Month: September 2025

  • “Maybach”la F1 yarışına baxmağa gəldi – Həbs olundu

    Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub. O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

    “Unikal”ın əldə etdiyi məlumata görə, Adnan Əhmədzadə ötən gün “Formula 1” üzrə Azərbaycan Qran-prisinin yarışlarına baxmaq üçün əraziyə gedib.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları iş adamını məhz orada saxlayıblar. Həmçinin onun yanında şəxsi mühafizəçiləri də olub.

    Bildirək ki, A. Əhmədzadə yarışın keçirildiyi əraziyə “Maybach” markalı “77-AA-555” dövlət qeydiyyatı nişanlı avtomobili ilə gəlibmiş.

  • Ukrayna PUA-larla Rusiyaya hücum etdi – Ölənlər var

    Samara vilayətində Ukraynaya məxsus pilotsuz təyyarənin hücumu nəticəsində 4 nəfər həlak olub.

    Bu barədə Rusiya KİV məlumat yayıb.

  • Rusiya parlamentinin sədri miqrantlara səsləndi: “Ailələrinizi gətirməyin”

    “Rusiyaya qazanc məqsədilə gələn əcnəbilər öz ailələrini yanlarında gətirməməlidirlər”.

    Bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin “Telegram” kanalında yazıb.

    Volodin qeyd edib ki, Dövlət Dumasında qeyri-qanuni miqrasiya ilə mübarizə ilə bağlı məsələlər artıq müzakirə olunub. Həmin vaxt bir sıra konkret təkliflər səsləndirilib.

    “Əgər biz əmək miqrasiyasından danışırıqsa, insanlar ölkəyə işləmək üçün gəlirlər, işlədilər – getdilər. Ailələrin, uşaqların bununla nə əlaqəsi var? Orada artıq başqa tələblər var”, – deyə Volodin bildirib.

  • Naxçıvanda müəllimə məktəb direktorunu döydü

    Naxçıvanda orta məktəbin direktoru döyülüb.

    Hadisə Naxçıvan Şəhər İ.Səfərov adına 1 saylı orta məktəbdə baş verib.

    Məktəbin fiziki tərbiyə müəlliməsi Səriyyə Qənbərova məktəbin direktoru Asudə Məmmədova ilə dərs saatına görə mübahisə edib. O, Asudə Məmmədovanı qanunsuzluqda ittiham edib və müəllimlə direktor arasında mübahisə yaranıb. Mübahisə nəticəsində S.Qənbərova direktoru döyərək ona xəsarətlər yetirib.

    Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb.

    Naxçıvan Şəhər Məhkəməsində keçirilən prosesdə S.Qənbərova məktəb direktoruna dəymiş ziyanı ödəyib və onlar arasında barışıq elan olunub. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və S.Qənbərova məsuliyyətdən azad edilib.
    //oxu.az

  • “Formula-1” Azərbaycan Qran-prisinin vaxtı daha 4 il uzadıldı

    “Formula 1” Azərbaycan Qran Prisinə ev sahibliyi etmək üçün müqavilənin müddətini uzadıb.

    Tərəflər Bakı dövrəsinin 2030-cu ilə qədər dünya çempionatının təqvimində qalmasını təmin edəcək yeni dörd illik müqavilə imzalayıblar.

    “Formula 1″in prezidenti və baş icraçı direktoru Stefano Domenikalinin sözlərinə görə, “Bakının inanılmaz enerjisi var və 2016-cı ildə keçirilən ilk Qran Pridən bəri “Formula 1” Azərbaycan xalqı tərəfindən davamlı olaraq isti və coşğulu qarşılanır. Bakı tarixi köhnə şəhərdən keçən texniki hissələrə və heyrətamiz sahil boyu uzun düzlərə malik unikal dövrə ilə öyünür. Bütün bunlar hər il hərəkətli və həyəcanlı yarışlara səbəb olur.

    Bu müqavilənin uzadılması “Formula 1″in, Azərbaycan hökumətinin və promouterlərinin güclü etimadını və öhdəliyini əks etdirir və ölkə üçün maraqlı gələcəyə yol açır”.

    Xatırladaq ki, daha öncəki razılaşmaya əsasən, ən son yarışın 2026-cı ildə keçirilməsi nəzərdə tutulurdu.

  • “Ferrari” pilotu Bakıda qəza törətdi

    Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda daha bir qəza baş verib.

    Median.Az xəbər verir ki, “Ferrari” pilotu Şarl Leklerin idarə etdiyi bolid üçüncü sessiyada səddə çırpılıb.

    Nəticədə qırmızı bayraq qaldırılıb.
    //report

  • Keçmiş səfirə nazirlikdə yüksək vəzifə verildi

    Azərbaycanın İraqdakı keçmiş səfiri Nəsir Natiq oğlu Məmmədov yeni vəzifəyə təyin olunub.

    Median.Az Teleqraf.az-a istinadla xəbər verir ki, N.Məmmədov Xarici İşlər Nazirliyində Yaxın Şərq və Afrika idarəsində rəis müavini vəzifəsinə təyin olunub.

    O, yeni vəzifəyə təyinatını təsdiqləyib.

    Xatırladaq ki, 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Nəsir Məmmədov Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib, ötən ilin dekabrında isə geri çağırılıb.

    Qeyd edək ki, N.Məmmədov əmək və əhalinin sosial müdafiəsi nazirinin keçmiş müavini Natiq Məmmədovun oğlu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın kürəkənidir.

  • Hindistan İrana səfərlə bağlı vətəndaşlarını xəbərdar etdi

    Hindistan hökuməti öz vətəndaşlarına İrana səfər etməmək barədə rəsmi xəbərdarlıq yayıb.

    “Azad İran” “Telegram” kanalının məlumatına görə, Hindistan Xarici İşlər Nazirliyinin açıqlamasında son həftələr bir sıra hindistanlıların iş və ya üçüncü ölkələrə miqrasiya vədləri ilə aldadılaraq İrana aparıldığı bildirilib.

    Qeyd olunur ki, həmin şəxslər orada cinayətkar dəstələr tərəfindən qaçırılıblar və ailələrindən girov pulu tələb olunub.

    Nazirlik vurğulayıb ki, Hindistan vətəndaşlarının İrana vizasız girişi yalnız turizm məqsədilə mümkündür. İş və ya digər qeyri-turizm məqsədilə vizasız səfərlərin mümkünlüyü barədə agentliklərin iddiaları isə əksər hallarda cinayətkar şəbəkələrlə əlaqəlidir.

    Xarici İşlər Nazirliyi, həmçinin vətəndaşlara xaricdə iş təkliflərinə qarşı diqqətli olmağı və şübhəli halları dərhal səlahiyyətli orqanlara bildirməyi tövsiyə edib.

  • Президент Ильхам Алиев: Руанда и Азербайджан являются хорошими партнерами и друзьями

    Руанда и Азербайджан являются хорошими партнерами и друзьями. Мы совместно участвуем в различных международных организациях и всегда поддерживаем друг друга.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев в заявлении для прессы с президентом Руанды Полем Кагаме.

    “Во время председательства Азербайджана в Движении неприсоединения Руанда всегда поддерживала нас”, – отметил глава государства.

  • Prezident İlham Əliyev: “Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır”

    “Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır. Biz müxtəlif beynəlxalq təsisatlarda birgə iştirak edirik və hər zaman bir-birimizi dəstəkləyirik”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqame ilə mətbuata bəyanatı zamanı söyləyib.

    “Qoşulmama Hərəkatında sədrliyimiz dövründə Ruanda hər zaman bizə dəstək verib”, – deyə dövlətimizin başçısı qeyd edib.