Month: September 2025

  • İlham Əliyev: “Prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar”

    “Milli prokurorluq orqanları cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən dövlətin konstitusiya quruluşunun əsaslarına qəsd edən cinayətlərə qarşı mübarizənin ön sırasında dayanırlar. Bununla da onlar təkcə qanunçuluğun təmin edilməsi vəzifəsini yerinə yetirmir, eyni zamanda, konstitusion nizamın və suverenliyin qorunmasına xidmət edirlər. Bu baxımdan prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.

    Dövlətimizin başçısı qeyd edib ki, dost ölkələrin milli prokurorluq xidmətlərinin rəhbər şəxslərinin də daxil olduğu nümayəndə heyətlərinin bu tədbirə qatılması dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsinə verdikləri önəmin təzahürüdür.

    Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, hazırkı tədbir prokurorluq fəaliyyəti ilə bağlı qabaqcıl təcrübələrin mübadiləsi, ümumi çağırışların müəyyən edilməsi və onların birgə həlli yollarının müzakirəsi, qarşılıqlı əməkdaşlığın güclənməsi məqsədlərinə töhfə verəcək.

  • Президент: Наша энергетическая политика играет важную роль в укреплении международной экономической позиции страны

    Наша энергетическая политика играет важную роль в укреплении международной экономической позиции Азербайджана.

    Как сообщает АЗЕРТАДЖ, об этом говорится в обращении Президента Азербайджана Ильхама Алиева к участникам I Азербайджанского международного инвестиционного форума, проходящего в Баку.

    Глава государства отметил, что в настоящее время Азербайджан является стратегическим партнером ряда государств в сфере как традиционной, так и возобновляемой энергетики. “Наряду с природным газом, проекты в области солнечной и ветровой энергии, зеленая энергетическая зона Карабаха и Восточного Зангезура, а также внедрение концепций “умной инфраструктуры” делают нашу страну одним из ведущих участников глобального энергетического перехода. Таким образом, Азербайджан и укрепляет сегодняшнюю энергетическую безопасность, и выстраивает зеленую экономику завтрашнего дня”, – подчеркнул Президент.

  • Prezident: “Enerji siyasətimiz beynəlxalq iqtisadi mövqeyimizin güclənməsində mühüm rol oynayır”

    “Enerji siyasətimiz Azərbaycanın beynəlxalq iqtisadi mövqeyinin güclənməsində mühüm rol oynayır”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində yer alıb.

    Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan hazırda bir sıra dövlətlərin həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır:

    “Təbii qazla yanaşı, Günəş və külək enerjisi layihələri, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası, eləcə də “ağıllı infrastruktur” konsepsiyalarının tətbiqi ölkəmizi qlobal enerji keçidinin aparıcı iştirakçılarından birinə çevirir. Beləliklə, Azərbaycan həm bu günün enerji təhlükəsizliyini möhkəmləndirir, həm də sabahın yaşıl iqtisadiyyatını qurur”.

  • 54 yaşlı kişi avtobusda öldü

    Sumqayıtda marşrut avtobusunda ölüm hadisəsi baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərin 34-cü məhəllə adlanan hissəsində hərəkət edən 15 saylı marşrut xətti üzrə “İsuzu Ecobus” markalı avtobusda sərnişin qismində olan orta yaşlı kişinin halı qəfil pisləşib. O, əyləşdiyi oturacaqda dünyasını dəyişib.

    Vəfat edən şəxsin 1971-ci il təvəllüdlü Rövşən Bəxtiyar oğlu Əkbərov olması müəyyənləşib.

    Faktla bağlı araşdırma aparılır.

  • Prezident: “Əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir”

    “Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində yer alıb.

    Dövlətimizin başçısı qeyd edib ki, Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Gələcək illərdə, xüsusilə də Zəngəzur dəhlizinin işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir. Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir. Eyni zamanda, xüsusi iqtisadi zonalar, müasir nəqliyyat və rəqəmsal infrastruktur istehsal, logistika, bərpaolunan enerji, rəqəmsal xidmətlər və yüksək dəyərli kənd təsərrüfatı üçün hazır platformalar təqdim edir.

  • Prezident: “Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib”

    “Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib. 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6.7 faiz artıb və onun ümumi iqtisadiyyatda payı 68 faizə yüksəlib. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində yer alıb.

    Dövlətimizin başçısı qeyd edib ki, bütün bu nailiyyətlər ölkədə müasir istehsal infrastrukturunun qurulması ilə dəstəklənib:

    “Hazırda bizdə 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Burada 171 müəssisə qeydiyyata alınmış, onların 98-i artıq istehsal fəaliyyətinə başlamışdır. Sənaye zonalarına 6.9 milyard manatdan çox investisiya yatırılmış, burada 11 minə yaxın daimi iş yeri yaradılmışdır”.

    Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, qabaqcıl ideyaların tətbiqi, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və həyata keçirilən islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81.4 faiz səviyyəsində qorunub. İqtisadiyyatın davamlı inkişafı əhalinin rifahını yüksəldib və ölkənin maliyyə gücünü artırıb. 2025-ci ildə 2017-ci ilə nəzərən dövlət büdcəsinin gəlirləri 2.4 dəfə, strateji valyuta ehtiyatları 1.9 dəfə artıb, dövlətin xarici borcunun ümumi daxili məhsula nisbəti isə 6.5 faizə düşərək dünya üzrə ən aşağı göstəricilərdən birinə çevrilib.

  • DSX zabitinə hücum edilən anın videogöruntülərinə baxılıb – MƏHKƏMƏ

    Paytaxtda Dövlət Sərhəd Xidmətinin (DSX) zabitinə qarşı xuliqanlıq etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hadisə vaxtı qeydə alınan müəyyən videogörüntülərə baxılıb.

    Görüntülərdə zərərçəkənə ilk hücumu Elnur Həmidovun etdiyi, daha sonra insidentə digərlərinin qoşulduqları əks olunub.

    Dövlət ittihamçısı Elnur Həmidovdan əlində görünən parlaq əşyanın “beşbarmaq” olub-olmadığını soruşub, o isə bunun təsbeh olduğunu deyib:

    “Əlimdə həmin alət olsaydı, Fuad Zeynalova daha çox vurmuşdum, onun bədənində iz qalardı. Anarın yıxılmasının səbəbi mən vurandan sonra beynindəki problemlərlə əlaqədar yaranan başgicəllənməsi olub. Mən ona “beşbarmaq”la vurmamışam. Onlar mənim məşq yoldaşlarım olublar. Barışıq da əldə olunub”.

    Daha sonra prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

    Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

    Növbəti proses oktyabrın 6-na təyin edilib.

    Qeyd edək ki, yanvarın 4-də paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib. İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilib. Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıblar. Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb. Xətai Rayon Məhkəməsinin qərarına əsasən, saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci ( Xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 126.2.4 (ağır dərəcədə bədən xəsarətləri yetirmə) 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • Ильхам Алиев: Экономика Азербайджана построена на прочной и фундаментальной базе

    Экономика Азербайджана построена на прочной и фундаментальной базе.

    Как сообщает АЗЕРТАДЖ, об этом говорится в обращении Президента Азербайджана Ильхама Алиева к участникам I Азербайджанского международного инвестиционного форума, проходящего в Баку.

    В обращении главы государства отмечается, что “Контракт века”, подписанный по инициативе общенационального лидера Гейдара Алиева, вошел в историю как образцовая модель сотрудничества глобального масштаба, создал прочную основу для развития в последующие годы крупных транснациональных проектов и логистических сетей, простирающихся от Азии до Европы.

    “После обеспечения территориальной целостности нашей страны усилиями Азербайджана была заложена основа для долгосрочного мира, стабильности и устойчивого развития в регионе. В настоящее время Азербайджан отдает преимущество экономической дипломатии во внешней политике, направляя внимание на налаживание нового сотрудничества и дальнейшее укрепление ненефтяных отраслей, в частности, туристического потенциала страны”, – подчеркивается в обращении Президента Ильхама Алиева.

  • İlham Əliyev: “Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulub”

    “Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulub”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində yer alıb.

    Dövlətimizin başçısı qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Əsrin Müqaviləsi” qlobal miqyasda nümunəvi əməkdaşlıq modeli kimi tarixə düşüb, sonrakı illərdə Asiyadan Avropaya qədər uzanan iri transmilli layihələr və logistika şəbəkələrinin inkişafı üçün möhkəm zəmin yaradıb.

    “Ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyuldu. Hazırda Azərbaycan xarici siyasətində artıq iqtisadi diplomatiyaya üstünlük verərək diqqətini yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, qeyri-neft sahələrinin, xüsusilə də ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

  • Впервые за 9 лет: снята большая часть дорожных ограничений, связанных с “Формулой-1”

    Впервые за девять лет большая часть дорожных ограничений была снята всего за 12 часов после окончания гоночного уик-энда “Формулы-1”.

    Как сообщает Median.Az со ссылкой на операционную компанию Baku City Circuit (BCC), после завершения Гран-при Азербайджана “Формулы-1” были полностью демонтированы инфраструктура трассы и трибуны на площади Азнефть, а центральные улицы освобождены для движения транспорта.

    После проведения в первую ночь демонтажных работ, начиная с 06:00, движение было полностью восстановлено, за исключением участка проспекта Нефтчиляр от пересечения с улицей Рашида Бейбутова до пересечения с улицей Пушкина.

    Стоит отметить, что большинство дорог, закрытых в гоночную неделю, были доступны для водителей в определенные временные интервалы с целью уменьшения пробок в столице.

    “BCC выражает благодарность жителям города и водителям за проявленное понимание”, – подчеркивается в информации.