Month: October 2025

  • Faizsiz kreditlərdən kimlər faydalana biləcək? – İqtisadçı ekspert

    Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər. Bu barədə Mərkəzi Bankın maliyyə sektorunun Davamlı İnkişaf departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən Azərbaycan “Halal Biznes Forumu”nda danışıb.

    Onun sözlərinə görə, hazırda ölkəmizdə İslam maliyyə məhsullarının tətbiqinə hazırlıq gedir. Direktor bildirib ki, hüquqi və tənzimləyici baza formalaşdıqdan sonra banklar müəyyən islam bankçılığı məhsullarını təqdim etməyə başlayacaqlar.

    Faizsiz kreditlərdən kimlər faydalana biləcək?

    İqtisadçı ekspert Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu layihənin həyata keçməsinə hələ çox var:

    “Qanunda dəyişikliklər olmalıdır. Mərkəzi Bank da qaydalar qəbul etməlidir, formalaşmalıdır. Proses bir neçə il davam edəcək. Görək, proses qanunlarda necə əksini tapacaq. Amma ümumilikdə, faizsiz o demək deyil ki, tam belə olacaq. O da istisna deyil ki, bəzi vətəndaşlar faizsiz kredit ala biləcək”.

    Əkrəm Həsənov müəyyən komissiya haqqının olacağını hesab edir:

    “Sahibkarlara verilən kreditdə isə şəriklik olacaq. Məsələn, mən sənə kredit verirəm və biznesinə şərik oluram”.

  • Turistlər dünyanın ən gözəl paytaxtını seçdi

    Bu balaca şəhər açıq səma altında muzeyi xatırladır: burada saraylar, qədim qala divarları, kilsələr və dar küçələr yerləşir.

    Almaniyanın “Bild” nəşrinin məlumatına görə, Maltanın paytaxtı Valetta reytinqdə Lissabon, Paris və Afina kimi məşhur turizm mərkəzlərini geridə qoyub. Sorğuda 182 mindən çox jurnal oxucusu iştirak edib, onlar şəhərləri mədəniyyət, mətbəx və qonaqpərvərlik meyarları üzrə qiymətləndiriblər.

    Valetta mümkün 100 baldan 97,33 bal toplayaraq həm Avropanın, həm də dünyanın ən cəlbedici turizm istiqaməti adını qazanıb.

    Malta Respublikasının turizm naziri Yan Borq bu nailiyyəti belə şərh edib:
    “Bu etiraf səyahətçilərin bizim mədəni irsimizə və maltalıların qonaqpərvərliyinə olan dərin minnətdarlığını əks etdirir”.

    Nəşr əlavə edir ki, sahəsi bir kvadrat kilometrdən də az olan Valetta XVI əsrdə Maltalı Cəngavərlər Ordeni tərəfindən salınıb və artıq 45 ildir ki, UNESCO-nun Ümumdünya irsi siyahısına daxildir.
    //qaynar.az

  • İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir

    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

    Dövlətimizin başçısı Sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəldi.
    Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını salamladı.
    Sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dövlətimizin başçısını salamladı.
    Daha sonra Azərbaycan və ABŞ prezidentləri birgə foto çəkdirdilər.
    Yaxın Şərq Sülh Sammitinin iştirakçıları birgə foto çəkdirdilər.
    Sonra sülh sazişinin imzalanması mərasimi oldu.

  • Vəzifəli şəxsin oğlu hoteldə öldü – Foto

    Mingəçevirdə yerləşən hotellərin birində ölüm hadisəsi baş verib.

    “Qafqazinfo” xəbər verir ki, şəhər sakini Coşqun Rəhimov Mingəçevir Avtovağzalının ərazisində yerləşən hoteldə qəfil vəfat edib.

    Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib.

    Məlumata görə, Coşqunun atası Tofiq Rəhimov Mingəçevir Avtovağzalının direktorudur. Coşqun da orada çalışırmış və hadisə o, iş başında olarkən baş verib.

    Faktla bağlı araşdırma aparılır.

  • D vitamini adı ilə satılırdı, uyğunsuzluq aşkarlandı

    İdxal olunan bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində AQTA əməkdaşları tərəfindən “NES Group” MMC-nin İtaliyadan idxal etdiyi, “İnalme s.r.l” müəssisəsinin istehsalı olan ümumi sayı 1011 ədəd olmaqla “Sun Drops daxilə qəbul üçün məhlul-damcı 30 ml” əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından nümunələr götürülüb.

    Müayinələr nəticəsində məhsul partiyasının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.

    Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.

  • Azərbaycanda işlədiyi yeri əxlaqsızxana adlandıran qadına – Bu cəza verildi

    Tərtər rayonunda keçmiş iş yerinin qarşısında video çəkərək sosial şəbəkədə paylaşan qadın cinayət məsuliyyətinə cəlb edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 39 yaşlı rayon sakini Tünzalə Yusifova (ad-soyad şərtidir) barəsində rayon məhkəməsinə edilmiş xüsusi ittiham qaydasındakı şikayətə baxılıb.

    Bildirilib ki, T.Yusifova barəsində şikayət edən şəxs onun əvvəllər çalışdığı qeyri-hökumət təşkilatının rəhbəridir.

    Belə ki, bir müddət əvvəl təşkilat Tərtərdə qadınları minatəmizləmə işinə cəlb edib və bu istiqamətdə layihə icra edib. Lakin layihə qeydiyyatdan keçmədiyi üçün sonradan dayandırılıb və Tünzalə ilə bağlanmış müqavilə də ləğv edilib. Bundan sonra Tünzalə Bakıya gələrək təşkilatın rəhbəri ilə görüşüb, işə bərpa edilməsini xahiş edib. Lakin onun istəyi baş tutmayıb.

    Daha sonra Tərtərə qayıdan qadın təşkilatın rayon şöbəsinin qarşısına gələrək video çəkib və işlədiyi yerin ünvanına “Əxlaqsızxana, rüşvətxana, axşam hərəsi bir qız götürüb gətirir bura” və sair kimi sözlər işlədib. Həmçinin təşkilatın rəhbər şəxslərindən birinin ona intim münasibət təklif etdiyini iddia edib.

    Videonun “TikTok” və yutub platformasında yayılmasından sonra qadın barəsində şikayət edilib.

    Məhkəmədə Tünzalə Yusifova törətdiyi əməldən peşman olduğunu bildirib.

    Tərtər Rayon Məhkəməsi Tünzalə barəsində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən hökm çıxarıb. Belə ki, ona qazancından 10 faiz tutulmaqla 8 ay müddətə islah işləri cəzası verilib.

  • Ordubad rayonunun bir neçə kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq

    Ordubad rayonunun bir neçə kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

    “Azərenerji” ASC-nin təsdiq etdiyi Naxçıvan Muxtar Respublikasının “Elektroenergetika konsepsiyası” üzrə 2025-ci ildə nəzərdə tutulan işlər çərçivəsində yeni tikilən 110 kilovoltluq “Ordubad-2” hava elektrik verilişi xəttinin çəkilməsi zamanı təhlükəsizlik tədbirləri məqsədilə 35/10 kilovoltluq “Düylün” yarımstansiyasından qidalanan 10 kilovoltluq “Aza” hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.

    Bununla əlaqədar Ordubad rayonunun Azadkənd, Aza, Darkənd, Qoşadizə, Kələntər Dizə, Sabirkənd, Gilançay və Baş Dizə kəndlərində 15 oktyabr tarixində saat 09:00-dan 11:00-a qədər elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

  • В Шеки стая бродячих собак напала на жилой дом

    В Шеки стая бродячих собак напала на жилой дом, растерзала двух овец, а одну ранила.

    Инцидент произошел на улице Салмана Мумтаза в Шеки.

    В Шекинской районной службе по болезням животных и ветеринарии сообщили Report, что в этом году в соответствии с эпизоотическим планом была проведена вакцинация против бешенства бродячих собак.

    В исполнительной власти района же сообщили, что проблема бродячих собак находится в центре внимания. Было отмечено, что бродячие собаки должны быть изъяты и помещены в приюты.

  • Şəkidə sahibsiz it sürüsü evə hücum edib

    Şəki rayonunda sahibsiz it sürüsü yaşayış evinə hücum edib.

    Hadisə şəhərin Salman Mümtaz küçəsində baş verib.

    Belə ki, Sadəddin Allahverdiyevə məxsus evə hücum edən sahibsiz it sürüsü iki qoyunu parçalayaraq öldürüb, birini isə yaralayıb.

    Şəki Rayon Heyvan Xəstəlikləri və Baytarlıq xidmətindən “Report” un yerli bürosuna bildirilib ki, bu il də epizootik plana uyğun olaraq sahibsiz itlər arasında quduzluğa qarşı vaksinasiya həyata keçirilib:

    “Bundan başqa, epizootik durumu sabit saxlamaq üçün ətraf ərazilərə aldadıcı yemlər də qoyulub”.

    Şəki Rayon İcra Hakimiyyətindən isə qeyd olunub ki, sahibsiz küçə itləri ilə bağlı problem insanları narahat edən əsas məsələlərdən biridir. Bildirilib ki, sahibsiz küçə itləri xüsusi müəssisələr tərəfindən götürülməli və sığınacaqlara yerləşdirilməlidir:

    “Hazırda şəhərdə sahibsiz heyvanlar üçün xüsusi sığınacaqların olmaması bu sahədə çətinliklər yaradır. Şəhər ərazisində bu problemin həlli istiqamətində müəyyən təkliflər hazırlanıb, aidiyyəti dövlət orqanları ilə məsləhətləşmələr aparılıb, qeyri-hökümət təşkilatlarına müraciət olunub. Bu məsələyə heyvansevərləri də cəlb etməklə, Şəki şəhərində sahibsiz küçə itlərinin qısırlaşdırılmasının təşkili nəzərdə tutulur və bu istiqamətdə işlər aparılır”.

  • Naxçıvanda səyyar aqronom xidmətinə start verilib

    Naxçıvan Muxtar Respublikasında payızlıq taxıl əkinləri ilə əlaqədar fermerlərə səyyar aqronom xidmətinin göstərilməsinə başlanılıb.

    Layihəni Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir və proses mərhələli şəkildə muxtar respublikanın bütün rayonlarını əhatə edəcək.

    Səyyar xidmət çərçivəsində peşəkar aqronomlar bölgələrdə fermerlərlə görüşlər keçirir, torpaq hazırlığı, toxum səpini, gübrələmə və suvarma məsələləri üzrə yerində məsləhətlər verir, eyni zamanda aqrotexniki qaydalara əməl olunmasına nəzarət edirlər.

    Layihənin əsas məqsədi təsərrüfat risklərini minimuma endirmək, məhsuldarlığı artırmaq və fermerləri müasir aqrotexniki yanaşmalar barədə məlumatlandırmaqdır.

    “Səyyar aqronomluq xidməti fermerlərin qapısına qədər gələn dəstək mexanizmidir. Bu təşəbbüs onların daha uğurlu nəticələr əldə etməsinə şərait yaradacaq”, – deyə nazirliyin nümayəndəsi Bəybala Rüstəmov bildirib.

    Fermerlər xidmətdən yararlanmaq üçün qurumla əlaqə saxlaya bilərlər.