Month: October 2025

  • Dünyada ən çox gəlir gətirən makyaj məhsulları

    Qlobal kosmetika sənayesində ən çox gəlir gətirən makiyaj məhsulları məlum olub.

    Valyuta.az xəbər verir ki, dünya bazarında satış həcminə və mənfəət göstəricilərinə görə fondoten, pomada və tuş liderlik edib.

    Fondoten bazarın əsas gəlir mənbəyinə çevrilib

    Fondoten kateqoriyası illik orta hesabla 20-22 milyard dollar gəlir gətirir. Bu məhsul həm qadınlar, həm də kişilər arasında artan tələbatla seçilir.
    “Natural glow” və “nude skin” trendləri ilə yanaşı, brendlər artıq fondotenləri yalnız örtücülük deyil, həm də dəriyə qulluq xüsusiyyətləri (SPF qoruma, vitamin tərkibi, nəmləndirici təsir) ilə təqdim edir. Məhz buna görə də, bu seqmentdə satış edən L’Oréal, Estée Lauder, Maybelline, Fenty Beauty və NARS kimi şirkətlər bazar payını qoruyur.

    Pomada satışlarında “Lipstick Effect” təsiri

    İkinci yerdə dodaq boyası gəlir. Bu məhsulun illik gəliri 12-15 milyard dollar arasında dəyişir. Ekspertlər artımı “Lipstick Effect” fenomeni ilə izah edirlər. İqtisadi qeyri-sabitlik dövrlərində insanlar bahalı məhsullardan imtina etsələr də, kiçik lükslərə, xüsusilə dodaq boyalarına tələbat azalmır.

    2020-2024-cü illər arasında qlobal pomada satışlarında 30%-ə yaxın artım qeydə alınıb. Ən çox gəlir gətirən markalar sırasında MAC Cosmetics, Dior Beauty, Chanel, YSL Beauty və Charlotte Tilbury yer alıb..

    Üçüncü sırada tuş (mascara) dayanır. Bu kateqoriya hər il təxminən 10 milyard dollarlıq dövriyyə yaradır. İstehsal xərcləri az, tələbat isə sabit olduğu üçün bu məhsul ən yüksək mənfəət faizi olan seqmentlərdən biri sayılır. Ən çox satılan modellər arasında L’Oréal Voluminous Lash Paradise, Maybelline Lash Sensational və Benefit They’re Real! tuşları öndə gedir.

  • Мехрибан Алиева поделилась публикацией о встрече с Папой Римским – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева встретилась с Папой Римским Львом XIV в рамках официального визита в Святой Престол – Ватикан.

    Первый вице-президент поделилась в своем аккаунте в соцсети X соответствующей публикацией.

    “17 октября первый вице-президент Азербайджанской Республики Мехрибан Алиева в рамках своего официального визита в Святой Престол – Ватикан встретилась с Папой Римским Львом XIV”, – говорится в публикации.

  • Mehriban Əliyeva Roma Papası ilə görüşü barədə paylaşım edib – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşüb.

    O, bu barədə “X” hesabında paylaşım edib.

    “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşüb”, – paylaşımda bildirilib.

  • Putin Macarıstana getsə, həbs olunacaq? – Açıqlama

    Beynəlxalq Cinayət Məhkəməsi hələ 2023-cü ildə Vladimir Putinin həbsinə order verib. Macarıstan BCM-nin Roma Statutunu ratifikasiya etmiş ölkə kimi öz yurisdiksiyasındadır, lakin Kreml liderini həbs etməyəcək.

    Macarıstanın xarici işlər naziri Peter Siyyarto Putinin ölkəyə təhlükəsiz girməsinə zəmanət verib və “Trampla uğurlu danışıqlar aparıb sonra evə qayıtması” üçün əlindən gələni edəcəyini bildirib.

    “Biz onu hörmətlə qarşılayacağıq, yerləşdirəcəyik və Amerika prezidenti ilə danışıqlar üçün bütün şəraiti təmin edəcəyik”, – Siyyarto qeyd edib.

    Xatırladaq ki, ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putinin görüşü Macarıstanda baş tutacaq.

  • Məşhur Məmmədovun “Embafinans”ı borc içində: Rəhbərinə “stop” qoyulub

    Bank Olmayan Kredit Təşkilatı “Embafinans” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dövlətə külli miqdarda vergi borcu yaranıb.

    Qaynarinfo-nun məlumatına görə, QSC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcunun məbləği 371995.4 AZN-dir.

    Bu səbəbdən, şirkətin qanuni təmsilçisi Hüseynov Nahid Şahin oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulub.

    Qeyd edək ki, 2012-ci ildə yaradılan, nizamnamə kapitalı bir milyon manat olan “Embafinans” QSC-nin əsas payçılarından biri Milli Məclisin deputatı Məşhur Məmmədovdur.

    2021-ci ildə deputat “Embafinans”ın səhmdarları Elşad Abbasov (60%) və Milli Məclisin 6-cı çağırış deputatı Məşhur Məmmədov (40%) paylarının bir hissəsini yeni investora satıblar. Tamara Polyakova BOKT-un səhmlərinin 14%-nə yiyələnib. Bu əməliyyatdan sonra Elşad Abbasovun payı 51%-ə, Məşhur Məmmədovun payı isə 35%-ə düşüb.

  • Azərbaycanda yeni institutlar yaradıla bilər

    “Azərbaycanda dövlət-özəl tərəfdaşlığı (PPP) sahəsində yeni institutların yaradılması nəzərdən keçirilir”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparatında Layihələrin idarə olunması şöbəsinin Dövlət-Özəl Tərəfdaşlığı sektorunun müdiri Türkan Vüsət Bakıda keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda bildirib.

    Onun sözlərinə görə, Azərbaycanda PPP hələ inkişafın ilkin mərhələsindədir və bəzi dövlət qurumlarının nümayəndələri, eləcə də özəl tərəflər və investorlar bu mexanizm barədə kifayət qədər məlumatlı deyil: “İqtisadiyyat Nazirliyi bu sahədə Asiya İnkişaf Bankı (ADB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə sıx əməkdaşlıq edir. Bu təşkilatların təcrübəsindən yararlanmaq bizim üçün böyük üstünlükdür. Azərbaycanda artıq xüsusi PPP bölməsi mövcuddur və gələcəkdə bu sahədə daha təsirli institutların yaradılması nəzərdən keçirilə bilər”.

    T.Vüsət əlavə edib ki, son üç ildə əsas diqqət maarifləndirmə işlərinə yönəlib: “PPP çox faydalı alətdir, lakin onu düzgün idarə etməyi bacarmaq vacibdir. Əks halda, fayda gətirmək əvəzinə zərər verə bilər. Bu səbəbdən dövlət qurumlarının bu sahəni yaxşı bilən mütəxəssislərlə işləməsi mühüm əhəmiyyət daşıyır”.

  • Builki yay turizm mövsümü nə ilə yadda qaldı? – Turizm eksperti

    İlin ilk yarısında Aəzrbaycana 1 milyondan çox turistin səfər etdiyi, bu rəqəmlərin isə ilin sonuna qədər 3 milyon nəfərə qədər artacağı proqnazlaşdırılıb. 2025-ci ilin sona çatmasına isə artıq bir neçə ay qalıb. Bu həm də ölkədə yay turizm mövsümünin bitməsi deməkdir.

    Bəs builki yay turizm mövsümü nə ilə yadda qalıb?

    Qaynarinfo-nun suallarını cavablayan turizm eksperti Əziz Şiriyev bildirib ki, 2025-ci il yay turizm mövsümü çox gözəl bitib:

    “Bu il ölkəyə gələn xarici turistlərin sayı əvvəlki illərlə müqayisədə artıb. Daxili turizmə maraq da yüksəlib, regionlara turistlərin səfərləri artıb”.

    Ekspert hesab edir ki, payız mövsümündə də bu dinamika davam edəcək və turizm sektoru üçün sabit gəlir mənbəyi formalaşacaq, çünki turizmdə getdikcə mövsümilik azalır:

    “Əvvəllər biz daha çox yay turizmi və onun inkişafı üzərində çalışırdıq. Mövsümiliyi aradan qaldırmaq üçün müxtəlif planlar həyata keçirilməyə başlanıldı. Ölkəmizdə qış turizmi inkişaf etməyə başladı. Qış turizmi üçün komplekslər fəaliyyətə başladı. Qəbələdə Tufandağ, Qusarda Şahdağ, Naxçıvanda Şahbuz rayonunun ərazisində Ağbulaq kimi qış-yay turizm kompleksləri fəaliyyət göstərməyə başladı. Bu da qış turizminin inkişafına bir başa töhvə verdi”.

    Əziz Şiriyev bildirib ki, turizmdə mövsümiliyin aradan qaldırılmasına, inkişaf etdirilməsinə ölkəmizdə keçirilən müxtəlif beynəlxalq tədbirlər də böyük təkan verib:

    “Ardıcıl olaraq həyata keçirilən beynəlxalq tədbirlər birbaşa tuzimin inkişafına səbəb olur. 2012-ci ildən – “Avroviziya” Mahnı Müsabiqəsindən başlayaraq, Formula-1, COP29, MDB Oyunları, Cüdo üzrə Dünya Çempionatı, Minifutbol üzrə Dünya Çempionatı kimi beynəlxalq səviyyəli tədbirlər, 44 günlük zəfər tariximiz həm hərbi, həm iqtisadi, həm turizm kimi sahələrin inkişafına birbaşa təkan verdi və dünyada ölkəmizin nüfuzunun artmasına müsbət təsir göstərdi.

    Turistlər otel xidmətindən, ticarət mərkəzlərindən, nəqliyyatdan, restoran, bələdçi xidmətlərindən istifadə etdilər ki, bu da ölkəmizin iqitsadiyyatına, turizm sahəsinin çiçəklənməsinə töhvə verir”.

    Aəzrbaycanın aqroturizm potensialı haqqında da danışan Əziz Şiriyev bildirib ki, qeyri-mövsimi vaxtlarda bölgələrdə müxtəlif festivalların keçirilməsi də həm regionda yaşayanların istehsal etdiyi məhsulların bazara çıxışına, aqroturizmin inkişafına səbəbdir:

    “Biz bu gün regionlarda aqro sahibkarlarla görüşüb, təlimlər keçirərək aqroturizmin inkişaf etdirilməsinə çalışırıq ki, onlar məşğul olduqları sahələrdə estetik gözəllik də yaradaraq turist cəlb edə bilsinlər. Məsələn, sitrus bağlarına təşkil edilən müxtəlif turistik səfərlər qeyri-turizm mövsümündə də turizmin inkişafına təkan verə bilir”.

  • Azərbaycana 9 ayda 267 milyon qazandıran məhsul – RƏQƏMLƏR

    2025-ci ilin ilk doqquz ayı ərzində Azərbaycandan pomidor ixracı 157 milyon 171 min ABŞ dolları (267 milyon 297 min AZN) dəyərində olub.

    Valyuta.az xəbər verir ki, həmin müddətdə ixrac edilən məhsulun ümumi miqdarı 144 min 029.41 ton təşkil edib.

    Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə artımı əks etdirir. Belə ki, ötən ilin ilk doqquz ayında 139 milyon 583 min dollar dəyərində 116 min 987.87 ton pomidor ixrac olunmuşdu.

    Müvafiq olaraq, dəyər ifadəsində 17 milyon 587 min dollar və ya 12.6%, miqdar ifadəsində isə 27 min 041.54 ton və ya 23.1% artım qeydə alınıb.

    İlin ilk doqquz ayı ərzində pomidor ixracından əldə olunan gəlir müvafiq dövrlər üzrə aşağıdakı kimidir (ABŞ dolları ilə):

    yanvar: 14 milyon 714 min

    yanvar-fevral: 26 milyon 721 min

    yanvar-mart: 44 milyon 569 min

    yanvar-aprel: 74 milyon 731 min

    yanvar-may: 113 milyon 806 min

    yanvar-iyun: 149 milyon 026 min

    yanvar-avqust: 157 milyon 153 min

  • Generalın anası vəfat etdi

    Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Anar Cahangirova ağır itki üz verib.

    Median.Az-ın Teleqraf-a istinadən məlumatına görə, Anar Cahangirovun anası vəfat edib.

    Mərhum bu gün dəfn olunacaq.

    Allah rəhmət eləsin!

  • Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına “stop” qoyuldu

    Barəsində Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi açılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bütün ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

    Median.Az “Gununsesi.info”ya istinadən xəbər verir ki, bunlar Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu Teymur Mehdiyev, qızı Kamilə Əliyevadır.

    Məlumatda, həmçinin Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin də ölkədən çıxışına qadağa qoyulduğu deyilir.
    Qeyd edək ki, general-mayor Teymur Ramiz oğlu Mehdiyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinidir.