилиям президента США. Этот искренний диалог был встречен бурными аплодисментами всех присутствующих на мероприятии.

  • Mehriban Əliyeva İlham Əliyev və Donald Tramp arasında səmimi dialoqun görüntülərini paylaşdı – Video

    Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən tədbir zamanı ABŞ Prezidenti Donald Trampla Azərbaycan Prezidenti İlham Əliyev arasında səmimi dialoq yaşanıb.

    Bununla bağlı görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva özünün “Instagram” hesabında paylaşıb.

    Videoda Tramp çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsinin 20 il davam etdiyini, Prezident İlham Əliyev isə xatırlatma edərək, münaqişənin 30 il çəkdiyini və ABŞ prezidentinin səyləri nəticəsində başa çatdığını bildirib. Bu səmimi dialoq tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

    Həmin görüntüləri təqdim edirik: