Month: October 2025

  • Bakıda iki küçəyə Məmmədbağır Bağırzadənin adı verildi

    Bakıda iki küçəyə Xalq artisti Məmmədbağır Bağırzadənin adı verilib.

    Median.Az xəbər verir ki, bu barədə “Teleqraf”a Xalq artistinin oğlu, müğənni Rahim Bağırzadə məlumat verib.

    “Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Nazirlər Kabinetinin göstərişi ilə atamın doğulduğu Nardaran kəndində küçələrin birinə onun adı verilib. Həmin küçədə 99 ev yerləşir.

    Digər küçə isə Maştağadadır. Qəsəbə sakinlərinin şəxsi imzaları ilə toplanmış müraciət bələdiyyə tərəfindən Sabunçu Rayon İcra Hakimiyyətinə təqdim olunub və nəticədə bir küçəyə Məmmədbağır Bağırzadənin adı verilib”, – deyə o bildirib.

    Qeyd edək ki, bu gün Məmmədbağır Bağırzadənin vəfatından 20 il ötür. O, 55 yaşında dünyasını dəyişib.

  • Sumqayıtda “Land Rover” parklanmış üç maşını vurub aşdı

    Sumqayıtda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı dörd avtomobil toqquşub.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə şəhərin Polad Həşimov küçəsində qeydə alınıb.

    Məlumata görə, hərəkətdə olan “Land Rover” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kənarda dayanan “Changan”, VAZ-2106 və “Hyundai” markalı avtomobillərə çırpılıb.

    Zərbənin təsirindən “Land Rover” aşıb, avtomobillərə ciddi ziyan dəyib.

    Qəza nəticəsində xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir.

  • İlham Əliyev İslam Rzayevi vəzifəsindən azad etdi

    İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

  • Qabil, Tural, Məhəmməd Bakıya gətirilir

    Xaricdə mühacir kimi yerləşərək, Azərbaycana qarşı informasiya savaşı aparan və milli dəyərlərə düşünülmüş surətdə hücum edən blogerlərlə bağlı müvafiq addımlar atılır.

    Artıq Azərbaycan hüquq-mühafizə orqanları bu antimilli layihəni tamamilə aradan qaldırmaqda israrlıdırlar və bu şəxslərin ölkəyə gətirilməsi istiqamətində ciddi işlərə başlayıblar.

    Bildirilib ki, həmin şəxslərin ölkəyə gətirilməsi üçün Avropanın hüquq sisteminə uyğun prosedurlar hazırlanır.

    2018, 2019 və 2020-ci illərdə də Azərbaycan hüquq-mühafizə orqanları həmin şəxsləri cinayət əməllərinə görə beynəlxalq axtarışa vermişdi, ancaq Avropa ölkələrindən müsbət cavab almamışdı. Buna səbəb kimi sorğular zamanı həmin ölkələrin hüquq sisteminə uyğun boşluqlar buraxılması iddia edilir.

    Median.Az xəbər verir ki, axar.az-ın məlumatına görə, “söyüş blogerləri”nin nümayəndələrinin gətirilməsi üçün Avropanın hüquq sisteminə tam uyğun hüquqi proseduralar tamamlanmaqdadır.

    Qeyd edək ki, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Qurban Məmmədov və digərlərinin Azərbaycana gətiriləcəyi ilə məlumatı millət vəkili Elman Nəsirov da təsdiqləyib. Millət vəkili TNS TV-yə müsahibəsində bildirib ki, həmin şəxslər Azərbaycana mütləq gətiriləcək, sadəcə zaman məsələsi var.

    E.Nəsirov bu sözləri xüsusi əminliklə və vurğu ilə təkrarlayıb. Bu isə millət vəkilinin siyasi proqnozundan daha çox, hüquqi və siyasi proseslər haqda bilgisindən xəbər verir.

  • İlham Əliyev Ermənistanda keçiriləcək sammitdə iştirak etmək niyyətində deyil

    Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin (ASB) 2026-cı ilin may ayında Ermənistanda keçiriləcək sammitində iştirak etmək niyyətində deyil.

    Median.Az xəbər verir ki, bu barədə “Caliber.Az” mənbələrə istinadən yazıb.

    “İkitərəfli münasibətlərin hazırkı səviyyəsi Prezident Əliyevin İrəvana səfərini aktual addım kimi nəzərdən keçirməyə hələlik imkan vermir. Azərbaycan real fəaliyyət prinsipindən çıxış edir. Saziş (sülh sazişi – red.) imzalanmadan və praktiki mexanizmlər işə salınmadan yüksəksəviyyəli səfər prosesin tamamlanması ilə bağlı yanlış təəssürat yarada bilərdi. Hüquqi baza rəsmiləşdirilmədən və öhdəliklərin yerinə yetirilməsinə başlanılmadan bu cür addımların atılması hələ tezdir”, – deyə qeyd edilib.

  • Ermənistan Qarabağ ermənilərinə görə 250 milyon dollar aldı

    Ermənistan hökuməti oktyabrın 30-da keçirilən iclasında “Yaşayış şəraitinin yaxşılaşdırılması və səlahiyyətlərin genişləndirilməsi üçün mənzil islahatları” (THRIVE) kredit sazişinin imzalanması təklifini təsdiqləyib.

    Bu barədə erməni KİV məlumat yayıb.

    Bu sazişə əsasən, Ermənistan Qarabağı könüllü şəkildə tərk edən ermənilər üçün dövlət mənzil proqramının icrasını davam etdirmək üçün Asiya İnkişaf Bankından yeni kredit alır.

    250 milyon ABŞ dolları məbləğində kredit Ermənistana 27 il müddətinə, onun 10 ili güzəştli müddətə veriləcək. Kreditin faiz dərəcəsi üzən məzənnədir. Əsas məbləğ 15 dekabr 2035-ci il tarixindən 15 iyun 2052-ci il tarixinədək 34 bərabər yarımillik ödənişlə ödənilməlidir.

    Onu da əlavə edək ki, 2023-cü ilin sentyabrından indiyədək 9 346 nəfər Ermənistan Respublikasının vətəndaşlığını qəbul edib.

  • В Нахчыване обрушилось ограждение: есть погибший

    В посёлке Неграм Бабекского района Нахчывана в результате обрушения ограды погиб один человек.

    Как сообщает Report, обрушение произошло, когда из транспортного средства разгружали груз возле ограды.

    В результате один человек оказался под завалами и скончался.

  • Naxçıvanda hasar uçub: Ölən var

    Naxçıvanda hasarın uçması nəticəsində bir nəfər ölüb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə Babək rayonunun Nehrəm qəsəbəsində qeydə alınıb.

    Məlumata görə, çoxtonnajlı avtomobil daşıdığı yükü hasarın ətrafına boşaldarkən hasar uçub.

    Nəticədə bir nəfər uçqun altında qalaraq ölüb.

  • Tanınmış dilçi alim vəfat etdi

    Naxçıvanda tanınmış dilçi alim dünyasını dəyişib.

    Əbülfəz Muxtaroğlu 86 yaşında vəfat edib.

    Mərhum Naxçıvan Dövlət Universitetinin ”Azərbaycan dilçiliyi” və Naxçıvan Müəllimlər İnstitutunun ”Dillər və ədəbiyyat” kafedralarının dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

  • Азербайджан рассматривает запрос США о присоединении к миссии в Газе

    США предложили Азербайджану присоединиться к стабилизационным силам в Газе – международной миссии, призванной обеспечить безопасность на территории после прекращения боевых действий и расширения доступа гуманитарной помощи.

    Об этом сообщили источники AnewZ.

    Согласно информации, Баку ещё не принял окончательного решения. Позиция Азербайджана остаётся неизменной: любое участие должно основываться на резолюции Совета Безопасности ООН, которая придаёт международную легитимность и устанавливает чёткий мандат.

    Эта миссия не является классической операцией ООН, а представляет собой многонациональные стабилизационные силы, аналогичные послебалканским структурам. Их задачи – обеспечение безопасности ключевых объектов, доставка гуманитарной помощи и предотвращение возобновления конфликта в период формирования политических структур.

    Международные стабилизационные силы, поддерживаемые США, должны заняться восстановлением Газы после прекращения боевых действий, предотвратить насилие и поддержать переход к стабильному управлению.

    США не планируют вводить войска, а намерены создать коалицию из региональных и международных партнёров. Среди них рассматривается Азербайджан – как надёжный участник, способный обеспечить дипломатический баланс и внести вклад в мирные усилия.

    По данным израильских СМИ, концепция обсуждалась между вице-президентом США Дж. Д. Вэнсом и премьер-министром Израиля Биньямином Нетаньяху, в контексте выработки послевоенной системы безопасности в Газе.