Month: September 2025

  • Balığın qiyməti QALXDI – Video

    Ötən illərlə müqayisədə balığın qiyməti xeyli artıb. Əvvəllər 1 kiloqram balıq orta hesabla 7-8 manat idi, hazırda isə 14-15 manata təklif olunur. Satıcılar bildirirlər ki, qiymət balığın növünə, çəkisinə, hansı bölgədən gəldiyinə və yetişdiyi mühitə – çay, dəniz və ya gölə görə dəyişir.

    Median.Az ATV-yə istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi bazarlarda süni qiymət artımının qarşısını almaq üçün yarmarkalar təşkil edir. Alıcılar deyirlər ki, burada qiymətlər nisbətən ucuz olur.

    Bazarlarda həm yerli, həm də xarici sort balıqlar satılır. Qiymət aralığı isə 4 manatdan başlayır və mövsümün ən bahalı balığı 15 manata qədər olur.

    Satıcılar qeyd edirlər ki, balıq satışının yarmarkası artıq yekunlaşdığı üçün insanlar bazarlardakı məhsulları normal qiymətə almağa məcburdur, bu isə müştərilərin cibinə uyğun olmur.

    Ətraflı süjetdə:

  • Президент Ильхам Алиев поделился публикацией по случаю Дня государственного суверенитета – ФОТО

    Президент Азербайджана Ильхам Алиев поделился публикацией по случаю 20 сентября – Дня государственного суверенитета в своих официальных аккаунтах в социальных сетях.

    Median.Az представляет данную публикацию.

  • Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • В Масаллинском районе 33-летний мужчина напал на дядю с топором

    В Масаллинском районе 33-летний мужчина напал на своего дядю с топором.

    Как передает Oxu.Az, инцидент произошел в селе Бадалан.

    Местный житель Эльшан Бабаев (имя и фамилия условные, 1992 г.р.), вернувшись домой в состоянии алкогольного опьянения, увидел во дворе своего дядю Рауфа. Между родственниками вспыхнула ссора – Эльшан потребовал, чтобы дядя покинул его территорию.

    Когда Рауф отказался уходить, Эльшан схватил находившийся во дворе топор и набросился на родственника. В результате нападения мужчина получил ранение руки.

    На место происшествия прибыли сотрудники полиции, по факту нападения возбуждено уголовное дело.

    Решением Масаллинского районного суда Э.Бабаев приговорен к 15 суткам административного ареста.

  • Masallı rayonunda 33 yaşlı kişi əmisini baltalayıb

    Masallı rayonunda 33 yaşlı kişi əmisini baltalayıb.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Bədəlan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Elşən Babayev (ad və soyad şərtidir) sərxoş vəziyyətdə yaşadığı evə gələrkən, həyətlərində əmisi Raufu görüb. O, əmisi ilə mübahisə edib və onu evindən qovmaq istəyib. Əmisinin həyətdən çıxmadığını görən Elşən həyətdən baltanı götürərək ona hücum edib. Elşən əmisinə qolundan xəsarət yetirib.

    Hadisə yerinə polis əməkdaşları gəliblər və fakta görə cinayət işi başlanılıb.

    Masallı Rayon Məhkəməsinin qərarı ilə E.Babayev 15 gün müddətinə inzibati həbs edilib.

  • Adnan Əhmədzadənin həbs xəbəri yayıldı

    SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub.

    Median.Az-ın məlumatına görə, bu barədə Musavat.com fttc.com.ua-ya istinadən xəbər yayıb.

    Bildirilir ki, məlumatı məsələdən xəbərdar olan bir neçə mənbə təsdiqləyib.

    Xəbərlərə görə, Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

    Mənbələrin bildirdiyinə görə, bu həbslə yanaşı, hökumət Bakının beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və fərdi sui-istifadə hallarına qarşı mübarizəni gücləndirmək niyyətindədir. Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur.

    Qeyd edək ki, Adnan Əhmədzadə uzun illər SOCAR-ın rəhbər vəzifələrində çalışıb, həm ölkə daxilində, həm də xaricdə böyük biznes şəbəkəsi ilə tanınıb. Onun həbsi Azərbaycan enerji sektorunda rezonans doğurub.

    Xatırladaq ki, iyul ayında məlum oldu ki, Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə olan xloridin aşkarlanıb.

    Rumıniya və İtaliyaya çatan neft partiyalarında aşkarlanan zərərli maddəyə görə bir müddət Ceyhan limanından neft ixracının dayandırıldığı iddia olunsa da, Bakı-Tiflis-Ceyhan neft kəmərinin operatoru olan BP-Azərbaycan şirkəti xəbəri təkzib etdi. Şirkətin açıqlamasından aydın oldu ki, zərərli maddə Ceyhan limanındakı bir neçə saxlama çənində aşkarlanıb. Həmin çənlərdəki neft yenidən təmizləndi, eyni zamanda digər çənlərin vasitəsilə ixrac davam etdirildi.

    Hadisədən bir neçə həftə sonra Rumıniya mətbuatı ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Azərbaycan neftinə zərərli maddənin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığına dair məlumat yaydı. Rusiya tərəfi bu məlumatla bağlı hər hansı açıqlama verməyib.

    Dünya mətbuatının yazdığına görə, məqsəd həm Azərbaycana böyük maddi zərər vurmaq, həm də onun tərəfdaş ölkələrlə münasibətlərinə xələl gətirmək olub.

    Qeyd edək ki, zərərli maddə aşkarlandıqdan sonra BTC kəməri ilə Qazaxıstan neftinin nəqlini də dayandırmışdı. Nəql ötən həftə bərpa olunub.

    A.Əhmədzadənin həbsi ilə bağlı irəli sürülən iddialar həbsin məhz bu hadisə ilə əlaqədar olması ehtimalını yaradır.

    Qeyd edək ki, A.Əhmədzadə 2024-cü ildə dünyaca məşhur futbolçular Lionel Messi və Ronaldinyonu Azərbaycana gətirməsi ilə geniş rezonansa səbəb olmuşdu.

  • Правящая в Армении партия инициирует процесс принятия новой конституции

    Правящая в Армении партия “Гражданский договор” инициирует процесс принятия новой конституции путем общенационального референдума, если получит поддержку на выборах 2026 года.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом заявил премьер-министр Никол Пашинян.

    “Для этой цели партия “Гражданский договор” обратится на очередных парламентских выборах 2026 года к народу с просьбой продлить свой мандат на управление Республикой Армения еще на пять лет, ожидая формирования конституционного большинства. Получив вотум доверия народа на выборах, партия инициирует процесс принятия новой Конституции Республики Армения путем общенационального референдума”, – зачитал Пашинян.

  • Ermənistanın hakim partiyası konstitusiya dəyişikliyinə hazırlaşır

    “Ermənistanda hakimiyyətdə olan Vətəndaş Müqaviləsi Partiyası 2026-cı il seçkisində dəstək qazandığı halda, ümummilli referendum yolu ilə yeni konstitusiyanın qəbul olunması prosesinə başlayacaq”.

    Median.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə baş nazir Nikol Paşinyan açıqlama verib.

    O bildirib ki, bu məqsədlə Vətəndaş Müqaviləsi Partiyası 2026-cı ildə keçiriləcək növbəti parlament seçkisində xalqa müraciət edərək, Ermənistanın idarə olunması üçün mandatını daha beş il uzatmaq və konstitusiya çoxluğunu formalaşdırmaq üçün dəstək istəyəcək.

    “Seçkidə xalqın etimad səsini qazandıqdan sonra partiya ümummilli referendum yolu ilə Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsi prosesinə başlayacaq”, – deyə Paşinyan vurğulayıb.

  • İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub

    Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə təkbətək görüşü olub.

  • Tramp Ərdoğanla görüşəcək

    ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ Evdə qəbul edəcəyini açıqlayıb.

    O, müvafiq mesajı “Truth Social”da yayımlayıb.

    “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ Evdə salamlamaqdan məmnunam. Prezident və mən çoxsaylı ticarət və müdafiə sazişləri üzərində işləyirik, o cümlədən böyük “Boeing” təyyarəsi alqı-satqısı, böyük “F-16” müqaviləsi və “F-35″ ilə bağlı danışıqları davam etdiririk. Bu danışıqların müsbət nəticələnməsini gözləyirik”, – Tramp yazıb.

    O, Ərdoğanla münasibətlərini “yaxşı” adlandırıb.