Month: September 2025

  • Bakıda orta aylıq əməkhaqqı 1400 manata yaxınlaşır

    2025-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 1376,3 manat təşkil edib.

    Bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.

  • За год число азербайджанских туристов в Узбекистане выросло до 11.4 тысяч

    На начало августа нынешнего года Узбекистан с туристическими целями посетило более 11.4 тыс. граждан Азербайджана.

    Об этом сообщил Нацкомстат Узбекистана.

    За год турпоток вырос на 1.8 тыс. человек.

    Основная часть азербайджанцев прибыла в Узбекистан с туристическими целями – более 6.9 тыс. человек. Посетить родственников приехали 3.5 тыс. человек, по работе – 892, по учебе – шесть азербайджанцев.

    По информации сервиса Aviasales.uz, нынешней осенью жители Узбекистана активно бронировали билеты в Турцию, Казахстан, Китай. Также узбекистанцы искали билеты в Азербайджан.

    За год число бронирований авиабилетов узбекистанцами выросло на 12%.

  • Özbəkistana səfər edən azərbaycanlıların sayında kəskin artım müşahidə olunub

    Cari ilin avqust ayının əvvəlinə qədər 11.4 mindən çox Azərbaycan vətəndaşı Özbəkistana turizm məqsədilə səfər edib.

    Bu barədə Özbəkistanın Milli Statistika Komitəsi xəbər verib.

    Bildirilir ki, ötən illə müqayisədə turist axını 1.8 min nəfər artıb.

    Azərbaycanlı qonaqların əksəriyyəti – 6.9 min nəfərdən çoxu ölkəyə məhz turizm məqsədilə gəlib. Bundan əlavə, 3.5 min nəfər qohum ziyarəti, 892 nəfər iş səfəri, altı nəfər isə təhsil məqsədilə Özbəkistanı ziyarət edib.

    Mənbədən, həmçinin bildirilir ki, bu payız Özbəkistan sakinləri Türkiyə, Qazaxıstan və Çinlə yanaşı, Azərbaycana da bilet axtarışları həyata keçiriblər.

  • Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edilir

    Elm və Təhsil Nazirliyi tərəfindən özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edilir.

    Bu barədə Nazirlik məlumat yayıb.

    Bildirilib ki, qrant müsabiqəsinin əsas məqsədi 2025-2026-cı tədris ilində məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsidir.

    Müraciət üçün son tarix 10 noyabr 2025-ci ildir.

    Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri əsasında əhatəliliyin artırılması və məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Strategiyanın hədəfinə nail olunması üçün Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.

    Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

    Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi – elan

  • В бакинском аэропорту проведен мониторинг новой ценовой политики такси – РЕАКЦИЯ AYNA (Обновлено)

    Агентство наземного транспорта Азербайджана (AYNA) при Министерстве цифрового развития и транспорта выразило свою позицию относительно мониторинга, проведенного Аппаратом уполномоченного по правам человека (омбудсмена) в Международном аэропорту Гейдар Алиев по вопросу обеспечения прав на равенство в сфере услуг такси.

    В ответ на запрос Oxu.Az касательно упомянутой проверки представители AYNA отметили, что стоимость перевозок на такси определяется на основе принципов спроса и предложения:

    “В настоящее время цены формируются действующими операторами такси в условиях конкурентной среды”.

    * * * * *
    В Международном аэропорту Гейдар Алиев был проведен мониторинг ситуации с таксомоторными услугами с точки зрения обеспечения права на равенство.

    Как сообщает Oxu.Az со ссылкой на пресс-службу Аппарата уполномоченного по правам человека (омбудсмена) Азербайджанской Республики, сотрудники структуры проверили ситуацию, возникшую в результате применения специальной тарифной политики в сфере предоставления таксомоторных услуг на территории воздушной гавани с 10 сентября 2025 года, с точки зрения обеспечения права на равенство.

    “В результате мониторинга было установлено, что нововведения приводят к искусственному завышению цен, ограничению возможностей выбора пассажиров, созданию неравных условий для лиц, предоставляющих лицензированные таксомоторные услуги, экономическим потерям водителей и возникновению социальных недовольств.

    Применяемая новая тарифная политика не соответствует статьям 25 (право на равенство) и 59 (право на свободное предпринимательство) Конституции АР, а также положениям Кодекса о конкуренции”, – говорится в сообщении.

    Отмечается, что в целях обеспечения конституционных прав граждан, формирования тарифов на основе прозрачных и справедливых механизмов, создания равных условий для всех лицензированных таксомоторных услуг и защиты конкурентной среды, омбудсмен направит обращение по результатам мониторинга в соответствующие госструктуры.

  • Aeroportda taksilərlə bağlı yeni qaydanın qanuna uyğun gəlməməsi barədə monitorinq nəticəsinə AYNA-dan CAVAB (Yenilənib)

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının taksi xidmətində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından Heydər Əliyev adına Beynəlxalq Hava Limanında keçirdiyi monitorinqə münasibət bildirib.

    AYNA-dan sözügedən monitorinqlə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur:

    “Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır”.

    * * * * *

    Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidmətində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinqi aparılıb.

    Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

    Bildirilir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları tərəfindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında 10 sentyabr 2025-ci ildən taksi xidmətinin həyata keçirilməsi sahəsində tətbiq edilən xüsusi tarif siyasəti nəticəsində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinqi aparılıb.

    “Monitorinq nəticəsində müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur.

    Tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir”, – məlumatda deyilir.

    Qeyd olunur ki, Ombudsman tərəfindən vətəndaşların konstitusion hüquqlarının təmini, tariflərin şəffaf və ədalətli mexanizm əsasında formalaşdırılması, bütün lisenziyalı taksi xidmətləri üçün bərabər imkanların yaradılması, rəqabət mühitinin qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına monitorinqin nəticələri ilə bağlı müraciət ünvanlanacaq.

  • Şahin Şıxlinskinin həbs müddəti uzadıldı

    Rusiyanın Verx-İsetski Rayon Məhkəməsi Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski barəsində həbs qətimkan tədbirinin müddətini uzadıb.

    Median.Az RBK-ya istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, onun həbsdə saxlanma müddəti 30 dekabr 2025-ci il tarixinədək qüvvədə qalacaq.

    Məlumata görə, Ural diasporunun rəhbəri Fehruz Şirinovun öldürülməsinə cəhddə (Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsi, 105-ci maddəsi), habelə dövlət məmuruna qarşı zorakılıqda (Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi) iştirakda ittiham olunur.

    Fehruz Şirinova qarşı sui-qəsd cəhdi 2010-cu ildə baş verib. Amma Fehruzun bəxti gətirib – qatilin tapançası açılmayıb. İstintaqın versiyasına görə, hadisəni törədən digər azərbaycanlı Elman Süleymanov olub (o, təbii səbəblərdən ölüb). Onun ölümündən əvvəl hücumu sifariş edən şəxsin adını çəkdiyi iddia edilir.

    Ş.Şıxlinski bu ilin iyul ayının sonunda axtarışa verilib, avqustun əvvəlində isə həbs olunaraq Moskvadan Yekaterinburqa aparılıb və İstintaq Orqanı tərəfindən dindirilib.

  • “Ağdərə”də saxta araqlar aşkarlandı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Tərtər rayonunun Şıxarx qəsəbəsində fəaliyyət göstərən və Vəfa Əsəd qızı Nəbiyevaya məxsus olan “Ağdərə” restoranında yoxlama keçiriblər.

    Bu barədə agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

    Bildirilib ki, baxış zamanı restoranda istehlaka təqdim olunan “Banketnaya” əmtəə nişanlı alkoqollu içkilərin saxta olduğu və mənşəyi məlum olmayan spirtdən hazırlandığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laborotoriyasına təqdim olunub.

    Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib, məhsullar satışdan kənarlaşdırılıb. Araşdırmalar davam etdirilir.

  • Aviasiya insidentlərini bu şəxslər araşdıracaq – Yeni qərar

    Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi və fəaliyyət Qaydası təsdiq olunub.

    Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

    Qərara əsasən, Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi aşağıdakı kimidir:

    Daimi komissiyanın sədri

    Baş nazir;

    Daimi komissiya sədrinin müavini;

    Rəqəmsal inkişaf və nəqliyyat naziri.

    Daimi komissiyanın üzvləri:

    Baş prokuror;

    Daxili işlər naziri;

    Fövqəladə hallar naziri;

    Xarici işlər naziri;

    Müdafiə naziri;

    Səhiyyə naziri;

    Dövlət Gömrük Komitəsinin sədri;

    Dövlət Mühafizə Xidmətinin rəisi;

    Dövlət Sərhəd Xidmətinin rəisi;

    Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi;

    Xarici Kəşfiyyat Xidmətinin rəisi;

    Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi;

    Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi.

    Qərarla həmçinin, “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın Əsasnaməsi” də təsdiqlənib.

  • “TikTok”da əxlaqsızlığın təbliğinə görə həbs olunan İlhamə Elşadqızıya hökm oxunub

    “TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan İlhamə Elşadqızı barəsində olan cinayət işinin yekun məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başa çatdıqdan sonra dövlət ittihamçısı təqsirləndirilənin dörd il altı ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

    Təqsirləndirilən şəxsin vəkili cinayət işini əsassız adlandıraraq məhkəmədən müvəkkilinə bəraət verilməsini istəyib.

    Təqsirləndirilən İlhamə Elşadqızı son sözündə ittihamları qəbul etmədiyini bildirib və məhkəmədən ona bəraət verilməsini xahiş edib.

    Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs üç il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, İlhamə Elşadqızıya Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.

    “TikTok” əməliyyatları çərçivəsində aparıcı Azər Zahid, Emin və Rəşad Abdullayev qardaşları və digərləri saxlanılıblar. Onların barəsində həbs qərarı çıxarılıb.

    İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışlarda iştirakçı olub.
    //oxu.az