Month: October 2025

  • Sabah Binəqədinin bəzi ərazilərində qaz olmayacaq

    Sabah Bakının Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.

    Median.Az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

    Bildirilib ki, “Tbilisi prospekti” orta təzyiqli qaz xətti üzərinə tənzimləyici qurğunun və filtrin quraşdırılması ilə əlaqədar oktyabrın 16-da saat 09:30-dan qaz təchizatı dayandırılacaq.

    Təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarında, M.Ə.Rəsulzadə, Xutor və Biləcəri qəsəbələrinin bir hissəsində istehlakçıların qaz təchizatı müvəqqəti dayandırılacaq.

  • Naxçıvan iqtisadiyyatı 4 %-dən çox böyüyüb

    Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 199,8 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

    Bu barədə “Report”un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

    Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % çoxdur.

    9 ay ərzində muxtar respublikada əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri isə 1 il əvvələ nisbətən 3,8 % çox – 2 544 manat olub.

  • Казахстан ратифицировал соглашение с Арменией о поездках граждан

    Президент Казахстана Касым-Жомарт Токаев подписал закон о ратификации соглашения с Арменией о поездках граждан.

    Об этом сообщает Акорда.

    “Главой государства подписан Закон Республики Казахстан “О ратификации Соглашения между Правительством Республики Казахстан и Правительством Республики Армения о поездках и порядке пребывания граждан”.

    Ранее закон был одобрен Сенатом. Соглашение позволяет гражданам обеих стран на равных условиях въезжать, выезжать, транзитно перемещаться и пребывать на территории другой страны до 90 суток с момента пересечения границы. Временно пребывающие граждане освобождаются от обязательной регистрации в компетентных органах страны пребывания в течение 30 календарных дней.

  • Qazaxıstan Ermənistanla vətəndaşların səfərləri haqqında sazişi ratifikasiya edib

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanla vətəndaşların səfərləri haqqında sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

    Bu barədə Akorda məlumat yayıb.

    Dövlət başçısı tərəfindən “Qazaxıstan Hökuməti ilə Ermənistan Respublikası Hökuməti arasında vətəndaşların səfərləri və qalma qaydası haqqında Sazişin ratifikasiyası haqqında” qanun imzalanıb.

    Qanun daha əvvəl Senat tərəfindən təsdiqlənmişdi. Saziş hər iki ölkənin vətəndaşlarına bərabər şərtlərlə digər ölkənin ərazisinə daxil olmağa, çıxmağa, tranzit və sərhədi keçdikləri andan etibarən 90 günədək qalmağa imkan verir.

  • AYNA: Daha bir neçə şəhərlərarası marşrut üzrə keçirilmiş müsabiqələrin qalibləri müəyyənləşib

    Azərbaycanda daha bir neçə marşrut avtobuslarının istiqaməti üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.

    Bu barədə Median.Az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Bildirilib ki, Gəncə-Qazax və Qazax-Gəncə, Şəmkir – Gəncə, Gəncə – Goranboy və Goranboy – Gəncə, Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal), Könüllü (Şəmkir) – Gəncə (avtovağzal), Qovlarsarı (Samux) – Gəncə (dəmiryol vağzalı) və Qarabağlar (Samux) – Gəncə (dəmiryol vağzalı) avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

    Gəncə – Qazax və Qovlarsarı (Samux) – Gəncə (dəmiryol vağzalı) marşrutları üzrə fiziki şəxs Əsgərov Taleh Qafar oğlu, Qazax – Gəncə marşrutu üzrə fiziki şəxs Mirzəyev Xəyal Vəli oğlu, Şəmkir – Gəncə və Könüllü (Şəmkir) – Gəncə (avtovağzal) marşrutları üzrə hüquqi şəxs “Şəmkir-Sərnişinnəqliyyat” ASC, Gəncə – Goranboy, Goranboy – Gəncə, Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal) və Qarabağlar (Samux) – Gəncə (dəmiryol vağzalı) marşrutları üzrə hüquqi şəxs “Simurq-Avto” MMC qalib elan olunublar.

    Qeyd edək ki, müsabiqələrin nəticəsinə əsasən, Gəncə – Qazax, Qazax – Gəncə və Şəmkir – Gəncə istiqamətləri üzrə istismar ediləcək avtobuslar 2025-ci il istehsalı olan müasir nəqliyyat vasitələridir.

    Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

    Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

  • При пожаре на нефтяном танкере в Индонезии погибли десять человек

    По меньшей мере 10 человек погибли, еще 18 получили ранения при пожаре на нефтяном танкере в индонезийской провинции Риау.

    Об этом сообщает Median.Az со ссылкой на агентство Reuters.

    Пожар вспыхнул на нефтяном танкере MT Federal II, находящемся на судоремонтном заводе в городе Батам.

    Начальник местной полиции Заенал Арифин сообщил, что все пострадавшие являются рабочими, которые занимались ремонтом судна.

    “Некоторые из них находятся в тяжелом состоянии”, – сказал он.

    Арифин отметил, что пока нет информации о том, кому принадлежит судно.

    Причина возгорания в настоящее время расследуется. Полиция также подтвердила, что танкер в момент инцидента не перевозил нефть.

  • İndoneziyada yanğın nəticəsində 10 nəfər ölüb

    İndoneziyanın Riau əyalətində neft tankerində baş verən yanğın nəticəsində azı 10 nəfər həlak olub, 18 nəfər yaralanıb.

    Bu barədə “Report” “Reuters” agentliyinə istinadən xəbər verir.

    Yanğın Batam şəhərindəki gəmi təmiri zavodunda olan MT Federal II neft tankerində baş verib.

    Yerli polis rəisi Zayenal Arifin bildirib ki, zərərçəkənlər gəminin təmiri ilə məşğul olan fəhlələrdir: “Onlardan bəzilərinin vəziyyəti ağırdır”.

    Yanğının səbəbi hazırda araşdırılır.

  • Bakının İslam Səfərli küçəsində içməli su və kanalizasiya xətləri yenilənir – Video

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakının Yasamal rayonunun İslam Səfərli küçəsində içməli su və kanalizasiya xətlərini yeniləyir.

    Median.Az bu barədə Xidmətə istinadən xəbər verir.

    Məlumata görə, Fəvvarələr meydanı və Qış Parkı ətrafındakı ərazidə piyadaların sərbəst və rahat hərəkət etməsi üçün piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq işləri davam etdirilir. Bu çərçivədə “Sutikinti” MMC İslam Səfərli küçəsində içməli su və tullantı su xətlərinin yenilənməsi işləri aparır. Layihə üzrə müxtəlif diametrli içməli su və kanalizasiya xətləri inşa edilir. Görülən işlər çərçivəsində diametri 63, 110, 280, 400, 300 millimetrlik köhnəlmiş borular yeniləri ilə əvəzlənib.

    Ümumilikdə 967 metr içməli su xətti, 493 metr kanalizasiya xətti dəyişdiriləcək. İşlər yaxın günlərdə yekunlaşdırılacaq.

  • Генштаб ВСУ подтвердил удар по нефтяному терминалу в Крыму

    Генштаб ВС Украины подтвердил удар по нефтяному терминалу в оккупированном Крыму.

    Об этом сообщают украинские СМИ со ссылкой на пресс-службу Генштаба ВСУ.

    “Подтверждено повторное поражение в ночь на 13 октября 2025 года предприятия “Морской нефтяной терминал” во временно оккупированной Феодосии”, – сообщили в пресс-службе.

    Отмечается, что нефтяной терминал в Феодосии является важным логистическим звеном в обеспечении армии РФ горюче-смазочными материалами. Общий объем нефтепродуктов, которые могли храниться в резервуарах, составляет около 193 тыс. куб. м.

    Также Генштаб сообщил, что в результате удара по нефтяному терминалу было повреждено 16 резервуаров с горючим, которые уцелели после предыдущей атаки. На территории предприятия вспыхнул масштабный пожар.

    Кроме того, поражены еще три объекта – радиолокационная станция – РЛС П-18 в Крыму и пункт управления дронами на оккупированной территории в Херсонской области, а также склад боеприпасов в районе Макеевки в Донецкой области.

  • Ukrayna Krımda neft terminalına zərbə endirdiyini təsdiqləyib

    Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı işğal olunan Krımda neft terminalına zərbəni təsdiqləyib.

    Bu barədə yerli KİV Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidmətinə istinadən məlumat yayıb.

    “Oktyabrın 13-nə keçən gecə müvəqqəti olaraq işğal edilmiş Feodosiyada “Dəniz neft terminalı” müəssisəsinə təkrar zərbə endirildiyi təsdiqlənib”, – mətbuat xidməti bildirib.

    Həmçinin Baş Qərargahdan bildirilib ki, neft terminalına zərbə nəticəsində 16 çən zədələnib. Müəssisənin ərazisində böyük yanğın baş verib.

    Bundan əlavə, daha bir neçə hədəf Xerson vilayətinin işğal olunmuş ərazisində dronların idarəetmə məntəqəsi və Donetsk vilayətinin Makeyevka rayonunda sursat anbarı vurulub.