Month: October 2025

  • Azərbaycan Qəzzada missiyaya qoşulmaq üçün ABŞ-nin sorğusunu nəzərdən keçirir

    ABŞ Azərbaycana Qəzzada sabitləşdirici qüvvələrə – döyüş əməliyyatları dayandırıldıqdan və humanitar yardımın çatdırılması genişləndirildikdən sonra ərazidə təhlükəsizliyi təmin etmək üçün nəzərdə tutulan beynəlxalq missiyaya qoşulmağı təklif edib.

    Bu barədə “AnewZ” etibarlı mənbələrə istinadən məlumat yayıb.

    Qeyd olunur ki, Bakı hələ yekun qərar qəbul etməyib. Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır: hər hansı bir iştirak beynəlxalq legitimlik verən və aydın mandat müəyyən edən BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanmalıdır.

    Bu missiya BMT-nin ənənəvi əməliyyatı deyil, Balkan yarımadasındakı münaqişədən sonra yaradılan strukturlara bənzər çoxtərəfli sabitləşdirici qüvvələrdir. Onların məqsədi əsas obyektlərin təhlükəsizliyinin təmin edilməsi, humanitar yardımın çatdırılması və siyasi strukturların formalaşması dövründə münaqişənin yenidən başlamasının qarşısını alınmasıdır.

    ABŞ tərəfindən dəstəklənən beynəlxalq sabitləşdirici qüvvələr döyüş əməliyyatları dayandırıldıqdan sonra Qəzzanın bərpası ilə məşğul olmalı, zorakılığın qarşısını almalı və sabit idarəetməyə keçidi dəstəkləməlidir.

    ABŞ qoşun göndərməyi planlaşdırmır və regional və beynəlxalq tərəfdaşlardan ibarət koalisiya yaratmaq niyyətindədir. Onların arasında diplomatik balansı təmin edə və sülh səylərinə töhfə verə bilən etibarlı iştirakçı kimi Azərbaycan da nəzərdən keçirilir.

    İsrail KİV-lərinin məlumatına görə, konsepsiya ABŞ vitse-prezidenti Ceyms Devid Vens və İsrail Baş naziri Benyamin Netanyahu arasında Qəzzada postmüharibə dövründə təhlükəsizlik sisteminin hazırlanması kontekstində müzakirə edilib.

    Azərbaycan əvvəlki yanaşmasını qoruyub saxlayır: xarici oyunçuların iştirakından əvvəl ərəb ölkələrinin Qəzzanın gələcəyi ilə bağlı vahid baxış formalaşdırmalı olduğunu vurğulayaraq, İƏT, Ərəb Dövlətləri Liqası və İslam dünyası ilə koordinasiya şəklində fəaliyyət göstərir.

    Ərəb tərəfdaşlar Bakının İslam dünyası ilə əlaqələrə və Fələstinin dəstəklənməsinə əsaslanan balanslı mövqeyini müsbət qiymətləndirirlər.

    Diplomatik fəaliyyət Nyu-Yorka keçir, burada Azərbaycan regional məsuliyyət və qlobal gözləntilər arasında yolayrıcındadır.

  • Задержан главред газеты Hürriyyət Вугар Мамедов

    Правоохранительные органы провели операцию в редакции Hurriyyet TV.

    Как передает bakupost.az, в ходе операции был задержан главный редактор газеты Hürriyyət, одноименного сайта hurriyyet.az и телеканала Hurriyyet TV Вугар Мамедов.

    Отмечается, что в офисе Hurriyyet TV был произведен обыск, изъяты компьютерная техника и ряд документов. Предполагается, что данная операция может быть связана с делом Рамиза Мехтиева.

  • DTX-dən “Hurriyyet TV”də əməliyyat: Vüqar Məmmədov saxlanıldı (Yenilənib)

    “Hurriyyet TV”də əməliyyat Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılıb.

    Vüqar Məmmədov da DTX tərəfindən saxlanılıb.

    * * * * *

    Hüquq-mühafizə orqanları “Hurriyyet TV”də əməliyyat keçirib.

    Median.Az Bakupost.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı “Hürriyyət” qəzeti, eyniadlı Hurriyyet.az saytı və “Hurriyyet TV”nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.

    Qeyd olunub ki, həmçinin “Hurriyyet TV”nin ofisində axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb. Bu əməliyyatın Ramiz Mehdiyevlə bağlı ola biləcəyi ehtimal edilir.

  • Sabah hava yağmursuz olacaq

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat v erilib.

    Bildirilb ki, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 18-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-12, gündüz 18-22, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

  • Дочь задержанного СГБ главы ИВ Балакенского района является судьёй – ФОТО

    В ходе операции Службы государственной безопасности (СГБ) Азербайджана в исполнительной власти (ИВ) Балакенского района были задержаны глава района Ислам Рзаев и несколько других официальных лиц.

    Как сообщает Median.Az со ссылкой на Unikal, дочь задержанного главы ИВ Фарида Рзаева является судьёй Сураханского районного суда.

    Она была назначена на эту должность в 2023 году, ранее занималась адвокатской деятельностью.

  • DTX tərəfindən saxlanılan icra başçısının qızı hakimdir – FOTO

    Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.

    Median.Az “Unikal”a istinadla xəbər verir ki, saxlanılan icra başçısının qızı Fəridə Rzayeva Suraxanı Rayon Məhkəməsinin hakimidir.

    O, 2023-cü ildə hakim təyin edilib, daha əvvəl isə vəkillik fəaliyyəti ilə məşğul olub.

  • “Gmail” hesabı olanlara – Xəbərdarlıq

    Dünyanın ən populyar e-poçt xidmətlərindən biri olan “Gmail” istifadəçilərinə ciddi xəbərdarlıq edilib. Məlumata görə, 183 milyona yaxın hesabın məlumatları və parolları internetdə yayılıb.

    Bu barədə “The Independent” məlumat yayıb.

    Bildirilib ki, bu sızma kibercinayətkarlara yalnız e-poçtlara deyil, həm də “Gmail” hesabları ilə əlaqələndirilmiş digər onlayn platformalara – sosial şəbəkə profilləri, bulud yaddaş və müxtəlif xidmətlərə giriş imkanı yarada bilər.

    Hadisənin 2025-ci ilin aprelində baş verdiyi bildirilir. Lakin məlumat sızması barədə xəbər yalnız son günlərdə, bu sahədə ixtisaslaşmış “Have I Been Pwned” platforması tərəfindən təsdiqlənib.

    Platformanın yaradıcısı Troy Hunt bildirib ki, sızan məlumatlar internetin fərqli mənbələrindən toplanaraq böyük miqyaslı haker hücumunun bir hissəsini təşkil edib.

    İstifadəçilərə “Gmail” parollarını dərhal yeniləmək, həmçinin, iki mərhələli identifikasiya (2FA) sistemini aktivləşdirmək tövsiyə edilib.

  • СМИ: По делу об ограблении Лувра задержали пятерых человек

    Французская полиция в среду задержала пять новых подозреваемых по делу об ограблении Лувра.

    Об этом сообщило радио RTL со ссылкой на источник в правоохранительных органах, передает Oxu.Az.

    Все они были задержаны в среду вечером “в разных местах в Парижском регионе”. Телеканал LCI в свою очередь сообщал о задержании четырех новых подозреваемых.

    В чем именно подозревают задержанных и связаны ли они с двумя подозреваемыми, которым в среду вечером были предъявлены обвинения в непосредственном участии в ограблении музея, не уточняется.

    * * * * *

    Полиция задержала в Париже третьего подозреваемого в ограблении Лувра.

    Об этом сообщил телеканал BFMTV со ссылкой на источники.

    По их информации, мужчина был задержан вечером 29 октября. Его допросили следователи.

    Всего подозреваемых четверо, двое уже были задержаны 26 октября.

    Напомним, что 19 октября во время рабочего дня преступники в масках проникли в Лувр и похитили девять экспонатов из императорской коллекции, в том числе ювелирные изделия, принадлежавшие Наполеону и его жене Жозефине. Ущерб от кражи оценивается в 88 миллионов евро.

  • Luvrdan oğurluq işi üzrə beş nəfər saxlanıldı (Yenilənib)

    Fransa polisi oktyabrın 29-da Luvrdan oğurluq işi üzrə beş yeni şübhəli şəxsi saxlayıb.

    Bu barədə RTL radiosu məlumat yayıb.

    Onların hamısı dünən axşam saatlarında Parisin müxtəlif yerlərində saxlanılıblar.

    LCI televiziya kanalı isə dörd yeni şübhəlinin saxlanılması barədə xəbər yayıb.

    Saxlanılan şəxslərin hansı əməldə şübhəli bilindiyi və muzeydən oğurluqda birbaşa iştirak etməkdə ittiham olunan iki şübhəli ilə əlaqələri olub-olmadığı müəyyənləşdirilir.

    * * * * *

    Fransa polisi Parisdə Luvr muzeyini qarət etməkdə şübhəli bilinən üçüncü şəxsi də yaxalayıb.

    Bu barədə məlumatı BFMTV telekanalı yayıb.

    Bildirilir ki, şübhəli oktyabrın 29-da axşam saatlarında saxlanılıb və artıq müstəntiqlər tərəfindən dindirilib.

    Qarətdə ümumən dörd nəfər şübhəli bilinir, onların ikisi oktyabrın 26-da saxlanılıb.

    Xatırladaq ki, oktyabrın 19-da maskalı cinayətkarlar Luvra daxil olaraq İmperator kolleksiyasından doqquz eksponatı, o cümlədən Napoleona və onun həyat yoldaşı Jozefinaya məxsus zinət əşyalarını oğurlayıblar. Oğurluq nəticəsində dəymiş ziyan 88 milyon avro civarında qiymətləndirilir.

  • “İnternet qurbanı olan 15 yaşlı qızım onun tələsinə düşdü…”

    Bakıda yetkinlik yaşına çatmayan qızı aldadaraq intim münasibətdə olan və ondan xeyli miqdarda pul alan gəncin məhkəməsi keçirilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində – “Tarqovıy” məhəlləsində baş verib.

    1999-cu il təvəllüdlü Rusiya vətəndaşı İbrahim Məhərrəmov “Weplay” internet oyununda 15 yaşlı İradə Əsədova (şərti ad-soyadlı) ilə tanış olub. O, daha sonra ünsiyyəti “Snapchat” sosial şəbəkəsində davam etdirib. Bundan sonra isə yeniyetmə qızı onunla evlənəcəyi yalanına inandıraraq “Tarqovıy”da tutduğu kirayə evə mütəmadi olaraq aparıb. Bu müddətdə İbrahim problemlərinin olduğunu, həbs edilə biləcəyini deyərək qızdan bir neçə dəfə xeyli pul və qızıl alıb.

    Məsələnin üstü açılandan sonra İradənin atası polisə şikayət edib və İbrahim barəsində cinayət işi açılıb. Cinayət işi üzrə toplanmış materiallar Nəsimi Rayon Məhkəməsinə göndərilib.

    Məhkəmədə qızın atası övladının tələyə düşdüyünü deyib: “Qızım sağlam olaraq anadan olub və böyüyüb, ruhi-əsəb xəstəliyindən əziyyət çəkməyib, travma almayıb, ailədə ondan bir yaş kiçik qızım da var. Sadəcə dünyanın bəlası olan mobil telefon və internet uşaqların tərbiyəsini pozmaqdadır. Bunun qurbanı olan qızım da axmaq bir adamın tələsinə düşüb. İbrahim adlı şəxs bundan istifadə edərək qızım İradəni ailə qurmaq adı ilə aldadıb, onunla cinsi əlaqədə olub. Həmçinin etibarından sui-istifadə edərək hədiyyə olunmuş əmlakını ələ keçirib. Biz İbrahimə ağır cəza verilməsini, vurulmuş maddi-mənəvi zərərin ödənilməsini tələb edirik”.

    Nəsimi Rayon Məhkəməsi İbrahim Məhərrəmovu Cinayət Məcəlləsinin 152.1 və 178.2.4-cü (16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olma və dələduzluq) maddələri ilə təqsirli bilib. Ona 3 il 6 ay həbs cəzası verilib.

    Məhkəmə mülki iddia tələbini də qismən təmin edib. İ.Məhərrəmovdan maddi ziyana görə 8272 manat, mənəvi ziyana görə 3000 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 175.40 manat, ümumilikdə 11 447.40 manat məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı zərərçəkmiş şəxsin xeyrinə ödəniləcək.