Month: September 2025

  • Sabah pensiyalar tam ödəniləcək

    Respublika üzrə pensiyaların sentyabrın 23-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

    Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

    Bildirilib ki, Fond tərəfindən sentyabrın 23-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

    Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

  • С 1 октября вводится запрет на деятельность арендаторов на рынках без налогового учета

    С 1 октября фактическая деятельность арендаторов будет разрешена только при условии постановки арендованных объектов на учет в налоговых органах.

    Как сообщает Median.Az со ссылкой на Государственную налоговую службу, эти требования предусмотрены изменениями в Налоговый кодекс.

    Контроль за их выполнением возложен на собственников рынков, которые обязаны ежеквартально предоставлять налоговым органам сведения о налогоплательщиках, с которыми расторгнуты договоры аренды, приостановивших или продолжающих деятельность.

    Кроме того, собственники должны в течение шести месяцев с 1 октября обеспечить постановку на учет всех хозяйственных объектов и арендаторов, не состоящих на учете.

    Новые требования направлены на предотвращение незаконной предпринимательской деятельности и легализацию арендных отношений.

  • Oktyabrın 1-dən vergi uçotuna alınmayanlara bazarlarda fəaliyyət göstərməyə İCAZƏ VERİLMƏYƏCƏK

    Bu il oktyabrın 1-dən bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

    Məlumata görə, bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə ötən ilin sonunda edilmiş dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək. Bu öhdəliyin təmin edilməsini bazar mülkiyyətçiləri həyata keçirməlidirlər.

    Bununla yanaşı, bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat obyektinin girişində onun vergi orqanında uçota alınması ilə bağlı informasiya, yəni vergi ödəyicisinin adı və VÖEN-i göstərilən məlumat yerləşdirilməlidir.

    Qanunvericiliyin yeni tələblərinə əsasən, bazarların mülkiyyətçiləri tərəfindən icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran, eləcə də fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə məlumat formasının rübdə 1 dəfə vergi orqanlarına təqdim edilməsi ilə bağlı vəzifə də müəyyən edilib. Dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarlarına aid deyil.

    Bazarların mülkiyyətçiləri oktyabrın 1-dən növbəti altı ay ərzində vergi orqanında uçota alınmamış təsərrüfat obyektinin və həmin obyekti icarəyə götürənlərin uçota alınmasını təmin etməlidir.

    Dəyişikliklər qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınması və uçot intizamının gücləndirilməsinə xidmət edəcək, bazarlarda uçotsuz fəaliyyətin qarşısı alınacaq. Bu isə, öz növbəsində, icarə haqlarının rəsmiləşdirilməsinə, bazar mülkiyyətçilərinin qanunauyğun şəkildə fəaliyyət göstərməsinə gətirib çıxaracaq.

  • Məzahir Pənahovun oğlu Azərbaycana niyə gəlmir? – “Onu Amerikada tutdura bilərdim” (FOTO)

    Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı arasındakı qalmaqal səngimir. Bakı Apellyasiya Məhkəməsi tərəflərin boşanmasını təsdiqləyib və qadına çatmalı olan əmlakın ona qaytarılması barədə yeni qərar çıxarıb. Lakin oğul Pənahov heç bir qərarla razılaşmır. O, çəkişməni Ali Məhkəmədə davam etdirməyə hazırlaşır.

    Gəlin H.Pənahova isə yeni iddialarla “Qafqazinfo”ya müraciət edib.

    Qadının sözlərinə görə, keçmiş əri hələ də ona və vəkilinə müəyyən vasitələrlə təzyiq göstərməyə çalışır. Özü ölkəyə gəlməsə də, vəkili məhkəmədə ona qarşı uydurma çıxışlar edir: “Binəqədi Məhkəməsində məni oğru və böhtançı kimi təqdim etməyə çalışırdılar. Guya tələb etdiyim əşyaları mən evdən qaçmazdan əvvəl harasa daşımışam. Lakin Məhəmməd və ailəsi yaxşı bilir ki, belə bir şey mümkün deyildi. Biz bir il Bakının “Milyonçular məhəlləsi” kimi tanınan Ceyhun Hacıbəyli küçəsində dördmərtəbəli imarətdə yaşamışıq.

    Sonra da Kaliforniya ştatının Los-Anceles şəhərinə köçmüşük. Hər iki evimizdə otaqların hər birində kameralar quraşdırılmışdı. Mən heç evdən tək çıxmırdım, həmişə sürücüləri müşayiət edirdilər. 300 minə yaxın qiyməti olan həmin əşyalar hamısı mənə aiddir: cehiz, geyimlər, qızıl-zinət əşyaları və sair. Zinət əşyalarının və geyimlərin bir hissəsi nikah dövründə hədiyyə kimi verilib. Amma əvvəlki məhkəmədə məni əliboş gələn gəlin kimi təqdim etdilər. Ən maraqlı və gülüş doğuran məqam isə odur ki, Bakı Apellyasiya Məhkəməsində fikirlərini dəyişiblər. Dedilər ki, guya toyda mənə hədiyyə etdikləri qızıl-brilyant komplekti Məhəmmədin bacısından icarəyə götürülüb. Belə yalan olar? Pənahovlar ailəsinin gəlininə komplekt almağa pulu yoxdur? İnanırsınız, məhkəmədə hakim özü belə bu sözün inandırıcı olmadığını dedi. İndi onların istədiyi odur ki, mənə heç nə çatmasın. Mən onlardan nə imarətlər, nə maşınlar, nə də pul istəmişəm və istəmirəm də – sadəcə boşanmaq və mənə aid olanı almaq istəyirəm”.


    H.Pənahova söhbət zamanı daha bir ciddi iddia irəli sürüb. Bundan əvvəlki şikayətində gəlin ərinin ona şiddət göstərməsi nəticəsində yaranan stres səbəbindən bətnindəki övladını itirdiyini demişdi. Bu dəfə isə o, ərinin göstərdiyi şiddətdən danışarkən ikinci övladının da vaxtından əvvəl doğulduğunu, üç gün sonra isə xəstəxanada öldüyünü deyib: “İkinci hamiləliyimin yeddinci ayının əvvəli idi. Novxanıda yerləşən restoranda oturmuşduq. Məhəmməd sərxoş olmuşdu. Həmin vaxt dava salıb, sürücüsü və ofisiantların qarşısında əlimi kəsdi.

    Sabahı gün əlimin açıq yarasını estetik əməliyyat etdirərkən bacısı hadisəni ört-basdır etmək üçün həkim və tibb bacılarına pul təqdim etdi. Pul qarşılığında tibb müəssisəsi hadisəni qeydə almadı və hüquq-mühafizə orqanlarına müraciət etmədilər. Ondan bir həftə sonra Məhəmməd yenə evdə dava saldı. Davadan sonra yaranmış streslə bağlı vəziyyətim pisləşdi və yenidən xəstəxanaya getdik. Orada vaxtından üç ay əvvəl övladım doğuldu. Amma körpə cəmi üç gün yaşadı. Beləliklə, bu övladım da ailədaxili şiddətin qurbanı oldu.


    İkinci hamiləliyimdə Məhəmməd öz övladını faktiki olaraq öldürdü və mən bunu ona heç vaxt bağışlamayacağam. Hələ Bakıda olanda dəfələrlə Məhəmmədin ailəsinə yalvardım ki, onun həm psixoloji pozğunluğuna, həm də alkoqol asılılığına görə müalicəyə göndərsinlər. Mən də işimi buraxıb ona daim dəstək olardım. Amma ailəsi kömək etmədi, düşündülər ki, təzə gəlinəm və baş çıxarmalıyam. Məzahir Pənahov sadəcə oğluna deyirdi ki, içkini burax və həyat yoldaşına yaxşı bax, lakin heç bir nəticəsi olmurdu. Sonradan Los-Ancelesə köçdük, orada da eyni şeylər təkrarlandı. Nəhayət Bakıya qayıtdım.

    Burada isə hər kəs soruşurdu ki, niyə Amerikada onu polisə şikayət etməmişəm, axı orada nə yüksək vəzifə, nə də atasının əlaqələri kömək edər. Əlbəttə, mən ərimi polisə şikayət edə bilərdim: onu həbs edərdilər, Amerikaya girişi və biznesi beş il müddətinə qadağan edərdilər, mən isə Amerika hökumətinin himayəsini və vətəndaşlığını alardım. Ancaq ilk növbədə mən qayınatam haqqında düşündüm. Onun illərlə qurduğu nüfuzunun zərər görməsini istəmirdim, çünki mən ona çox hörmət edirdim. Mən sakit və dinc yolla boşanmaq istəyirdim, lakin Pənahovların belə davranacaqlarını heç gözləmirdim. Təsəvvür edin, məni nə həddə çatdırıblar ki, mən bu hadisələrlə bağlı media vasitəsilə açıqlama verirəm”.

    H.Pənahova keçmiş ərinin əməlləri ilə bağlı Azərbaycanda hüquq-mühafizə orqanlarına müraciət edib. Yekun olaraq şikayəti polis araşdırır. Lakin Məhəmməd Pənahov ölkədə olmadığından qarşı tərəfin iddiaları cavabsız qalıb.

  • Bakıya giriş pullu olacaq – Bu tarixdən etibarən….

    Prezident İlham Əliyevin fərmanı ilə dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılır. Fondun gəlirləri yanacaq vergisinin bir hissəsindən və Bakıda tətbiq ediləcək ödənişli hərəkət zonalarından toplanacaq vəsait hesabına formalaşacaq. Bu qərarın ölkə iqtisadiyyatına təsiri ilə bağlı müxtəlif suallar gündəmdədir.

    Yeni yaradılan “İctimai nəqliyyat” Fondu iqtisadiyyatımıza nə vəd edir? Yanacaq vergisinin bir hissəsinin və ödənişli yolların tətbiqi qiymətlərə, xüsusilə də istehlak, logistika xərclərinə necə təsir göstərə bilər?

    Median.Az xəbər verir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu Fond həm iqtisadi, həm də sosial baxımdan bir sıra təsirlərə malik olacaq:

    “Dövlət büdcəsində ayrıca fond kimi ayrılması o deməkdir ki, ictimai nəqliyyat üçün sabit və proqnozlaşdırıla bilən maliyyə mənbəyi yaradılır. Bu, avtobus parkının yenilənməsi, metro və dəmiryolu layihələrinin genişlənməsi, “yaşıl nəqliyyat” (elektrikli avtobuslar, tramvaylar) kimi sahələrə sərmayəni artıracaq. İctimai nəqliyyatın keyfiyyətinin yaxşılaşması insanları şəxsi avtomobildən daha çox ictimai nəqliyyata yönəldə bilər ki, bu da tıxacların azalmasına, işçi qüvvəsinin hərəkətliliyinə və ümumi məhsuldarlığa müsbət təsir edər. Bu ideyanı bir qədər də inkişaf etdirərək “ödənişsiz ictimai nəqliyyat” ideyasını reallaşdırmaq mümkündür”.

    Yanacağın qiyməti artacaq?

    İqtisadçı qeyd edib ki, Fondun gəlirləri konkret mənbələrdən – yanacaq vergisi və ödənişli hərəkət zonalarından təmin edilməsi dövlətin ümumi büdcəsinə əlavə yük yaratmadan sektoru maliyyələşdirmək imkanı verir:

    “Əgər yanacaq vergisi artırılaraq fonda yönləndirilirsə, bu, yanacağın pərakəndə qiymətinə təsir edə bilər. Qiymətlərdə artım baş verərsə, logistika xərcləri yüksələcək, bu da ərzaq və digər istehlak mallarının bahalaşmasına səbəb ola bilər. İctimai nəqliyyat şirkətlərinin xərcləri də artacaq, amma bu fondun hesabına subsidiyalar veriləcəksə, sərnişindaşıma qiymətlərinə ciddi təsir etməyə bilər. Yanacaq bahalaşarsa, bu alternativ enerji daşıyıcılarına marağı artıracaq”.

    İctimai nəqliyyatla bağlı xoş xəbər

    Ekspert əlavə edib ki, şəhər mərkəzində hərəkət ödənişli olarsa, fərdi avtomobil sahiblərinin xərcləri artacaq:

    “Bu, bir tərəfdən sosial narazılıq doğura bilər, digər tərəfdən isə avtomobil istifadəsini azaltmağa, ictimai nəqliyyata keçidi stimullaşdırmağa xidmət edir. Ödənişli zonalar nəticəsində tıxacların azalması gözlənilir. Bu, həm logistikaya, həm də ümumi iqtisadi fəaliyyətə müsbət təsir edə bilər. Məsələn, vaxt itkisi və yanacaq sərfi azalar.

    Qısamüddətli perspektivdə yanacaq və nəqliyyat xidmətlərinin xərcləri arta bilər. Bu da ərzaq, gündəlik mallar və xidmətlərin qiymətlərinə müəyyən təzyiq göstərəcək. Ortamüddətli perspektivdə isə fond hesabına ictimai nəqliyyat ucuz, keyfiyyətli və əlçatan olarsa, istehlakçıların fərdi avtomobildən asılılığı azalacaq. Bu da ümumi nəqliyyat xərclərinin azalmasına və qiymət sabitliyinə gətirib çıxara bilər.

    Yəni “İctimai nəqliyyat” Fondu ilk mərhələdə qiymətlərə müəyyən təzyiq göstərə bilər. Lakin orta və uzun müddətdə bu fond ictimai nəqliyyat sistemini gücləndirməklə həm sosial rifahı, həm də iqtisadi səmərəliliyi artıracaq. Düzgün idarə olunarsa, ölkə iqtisadiyyatına müsbət təsiri mənfi təsirlərdən daha çox olacaq”.

  • Rusiya vətəndaşlığı almış əcnəbilərə iki həftə vaxt verilə bilər

    Rusiya hökuməti vətəndaşlığına yiyələnmiş şəxslərin hərbi qeydiyyatdan yayındığı təqdirdə vətəndaşlıqdan məhrum olunmasını dəstəkləyib.

    Median.Az xəbər verir ki, bu barədə TASS agentliyi rəsmi sənədlərə istinadla məlumat yayıb.

    Bildirilir ki, Vahid Rusiya Partiyasının deputatları tərəfindən hazırlanan qanun layihəsi “Vətəndaşlıq haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutur.

    Sənədə əsasən, vətəndaşlığı əldə edən şəxs iki həftə ərzində hərbi komissarlığa müraciət etməli və ya bir həftə ərzində “Qosusluqi” portalı vasitəsilə ərizə verməlidir. Əks halda, onun hərbi qeydiyyatdan yayınması faktı təsbit ediləcək və beş iş günü ərzində müvafiq qərar qəbul olunması üçün daxili işlər orqanına göndəriləcək. Lakin şəxs 30 gün ərzində hərbi komissarlığa müraciət edərsə, qərar ləğv ediləcək.

    Qanun layihəsi, həmçinin vətəndaşlığı itirən şəxslərin yaxınlarını, o cümlədən uşaqları da əhatə edə bilər.

    Bununla belə, ikinci valideyn hələ də Rusiya vətəndaşıdırsa və ya övladı uşaq evində yerləşdirilibsə, istisnalar nəzərdə tutulub. Eyni zamanda, hərbi xidmət veteranları, dövlət mükafatları almış şəxslər və dövlət sirri ilə tanış olan şəxslər və onların ailə üzvləri vətəndaşlığını saxlayacaq.

    Vətəndaşlıqdan məhrum edilən şəxs onun qaytarılması üçün ən azı üç il gözləməli olacaq. Bununla belə, humanitar səbəblərdən bəzi şəxslər üçün fərqli müddətlər tətbiq oluna bilər.

    Hökumət layihəni dəstəkləyib, lakin bir sıra təkmilləşdirmələrin nəzərə alınmasını şərt kimi qoyub.

  • ВС РФ взяли под контроль Калиновское в Днепропетровской области

    Вооруженные силы Российской Федерации (ВС РФ) взяли под контроль населенный пункт Калиновское в Днепропетровской области.

    Об этом сообщили в Министерстве обороны РФ.

  • Rusiya ordusu Dnepropetrovsk vilayətində yaşayış məntəqəsini nəzarətə götürüb

    Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətində yaşayış məntəqəsini nəzarət altına alıb.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

    Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk Kalinovskoye yaşayış məntəqəsini nəzarətə götürüblər.

  • Dördüncü kurs tələbəsi olan sevgilisini öldürən şəxsin dostu da HƏBS EDİLDİ – FOTO

    Ötən ilin yazında Lənkəranda amansızlıqla qətlə yetirilən 22 yaşlı Könül Ağayevanın cinayət işi ilə bağlı daha bir nəfər məhkum edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Könülün qatili Elvin İsmayılzadənin dostu Xəyal Səmədov xüsusilə ağır cinayəti gizlətməkdə təqsirli bilinib.

    İstintaq müəyyən edib ki, 23 yaşlı Elvin şəxsi münaqişə zəminində Könül Ağayevanı öldürdükdən sonra bu barədə dostu Xəyala məlumat verib. Onlar birgə gənc qızın meyitini hadisə baş verən evin həyətindəki xəndəyə basdırıblar. Lakin Xəyal hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib. Bu əməllə o, “xüsusilə ağır cinayət törədilməsini bilib xəbər verməmə” və “xüsusilə ağır cinayətdən xəbərdar olub gizlətmə” cinayətlərini törətmiş olub.

    Fotoda: Elvin İsmayılzadə

    Xəyal isə məhkəmədə ittihamla razı olmadığını, Elvin hədə-qorxu gəldiyi üçün cinayəti gizlətməyə məcbur qaldığını deyib: “Meyiti görən kimi polisə müraciət etmək istədim. Amma Elvin mənə hədə-qorxu gəldi. Dedi ki, polisə məlumat versən, qaçıb gedəcəyəm, ev də sənin olduğu üçün cinayət üstündə qalacaq. Həm də məni ailə-üzvlərimi öldürəcəyi ilə qorxutdu. Bu səbəblərdən susmaq qərarına gəldim”.

    Müdafiə tərəfi məhkəmədən gənc müvəkkilinin ifadəsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edib.

    Yekun qərarla Xəyala xüsusilə ağır cinayətin törədilməsini bilərək xəbər verməmə maddəsi üzrə bəraət, həmin cinayəti gizlətmə maddəsi ilə 3 il həbs cəzası verilib.

    Qeyd edək ki, qətlə yetirilən Könül Ağayeva hadisə vaxtı Lənkəran Dövlət Universitetinin dördüncü kurs tələbəsi olub. Onun qətlinə görə Elvin İsmayılzadə 19 il azadlıqdan məhrum edilib.

  • Növbəti köç Ağdərənin Həsənriz kəndinə çatıb

    Növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu mərhələdə Həsənriz kəndinə ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 29 ailə (115 nəfər) köçürülüb.

    Bununla da kəndə köçürülən ailələrin sayı 118-ə (671 nəfər) çatacaq.