Month: October 2025

  • Hakimlərin xidməti vəsiqəsinin nümunəsini Məhkəmə-Hüquq Şurası təsdiqləyəcək

    Hakimlərin xidməti vəsiqəsinin nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq və təqdim ediləcək.

    Bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara dəyişiklik təklif edilir.

    Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

    Qeyd olunub ki, qanun layihəsi məhkəmə hakimiyyətinin müstəqilliyi, habelə məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi Məhkəmə-Hüquq Şurasının statusu və səlahiyyətləri nəzərə alınmaqla hakimin xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi, habelə həmin xidməti vəsiqələrin təqdim olunmasının vahid formada Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilməsi məqsədilə hazırlanıb.

    Məlum olduğu kimi, 1999-cu il 22 iyun tarixli 691-IQ nömrəli qanunla təsdiq edilmiş “Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə” ilə hakimlərin xidməti vəsiqəsinin təsviri və vəsiqədə göstərilən məlumatlar müəyyən edilib. Eyni zamanda, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda 2011-ci il iyunun 10-da edilmiş dəyişikliklərə əsasən hakimlərin vəsiqələrinin nümunələrinin təsdiq edilməsi Məhkəmə-Hüquq Şurasının vəzifələrinə aid edilib.

    Sənəddə qeyd edilib ki, bununla əlaqədar olaraq, hakimlərin xidməti vəsiqələrinin nümunələri “Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq Məhkəmə-Hüquq Şurasının 2012-ci il 10 fevral tarixli qərarı ilə təsdiq edilib.

    Bununla belə, hakimlərin vəsiqələrinin nümunələri Şura tərəfindən təsdiq edilsə də, yuxarıda qeyd edilən Əsasnamə qüvvədə olduğundan faktiki olaraq Şura həmin Əsasnamədə vəsiqələrə dair müəyyən edilmiş tələblərdən kənara çıxa bilməyib.

    Vurğulanıb ki, məhkəmə instansiyalarından asılı olaraq hakim vəsiqələrinin təqdim edilməsi qaydasında mövcud olan fərqlər aradan qaldırılmayıb.

    Qeyd olunanlara əsasən, layihədə hakimlərin xidməti vəsiqəsinin nümunəsinin Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilməsi və Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim edilməsi müəyyən edilir. Buna uyğun olaraq, layihədə “Hakimlərin xidməti vəsiqəsi haqqında” qanunun və həmin qanunla təsdiq edilən eyniadlı Əsasnamənin ləğvi təklif olunur.

    Xatırladaq ki, qüvvədə olan qanuna əsasən hakimlərin xidməti vəsiqələrinin nümunələri Milli

    Məclis tərəfindən müəyyən edilirdi.

    Sənəddə qeyd edilib ki, eyni yanaşma prokurorluq işçilərinin xidməti vəsiqələrinə münasibətdə də tətbiq olunub. Belə ki, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” qanun və həmin sənədlə təsdiq edilən eyniadlı Əsasnamə ləğv edilib, prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin Azərbaycanın Baş prokuroru tərəfindən təsdiq edilməsi müəyyən olunub.

  • Обнаружены несоответствия в БАДе, импортированном из Италии

    Сотрудники Агентства пищевой безопасности Азербайджана (АПБА) обнаружили несоответствия в биологически активных пищевых добавках (БАД) компании Inalme s.r.l., импортированных из Италии ООО NES Group.

    Об этом сообщили в АПБА.

    Отмечено, что из партии БАДов под торговой маркой “Sun Drops раствор-капли для приема внутрь 30 мл” общим количеством 1 011 штук были отобраны пробы. Установлено, что продукция не соответствует требованиям нормативных документов. На основании соответствующего решения партия продукции была уничтожена.

  • İtaliyadan Azərbaycana idxal olunan bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları “NES Group” MMC-nin İtaliyadan idxal etdiyi, “İnalme s.r.l” müəssisəsinin istehsalı olan bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb.

    Bu barədə AQTA-dan məlumat verilib.

    Bildirilib ki, ümumi sayı 1011 ədəd olmaqla “Sun Drops daxilə qəbul üçün məhlul-damcı 30 ml” əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından nümunələr götürülüb. Müayinələr nəticəsində məhsul partiyasının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.

    Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.

  • Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

    Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Baş prokuror Kamran Əliyev cari il oktyabrın 17-də, saat 10:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər, Göygöl, Samux və Kəlbəcər rayon sakinlərinin qəbulunu keçirəcək.

    Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Gəncə şəhərinə gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

    Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

  • “İnter” “Real”ın qapıçısı ilə maraqlanır

    İspaniyanın “Real” klubunun qapıçısı Andrey Lunin karyerasını İtaliyada davam etdirə bilər.

    “İnter” 26 yaşlı qolkiperlə maraqlanır.

    Bundan əlavə, A Seriyasında çıxış edən bir neçə komanda onu izləyir. Onlardan birinin qışda Lunin üçün Madrid klubuna təklif göndərəcəyi ehtimal olunur.

    Qeyd edək ki, 2018-ci ildə İspaniya nəhənginə keçən ukraynalı qapıçı cari mövsüm heyətə düşməkdə çətinlik çəkir.

  • Ötən həftə 1 497 hektardan çox ərazi minalardan təmizlənib

    Azad olunan ərazilərdə oktyabrın 6-dan 12-nə qədər 100 tank əleyhinə mina, 77 piyada əleyhinə mina, 1584 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

    Məlumata əsasən, 1497, 5 hektar ərazi minalardan təmizlənib.

    Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

  • В результате ДТП в ЮАР погибли 40 человек

    Не менее 40 человек погибли, еще десятки пострадали в ДТП с участием автобуса в ЮАР.

    Об этом сообщил телеканал eNews Channel Africa.

    Уточняется, что автобус попал в аварию ночью в провинции Лимпопо по пути в столицу Зимбабве Хараре.

    Причины аварии пока неизвестны.

  • CAR-da avtobus qəzasında 40 nəfər ölüb

    Cənubi Afrika Respublikasında (CAR) avtobusun qəzaya uğraması nəticəsində azı 40 nəfər həlak olub, onlarla şəxs yaralanıb.

    Bu barədə “eNews Channel Africa” telekanalı məlumat yayıb.

    Bildirilib ki, avtobus gecə saatlarında Limpopo əyalətində qəzaya uğrayıb.

    Qəzanın səbəbləri hələ ki məlum deyil.

  • “Vüsal 300” kimi tanınan iş adamı ev dustaqlığına buraxılıb

    Bir müddət əvvəl həbs edilən “Vüsal 300” kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu ev dustaqlığına buraxılıb.

    “Report”un əldə etdiyi xəbərə görə, bu barədə Xətai rayon Məhkəməsi qərar verib.

    Qeyd edək ki, V.Abbasov bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur.

    Belə ki, Vüsal Abbasov vətəndaşlara məxsus avtomobilləri və digər əmlakları girov saxlamaqla qanunamüvafiq olmayan faiz dərəcələri ilə lizinqə salmaqda təqsirləndirilir.

    Sosial şəbəkələrdə yayılan görüntülərdə “Vüsal 300″ə məxsus ofislər, avtomobil qarajı üzərinə məhkəmə tərəfindən həbs qoyulduğu və Xətai rayon Prokurorluğu tərəfindən möhürləndiyi görünür.

    Onu da qeyd edək ki, “Vüsal 300” Bakıda ən bahalı maşınları icarəverən kimi tanınır. Bir çox tanınmış müğənnilərin avtomobilləri məhz ona məxsusdur.

  • Qəbələdə avtomobil qadını vuraraq öldürüb

    Qəbələdə avtomobilin vurduğu piyada ölüb.

    Bakı şəhər sakini Zeynalov Rəşan İlkin oğlu idarə etdiyi “Hundai Veracruz” markalı avtomobillə piyada Bəkirova Yaqut Orucalı qızını vurub.

    Qadın aldığı xəsarətlərlə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına köçürülüb. Həkimlərin səyinə baxmayaraq Yaqut Bəkirova orada ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.