Month: September 2025

  • Azərbaycanda 8 bağlanmış bankın əmlakları hərraca çıxarılır

    Oktyabrın 8-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Texnika Bank”, “Kredo Bank”, “Gəncə Bank”, “Dəmir Bank”, “Qafqaz İnkişaf Bankı”, “NBC Bank” ASC-lərin və “Bank Standard” QSC-nin, oktyabrın 15-də isə “Texnikabank” və “Atabank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

    Bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

    Söhbət “Texnika Bank”a məxsus Beyləqan şəhəri, Magistral küçəsindəki dəyəri 535,5 min manat olan 665,3 kv. Metrlik əmlak kompleksindən, eləcə də Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 47 ünvanındakı dəyəri 34 min manat olan 16,1 kv. Metrlik qarajdan, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 32A ünvanındakı dəyəri 357 min manat olan 278,9 kv.metrlik qeyri-yaşayış binasından,

    “Bank Standard”a məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi 3 ünvanındakı dəyəri 425 min manat olan 346,5 kv.metrlik qeyri-yaşayış sahəsindən,

    “Kredo Bank”a məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektindəki dəyəri 306 min manat olan 66,2 kv.metrlik mənzildən,

    “Gəncə Bank”a məxsus Bərdə şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsindəki dəyəri 344 min manat olan 257,4 kv.metrlik qeyri-yaşayış binasından,

    “Dəmir Bank”a məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayondakı dəyəri 680 min manat olan yarımçıq yaşayış binasından, həmçinin Göyçay şəhəri, Atatürk küçəsi, 77A ünvanındakı dəyəri 297 min manat olan 340 kv.metrlik qeyri-yaşayış binasından, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 21 ünvanındakı dəyəri 680 min manat olan 641,2 kv.metrlik qeyri-yaşayış sahəsindən, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 2a ünvanındakı dəyəri 450 min manat olan 161,1 kv.metrlik qeyri-yaşayış sahəsindən,

    “Qafqaz İnkişaf Bankı”na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 3068-ci məhəllə, ev 2 ünvanındakı dəyəri 2,5 milyon manat olan 1 182,9 kv.metrlik qeyri-yaşayış sahəsindən,

    “NBC Bank”a məxsus Şamaxı rayonu, Məlhəm kəndindəki dəyəri 200 min manat olan 464,2 kv.metrlik fərdi yaşayış evindən,

    “Atabank”a məxsus Şirvan şəhəri, Heydər Əliyev prospektindəki dəyəri 430 min manat olan qeyri-yaşayış binasından gedir.

  • AYNA обещает устранить проблему двойной оплаты при пересадках

    С полным переходом на безналичную оплату в сфере пассажирских перевозок в Баку станет возможным применение нового тарифного меню, станут возможны льготы для пенсионеров и студентов.

    Как сообщает Report, об этом заявил председатель правления Азербайджанского агентства наземного транспорта Анар Рзаев на брифинге, посвященном вопросам, вытекающим из указа президента Ильхама Алиева о некоторых мерах по совершенствованию сферы регулярных пассажирских перевозок автомобильным транспортом.

    По его словам, в настоящее время пассажир вынужден дополнительно платить 50 гяпиков при пересадке с одного автобуса на другой, что приводит к дополнительным расходам.

    “Наша цель – внедрить билетную систему, которая будет активна в течение одного часа. На начальном этапе таков наш план. Однако нужно учитывать, что автобусы не ездят со всех точек и по всем направлениям, пассажиров сначала доставляют в хабы, а затем они отправляются в пункт назначения. Поэтому гражданин сейчас вынужден платить дважды”, – добавил он.

    Рзаев отметил, что в столице также существуют автобусы, технические характеристики которых не позволяют установить аппараты безналичной оплаты: “Поэтому нам необходимо, чтобы операторы поставили новые автобусы. Мы проведем конкурс, определим победителей, и в результате сможем установить эти аппараты на данные транспортные средства. Новый указ, несомненно, ускорит этот процесс”.

  • AYNA: İctimai nəqliyyatda təqaüdçülər və tələbələr üçün güzəştlər tətbiq olunacaq

    Bakı şəhərində sərnişindaşımada tamamilə nağdsız ödənişə keçiddən sonra təqaüdçülər, tələbələr üçün güzəştlər mümkün olacaq.

    Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təkmilləşdirilməsinə dair fərmanından irəli gələn məsələlərə həsr olunan brifinqdə deyib.

    Onun sözlərinə görə, ümumiyyətlə ictimai nəqliyyatda tam nağdsız sistemə keçiddən sonra yeni tarif menyusunun tətbiqi mümkün olacaq.

    “Hazırda sərnişin bir avtobusdan digərinə keçid zamanı əlavə olaraq 50 qəpik ödəməyə məcbur qalır ki, bu da əlavə xərclərə səbəb olur:

    Hədəfimiz bir saat ərzində aktiv olacaq bilet sistemini tətbiq etməkdir. İlkin mərhələdə planımız budur. Lakin nəzərə almaq lazımdır ki, avtobuslar hər yerdən hər yerə hərəkət etmir, sərnişinlər əvvəlcə hablara daşınır, sonra digər istiqamətlərə yola düşür. Bu səbəbdən vətəndaş hazırda iki dəfə ödəniş etməli olur”, – deyə o əlavə edib.

    A. Rzayev bildirib ki, paytaxtda elə avtobuslar da mövcuddur ki, onların texniki xüsusiyyətləri nağdsız ödəniş aparatının quraşdırılmasına imkan vermir:

    “Buna görə də bizə lazımdır ki, operatorlar yeni avtobuslar gətirsinlər. Biz müsabiqə keçirək, onlar qalib gəlsinlər və nəticədə həmin nəqliyyat vasitələrinə bu aparatları quraşdıra bilək. Yeni fərman isə şübhəsiz ki, bu prosesi sürətləndirəcək”.

  • İrandan Azərbaycana 13 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

    İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

    Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 13 kiloqram 600 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Sabah hava yağmursuz olacaq

    Bakıda və Abşeron yarımadasında sentyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 14-18, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 0-4, gündüz 5-9 dərəcə isti olacaq.

  • Səbinə Əliyeva Şəkidə vətəndaş qəbulu keçirəcək

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sentyabrın 23-də Şəki şəhərində vətəndaşları qəbul edəcək.

    Bu barədə Ombudsman Aparatından məlumat verilib.

    Bildirilib ki, qəbul Şəki “ASAN xidmət” mərkəzində saat 14:00-da (Ünvan: Şəki şəhəri, Zərifə Əliyeva küçəsi 104, Əlaqə nömrəsi: (02424) 4-01-33) keçiriləcək.

    Qəbula Şəki və Mingəçevir şəhərlərinin, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının sakinləri, eləcə də əcnəbi vətəndaşlar müraciət edə bilərlər.

  • В новый состав правления правящей партии Армении вошли 20 человек

    Правящая партия Армении “Гражданский договор” опубликовал окончательный список правления, избранного путем голосования на партийном съезде. В правление партии вошли 20 человек – большинство из них депутаты Нацсобрания.

    Об этом сообщают армянские СМИ.

    Кроме премьер-министра Никола Пашиняна, который переизбран председателем партии, в состав правления вошли министр экономики Гевок Папоян, министр обороны Сурен Папикян, вице-премьер Рубен Рубинян, спикер парламента Ален Симонян, мэр Еревана Тигран Авинян и другие. На последнем этапе электронного подсчета голосов внезапно выяснилось, что бюллетеней оказалось больше, чем делегатов “Гражданского договора”.

    СМИ отмечали, что лидер партии – Пашинян потребовал объяснений по поводу электронного подсчета голосов.

    По сообщению партии, завершился предварительный электронный подсчет бюллетеней на выборах правления, председателя правления, а также членов контрольной комиссии партии. Сейчас проводится подсчет бюллетеней вручную, чтобы зафиксировать результаты голосования.

  • Paşinyan partiya rəhbərliyinə yeni şəxslərin seçilməsinə nail olub

    Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası idarə heyətinin partiya qurultayında səsvermə yolu ilə seçilmiş yekun siyahısını dərc edib.

    Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

    Partiyanın idarə heyətinə 20 nəfər daxil olub – onların əksəriyyəti parlamentin deputatlarıdır.

    Partiyanın sədri kimi yenidən seçilən Baş nazir Nikol Paşinyanla yanaşı, idarə heyətinə iqtisadiyyat naziri Gevok Papoyan, müdafiə naziri Suren Papikyan, Baş nazirin müavini Ruben Rubinyan, parlament sədri Alen Simonyan, İrəvan meri Tiqran Avinyan və başqaları daxil olub. Səslərin elektron hesablanmasının son mərhələsində məlum olub ki, bülleten sayı partiyanın nümayəndələrinin sayından çoxdur.

    KİV-lər qeyd edib ki, partiya lideri Paşinyan səslərin elektron hesablanması ilə bağlı izahat tələb edib.

    Partiyanın məlumatına görə, idarə heyəti, idarə heyətinin sədri, həmçinin partiyanın nəzarət komissiyası üzvlərinin seçkilərində bülletenlərin ilkin elektron hesablanması başa çatıb. Hazırda səsvermənin nəticələrini qeydə almaq üçün bülletenlərin əllə sayılması aparılır.

  • FHN: Ötən həftə 148 yanğına çıxış olub, 58 nəfər təhlükəsiz əraziyə təxliyə olunub

    Ötən həftə 148 yanğına çıxış olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən ötən həftə ərzində 148 yanğına çıxış, 34 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 14-ü azyaşlı olmaqla 57 nəfər xilas edilib, yanğınlar zamanı 3-ü azyaşlı olmaqla 58 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 3 nəfər xəsarət alıb, 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • В Огузе задержаны члены семьи, подозреваемые в культивации и продаже наркотиков

    В Огузском районе задержаны четверо членов одной семьи по обвинению в незаконном обороте наркотиков.

    Как сообщили в Шекинской региональной группе пресс-службы МВД, в ходе оперативных мероприятий задержаны ранее судимый за тяжкое преступление 65-летний Маммадсаад Маммадов, его жена Гюльназ, сын Орхан и невестка Дильбар Маммадова.

    При обыске по их адресу в селе Хачмаз были обнаружены около 3 кг марихуаны, 138 кустов конопли, а также семена наркотикосодержащих растений. Задержанные признались, что выращивали коноплю. Маммадов после получения заказов на наркотики обеспечивал их доставку по указанным адресам с помощью жены, сына и невестки.

    По факту возбуждено уголовное дело. Решением суда трое членов семьи арестованы, в отношении Дильбар Маммадовой избрана иная мера пресечения. Следственные мероприятия продолжаются.