Month: September 2025

  • Son doqquz ildə ilk dəfə: “Formula-1″lə əlaqəli yol məhdudiyyətlərinin böyük hissəsi aradan qaldırılıb

    “Son doqquz ildə ilk dəfə olaraq, “Formula-1″ həftəsindən sonra cəmi 12 saat ərzində yol məhdudiyyətlərinin böyük hissəsi aradan qaldırılıb”.

    Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

    Bildirilib ki, “Formula-1 Azərbaycan Qran-prisi 2025” başa çatdıqdan sonra şəhərdə halqa infrastrukturu və Azneft dairəsindəki tribunalarda tam söküntü işləri aparılaraq, mərkəzi küçələr nəqliyyatın istifadəsinə qaytarılıb. Söküntü işlərinin ilk gecəsində, saat 06:00-dan etibarən Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissə istisna olmaqla, hərəkət tam bərpa edilib.

    Qeyd edək ki, yarış həftəsində bağlı olan yolların əksər hissəsi şəhərdə tıxacların azaldılması məqsədilə müəyyən vaxt intervalında sürücülərin istifadəsinə açıq olub.

    “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti şəhər sakinlərinə və sürücülərə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir”, – məlumatda vurğulanıb.

  • Стала известна причина взрыва у военной базы в афганском Баграме

    Взрыв, прогремевший 21 сентября рядом с военной базой в уезде Баграм афганской провинции Парван, произошёл в результате уничтожения старых боеприпасов.

    Об этом сообщает Median.Az со ссылкой на портал Tolo.

    Как утверждает полиция, взрыв был контролируемым, а для его проведения были приняты все необходимые меры безопасности.

    “Взрыв был произведен 21 сентября после полудня”, – передаёт портал.

    Вчера у ворот военной базы в афганском Баграме произошёл взрыв.

    Между тем сообщалось, что глава Белого дома Дональд Трамп пригрозил Афганистану “плохими” последствиями в случае отказа передать США авиабазу “Баграм”.

  • Əfqanıstanda hərbi bazada baş verən partlayışın səbəbi açıqlandı

    Əfqanıstanın Pərvan vilayətinin Baqram qəzasındakı hərbi baza yaxınlığında sentyabrın 21-də baş verən partlayış köhnə sursatların məhv edilməsi ilə bağlı olub.

    Median.Az bu barədə “Tolo” portalına istinadən məlumat verir.

    Bildirilir ki, partlayış nəzarət altında həyata keçirilib və bunun üçün bütün zəruri təhlükəsizlik tədbirləri görülüb.

    Xatırladaq ki, dünən Baqram hərbi bazasının giriş qapıları yaxınlığında partlayış baş verdiyi barədə məlumat yayılmışdı.

  • Quru sərhədlər oktyabrın 1-dən açılır?

    Xəbər verdiyimiz kimi, sentyabrın 18-də Ərdəbilə səfər edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iki ölkə arasında sərhədlərin açılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqlarla bağlı açıqlama verib.

    Danışıqlarda ən mühüm mövzulardan biri də iki ölkə arasında sərhəd-buraxılış məntəqələrinin fəaliyyətinin bərpası və nəqliyyat axınının bərpasıdır. Səfir bu məsələnin hər iki xalq üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.

    Median.Az xəbər verir ki, mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Musavat.com-a danışıb:

    O bildirib ki, qonşu ölkələrlə sərhədlərin açılması zərurəti var, amma Azərbaycan həm də daxili təhlükəsizliyi, bütövlükdə dövlətin təhlükəsizliyini ön plana çəkərək sərhədləri açmağa tələsmir:

    “Düşünürəm ki, oktyabrın 1-dən sonra da sərhədlərin açılmasını gözləməməliyik. Çünki həm İranda, həm Rusiyada məsələlər, yəni gərginliklər hələ həllini tapmayıb. Üstəlik, bu payız üçün İsrailin İrana yenidən hücumları proqnozlaşdırılır. Belə bir şəraitdə Azərbaycan İranla sərhədləri tam olaraq aça bilməz və ya açması çətinlik yarada, əlavə gərginliyə səbəb ola bilər.

    O baxımdan tələsməmək düzgündür. Amma bir şeyi də unutmamalıyıq ki, Arazın o tayında və bu tayında vahid Azərbaycan coğrafiyası yerləşir. Təbiidir ki, bu coğrafiyada yaşayan insanların hamısı türklərdir, azərbaycanlılardır. Onların bir-biri ilə gediş-gəlişi, ortaqlaşması və qaynayıb-qarışması vacibdir. O baxımdan sərhədlərin bəlkə də sərhədyanı bölgələr üçün açıla bilməsindən danışa bilərik.

    Eyni yanaşmanı Dağıstanda Dərbənd və Gürcüstanda Borçalı üçün də tətbiq etmək olar ki, sərhədyanı ərazilərdə yaşayanlar quru sərhədlərdən rahat keçib gələ bilsinlər. Çünki buna ciddi zərurət var. Üstəlik, sərhədin o tayında və bu tayında insanlar qohum-qardaşdır, bir-birini tanıyır və yaxın münasibətləri var.

    Yəni bu ehtimalı belə dəyərləndirmək olar, amma İran normal dövlət olsaydı, yəqin ki, biz sərhədləri çoxdan açmış olardıq. Fars molla rejimi isə Azərbaycanın bu xoşməramı üçün imkanlar tanımır. Getdikcə üstünə gəlirlər, böhtan atırlar, Azərbaycanda daxili sabitliyi pozmağa çalışırlar, öz missionerlərini bu və ya digər şəkildə səfərbər edib üstünə gəlirlər. Bütün bunlar varkən əlbəttə ki, Azərbaycan hələ İran sərhədinin tam güvənli olduğunu deyə bilməz”.

  • Gözlərdə ciddi sağlamlıq problemlərini göstərən 5 ƏLAMƏT

    Gözlərdə xoşagəlməz hisslər, formasının dəyişməsi və qəfil görmə zəifləməsi daxili orqanlarda baş verən problemlərin xəbərçisi ola bilər.

    Median.Az bu 5 əlaməti təqdim edir:

    1. Gözlərdə sancı və yanma hissi

    Amerikalı həkim Amir Xan qeyd edir ki, gözlərdə sancı və ya yanma hissi qalxanabənzər vəzin fəaliyyət pozğunluğu ilə əlaqəli ola bilər. Xüsusi simptomlardan biri ekzoftalm (gözlərin irəli çıxması) çox vaxt Qreyvs xəstəliyində müşahidə olunur. Bu zaman:

    yumşaq toxumalar şişir,

    göz əzələləri iltihablanır,

    göz yuvasında təzyiq artır.

    2. Göz qapağının düşməsi

    Bir göz qapağının qəfil düşməsi (ptoz) nevroloji pozğunluqların və ya hətta insultun erkən əlaməti ola bilər. Əgər bununla yanaşı nitqin anlaşılmazlığı və əzələ zəifliyi də varsa, dərhal həkimə müraciət etmək vacibdir.

    3. Görmənin bulanması

    Görmənin qəfil pisləşməsi, xüsusən də güclü susuzluq və yorğunluq fonunda baş verirsə, bu, qan şəkərinin yüksəlməsi və diabetin inkişafı ilə bağlı ola bilər. Diabet xırda göz damarlarını zədələyir, buna görə də belə simptomlar zamanı oftalmoloq müayinəsi tövsiyə olunur.

    4. Bəbəyin ətrafında sarı halqa

    İrisin ətrafında sarı halqanın görünməsi xolesterinin yüksəkliyi, həmçinin qaraciyər və öd yolları problemlərinə işarə edə bilər. Gözün sararması hepatit, sirroz və ya hemolitik anemiya ilə də müşayiət oluna bilər.

    5. Göz qapağının daxili səthinin solğunluğu

    Aşağı göz qapağının iç tərəfi adi çəhrayı əvəzinə solğun görünürsə, bu, hemoglobinin aşağı səviyyəsini və anemiyanı göstərə bilər. Bu vəziyyət toxumaların qanla təminatını və orqanlara oksigen daşınmasını azaldır. Bu əlamətlərdən hər hansı biri müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət etmək sağlamlıq üçün vacibdir.

  • Ağızdakı bakteriyalar ürəyinizi “öldürə” bilər

    Alimlər ağız boşluğunun zəif gigiyenasının infarkt riskini necə artırdığını araşdırıblar. Finlandiyanın Tampere Universitetinin alimləri müəyyən ediblər ki, insanın ağzında yaşayan bakteriyalar ürək tutmasının yaranmasında əsas rol oynaya bilər. Tədqiqatçılar bu mikroorqanizmlərin yüksək konsentrasiyasını ürək-damar xəstəliyi olan 200-dən çox pasiyentin arteriyalarından götürülmüş lövhəciklərdə aşkarlayıblar.

    Bu barədə Lent.az məlumat verir:

    Bakteriyalar və ürək xəstəlikləri arasında yeni sübutlar

    Həkim Pekka Karhunenin sözlərinə görə, bakteriyalar və ürəyin işemik xəstəliyi arasında əlaqə barədə uzun müddətdir fərziyyələr mövcud olsa da, birbaşa sübut yox idi. Bu araşdırma ilk dəfə olaraq ağız boşluğu bakteriyalarının genetik materialının aterosklerotik lövhəciklərin daxilində mövcudluğunu göstərdi bu lövhəciklər ürək tutmasının əsas səbəblərindən biridir.

    Ateroskleroz arteriya divarlarında yağ, xolesterin və digər maddələrdən ibarət yığıntıların əmələ gəlməsi prosesidir. Bu yığıntılar damarların daralmasına və nəticədə ürəyə qan axınının bloklanmasına səbəb ola bilər.

    Tədqiqat nəticələri və streptokokların rolu

    Tədqiqat zamanı alimlər 121 nəfər qəfil vəfat edən pasiyentin və 96 nəfər əməliyyat keçirmiş pasiyentin lövhəcik nümunələrini analiz ediblər. Hər iki qrupun nümunələrinin 42%-də bakterial biofilmlər aşkar edilib və ən çox rast gəlinənlər yaşıl streptokoklar olub. Bu bakteriyaların mövcudluğu aterosklerozun ağır formaları və ürək-damar xəstəliklərindən ölüm halları ilə birbaşa əlaqələndirilib, xüsusilə də lövhəcik partlayanda. Bakterial biofilmlər lövhəciklərin içərisində yerləşir və orqanizmin immun sistemindən qorunur. Lakin infeksiya, düzgün qidalanmama və ya stress hormonları səbəbindən yaranan gərginlik bu biofilmin iltihablanmasına, lövhəciyin partlamasına və ürək tutmasına gətirib çıxara bilər. Bu nəticələr ağız gigiyenası ilə ürək-damar sağlamlığı arasında aydın əlaqəni göstərsə də, bakteriyaların rolunu tam başa düşmək üçün əlavə araşdırmalar aparılmalıdır. Bununla belə, artıq bu kəşf insanların ümumi sağlamlığı üçün ağız gigiyenasının vacibliyini bir daha vurğulayır.

  • Xaçmazda hamamda meyit tapıldı

    Xaçmazda evdən meyit tapılıb.

    Hadisə şəhərin Z.Qafarov küçəsində qeydə alınıb.

    Ömərov Rəşad Ömər oğlunun meyiti yaşadığı evin hamam otağında tapılıb. Onun hansı səbəbdən ölməsi isə bilinmir.

    Araşdırma aparılır.

  • Yeni “iPhone” 17 barədə rəylər açıqlandı

    “iPhone”nin 17-ci seriyasının ilk icmalları artıq internetdə görünməyə başlayıb.

    Bir çoxları son illərdə əsas iPhone-nin ən yaxşı yenilənməsi olduğunu bildirir. O, funksionallıq baxımından Pro modellərindən demək olar ki, geri qalmır, yalnız bəzi detallarda fərqlənir.

    Ən nəzərəçarpan dəyişiklik ondadır ki, iPhone 17 nəhayət ProMotion və 120 Hz-ə qədər adaptiv ekran yeniləmə tezliyi aldı. Displeyin özü də daha parlaq oldu (pik parlaqlıq 3000 nitə qədər), bir qədər böyüdü (6,3 düym əvəzinə 6,1) və indi gücləndirilmiş Ceramic Shield 2 şüşəsi və anti-parıltı örtüyü ilə qorunur.

    Xüsusi tərifə layiq görülən digər yenilik isə geniş bucaqlı kameradır. O, indi 12 MP əvəzinə 48 MP-dir. Apple həmçinin iPhone 17-ni daha bahalı iPhone 17 Pro modellərində olduğu kimi Center Stage funksiyalı ön kamera ilə təchiz edib.

    iPhone 17-nin gündəlik tapşırıqlardakı məhsuldarlığı iPhone 17 Pro ilə müqayisə edilə bilər və tam şarjla smartfon səhərdən axşama qədər işləyir. Bu, adi iPhone 16-dan bir qədər yaxşıdır və istifadəçiyə batareyanın tez bitəcəyindən narahat olmamağa imkan verir. Simsiz doldurma sürəti də artıb. Orta hesabla smartfon cəmi 20 dəqiqəyə 50%-ə qədər enerji toplayır.

    Əsas iPhone-nin minimal yaddaş həcmi indi 256 GB təşkil edir, lakin qiymət əvvəlki kimi qalır – 799 dollar.

    iPhone 17 Pro və Pro Max modellərini xüsusilə video çəkilişi və oyunları sevənlərə məsləhət görürlər. Bu modellər yeni buxar kameralı soyutma sistemi və “iPhone tarixində ən yaxşı batareya ömrü” ilə seçilir.

    Bu il kameralar ciddi şəkildə dəyişməyib, yalnız 8 qat yaxınlaşdırma imkanlı teleobyektiv böyüdülüb. Portretlər daha təbii görünür, gecə çəkilişləri isə daha aydındır. Amma Apple hələ də linza parıltısı problemini həll etməyib.

    256 GB yaddaşlı iPhone 17 Pro indi 1099 dollara başa gəlir və əvvəlki 128 GB-lıq 999 dollarlıq modelin yerini tutur. “Pro Max” isə əvvəlki kimi 1199 dollardan başlayır və rekord 2 TB yaddaşa malik versiya üçün 1999 dollara qədər qalxır.

    iPhone Air modelinə heyran qalırlar, lakin onu almağı məsləhət görmürlər – səbəb yüksək qiymət, yalnız bir kamera və zəif batareya ömrüdür. Mütəxəssislər qeyd edirlər ki, Air əslində Apple telefonlarının gələcəkdə necə görünəcəyinin nümunəsidir və bəlkə də bir neçə nəsil gözləmək daha yaxşıdır.

    Həmçinin yazırlar ki, iPhone 18 seriyası iPhone 17-dən demək olar ki, fərqlənməyəcək. Əhəmiyyətli dəyişiklikləri Apple 2027-ci ilə, iPhone-nin 20 illik yubileyinə saxlayıb.
    //lent.az

  • “Kartdan-karta” dövrü geri qayıdır?

    Nağd hesablaşma aparılan zaman vətəndaşa çek təqdim olunsa da, bir neçə saat sonra ödənişi ləğv etmək mümkündür. Geriqaytarma və ləğv kimi göstərilir. Amma POS-terminalla ödəniş etdikdə kassa çeki ləğv olunsa da, vəsait bank hesabından çıxıldığı üçün qeydiyyata alınır. Dövriyyəni gizlətmək mümkün olmur.

    Son zamanlar ölkəmizdə nağdsız ödənişlərin təşviqi istiqamətində atılan addımlara baxmayaraq, bəzi ticarət obyektlərində POS-terminalların ya işləməməsi, ya da bilərəkdən istifadə edilməməsi halları yenidən aktuallaşıb. Müştərilərə “kartdan-karta köçürmə edin” təklifləri bir daha gündəmə gəlib. Halbuki, bir müddət əvvəl bu cür hallara qarşı Dövlət Vergi Xidməti tərəfindən ciddi nəzarət tədbirləri görülmüş, qaydaları pozan obyektlər cərimələnmişdi. İndi isə sanki vəziyyət bir qədər yumşalıb və ya nəzarət zəifləyib.

    Dövlət Vergi Xidmətindən “Kaspi”yə bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir: “2025-ci ilin 8 ayında POS-terminallardan (kartdan-karta əməliyyatları daxil) istifadə ilə bağlı keçirilmiş nəzarət tədbirləri zamanı 1143 halda qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunub. POS-terminalların tətbiqindən imtina və “kartdan-karta” köçürmə hallarının qarşısının alınması məqsədilə Dövlət Vergi Xidməti (DVX) nəzarət tədbirləri mütəmadi qaydada davam edir. POS-terminallar vasitəsilə həyata keçirilən ödənişlər həm şəffaflıq və təhlükəsizlik, həm də maliyyə intizamı baxımından vacibdir. Bildiririk ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Elektron ticarət haqqında” Qanunlara əsasən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə 1000 manatdan 6000 manatadək məbləğdə maliyyə sanksiyası tətbiq edilir”.

    Qurumdan o da bildirildi ki, dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən POS-terminaldan istifadə etməlidirlər. Həmçinin dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələrilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən POS-terminal quraşdırmağa məcburdurlar: “Rüb üzrə orta aylıq dövriyyəsi 2000 manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri), hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri, vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları POS-terminallardan istifadə etməlidirlər”.

    İqtisadçı-ekspert Mahmud Abasquliyev bildirdi ki, hazırda ticarət müəssislərində, əsasən də pərakəndə ticarətlə məşğul olan sahibkarların təsərrüfat subyektlərində yoxlamalar davam edir: “POS-terminalla ödənişi qəbul etməyən, müxtəlif bəhanələr gətirən sahibkarlar vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən təqvim ili ərzində qanun pozunutusuna əsasən birinci dəfə üçün 1000 manat, ikinci dəfə üçün 3000 manat , üçüncü və daha çox hal üçün 6000 manat dəyərində cərimə edilir”.

    Ekspertin sözlərinə görə, POS-terminalda istifadə etməyən sahibkarları daha rahat aşkarlamaq üçün dövlət-vətəndaş tərəfdaşlığı mütləqdir: “Belə ki, vətəndaş qarşılaşdığı durum barəsində anında DVX-nə məlumat verməlidir. Sahibkarları da bu işə sövq etmək lazımdır”.

    Vergi qanunvericiliyi üzrə mütəxəssis Anar Bayramov da düşünür ki, bir çox sahibkarlar ticarət obyektlərində, ictimai iaşə obyektlərində, restoranlarda POS-terminalın nasaz olduğunu bildirərək ödənişi kartdan-karta ödəməklə həyata keçirməyi xahiş edirlər. Bu vergi qanunvericiliyinin tələblərinə ziddir: “Həmçinin istehlakçıların hüquqlarının qorunması haqqında Azərbaycan Respublikasının qanunun 17-ci maddəsinin tələblərini də pozur. Qanunda da qeyd olunur ki, nağdsız ödənişləri aparmaq üçün obyektlərdə vergi ödəyiciləri POS-terminal quraşdırmalıdırlar. Amma bir çox hallarda bundan yayınırlar. Səbəb də dövriyyələrinin gizlədilməsidir. Nağd hesablaşma aparılan zaman vətəndaşa çek təqdim olunsa da, bir neçə saat sonra ödənişi ləğv edə bilir. Geriqaytarma və ləğv kimi göstərir. Ayın sonunda dövriyyəsi daha az görünür. Amma POS-terminalla ödəniş etdikdə kassa çeki ləğv olunsa da, vəsait bank hesabından çıxıldığı üçün qeydiyyata alınır. Çünki vergi orqanları banklardan bu məlumatı əldə edirlər. Artıq gizlətmək mümkün olmur”.

    A.Bayramovun sözlərinə görə, dövlət vergi xidməti bu kimi halların qarşısını almaq üçün operativ vergi nəzarəti tədbirləri həyata keçirir: “Bu kimi halların qarşısının alınması üçün həm cəza, həm də stimullaşdırıcı tədbirlər nəzərdə tutulur. Əgər nağdsız ödənişlərin həcmi çox olarsa, vergi endirimləri, güzəştlər qanunda öz əksini tapıb. Müştərilər də nağdsız ödəniş etdikdə onlara 17,5 faiz ƏDV gəlir. Amma hələ də bir çox hallarda sahibkarlar vergidən yayınırlar. Vətəndaşın hüquqdur ki, sahibkardan POS-terminal tələb etsin. Çünki “kartdan-karta” ödənişlər təhlükəlidir. Bəzən ödəniş vətəndaşın hesabından çıxır, amma texniki nasazlıq səbəbindən satıcının hesabına oturmur. Yaxud vətəndaş kart nömrəsi yazarkən işarədə səhvə yol verir, başqa hesaba pul köçürmüş olur. Amma satıcı israrla ödənişi tələb edir”.

  • Azərbaycana nar idxalı artıb

    Cari ilin yanvar–avqust aylarında Azərbaycana 5 162,58 ton nar idxal olunub.

    Bu, ötən illə müqayisədə 1 432,47 ton və ya 38,40% çoxdur. Belə ki, ötən ilin eyni dövründə nar idxalı 3 730,11 ton təşkil edib.

    Maliyyə göstəricilərinə gəlincə, ötən ilin eyni dövründə nar idxalına 3 milyon 356,77 min ABŞ dolları xərclənmişdisə, bu il rəqəm 4 milyon 425,59 min dollara yüksəlib. Nəticədə xərclər 1 milyon 68,82 min dollar və ya 31,84% artım göstərib.