Month: October 2025

  • Beynəlxalq axtarışda olan şəxs Bakıya gətirildi

    Beynəlxalq axtarışda olan şəxs Birləşmiş Ərəb Əmirliklərində tutularaq Azərbaycana ekstradisiya edilib.

    Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, nazirlik tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir. Oktyabrın 16-da İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş daha bir şəxsin Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

    Belə ki, bir sıra şəxslərlə mütəşəkkil dəstə yaradaraq xüsusilə külli miqdarda pul vəsaitlərini (kriptovalyuta) qanunsuz olaraq ölkəmizdən xarici ölkələrə və xarici ölkələrdən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olmuş və mütəşəkkil dəstə halında cinayət yolu ilə əldə olunmuş xeyli miqdarda əmlakı leqallaşdırma (Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələri) cinayət əməllərini törətməkdə ittiham edilmiş Rusiya Federasiyasının vətəndaşı Sergey Sergeevin yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o, həbs edilib.

    BƏƏ ilə mövcud olan Ekstradisiya haqqında ikitərəfli müqaviləyə əsasən səlahiyyətli qurum kimi Ədliyyə Nazirliyi tərəfindən müvafiq sorğu və tələb olunan sənədlər qarşı tərəfə təqdim olunub, habelə səmərəli danışıqlar aparılıb. Nəticədə həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub və S.Sergeev ölkəmizə gətirilərək məhkəmənin həbs qərarına əsasən Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müvafiq istintaq təcridxanasına yerləşdirilib.

    Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

  • İki ay əvvəl Yevlaxda qəzaya düşən şəxs xəstəxanada öldü

    İki ay əvvəl Yevlaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 26 yaşlı kişi xəstəxanada ölüb.

    Hadisə avqustun 27-də gecə saat 01 radələrində Yevlax şəhəri C.Mustafayev küçəsində baş verib.

    Yevlax sakini, 1995-ci il təvəllüdlü Kirman Orucov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib yolun kənarındakı ağaca çırpılıb.

    Hadisə nəticəsində avtomobildə olan sərnişinlər – 1999-cu il təvəllüdlü Ramiz Musayev və 2006-cı il təvəllüdlü Malik Zamanov xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, R.Musayev oktyabrın 15-i xəstəxanada dünyasını dəyişib.

    Faktla bağlı cinayət işi başlanılıb.
    //oxu.az

  • Hərbi Prokurorluqda YENİ TƏYİNATLAR

    Azərbaycan Hərbi Prokurorluğunda yeni təyinatlar olub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmrlər imzalanıb.

    Ədliyyə polkovnik-leytenantı Vaqif İsmayılov Respublika hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib.

    Bundan başqa, Şəmkir hərbi prokurorunun müavini ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru vəzifəsinə təyin olunub.

    İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi ədliyyə mayoru Elxan Salamzadə isə Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilib.

    Qeyd edək ki, bir müddətdir Hərbi Prokurorluqda kadr islahatları aparılır.

  • Azərbaycan Prezidenti Niderlandın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Niderland Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marian de Yonqun etimadnaməsini qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

    Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu deyib. Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü xatırladan Prezident İlham Əliyev həmin görüş əsnasında tərəfdaşlığımızın müxtəlif aspektlərinin müzakirə olunduğunu vurğulayıb, bir çox sahədə əməkdaşlığı gücləndirmək barədə razılığın əldə edildiyini bildirib. Hazırda Niderland şirkətlərinin ölkəmizdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərdiyini deyən dövlətimizin başçısı gələcəkdə onların sayının çoxalacağına ümidvar olduğunu ifadə edib.

    Qəbula görə minnətdarlığını bildirən səfir Niderlandın Kralı Villem-Aleksandrın salamlarını dövlətimizin başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Niderlandın Kralı və Baş nazirinə çatdırmağı xahiş edib.

    Marian de Yonq ölkəsinin Azərbaycanla siyasi və iqtisadi sahədə güclü əməkdaşlıq etmək niyyətində olduğunu deyib, bunun qarşılıqlı fayda verəcəyinə əminliyini vurğulayıb.

  • İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı qonağın Xankəndi şəhərində keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakının önəminə toxunulub.

    Anaklaudia Rossbax forumun yüksək səviyyədə təşkil edildiyini deyərək, həmin tədbirdə şəhərsalma məsələləri ilə bağlı çox aktual müzakirələrin aparıldığını vurğulayıb.

    Azərbaycan-“UN-Habitat” tərəfdaşlığı çərçivəsində ölkəmizdə indiyədək bir neçə milli şəhərsalma forumunun keçirildiyi məmnunluqla qeyd edilib.

    Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan irimiqyaslı bərpa-yenidənqurma işlərinə toxunulub, işğaldan azad edilmiş ərazilərimizdə şəhər və kəndlərimizin inşasında yeni müasir şəhərsalma modelinin tətbiq olunduğu bildirilib.

    Qonaq Azərbaycanın BMT-nin Məskunlaşma Proqramına könüllü maliyyə töhfələrinə və onun fəaliyyətini dəstəklədiyinə görə təşəkkürünü bildirib. O, COP29-un ölkəmizdə uğurla keçirildiyini vurğulayaraq, bu tədbirdə iqlim gündəliyi ilə urbanizasiya fəaliyyətinin bir araya gətirildiyini və bu xüsusda Azərbaycanın təşəbbüslərlə çıxış etdiyini məmnunluqla vurğulayıb.

    Görüşdə 2026-cı ildə ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Digər mötəbər beynəlxalq tədbirlər kimi bunun da yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunub.

    Söhbət zamanı Azərbaycanla BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.






  • Biznesmen dayısının bir milyon manata yaxın pulunu ələ keçirən şəxs HƏBS EDİLDİ

    Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şamil İsrafilovun (soyadı şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

    Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və o, məhkəmə iclas zalında dərhal həbs olunub.

    İttihama görə, Şamil İsrafilov etibardan sui-istifadə və aldatma yolu ilə Azərbaycan və Estoniyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan dayısı – Rusiya vətəndaşı, zərərçəkmiş Fərhad Məmmədovun etimadını qazanaraq ona məxsus külli miqdarda əmlak və pul vəsaitini ələ keçirib. O, müxtəlif illərdə zərərçəkmişin tam dəyərini ödədiyi yük avtomobilləri, yarımqoşqular və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən yaşayış evini öz adına rəsmiləşdirərək ümumilikdə 247 275 manat dəyərində əmlakı mənimsəyib.

    Daha sonra Şamil İsrafilov eyni üsulla 2021-ci ildə müxtəlif markalı yük avtomobillərini və yarımqoşquları da adına keçirərək əlavə 320 665 manat məbləğində, eləcə də həmin ilin sonlarında Nərimanov rayonunda mənzil alışı bəhanəsi ilə 374 000 manat məbləğində pulu ələ keçirməklə zərərçəkmişə ümumilikdə 941 940 min manat ziyan vurub.

    Məhkəmə baxışı zamanı dindirilən Şamil İsrafilov özünü Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyib. O ifadəsində deyib ki, uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olub və MMC-də təsisçi-direktoru kimi işləyib. Zərərçəkmiş şəxslə birgə biznes fəaliyyəti həyata keçirib, aralarında əvvəlcədən heç bir mübahisə və ya narazılıq olmayıb.

    Onun sözlərinə görə, 2020-ci ildə Vətən müharibəsində iştirak etdikdən sonra işlərinə Vilayət və Faiq adlı şəxslər müdaxilə etməyə başlayıblar. Təqsirləndirilən şəxs onların biznesinə şərik olmaq istədiklərini, lakin buna razı olmadığını, daha sonra həmin şəxslərin onun barəsində əsassız şikayətlər verdiyini bildirib.

    Şamil İsrafilov ifadəsində qeyd edib ki, guya ona 220 000 ABŞ dolları məbləğində pul verilməsi barədə iddialar tam uydurmadır, bu barədə heç bir fakt və sübut yoxdur. Təqsirləndirilən şəxs həmin pulu görmədiyini, onun verilməsi barədə göstərilən tarix və şəraitin də həqiqətə uyğun gəlmədiyini vurğulayıb.

  • Кто адвокат Рамиза Мехтиева? – ФОТО

    Стало известно, кто защищает права бывшего руководителя Администрации Президента Рамиза Мехтиева, обвиняемого в ряде тяжких преступлений.

    Как сообщает gununsesi.info, это глава адвокатского бюро №3 города Баку Заур Абыев.

    Согласно информации, Заур Абыев участвовал в процессе допроса Рамиза Мехтиева по назначению государства в уголовном деле, расследуемом главным следственным управлением Службы государственной безопасности.

    Отмечается, что Рамиз Мехтиев самостоятельно не нанимал адвоката для защиты своих прав.

  • Ramiz Mehdiyevin vəkili kimdir? – FOTO

    Bir sıra ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin hüquqlarını müdafiə edən vəkilin kimliyi bəlli olub.

    Median.Az Gununsesi.info-ya istinadən xəbər verir ki, bu, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun rəhbəri Zaur Abıyevdir.

    Məlumata görə, Zaur Abıyev DTX-nin İstintaq Baş İdarəsində istintaq olunan cinayət işində dövlət təyinatı ilə Ramiz Mehdiyevin dindirilməsi prosesində iştirak edib.

    Bildirilib ki, Ramiz Mehdiyev hüquqlarını qorumaq üçün müstəqil şəkildə vəkil tutmayıb.

  • Лейла Алиева поделилась публикацией с выставки MAMA “Мать-природа” – Видео

    Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель Общественного объединения IDEA Лейла Алиева и руководитель Baku Media Center Арзу Алиева приняли участие в открытии международной художественной выставки MAMA “Мать-природа” в Азербайджанском культурном центре в Германии.

    Соответствующей публикацией Лейла Алиева поделилась на своей странице в социальной сети.

  • Leyla Əliyeva Berlində MAMA “Ana təbiət” sərgisindən paylaşım etdi – Video

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Almaniyada Azərbaycan Mədəniyyət Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər.

    Leyla Əliyeva sərgidən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

    Həmin paylaşımı təqdim edirik: