Month: September 2025

  • Həbsdə olan erməni iş adamı müharibəyə getmək istədi – Tələbi rədd edildi

    Müstəntiqlər 2023-cü ilin dekabrında Moskva vilayətində Ali Radanın keçmiş deputatı İlya Kivanın qətlində şərik olmaqda ittiham olunan iş adamı Arayik Əmirxanyanın “xüsusi hərbi əməliyyat” üçün azadlığa buraxılmasını rədd ediblər.

    Bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.

    Ermənistandan olan Əmirxanyan hələ birinci hökm qüvvəyə minməzdən əvvəl döyüş zonasına göndərilməsini xahiş edib.

    “Hələ Əmirxanyan İlya Kivanın qətli işi üzrə yeni ittihamlarla ittiham olunmazdan əvvəl, rüşvətxorluqda təqsirli bilinən və Ukrayna vətəndaşlığından məhrum edilən iş adamı sərhəd bölgəsindəki SVO zonasına buraxılmasını istəyib. Müstəntiqlər cinayət prosesini dayandırmaqdan imtina ediblər və müttəhimin vəsatətini rədd ediblər”, – mənbə bildirib.

  • Rus diplomat Estoniya XİN-ə çağırılıb

    Estoniya hava məkanının pozulmasından sonra rus diplomatını çağırıb və rəsmi olaraq Şimali Atlantika Müqaviləsi 4-cü maddəsinə əsasən müttəfiqləri ilə məsləhətləşmələrə başlayıb.

    Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna məlumat yayıb.

    O, Rusiya təyyarələrinin hücumunu “görünməmiş hadisə” adlandırıb.

  • Bu havada ikitəkərli nəqliyyat vasitələrindən istifadə təhlükəlidir – Xəbərdarlıq

    Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraitində ikitəkərli nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı xəbərdarlıq edib.

    Xəbərdarlıqda deyilir:

    “Yağıntılı, eləcə də küləkli hava şəraitində skuter, moped, velosiped və digər ikitəkərli nəqliyyat vasitələrindən istifadə xüsusilə təhlükəli olur. Yol örtüyünün sürüşkənliyi, sürücülərin görmə imkanlarının məhdudlaşması, küləyin təsiri və balansın asanlıqla itirilməsi qəza riskini dəfələrlə artırır. Belə şəraitdə bu nəqliyyat vasitələrinin idarə olunması həm istifadəçilərin özləri, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.

    Xatırladırıq ki, ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri yol şəraitinə daha həssasdır və qəza anında xəsarət alma ehtimalı yüksək olan qrupdur. Buna görə də güclü yağış, külək və zəif görmə şəraiti mövcud olan hallarda onların yola çıxmaması tövsiyə olunur.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, təhlükəli hava şəraitində skuter, moped, velosiped və digər ikitəkərli nəqliyyat vasitələrindən istifadədən çəkinərək, özlərinin və ətrafdakı insanların təhlükəsizliyini qorumağa, eləcə də digər hərəkət iştirakçıları üçün əlavə risk yaratmamağa xüsusi diqqət yetirsinlər”.

  • Zaqatalada avtomobil yanaraq kül oldu

    Zaqatalada minik avtomobili yanaraq kül olub.

    Hadisə ötən gecə saatlarında rayonun Danaçı kəndində, kənd sakini 1998-ci il təvəllüdlü Vaşiyev İbrahim İslaməddin oğluna məxsus avtomobildə baş verib.

    Hadisə yerinə Zaqatala DYMH-nin yanğınsöndürənləri cəlb olunub.Yanğın zamanı “VAZ-21099 ” markalı 62-BN-868 dövlət qeydiyyat nişanlı minik avtomobili tamamilə yanıb.
    //unikal.az

  • Əfqanıstanda qadınlarla bağlı daha bir qadağa

    Əfqanıstanda universitetlərdə qadınların yazdığı kitablar qadağan edilib.

    Taliban hökuməti, həmçinin, universitetlərə şəriət qanunlarına zidd olan 18 fənni tədrisini, həmçinin cinsi qısnama mövzusuna toxunmağı qadağan edib.

    Qeyd edək ki, “anti-şəriət məzmunu” ilə bağlı narahatlıq doğuran 679 kitabdan təxminən 140-ı qadınlar tərəfindən yazılıb.

  • İsrail səfiri Azərbaycanı təbrik etdi

    İsrailin Azərbaycandakı səfiri Ronen Krausz 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib.

    Səfir bu barədə “X” hesabında paylaşım edib.

  • В Гёранбое мужчина задержан по подозрению в убийстве жены

    В селе Хазырахмедли Гёранбойского района совершено убийство женщины.

    Жительница села И.Тагиева, 1989 года рождения, получила смертельные ножевые ранения на почве бытового конфликта.

    По подозрению в совершении преступления задержан муж погибшей Машаллах Алиев, 1987 года рождения.

    По факту ведется расследование.

  • Goranboyda qadın qətlə yetirilib, şübhəli şəxs qismində həyat yoldaşı saxlanılıb

    Goranboyda qadın qətlə yetirilib, şübhəli şəxs qismində həyat yoldaşı saxlanılıb.

    Hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.

    Kənd sakini, 1989-cu il təvəllüdlü İ.Əliyeva ailə münaqişəsi zəminində bıçaqlanaraq qətlə yetirilib.

    Hadisəni törətməkdə şübhəli bilinən mərhumun əri 1987-ci il təvəllüdlü Maşallah Əliyev saxlanılıb.

    Bildirilir ki, iki övlad anası olan qadın uşaqların evdə olduğu zaman evdə bıçaqlanıb.

    Faktla bağlı Goranboy rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
    //report

  • Azərbaycan Qran-prisində “Formula-1” rekordu qeydə alınıb

    Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisinin təsnifat mərhələsində çempionatın rekordu müəyyənləşib.

    Tarixdə ilk dəfə sıralama sessiyası altı dəfə qırmızı bayraqlarla dayandırılıb.

    Qırmızı bayraqlar Aleks Albon, Niko Hülkenberq, Franko Kolapinto, Oliver Berman, Şarl Lekler və Oskar Piastrinin iştirak etdiyi ardıcıl qəzalardan sonra görünüb.

    Xatırladaq ki, dördqat dünya çempionu, “Red Bull” komandasının pilotu Maks Ferstappen Bakıda təsnifat mərhələsinin qalibi olub.

  • Məktəbdə bufet qalmaqalı: Uşaqlar bir həftədir yeməksiz qalıblar

    Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin şagirdlərinin valideynləri məktəbin bufetinin fəaliyyət göstərməməsindən narazıdırlar.

    Bununla bağlı Oxu.Az-a valideynlər müraciət ediblər.

    Onların sözlərinə görə, sentyabrın 15-dən – tədris ili başlayan gündən etibarən məktəbdə yeməkxana fəaliyyət göstərmir:

    “Artıq bir həftədən çoxdur ki, uşaqlar dərs günü ərzində yeməksiz qalırlar. Biz bunu şagirdlərin normal təhsil şəraitinə və sağlamlığına qarşı açıq hüquq pozuntusu hesab edirik”.

    Valideynlər qeyd edirlər ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Qida Təhlükəsizliyi Agentliyinə (AQTA), həmçinin Ombudsman Aparatına rəsmi məktublar ünvanlayıblar. Onlar məktəb yeməkxanasının işinin təcili bərpa olunmasını tələb ediblər.

    Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 20 nömrəli məktəb-liseyin bufeti 22 sentyabr tarixindən fəaliyyətinə davam edəcək.