Month: October 2025

  • Завтра в Баку и регионах ожидается сильный ветер – ПРЕДУПРЕЖДЕНИЕ

    В Баку и на Абшеронском полуострове, а также в некоторых регионах 21 октября ожидается сильный ветер.

    Национальная служба гидрометеорологии в связи с этим объявила желтый уровень погодной опасности.

    Синоптики предупреждают, что в Баку и на Абшеронском полуострове, в Газахе, Товузе, Агстафе, Гяндже, Шамкире, Самухе, Нафталане, Гёранбое, Дашкесане, Гедабеке, Хызы, Хачмазе, Сиязане, Шабране, Сальяне, Нефтчале, Гаджигабуле, Мингячевире, Ширване с перерывами будет дуть западный ветер, скорость которого составит 13.9-20.7 м/сек.

  • Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 21-də güclü külək əsəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq verib.

    Xəbərdarlığa əsasən, Bakıda və Abşeron yarımadasında, Qazax, Tovuz, Ağstafa, Gəncə, Şəmkir, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Salyan, Neftçala, Hacıqabul, Mingəçevir, Şirvanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Kallas: “Xarici işlər nazirləri sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər”

    “Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri 19-cu anti-Rusiya sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər”.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas deyib.

    Diplomatik xidmətinin rəhbərin sözlərinə görə, məsələ 23-24 oktyabrda keçiriləcək Aİ sammitində yenidən müzakirə olunacaq.

    “Biz sanksiyalara baxdıq. Məsələ bu həftənin sonunda müzakirə olunacaq”, – o deyib.

  • Bakıda iki qəsəbəni Zığ dairəsi–Hava Limanı yoluna birləşdirən yanaşma yolları tikilir – Video

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Suraxanı rayonunun Bahar və Dədə Qorqud qəsəbələrini Zığ dairəsi–Hava Limanı avtomobil yoluna birləşdirən giriş, çıxış və yanaşma yolları tikir.

    Yanaşma yollarının ümumi uzunluğu 1600 metr təşkil edir.

    Hazırda layihə üzrə ərazidə qazma və dolğu işləri icra olunur. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.

    Layihənin icrası nəticəsində yolboyu hərəkət daha da rahatlaşacaq, yük və sərnişin daşımaları asanlaşacaq, həmçinin həmin qəsəbələrin sakinləri üçün Zığ dairəsi–Hava Limanı yolu ilə birbaşa nəqliyyat bağlantısı təmin ediləcək.

    Bununla yanaşı, hazırda qəsəbələri birləşdirən mövcud yolun da təmiri işləri aparılır. Uzunluğu 790 metr olan bu yol üzrə köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri görülür.

  • Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün qiymət müəyyənləşib, sənəd qəbulu başlayır

    Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında Həcc ziyarəti üçün sənədlərin qəbuluna artıq indidən start verilir.

    Bu barədə apa-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.
    “Vətəndaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətinə getmək istəyən dindarlar üçün sənədlərin qəbuluna başlamışdırr. Bütün ölkələrdə müşahidə edilən qiymət artımları, habelə, Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları tərəfindən yeni xidmətlərin təqdim edilməsi ilə əlaqədar olaraq QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6100 ABŞ dolları müəyyən edib”, – bildirib.

    Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

    Tələb olunan sənədlər:
    1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
    2) Şəxsiyyət vəsiqəsinin surəti;
    3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
    4) Sağlamlıq haqqında arayış.
    Sənədlərin qəbulu 22 oktyabr 2025-ci il tarixdən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
    Qeyd edilir ki, yerlər məhduddur və sənədlərin qəbulu prosesinin daha erkən bitirilməsi nəzərdə tutulur.

  • Пашинян и Папа Римский обсудили установление мира между Арменией и Азербайджаном

    Премьер-министр Армении Никол Пашинян обсудил с Папой Римским Львом XIV установление мира между Ереваном и Баку.

    Об этом сообщают армянские СМИ.

    Папа Римский приветствовал достигнутый в этом направлении прогресс и выразил надежду, что установление мира в регионе станет началом нового этапа сотрудничества и стабильности.

    Пашинян в свою очередь, подтвердил приверженность правительства страны, что положительно скажется на устойчивом развитии Армении и региона.

    Отметим, что в ходе рабочего визита в Святой Престол премьер провел краткую встречу с президентом Италии Серджо Маттареллой.

  • Paşinyan Roma Papası ilə Azərbaycanla sülhü müzakirə edib

    Ermənistanın Baş naziri Nikol Paşinyan Roma Papası XIV Leo ilə İrəvan və Bakı arasında sülhün bərqərar olmasını müzakirə edib.

    Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

    Roma Papası bu istiqamətdə əldə edilmiş irəliləyişi alqışlayıb və regionda sülhün bərqərar olmasının yeni əməkdaşlıq və sabitlik mərhələsinin başlanğıcı olacağına ümidvar olduğunu deyib.

    Paşinyan, öz növbəsində, hökumətin sülh gündəliyinə sadiqliyini təsdiqləyib və bunun Ermənistanın və regionun davamlı inkişafına müsbət təsir göstərəcəyini söyləyib.

  • “Qarabağ”ın “Atletik”lə oyununu bu hakim idarə edəcək

    UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik”lə “Qarabağ” arasında keçiriləcək III tur oyununun hakimləri bəlli olub.

    Median.Az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

    Matçın baş hakimi İqor Payaç olacaq. Ona yan xətt hakimləri Boyan Zabenitsa və İvan Mixal kömək edəcəklər. Dördüncü hakim funksiyasını Zdenko Lovriça yerinə yetirəcək. VAR hakimi İvan Bebek, onun köməkçisi isə isveçrəli Fedayi San olacaq.

    Qeyd edək ki, oktyabrın 22-də “San Mames” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

  • Песков: РФ выступает за переговоры по СВПД

    Россия выступает за переговоры по Совместному всеобъемлющему плану действий (СВПД).

    Как передает Median.Az со ссылкой на российские СМИ, об этом заявил пресс-секретарь президента РФ Дмитрий Песков.

    “Неконструктивная позиция европейцев, конечно же, ведет к тому, что она становится еще сложнее день ото дня. Мы считаем, что нужно вести переговоры. Конечно, нету никаких оснований для оказаний чрезмерного давления таким образом на Иран, суверенную страну”, – сказал он.

  • Peskov: Rusiya Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqların tərəfdarıdır

    Rusiya Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqların aparılmasının tərəfdarıdır.

    Median.Az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

    “Avropalıların qeyri-konstruktiv mövqeyi, əlbəttə ki, vəziyyətin gündən-günə daha da çətinləşməsinə gətirib çıxarır. Danışıqların aparılmasını vacib hesab edirik. Əlbəttə, suveren ölkə olan İrana bu şəkildə həddindən artıq təzyiq göstərmək üçün heç bir əsas yoxdur”, – o bildirib.