Month: September 2025

  • Qusarda sərxoş çoban həmkəndlisinin boğazını kəsdi – Dəhşətli cinayətin TƏFƏRRÜATI

    Qusar rayonunda çoban həmkəndlisinin boğazını kəsib.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Aşağı İmamqulukənd kəndində yerləşən örüş sahəsində baş verib.

    Kənd sakinləri Amil Məmmədov və Murad Ağakişiyev qoyun otaran zaman həmkəndliləri Murad Sərkərovla rastlaşırlar. Onlar Murada yemək təklif edirlər. Yemək zamanı spirtli içki qəbul edirlər.

    Üç litr spirtli içki qəbul edəndən sonra M.Sərkərov Amillə söyüşlə zarafat edir. Amil də sərxoş olduğundan aralarında mübahisə baş verir. Amil Muradı yıxaraq, bıçaqla onun boğazını kəsir. M.Atakişiyev hadisəyə müdaxilə edərək bıçağı Amilin əlindən alır və onun Muradı öldürməsinə mane olur.

    Hadisə yerinə polis əməkdaşları gəlirlər və A.Məmmədov saxlanılır.

    Faktla bağlı cinayət işi başlanır və A.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilir.

    Yaralı Murad Sərkarov isə xəstəxanaya çatdırılaraq əməliyyat olunur.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsində A.Məmmədova hökm oxunur. Məhkəmənin hökmü ilə A.Məmmədov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilir.

  • “Formula 1”: Sıralama turu başlayıb – YENİLƏNİB

    “Formula 1” üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.

    Mübarizəyə saat 16:00-da start verilib.

    Yekunda əsas yarışa birinci sırada başlayan pilot müəyyənləşəcək.

    ***

    Bakı keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi bəlli olub.

    “Hıtech TGR”dən Dino Beqanoviç bütün rəqiblərini qabaqlayıb.

    Beqanoviçin komanda yoldaşı Luk Brouninq ikinci yeri tutub.

    ***

    Bakı keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.

    Mübarizəyə saa 14:15-də start verilib.

    Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

    ***

    “Formula 1” üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək.

    Pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.

    Daha sonra “Formula-2″də sprint yarışı, ardınca “Formula-1″də sıralama turu baş tutacaq.

    Azərbaycan Qran-prisində ikinci günün proqramı

    20 sentyabr

    12:30. “Formula-1”: Üçüncü sərbəst yürüş

    14:15. “Formula-2”: Sprint yarışı

    16:00. “Formula-1”: Sıralama turu

  • Жители трех населенных пунктов Нахчывана остались без питьевой воды

    В некоторых частях Нахчывана возникли перебои с подачей питьевой воды.

    В связи с аварией на магистральном водопроводе, обеспечивающем питьевой водой села Гарачуг, Гараханбейли и Булган города, возникла пауза в подаче воды.

    Отмечается, что до завершения ремонтных работ в определённых адресах указанных территорий воды не будет.

  • Naxçıvanın bəzi hissələri susuz qalıb

    Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranıb.

    Naxçıvan şəhəri Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini içməli su ilə təmin edən magistral xətdə baş verən qəza ilə bağlı suyun verilməsində fasilə yaranıb.

    Qeyd edilib ki, təmir işləri yekunlaşana qədər həmin ərazilərin müəyyən ünvanlarında su olmayacaq.

  • Мехрибан Алиева поделилась публикацией по случаю Дня государственного суверенитета – ФОТО

    Первый вице-президент Азербайджанской Республики Мехрибан Алиева поделилась в своем официальном Instagram-аккаунте публикацией по случаю 20 Сентября – Дня государственного суверенитета.

    Median.Az представляет вниманию читателей данный пост.

  • Mehriban Əliyeva: “Ərazi bütövlüyümüz, suverenliyimiz əbədi olsun!” – FOTO

    Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.

    M.Əliyevanın rəsmi “Instagam” hesabında edilən paylaşımda deyilir:

    “Qoy qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı bahasına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz əbədi olsun!”

  • В ходе обеда состоялась встреча Президента Азербайджана с президентом Руанды в расширенном составе

    20 сентября в ходе обеда состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева с президентом Республики Руанда Полем Кагаме в расширенном составе.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyevin Ruanda prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub

    Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.

    Median.Az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Günəşdə güclü partlayış baş verib

    Sentyabrın 20-nə keçə gecə Günəşdə partlayış baş verib.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

    “Sentyabrın 20-nə keçən gecə Bakı vaxtı ilə saat 02:41-də 4216 (N07W25) Günəş ləkələri qrupunda rentgen diapazonunda 38 dəqiqə davam edən M1.5 partlayışı qeydə alınıb”, – deyə məlumatda bildirilib.

    Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.

  • Bakıdakı məşhur bazar söküləcək

    Tikinti materiallarının satışının həyata keçirildiyi Dərnəgül bazarı söküləcək.

    Median.Az xəbər verir ki, bu barədə “Qaynarinfo”ya bazarda fəaliyyət göstərən sahibkarlar məlumat verib.

    Onlara bildirilib ki, tezliklə bazar söküləcək. Bazarın hara köçürüləcəyi barədə məlumat yoxdur.

    Qeyd edək ki, bir neçə gün öncə baş nazir Əli Əsədov Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupun yaradılması barədə sərəncam imzalayıb.

    İlkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etmək də İşçi qrupuna həvalə edilib. Dərnəgül bazarının da məhz bu proses çərçivəsində söküləcəyi deyilir.