Month: October 2025

  • Estoniya XİN başçısının Azərbaycana səfər edəcəyi tarix məlum olub

    Estoniyanın xarici işlər naziri Marqus Tsaxknanın Azərbaycana səfər edəcəyi tarix məlum olub.

    “Report”a Estoniya Xarici İşlər Nazirliyi (XİN) Kommunikasiya şöbəsinin müdiri Bretti Sarapunun verdiyi məlumata görə, M.Tsaxkna Azərbaycana oktyabrın 22-də səfər edəcək.

    B.Sarapun bildirib ki, M.Tsaxkna Estoniya işgüzar heyətinin müşayiəti ilə ikitərəfli münasibətlərin, xüsusən də iqtisadi əməkdaşlıq sahəsində əlaqələrin möhkəmləndirilməsi və hər iki ölkənin liderlərinin Vaşinqtonda imzaladığı birgə bəyannamədən sonra Ermənistan-Azərbaycan sülh prosesində əldə olunan irəliləyişə dəstəyi ifadə etmək məqsədilə Azərbaycana gələcək.

  • DİN 9 ayda 4 tondan çox narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb

    Bu ilin doqquz ayı ərzində polis əməkdaşları qanunsuz dövriyyədən 4 ton 663 kiloqram narkotik vasitə çıxarıb.

    Bu barədə DİN-də cari ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında bildirilib.

    Qeyd olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 582 kiloqram çoxdur.

  • AQTA bal yarmarkasında yoxlama keçirib, uyğunsuzluqlar aşkarlanıb

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Təhlükəsizliyi İnstitutu (AQTİ) Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında keçiriləcək yarmarkada satışa çıxarılacaq arıçılıq məhsullarının laborator müayinəsi həyata keçirib.

    Bu barədə AQTA-dan məlumat verilib.

    Bildirilib ki, təhlükəsizlik və keyfiyyət göstəricilərinə nəzarət tədbirləri çərçivəsində 281 fermerə məxsus arıçılıq məhsullarından ümumilikdə 14 17 bal nümunəsi götürülərək laboratoriyaya təqdim edilib.

    Sınaq nəticələrinə əsasən 44 nümunədə uyğunsuzluq aşkarlanıb. Uyğunsuzluq aşkar edilmiş bal məhsullarının dövriyyədən çıxarılaraq utilizasiyası (təyinatının dəyişdirilməsi) və ya məhv edilməsi barədə sahibkarlara icrası məcburi göstərişlər verilib.

  • Bu ilin 9 ayında qeydə alınmış cinayətlərin 92,4 faizi açılıb

    Bu ilin 9 ayında Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 92,4 faizi açılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin kollegiya iclasında bildirilib.

    Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 6,9 faiz, o cümlədən qəsdən adam öldürmələr, qəsdən sağlamlığa ağır zərər vurmalar, oğurluqlar, dələduzluqlar, soyğunçuluqlar, quldurluqlar, hədə-qorxu ilə tələb etmələr, xuliqanlıqlar, informasiya texnologiyalarından istifadə edilməklə, odlu silahın tətbiqi ilə və əvvəllər məhkum olunmuşlar tərəfindən törədilən, ailə münaqişəsi zəminli və qrup halında cinayətlərin sayı azalıb.

    Qeyri-aşkar şəraitdə baş verən, eləcə də ağır və xüsusilə ağır cinayətlərin, şəxsiyyət əleyhinə olanların, onlardan qəsdən adam öldürmə və ona cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların, dələduzluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin və avtonəqliyyat vasitəsini qaçırmaların açılması yaxşılaşıb.

  • Bənəniyar su anbarında balıqların kütləvi tələf olması araşdırılıb

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun tapşırığına əsasən, qurumun Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən Bənəniyar su anbarına baxış keçirib.

    “Report” agentliyə istinadən xəbər verir ki, baxışın məqsədi ötən gün anbarda suyun səviyyəsinin azalması nəticəsində balıqların kütləvi tələf olması faktını yerində araşdırmaq olub.

    Sədr müavini mövcud vəziyyəti dəyərləndirib, hadisənin səbəblərinin müəyyənləşdirilməsi, su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi və oxşar halların qarşısının alınması məqsədilə müvafiq tapşırıqlar verib.

    İ.Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təxminən 9 ay əvvəl Agentliyin tabeliyinə verilib. Bu müddətdə su təsərrüfatı infrastrukturunun bərpası, suvarma sistemlərinin yenilənməsi və su ehtiyatlarından səmərəli istifadə istiqamətində mühüm işlər görülüb.

    Onun sözlərinə görə, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində muxtar respublikanın su təminatının yaxşılaşdırılması məqsədilə bir sıra mühüm layihələr həyata keçirilir. Bunlara “Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması” və “Babək rayonunun Nehrəm qəsəbəsində 1000 hektar torpaq sahəsinin su təminatını yaxşılaşdırmaq üçün ‘Araz-1″ və ‘Araz-2″ iki pilləli nasos stansiyasının və boru xəttinin yenidən qurulması” layihələri daxildir.

    Hər iki layihə üzrə layihələndirmə və ekspertiza mərhələsi tamamlanıb, tender müsabiqəsi keçirilib və qalib podratçı ilə müqavilə bağlanıb. Hazırda tikinti-quraşdırma işlərinə start verilib.

    Bundan əlavə, “Arpaçay sağ sahil və sol sahil magistral kanallarının yenidən qurulması”, “Babək rayonunun Çeşməbasar və Güznüt kəndlərində ümumilikdə 240 hektar torpaq sahəsinin su təminatını və meliorativ vəziyyətini yaxşılaşdırmaq üçün qapalı suvarma və drenaj şəbəkəsinin tikintisi”, həmçinin “Gilançaydan Culfa və Babək rayonlarının ərazisində 1600 hektar torpaq sahəsinə suvarma suyunun çatdırılması” layihələri üzrə də layihələndirmə və ekspertiza işləri tamamlanıb, tikinti mərhələsinə hazırlıq işləri davam etdirilir.

    İ.Quliyev vurğulayıb ki, həyata keçirilən tədbirlər Naxçıvanda su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsinə, suvarma və içməli su təminatının daha da yaxşılaşdırılmasına xidmət edir.

  • Bakıda 87 yaşlı qadın eyvandan yıxılaraq ölüb

    Bakıda 87 yaşlı qadın eyvandan yıxılaraq ölüb.

    Hadisə paytaxtın Gəncə prospektində qeydə alınıb.

    Belə ki, ərazidə yaşayan əqli qüsurlu 1938-ci il təvəllüdlü Valentina Vasilyevna Rüstəmova yaşadığı Gəncə prospektində yaşadığı eyvanından yıxılaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджан поднялся на 35 позиций в мировом рейтинге женской занятости

    Азербайджан улучшил свои позиции в мировом рейтинге по созданию возможностей трудоустройства для женщин, поднявшись со 104-го на 69-е место.

    Об этом заявил министр труда и социальной защиты населения Азербайджана Анар Алиев на 6-й Конференции министров труда стран ОИС в Дохе.

    По его словам, в последние годы в Азербайджане достигнут значительный прогресс в расширении занятости женщин. Рост отражен в отчете Всемирного банка “Женщины, бизнес и право” (Women, Business and the Law).

    Министр подчеркнул, что за последние шесть лет в стране реализовано пять пакетов социальных реформ, направленных на защиту трудовых прав и обеспечение безопасных условий труда.

    Азербайджан также ратифицировал 59 конвенций и один протокол Международной организации труда и рассматривает возможность ратификации еще четырех.

  • Azərbaycan qadın məşğulluğu reytinqində 35 pillə irəliləyib

    Azərbaycan qadınlar üçün məşğulluq imkanlarının yaradılmasına görə dünya miqyasında öz reytinqini 104-cü yerdən 69-cu yerə yüksəldib.

    Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Doha şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Əmək Nazirlərinin 6-cı Konfransı çərçivəsində keçirilən iclasda məlumat verib.

    Bildirilib ki, Azərbaycanda qadınlar üçün məşğulluq imkanlarının artırılması sahəsində son illər mühüm irəliləyişlər əldə edilib. Sözügedən reytinq isə Dünya Bankının “Qadınlar, Biznes və Hüquq” hesabatında yer alıb.

    Nazir son altı ildə Azərbaycanda beş sosial islahat paketinin icra edildiyini deyərək bildirib ki, işçi hüquqlarının qorunması və əməyin mühafizəsi ölkəmizdə əsas prioritetlər sırasındadır.

    Azərbaycan Beynəlxalq Əmək Təşkilatının 59 Konvensiyasını, bir Protokolunu ratifikasiya edib və hazırda daha dörd Konvensiyanın da ratifikasiya imkanları nəzərdən keçirilir.

  • Умер ведущий гитарист группы Kiss

    Ведущий гитарист группы Kiss Пол “Эйс” Фрейли умер в возрасте 74 лет.

    Об этом сообщает газета Variety.

    В публикации отмечается, что музыкант скончался в четверг, 16 октября, от травм, полученных при падении в прошлом месяце, инцидент произошел в его студии. У Фрейли случилось кровоизлияние в мозг. Из-за этого музыканту пришлось отменить предстоящие концерты.

    “Мы дорожим всеми его лучшими воспоминаниями, его смехом и прославляем его сильные стороны и доброту, которые он даровал другим. Масштабы его кончины имеют эпические масштабы и непонятны. Размышляя обо всех своих невероятных жизненных достижениях, память Эйса продолжит жить вечно!”, – говорится в заявлении семьи музыканта.

    Фрейли играл в Kiss с момента образования в 1973 году до 1982 года. Тогда он начал сольную карьеру. В 1996 году Фрейли воссоединился с музыкантами из Kiss и продолжал сотрудничать с ними вплоть до 2002 года, после чего в очередной раз покинул коллектив.

  • “Kiss” qrupunun məşhur solisti vəfat edib

    “Kiss” qrupunun solisti Pol Eys Freyli 74 yaşında vəfat edib.

    Bu barədə “Variety” məlumat yayıb.

    Nəşr qeyd edib ki, musiqiçi cümə axşamı, oktyabrın 16-da studiyasında keçən ay yıxılaraq aldığı xəsarətlərdən dünyasını dəyişib. Freyli beyin qanaması keçirib. Bu səbəbdən musiqiçi qarşıdakı konsertlərini ləğv etmək məcburiyyətində qalıb.