Month: September 2025

  • Oğuzda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən bir ailənin üzvləri tutulub

    Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbirlərlə bir ailənin 4 üzvü- əvvəllər də ağır cinayətə görə məhkum olunmuş 65 yaşlı Məmmədsaad Məmmədov, oğlu 34 yaşlı Orxan, arvadı 55 yaşlı Gülnaz və gəlini Dilbər Məmmədovalar saxlanılıb. Onların Xaçmaz kəndində yaşadıqları ünvana baxış keçirilərkən 3 kiloqrama yaxın marixuana, 138 ədəd çətənə bitkisi və hissələri, eləcə də şüşə qablarda narkotik tərkibli bitkilərin toxumları aşkar olunub. Saxlanılan şəxslər çətənə kollarını bir müddət əvvəl becərdiklərini və qulluq göstərdiklərini bildiriblər. M.Məmmədov narkotik sifarişlərini qəbul etdikdən sonra arvadı, oğlu və gəlini vasitəsilə deyilən ünvanlara çatdırılmasını təmin edib.

    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə üç nəfər barəsində həbs, D.Məmmədova barəsində isə digər növdən olan qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Саудовская Аравия предоставила Йемену $368 млн экономической помощи

    Саудовская Аравия предоставила международно признанному правительству Йемена новый пакет экономической помощи на 1,38 млрд саудовских риалов ($368 млн).

    Об этом говорится в заявлении саудовского внешнеполитического ведомства.

    Финансирование осуществляется через Саудовскую программу развития и реконструкции Йемена (Saudi Program for the Development and Reconstruction of Yemen, SDRPY).

    Выделенные средства пойдут на поддержку государственного бюджета, поставки нефтепродуктов, а также покрытие операционных расходов больницы имени наследного принца Мухаммеда бен Сальмана в городе Аден. Отмечается, что очередной пакет экономической помощи был выделен по инициативе короля Саудовской Аравии Сальмана Абдель Азиза.

    С августа 2014 года в Йемене продолжается противостояние между правительственными силами и хуситами из мятежного движения “Ансар Аллах”. В наиболее активную фазу оно перешло в марте 2015 года, когда к конфликту присоединилась коалиция во главе с Саудовской Аравией. Гражданская война в Йемене привела к беспрецедентной гуманитарной катастрофе. По данным ООН, более 24 млн йеменцев, или примерно 80% населения страны, нуждаются в гуманитарной помощи, а число внутренне перемещенных лиц превышает 4 млн.

  • Səudiyyə Ərəbistanı Yəmənə 368 milyon dollarlıq iqtisadi yardım ayırıb

    Səudiyyə Ərəbistanı beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə 1,38 milyard rial (368 milyon dollar) dəyərində yeni iqtisadi yardım paketi təqdim edib.

    Bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Maliyyələşdirmə Səudiyyə Ərəbistanının Yəmənin İnkişafı və Yenidənqurulması Proqramı (“Saudi Program for the Development and Reconstruction of Yemen”, SDRPY) vasitəsilə təmin edilib.

    Ayrılan vəsait dövlət büdcəsini dəstəkləyəcək, neft məhsullarının tədarükü və Ədəndə vəliəhd şahzadə Məhəmməd bin Salman xəstəxanasının əməliyyat xərclərini ödəyəcək. İqtisadi yardım paketi Səudiyyə Ərəbistanı Kralı Salman Əbdül Əziz Al Səudun təşəbbüsü ilə ayrılıb.

    Yəməndə 2014-cü ilin avqustundan hökumət qüvvələri ilə “Ənsar Allah” hərəkatının husi üsyançıları arasında silahlı qarşıdurma davam edir. O, ən aktiv fazasına 2015-ci ilin martında Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın münaqişəyə qoşulması ilə daxil olub. Vətəndaş müharibəsi misli görünməmiş humanitar fəlakətə səbəb olub. BMT-nin məlumatına görə, 24 milyondan çox yəmənli və ya ölkə əhalisinin təxminən 80 %-i humanitar yardıma ehtiyac duyur, məcburi köçkünlərin sayı isə 4 milyon nəfəri ötür.

  • Летевший из Анкары в Баку самолет подал сигнал тревоги

    22 сентября экипаж воздушного судна турецкой авиакомпании Ajet, выполнявшего регулярный рейс по маршруту Анкара – Баку, сообщил о возможной чрезвычайной ситуации на борту. Капитан лайнера направил запрос о сигнале тревоги в диспетчерскую службу Международного аэропорта Гейдар Алиев.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу аэропорта, самолет совершил безопасную посадку в бакинской воздушной гавани в 15:55 по местному времени.

    В соответствии с международными протоколами безопасности были незамедлительно выполнены все необходимые процедуры. По результатам проведенного расследования было установлено, что сигнал оказался необоснованным, и никакой угрозы зафиксировано не было.

    Безопасность пассажиров и членов экипажа всегда остается приоритетом для авиационных служб.

    Дополнительно сообщается, что произошедший инцидент не повлиял на операционные процессы Международного аэропорта Гейдар Алиев. Все полеты продолжаются в соответствии с графиком.

  • Ankara-Bakı təyyarəsinin göyərtəsindən HƏYƏCAN SİQNALI VERİLİB

    22 sentyabr 2025-ci il tarixində Ankara-Bakı müntəzəm reysini həyata keçirən “Ajet” aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun aidiyyəti qurumlarına göyərtədə həyəcan siqnalı barədə sorğu göndərib.

    Median.Az bu barədə hava limanına istinadən xəbər verir.

    Məlumata görə, təyyarə yerli vaxtla saat 15:55-da Bakı hava limanına təhlükəsiz eniş edib.

    Beynəlxalq təhlükəsizlik protokollarına uyğun prosedurlar dərhal icra olunub. Araşdırma nəticəsində müəyyən olunub ki, siqnal əsassız olub və hər hansı təhlükə qeydə alınmayıb.

    Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi hər zaman prioritetdir.

    Əlavə olaraq bildiririk ki, baş vermiş hadisə Heydər Əliyev Beynəlxalq Aeroportunun əməliyyat proseslərinə təsir göstərməyib. Bütün uçuşlar qrafikə uyğun şəkildə davam edir.

  • Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi

    Bakıda qonaq getdiyi evdən oğurluq edən şəxsə hökm oxunub.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, T.R. sinif yoldaşı olmuş M.X.-nin evinə qonaq gedib. Ev yiyəsinin başının qarışıq olmasından istifadə edərək paltar dolabını açıb və oradan zərərçəkmişə məxsus bir ədəd ümumi dəyəri 3 800 manat təşkil edən brilyant qaşlı kulonlu qızıl boyunbağını, dəyəri 210 manat təşkil edən bir cüt qızıl sırğanı və dəyəri 800 manat olan bir ədəd “Tiffany” modelli qızıl boyunbağını oğurlayıb.

    T.R. bununla kifayətlənməyib. M.X. evdə olmayan zaman hansısa yolla mənzilə daxil olaraq yenidən oğurluq edib. Bu dəfə zərərçəkmişə məxsus çəkisi 1 475 manat dəyərində bir ədəd qızıl qolbaq, dəyəri 880 manat olan bir ədəd qızıl kulon, dəyəri 1 050 manat olan bir cüt qızıl sırğa, dəyəri 660 manat olan bir ədəd qızıl üzük, dəyəri 1 925 manat olan bir ədəd qızıl boyunbağı və dəyəri 1 210 manat olan bir cüt qızıl sırğa oğurlayıb. O, zərərçəkmişə, ümumilikdə, 12 010 manat ziyan vurub.

    Hüquq-mühafizə orqanlarına edilən müraciət əsasında T.R. şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 177.2.2 (Oğurluq – təkrar törədildikdə ), 177.2.3 (Oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (Oğurluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.

    Cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. T.R. verilmiş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmə prosesi zamanı məlum olub ki, dəymiş zərərin bir hissəsi ödənilib.

    Məhkəmənin hökmü ilə T.R.-ə bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət bir günə iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

    Məhkəmə hökm verərkən təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmadığını, zərərin bir hissəsinin ödənildiyini və digər yüngülləşdirici halları nəzərə alıb.

  • Fəvvarələr meydanında sərxoş halda skuter sürən şəxs həbs edildi

    Bakının mərkəzində sərxoş halda skuter sürərək ictimai asayişi pozan gənc məsuliyyətə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Nizami küçəsindəki Fəvvarələr meydanında qeydə alınıb.

    Polis əməkdaşları səhər saat 06 radələrində bir neçə nəfərin meydanda qışqıraraq danışdığını görüb və onlara yaxınlaşıblar. Həmin şəxslərə qeyd edilən saatda səs-küy salmağın yolverilməz olduğu, həmçinin bu ərazinin skuter sürmək üçün təyin edilmədiyi deyilib.

    Lakin həmin şəxslərdən 2000-ci il təvəllüdlü S.Balayev mübahisə edərək əməllərinə davam etməyə başlayıb. O, saxlanılaraq 9-cu Polis Bölməsinə aparılıb və sərxoş halda olması müəyyən edilib.

    Barəsində inzibati protokol tərtib edilən 25 yaşlı oğlana rayon məhkəməsinin qərarı ilə 8 sutkalıq inzibati həbs verilib.

  • Metroda problem yarandı

    Metronun “Xalqlar dostluğu” stansiyasında bir qatarda texniki nasazlıq yaranıb. Bu səbəbdən iki qatar arasında intervaldan əlavə 7 dəqiqəlik yubanma qeydə alınıb. Qatar operativ şəkildə “Nərimanov” elektrik deposuna yola salınıb və xəttə ehtiyat qatar buraxılıb.

    Yalnız iki qatar arasında yaranmış bu interval fərqinin bərpası məqsədilə əlavə tədbirlər görülüb, qısa müddət ərzində interval bərpa olunub.

  • Sabah iki rayonda 2500-dən çox abonentin qazı kəsiləcək

    Sabah İmişli və Saatlı rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

    Bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

    Bildirilib ki, fasilə diametri 315 mm-lik PE “Qaralar kənd” orta təzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədi ilə olacaq.

    Bununla əlaqədar sentyabrın 23-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun Qaralar, Cavadxanlı, Bəcirəvan, Mirli, Qaravəlli, Ağcüyür kəndləri və Araz küçəsi, eyni zamanda Saatlı rayonunun Məzrəli və Naharlı kəndlərində (2 min 516 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

  • Завтра в Азербайджане в полном объеме будут выплачены пенсии

    Выплата пенсий по всему Азербайджану в полном объёме запланирована на 23 сентября.

    Об этом сообщает Median.Az со ссылкой на Государственный фонд социальной защиты населения.

    В этот день пенсии также будут выплачены лицам, имеющим право на получение пенсии на льготных условиях.