Month: October 2025

  • Paşinyan Fransada Makronla görüşüb – YENİLƏNİB

    Ermənistanın Baş Naziri Nikol Paşinyan ilə Fransa Prezidenti Emmanuel Makron arasında keçən görüş zamanı iki ölkə arasında əməkdaşlıq prespektivləri ilə yanaşı Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması, regional əhəmiyyətli “Tramp” marşurutunun və digər kommunikasiyaların açılması üçün görülən işlər barəsində fakir mübadiləsi aparıblar.

    APA Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan bu isitqamətdə həyata keçirilən işlərin gedişi barədə Fransa Prezidentinə məlumat verib.

    ***

    Ermənistanın Baş naziri Nikol Paşinyan Yelisey Sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

    APA Ermənistan mediasına istinadən xəbər verir ki, görüş Paşinyanın Fransaya işgüzar səfəri çərçivəsində baş tutub.

    Qeyd edək ki, səfər çərçivəsində Paşinyan 8-ci Paris Sülh Konfransında iştirak edib.

  • Госслужба: Дом, в котором жил Национальный герой Чингиз Мустафаев, сноситься не будет

    Дом, в котором когда-то жил Национальный герой Чингиз Мустафаев, включен в перечень 33 вновь выявленных памятников, составленный Службой по охране, развитию и восстановлению культурного наследия при Министерстве культуры.

    Об этом в ответ на запрос АПА сообщили в Государственной службе.

    Отмечено, что упомянутое жильё сноситься не будет.

    Напомним, ранее в социальных сетях распространилась информация о сносе здания, расположенного рядом с домом по адресу: ул. Муртузы Мухтарова, 23, на фасаде которого установлен барельеф Чингиза Мустафаева, а также о том, что сам дом якобы находится в аварийном состоянии.

  • Dövlət xidməti: Milli Qəhrəman Çingiz Mustafayevin vaxtilə yaşadığı ev sökülməyəcək

    Milli Qəhrəman Çingiz Mustafayevin vaxtilə yaşadığı ev Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin 33 yeni aşkar edilmiş abidələr siyahsısındadır.

    Bu barədə APAnın sorğusuna cavab olaraq, Dövlət xidmətindən məlumat verilib.

    Bildirilib ki, sözügedən mənzil sökülməyəcək.

    Qeyd edək ki, Murtuza Muxtarov 23 ünvanında yerləşən, üzərinə Çingiz Mustafayevin barelyefi vurulmuş mənzilin yanında yerləşən tikilinin söküldüyü, sözügedən mənzilin isə təhlükəli vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

  • ЕС отмечает 40 лет Шенгена бесплатными билетами для молодежи

    Еврокомиссия объявила о новом раунде инициативы DiscoverEU, приуроченном к 40-летию Шенгенской зоны, в рамках которой 40 тыс. молодых людей получат возможность бесплатно путешествовать по Европе.

    Как сообщает европейское бюро report, об этом в Брюсселе заявила официальный представитель ЕС Анна-Кайса Итконен.

    Подать заявку могут юноши и девушки 2007 года рождения, пройдя короткий онлайн-тест по Европейскому союзу на портале European Youth Portal.

    Победители получат не только билеты, но и дисконтную карту для транспорта, жилья, питания и культурных мероприятий в 36 странах.

    Прием заявок открыт до 13 ноября 2025 года.

  • Aİ Şengen zonasının 40 illiyini gənclər üçün pulsuz biletlərlə qeyd edir

    Avropa Komissiyası Şengen zonasının 40 illiyinə həsr olunmuş və 40 min gəncə qitədə pulsuz səyahət etmək imkanı verəcək “DiscoverEU” təşəbbüsünün yeni mərhələsini elan edib.

    “Report”un Avropa bürosunun məlumatına görə, bu barədə Brüsseldə Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi Anna-Kaysa İtkonen bildirib.

    2007-ci il təvəllüdlü gənclər “European Youth Portal”da Aİ haqqında qısa onlayn testi tamamlayaraq müraciət edə bilərlər.

    Qaliblər təkcə biletlər yox, həm də 36 ölkədə nəqliyyat, yaşayış, yemək və mədəni tədbirlər üçün endirim kartı qazanacaqlar.

    Ərizə qəbulu noyabrın 13-dək davam edəcək.

  • Azərbaycana gətirilən 6.12 ton antep fıstığı məhv ediləcək (FOTO)

    İdxal olunan antep fıstığı məhsulu partiyası ilə bağlı müvafiq qərar qəbul edilib.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, Agentliyin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı “Buta Çərəz” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi “SDF Gida Sanayi ve Ticaret Limited Şirketi” müəssisəsinin istehsalı olan ümumi çəkisi 6.12 ton antep fıstığı məhsulu partiyasında (08.10.2025-08.10.2027-ci il istehsal və son istifadə tarixli) Aflatoksin B1 və Total Aflatoksin göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.

    Məhsul partiyası ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab vermədiyi üçün gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.

  • Nyu Yorku qarışdıran xəbər: İngilis mətbuatı belə aldadıldı

    ABŞ-ın Nyu York şəhərində qalmaqala səbəb olan hadisə Böyük Britaniyanın nüfuzlu “The Times” qəzetinin səhvi ilə başlayıb.

    Median.Az xəbər verir ki, qəzetin yaydığı saxta müsahibədə Nyu Yorkun sabiq meri Bill de Blazionun Demokrat namizəd Zohran Mamdani haqqında tənqidi fikirlər söylədiyi iddia olunub.

    “The Times”ın manşet xəbərində de Blazionun Mamdaninin seçki vədlərinin həyata keçirilə bilməyəcəyini söylədiyi qeyd edilib. Xəbər Nyu York ictimaiyyətində qısa müddətdə böyük rezonans doğurub.

    Hadisədən iki saat sonra həqiqət üzə çıxıb. Bill de Blazio öz açıqlamasında ona aid edilən bütün sözlərin tamamilə uydurma olduğunu bildirib: “Mən bu qəzetlə heç vaxt danışmamışam”

    “The Times” hadisədən sonra xəbəri iki saat içində saytından silib və üzr yayımlayıb. Qəzet rəhbərliyi onlarla Bill de Blazio adı ilə əlaqə quran saxtakar tərəfindən aldadıldığını açıqlayıb.

    De Blazio saxtakarlıq qalmaqalından sonra Zohran Mamdaniyə dəstəyini bir daha ifadə edib: “Onun vizyonuna inanıram”.

  • Mikrodalğalı sobadakı yeməkdə nə baş verir? – Alimlər izah edir

    Mikrodalğalı soba yeməyi bişirməyin və ya qızdırmağın ən rahat yollarından biridir, lakin onun ətrafında çoxlu miflər mövcuddur. Üstəlik, bir çox insan belə hesab edir ki, bu cihaz qidanı “şüalandırır” və ya faydalı maddələri məhv edir. Alimlər isə bunun əksini sübut edib.

    Bu barədə Median.Az xarici mediaya istinadla xəbər verir.

    Mikrodalğalı soba içərisindəki maqnetron elektrik enerjisini elektromaqnit dalğalarına çevirir. Bu dalğalar əsasən su molekullarına təsir göstərir və onları vibrasiyaya məcbur edərək istilik əmələ gətirir. Beləliklə, yemək isinir və ya bişir.

    Mütəxəssislər bildirir ki, mikrodalğalı dalğalar qidanı radioaktiv etmir, qidanın tərkibindəki vitaminlərin böyük hissəsi qorunub qalır — hətta bəzi hallarda daha yaxşı saxlanılır.

    Yüksək rütubətli qidalar (məsələn, şorba, tərəvəz) daha tez qızır. Quru yeməklər uzun müddət saxlanılarsa quruyub sərtləşə bilər. Su buxara çevrildiyi üçün tərəvəzlər yumşalır, böyük ət parçaları isə bərabər isinməyə bilər. Ona görə qarışdırmaq tövsiyə olunur.

    Tədqiqatlar göstərir ki, mikrodalğada bişirmə C vitamini və su­da həll olan digər vitaminləri qaynatma və ya qızartmaya nisbətən daha yaxşı qoruyur. Bunun səbəbi aşağı temperatur və qısa bişmə vaxtıdır. Bəzi hallarda isə antioksidantlar və həzmə müsbət təsir edən rezistent nişasta kimi faydalı maddələrin miqdarı artır.

    Alimlərin yekunu sadədir: mikrodalğalı soba nə təhlükəlidir, nə də qidanı zərərli edir, düzgün istifadə edildiyi halda, o, qidaları daha sağlam şəkildə hazırlamağın yollarından biridir.

  • Beyləqanda iki avtomobil toqquşub, xəsarət alanlar var

    Beyləqanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Daşburun qəsəbəsi ərazisində qeydə alınıb.

    Belə ki, “Mercedes” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü İbrahimov Raliz Yusif oğlu, 1961-ci il təvəllüdlü Nuriyev Tahir İsmayıl oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Bəhlul Qüdrət oğlu və 1980-ci il təvəllüdlü Qasımov Rəşad Zahid oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Həyat yoldaşının telefonuna gələn zəngə görə dostunu bıçaqladı

    Şəki Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən 1996-cı il təvəllüdlü Amil Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Bədəlov 3 il azadlıqdan məhrum edilib.

    Məhkəmə A.Bədəlova Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onun cəzasını şərti hesab edib.

    İttihama görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, A.Bədəlov 2020-ci ildə Vətən müharibəsinə gedərkən mobil telefonunu həyat yoldaşına verib. Müharibədən qayıdandan sonra o özünə yeni mobil telefon nömrəsi alıb və əvvəlki nömrəsi həyat yoldaşının istifadəsində qalıb.

    Bu il yanvarın 6-da 1994-cü il təvəllüdlü Fariz Ağabala oğlu Bəyalıyev rayon ərazisində tanışı ilə yeyib-içəndən sonra Amilə görüntülü zəng vuraraq, onu yeyib-içmək məclisinə dəvət etmək istəyib. Lakin Amil telefonu açmayıb. Fariz Amilin digər nömrəsinə zəng vurub və həmin nömrə də Amilin həyat yoldaşının istifadəsində olub. Telefonu Amil açıb və Fariz onu yeyib-içmək məclisinə dəvət edib. Vətən müharibəsində psixoloji gərginlik keçirən Amil həmin nömrənin əvvəllər özünün işlətdiyini xatırlamadığından Farizlə bu barədə söhbət etmək üçün onunla görüşə gedib. Amil evdən özü ilə bıçaq götürərək Farizin dediyi yerə gəlib. O, Farizlə görüşüb və niyə həyat yoldaşına zəng vurduğunu soruşub. Fariz isə telefonunda həmin nömrəyə Amilin adını yazdığını göstərib. Lakin Amil bununla razılaşmayıb və özü ilə gətirdiyi bıçaqla Farizə ürək nahiyəsindən zərbə endirib. O, hadisəni törətdikdən sonra polisə məlumat verib. Polis əməkdaşları hadisə yerinə gələrək, Amil Bədəlovu saxlayıblar.

    Xatırladaq ki, A.Bədəlov Vətən müharibəsində iştirakına görə, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”və “hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medallarla təltif edilib.//oxu.az