Month: October 2025

  • Rusiyada daha bir azərbaycanlı diaspor rəhbəri HƏBS OLUNDU

    Rusiyanın Smolensk vilayətində yaşayan tanınmış iş adamı, Smolenskdəki azərbaycanlı icmasının sədri Faiq Əliyev korrupsiya maddəsi ilə ittiham olunub.

    Median.Az xarici mediaya istinadla xəbər verir ki, “Prestij” restoran–otel kompleksinin sahibi və baş direktoru olan Faiq Zəkiroviç Əliyev rüşvət verdiyi üçün məsuliyyətə cəlb edilib.
    Məhkəmənin qərarına əsasən, sahibkar və ictimai xadim, həmçinin “Azərbaycan Milli-Mədəni Mərkəzi”nin rəhbəri olan Faiq Əliyev barəsində 4 il müddətinə ciddi rejimli islah müəssisəsində cəza təyin olunub. Bundan əlavə, o, rüşvətin məbləğinin 10 qatına bərabər, 8 milyon 465 min rubl məbləğində cərimə ödəməlidir.

  • Suraxanı rayonunda avtomobil qaçıran şəxs saxlanılıb

    Paytaxtın Suraxanı rayon sakini olan bir nəfər polisə müraciət edərək ona məxsus “MG” markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib. 

    Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən V.Cəbiyev müəyyən olunaraq saxlanılıb. Avtomobil sahibinə təhvil verilib.
    Araşdırma aparılır.

  • 2001-ci ildə dünyaya gələn qadının doğum faktı indi qeydə alınıb

    2001-ci ildə dünyaya gələn qadının doğum faktı indi qeydə alınacaq.

    Bu barədə Yevlax Rayon Məhkəməsi qərar qəbul edib.

    Belə ki, ərizəçi məhkəməyə müraciət edərək bildirib ki, 2001-ci ildə Yevlax şəhərində ev şəraitində övladı olub. Qızını ev şəraitində dünyaya gətirdiyindən onun doğum akt qeydi aidiyyəti üzrə qeydiyyat şöbəsində qeydiyyata alınmayıb. Hazırda qızı ailə həyatı qurub və ana olmaq ərəfəsindədir. Məhkəməyə müraciət etməmişdən əvvəl, o, aidiyyəti üzrə müraciət edib. Lakin müvafiq qurumdan imtina məktubu verilərək məhkəməyə müraciət etməsi tövsiyə edilib.

    Yevlax Rayon Məhkəməsinin qərarı ilə ərizəçi 2001-ci il tarixdə bir qız uşağının doğması faktı müəyyən edilib.

  • Bakıda bəzi binaları qurd basdı – VİDEO

    Bakının Xətai rayonu, General Şıxlinski ünvanında binaları qurd basıb.

    Sözügedən ünvanda yaşayan sakinlərin sözlərinə görə, binaların həyətlərində və bloklarında həşəratlar var.

    İş o yerə çatıb ki, bu həşəratlar pəncərələrdən evlərə də daxil olublar. Müxtəlif qurumlara və ərazi mənzil istismar sahələrinə məlumat verilsə də, üç aydan çoxdur, nəticə ala bilmirlər.

    Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, sözügedən ünvandan birliyə heç bir müraciət daxil olmayıb. Əraziyə baxış keçiriləcək və mütəxəssislər tərəfindən dezinfeksiya işləri aparılacaq. O da qeyd edilib ki, problem mövsümi xarakter daşıyır.

    Daha ətraflı İTV-nin videomaterialında:

  • Füzuli Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq

    Füzuli Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq.

    Füzuli şəhərində günboyu tamaşa, sərgi və konsertin keçirilməsi planlaşdırılır.

    Günün sonunda isə atəşfəşanlıq olacaq.

  • DYP-dən yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT

    “Hazırda ölkə ərazisində yağışlı hava şəraiti müşahidə olunur. Belə hava şəraiti hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır”.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətində bildirilib.

    “Yağış və çiskin zamanı yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir. Bir daha xatırladırıq ki, belə hava şəraitində hərəkət zamanı xüsusilə ehtiyatlı olmaq, sürət həddini minimuma endirmək, ara məsafəsini normadan artıq saxlamaq, avtomobilin şüşəsilən və işıq cihazlarının saz vəziyyətdə olmasına diqqət yetirmək vacibdir.

    Eyni zamanda, əlverişsiz hava şəraiti piyadalar üçün də əlavə çətinliklər yaradır. Yağışlı havada yol səthinin sürüşkən olması, eləcə də sürücülərin görmə imkanlarının azalması səbəbindən piyadalar hərəkət zamanı daha diqqətli olmalı, səki ilə hərəkət etməli, yolu yalnız piyada keçidlərindən keçməli və açıq rəngli, asan görünən geyimlərə üstünlük verməlidirlər. Yolu keçərkən diqqətli olmalı, avtomobilin olmadığından və ya bütün zolaqlar üzrə nəqliyyat vasitələrinin tam dayandığından əmin olduqdan sonra yolu keçməlidirlər.

    Unutmayaq ki, yollarda təhlükəsizlik hər birimizin məsuliyyətidir”, – müraciətdə deyilir.

  • Bakıda 11-ci sinif şagirdləri arasında davada qan töküldü

    Bakıda 11-ci sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.

    Oxu.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsindəki orta məktəbin qarşısında qeydə alınıb.

    Məktəbin 11-ci sinif şagirdi 2008-ci il təvəllüdlü S.X. sinif yoldaşı N.V. ilə mübahisə edib. Mübahisə nəticəsində S.X. N.V.-yə çoxsaylı bıçaq zərbələri endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirləndirilən yeniyetmə saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Birinci vitse-prezident Mehriban Əliyeva Vatikanda Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 16-da Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvi ilə görüşüb.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Müqəddəs Taxt-Taca son 14 il ərzində altıncı səfər etdiyini xatırladan Birinci vitse-prezident Mehriban Əliyeva bu illər ərzində dövlətlərarası əlaqələrin çox möhkəm təməl, qarşılıqlı hörmət və dostluq əsasında inkişaf etdiyini bildirib. Birinci vitse-prezident bu illər ərzində bir sıra mühüm layihələrin bərpasında Heydər Əliyev Fondunun dəstəyini diqqətə çatdıraraq, gələcəkdə də bu fəaliyyəti davam etdirəcəklərini vurğulayıb.

    Bu gün Müqəddəs Komodilya katakombalarının açılışında birgə iştirak etdiklərini deyən Mehriban Əliyeva bunun Heydər Əliyev Fondunun böyük layihələrindən biri olduğunu diqqətə çatdıraraq deyib: “Roma elə şəhərdir ki, həm yerin altı, həm də üstü demək olar səma altında açıq muzeydir. Bizim fəaliyyətimiz elə qurulub ki, bəzi layihələr sona çatan kimi yeni layihələrə start veririk. Bu, çox davamlı əməkdaşlıqdır və mən onu yüksək dəyərləndirirəm”.

    Baş keşiş kardinal Ceyms Harvi bu cür mühüm layihələri həyata keçirdiklərinə və görülmüş işlərə görə Müqəddəs Tax-Tac adından Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

    Kardinal qeyd edib ki, bütün katolik və xristian icmalarının əsaslarının qoyulmasında Müqəddəs Pavel çox böyük rol oynayıb. O, Müqəddəs Pavel Bazilikasında indi və gələcəkdə silsilə tədbirlərin keçiriləcəyini vurğulayaraq deyib: “Gördüyünüz bu nəcib işlər Sizin ölkənizi daha yaxından tanımaq üçün yaxşı fürsətdir”.

    Heydər Əliyev Fondunun Müqəddəs Pavel Bazilikasının örtüklərinin bərpasında iştirak etdiyini vurğulayan baş keşiş bu işin başa çatdırılmasında xeyli zəhmət çəkildiyini söyləyib. O, Romaya gələn zəvvarların sayını nəzərə alaraq, həmin bazilikada təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın dəstəyi ilə görülmüş işlərin müstəsna əhəmiyyətə malik olduğunu bildirib.

    Sonra Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harviyə xatirə hədiyyəsi təqdim olunub.











  • Bakıda sıxlıq olan küçələrin SİYAHISI

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

    5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    7. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

    8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    9. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;

    10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    11. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    12. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    13. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    14. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    15. Babək prospekti, mərkəz istiqamətində;

    16. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

    17. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    18. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    19. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    20. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    21. Parlament prospekti, Hüseyn Cavid prospekti istiqamətində;

    22. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

  • Saxta klinika fəaliyyətini davam etdirir – Xəstələr risk altında (VİDEO)

    Bədən şəkilləndirmə əməliyyatı etdirmək istəyən Cəmalə Rüstəmova həkim savadsızlığının qurbanı olub. O, “TikTok”da gördüyü reklama aldanaraq münasib qiymətə – 400 manata əməliyyat üçün Xəyalə İsmayılovanın klinikasına müraciət edib. Bir müddət sonra isə bədənində ciddi fəsadlar yaranır və çürümələr müşahidə olunub.

    Zərərcəkən Bakı şəhər prokurorluğuna və Səhiyyə Nazirliyinə müraciət edib. Nəticədə Xəyalə İsmayılovanın rəhbərlik etdiyi klinika bağlanıb. Lakin buna baxmayaraq, Xəyalə İsmayılova qeyri-qanuni fəaliyyətini davam etdirərək “TikTok” vasitəsilə pasiyent toplayır və Bakxanov qəsəbəsində yerləşən “Nova Med” Tibb Mərkəzində əməliyyatlar həyata keçirir.

    ARB TV-nin əməkdaşları məsələni araşdırmaq üçün ona pasiyent kimi yaxınlaşıb, gizli çəkiliş aparıblar. Əldə olunan görüntülər saxta tibbi fəaliyyətin davam etdiyini təsdiqləyib.