Month: October 2025

  • Проект Euronews и Бюро по туризму Азербайджана стартовал репортажем об Ивановке

    Телеканал Euronews совместно с Бюро по туризму Азербайджана подготовил репортаж о селе Ивановка Исмаиллинского района.

    Как сообщает Report со ссылкой на Государственное агентство по туризму, первый выпуск 6-серийного цикла Around Azerbaijan (“Вокруг Азербайджана”) посвящен этому уникальному селу, где сохранился последний колхоз на Кавказе.

    В репортаже богатое культурное наследие региона, мастерство местных жителей, развитие агротуризма и винодельческие традиции Исмаиллы, а также верность молокан, основавших Ивановку, своим историческим корням и традициям.

    Ознакомиться с репортажем можно по ссылке.

  • “Euronews” İvanovka kəndi haqqında süjet yayımlayıb

    “Euronews” telekanalı Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu ilə əməkdaşlıq çərçivəsində İsmayıllı rayonunun İvanovka kəndi haqqında süjet yayımlayıb.

    Median.Az bu barədə agentliyə istinadən xəbər verir.

    Məlumata görə, 6 hissədən ibarət olan “Around Azerbaijan” seriyasının birinci buraxılışı Qafqazın son kolxozunun yerləşdiyi kəndə həsr olunub.

    Buraxılışda həmçinin İsmayıllının zəngin mədəniyyəti, sənətkarlıq nümunələri, aqroturizm, şərabçılıq ənənələrindən, eləcə də İvanovka kəndinin əsasını qoyan molokanların öz irslərinə sadiqliyindən bəhs olunub.

    Buraxılışa baxmaq üçün bu linkə keçid etmək lazımdır.

  • “Barselona”nın futbolçusu “Real”la oyunda iştirak etməyəcək

    İspaniyanın “Barselona” klubunun futbolçusu Dani Olmo “Real”a qarşı keçirəcəkləri La Liqanın X turunun oyununda iştirak etməyəcək.

    “Report” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, buna yarımmüdafiəçinin zədəli olması səbəb olub.

    O, 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Olmo İspaniya millisinin düşərgəsini də tərk edib.

    Qeyd edək ki, “Real” – “Barselona” oyunu oktyabrın 26-da keçiriləcək.

  • Böyük Qafqazın bəzi yaşayış məntəqələrinin məlumat bazası hazırlanacaq

    Böyük Qafqazın cənub yamacında yerləşən yaşayış məntəqələrinin ekoloji dayanıqlığı və ətraf mühitə təsir amilləri üzrə məlumat bazasının formalaşdırılması nəzərdə tutulur.

    Bu barədə “Report”a Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutundan məlumat verilib.

    Bildirilib ki, İnstitutun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev və Geoinformatika və Kartoqrafiya şöbəsinin kiçik elmi işçisi Nazim Gəraylı Böyük Qafqazın cənub yamacının şərq hissəsi və ona bitişik ərazilərdə (Şamaxı-İsmayıllı rayonları üzrə) ekspedisiyada olublar.

    Tədqiqatın əsas məqsədi regionda ekocoğrafi şəraitin öyrənilməsi, vibrasiya və səs-küylə çirklənmə, hava keyfiyyətinə təsir edən amillərin qiymətləndirilməsi, həmçinin ekoloji risklərin xəritələşdirilməsi olub. Ekspedisiya zamanı ərazidə müşahidələr aparılıb, geoinformasiya texnologiyaları vasitəsilə məlumatlar toplanıb və ilkin analizlər həyata keçirilib.

    Əldə edilən nəticələr əsasında Böyük Qafqazın cənub yamacında yerləşən yaşayış məntəqələrinin ekoloji dayanıqlığı və ətraf mühitə təsir amilləri üzrə məlumat bazasının formalaşdırılması nəzərdə tutulur.

  • Названы лауреаты на Нобелевскую премию по экономике

    Нобелевская премия 2025 года по экономике присуждена Джоэлю Мокиру, Филиппу Агьону и Питеру Хоуитту.

    Об этом говорится в сообщении комитета.

    Уточняется, что одна половина премии будет присуждена Мокиру “за определение предпосылок устойчивого роста посредством технологического прогресса”, а другая половина – совместно Агьону и Хоуитту “за теорию устойчивого роста посредством творческого разрушения”.

  • İqtisadiyyat üzrə Nobel mükafatının laureatları məlum olub

    İqtisadiyyat üzrə 2025-ci il Nobel mükafatının sahibləri Coel Mokir, Filip Aqyon və Piter Houvitt olub.

    Bu barədə komitə məlumat yayıb.

    Mükafatın yarısı “texnoloji tərəqqi vasitəsilə davamlı artım üçün ilkin şərtlərin müəyyən edilməsinə görə” Mokirə, digər yarısı isə “yaradıcı məhvetmə vasitəsilə davamlı artım nəzəriyyəsinə görə” Aqion və Houvittə veriləcək.

  • Bakıda 10 nəfərin öldüyü partlayışla bağlı məhkəmədə: Otağa salıb protokola imza atmağa məcbur etdilər

    “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işləri üzrə məhkəmədə şahid ifadə verib.

    “Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahid Elşad Məmmədli ASC-də elektrik kimi çalışdığını bildirib:

    “Partlayışdan öncə müəssisədə yerləşən balaca sexlərdən birində yanğın olmuşdu. Həmin sex tamamilə yanmışdı. Mən məsul şəxs kimi verilmiş müvafiq protokola imza atmışam. Bundan sonra öyrənmişəm ki, məni yanğın üzrə məsul şəxs kimi də təyin ediblər. Hətta buna görə cərimə də olunmuşdum”.

    Şahid əlavə edib ki, təqsirləndirilən Toğrul Rzayev başqa tanışı ilə birgə onu otağa salaraq yanğın təhlükəsizliyi ilə bağlı protokola imza atmağa məcbur edib.

    Daha sonra hakim bildirib ki, növbəti prosesdə cinayət işi üzrə sənədlər tədqiq ediləcək və məhkəmə istintaqı yekunlaşdırılacaq.

    Proses oktyabrın 20-də davam edəcək.

    Qeyd edək ki, hadisə 2024-cü il yanvarın 15-də Bakının Binəqədi rayonunda baş verib.

    İstintaq materiallarında ASC-nin sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olduqları bildirilib.

    İttihama görə, onlar ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurub, eləcə də Tağı İbrahimov külli miqdarda vergiləri ödəməkdən yayınıb.

    Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə təqsirli bilinir.

  • Розничный товарооборот в Азербайджане за 9 месяцев вырос почти на 4%

    В Азербайджане в январе-сентябре текущего года в розничной торговой сети потребителям проданы товары на сумму 46 млрд 422,8 млн манатов, что на 3,7% выше показателя аналогичного периода прошлого года.

    Как сообщили Report в Госкомстате, в отчетном периоде населению проданы продукты питания, напитки и табачные изделия на сумму 25 млрд 359,1 млн манатов (рост на 1,3%), непродовольственные товары – на 21 млрд 63,7 млн манатов (рост на 6,8%).

    За 9 месяцев текущего года 50,4% расходов покупателей на приобретение товаров в розничной торговой сети пришлось на продовольственные товары, 4,2% – на напитки и табачные изделия, 13,7% – на текстильные изделия, одежду и обувь, 6% – на бензин и дизельное топливо, 5% – на электротовары и мебель, 2,4% – на фармацевтические препараты и изделия медицинского назначения, 1,3% – на компьютеры, телекоммуникационное оборудование и полиграфическую продукцию, 17% – на прочие непродовольственные товары.

    За отчетный период в розничной торговой сети в среднем один человек в месяц тратил 503,8 маната, в том числе 275,2 маната на продукты питания, напитки и табачные изделия, еще 228,6 маната – на непродовольственные товары.

  • Azərbaycanda ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

    Bu yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46 milyard 422,8 milyon manatlıq, o cümlədən 25 milyard 359,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21 milyard 63,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 %, qeyri-ərzaq malları üzrə 6,8 % artıb.

    9 ay ərzində alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4 %-i ərzaq məhsullarının, 4,2 %-i içkilər və tütün məmulatlarının, 13,7 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 %-i avtomobil benzini və dizel yanacağının, 5 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

    Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların dəyəri real ifadədə 3,8 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ni təşkil edib.

    Son 1 ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9 %, fərdi sahibkarlar üzrə 0,9 %, bazar və yarmarkalarda isə 4,2 % artıb.

    Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 503,8 manatlıq, o cümlədən 275,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 228,6 manatlıq qeyri-ərzaq malları alıb.

  • Образец служебного удостоверения судей будет утверждать Судебно-правовой совет

    В Азербайджане образец служебного удостоверения судей будет утверждаться и выдаваться Судебно-правовым советом.

    Соответствующие поправки предложены в законы “О судах и судьях” и “О судебно-правовом совете”.

    Проект обсужден на заседании комитета Милли Меджлиса по правовой политике и государственному строительству.

    Изменения направлены на обеспечение единообразного порядка утверждения и выдачи удостоверений, а также укрепление независимости судебной власти.