Month: October 2025

  • В Астане избили до смерти экс-советника президента Казахстана

    Этой ночью в Астане погиб Ержан Бабакумаров, с 90-х годов работавший на разных должностях в государственных структурах.

    Об этом сообщает Median.Az со ссылкой на казахстанские СМИ.

    По информации полиции, экс-чиновник был избит.

    Предварительно установлено, что между ранее знакомыми мужчинами возник словесный конфликт, который перешёл в драку. В результате полученных травм 56-летний Бабакумаров скончался.

    “Подозреваемый задержан и отправлен в изолятор временного содержания. По факту убийства возбуждено уголовное дело, проводится досудебное расследование”, – отметили в полиции.

    Ержан Бабакумаров родился 2 марта 1969 года в Талдыкорганской области. Кандидат политических наук.

    С 1996 года работал на государственной службе. Был заместителем заведующего отделом внутренней политики, заведующим информационно-аналитическим центром Администрации президента. Работал ответственным секретарем и вице-министром культуры и информации. Занимал должности заместителя руководителя канцелярии премьер-министра, директора Службы центральных коммуникаций при президенте, советника главы государства – заведующего Центром анализа и прогнозирования Администрации президента.

    С июля 2019 года по февраль 2022 года был заместителем акима Алматы.

  • Astanada Qazaxıstan prezidentinin keçmiş müşaviri döyülərək öldürüldü

    Bu gecə Astanada 90-cı illərdən bəri dövlət strukturlarında müxtəlif vəzifələrdə çalışmış Yerjan Babakumarov dünyasını dəyişib.

    Bu barədə Qazaxıstan mediasında məlumat yayılıb.

    Polis idarəsinin məlumatına görə, keçmiş məmur döyülərək öldürülüb.

    İlkin olaraq müəyyən edilib ki, əvvəllər tanış olan kişilər arasında mübahisə yaranıb və bu, dava ilə nəticələnib. Aldığı xəsarətlər nəticəsində 56 yaşlı Babakumarov ölüb.

    “Şübhəli şəxs saxlanılıb və müvəqqəti saxlama məntəqəsinə göndərilib. Qətl faktı ilə bağlı cinayət işi açılıb, məhkəməyə qədər araşdırma aparılır”, – deyə polis idarəsindən bildirilib.

    Qeyd edək ki, Yerjan Babakumarov 2 mart 1969-cu ildə Qazaxıstanın Taldıkorqan vilayətində anadan olub. Siyasi elmlər namizədidir.

    1996-cı ildən dövlət qulluğunda çalışıb. Daxili siyasət şöbəsinin müdir müavini, Prezident Administrasiyasının informasiya-analitik mərkəzinin rəhbəri olub, mədəniyyət və informasiya nazirinin məsul katibi və nazirin müavini kimi çalışıb. O, baş nazirin ofisinin rəhbər müavini, prezident yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin direktoru, dövlət başçısının müşaviri – Prezident Administrasiyasının Təhlil və Proqnozlaşdırma Mərkəzinin rəhbəri vəzifələrində çalışıb.

    2019-cu ilin iyul ayından 2022-ci ilin fevralına qədər Babakumarov Almatı akiminin müavini olub.

  • Пашинян призвал армян готовиться к миру с Азербайджаном

    Граждане Армении на грядущих парламентских выборах должны поддержать мирную повестку, поскольку на Южном Кавказе впервые за многие годы появился шанс на мир. Готовиться к миру с Баку армян призвал премьер-министр Армении Никол Пашинян.

    Об этом сообщает Median.Az со ссылкой на армянские СМИ.

    “Я уверен, что народ Республики Армения поддержит то, чего мы достигли на сегодняшний день. Не сомневаюсь, что граждане РА поддержат мирную повестку и мирный процесс”, – заявил глава правительства.

    Он также выразил уверенность, что договор с Азербайджаном заключен на принципах суверенитета и нерушимости международно признанных границ:

    “Армения и Азербайджан должны будут иметь возможность использовать территорию друг друга для транзита”.

  • Paşinyan erməniləri azərbaycanlılarla sülhə hazır olmağa çağırıb

    “Ermənistan vətəndaşları qarşıdan gələn parlament seçkisində sülh gündəliyini dəstəkləməlidirlər, çünki Cənubi Qafqazda uzun illər ərzində ilk dəfə sülh şansı yaranıb”.

    Median.Az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bəyan edib.

    O, erməniləri Bakı ilə sülhə hazır olmağa çağıraraq deyib:

    “Mən əminəm ki, Ermənistan xalqı bu günə qədər əldə etdiyimiz nailiyyətləri dəstəkləyəcək. Şübhə etmirəm ki, Ermənistan vətəndaşları sülh gündəliyini və sülh prosesini dəstəkləyəcəklər”.

    Baş nazir, həmçinin əminliklə bildirib ki, Azərbaycanla müqavilə suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında bağlanıb:

    “Ermənistan və Azərbaycan bir-birinin ərazisini tranzit üçün istifadə etmə imkanı əldə etməlidirlər”.

  • Рамиз Мехтиев лишен всех почетных званий и орденов?

    С официального портала удалена вся информация о почетных званиях и орденах бывшего главы Администрации Президента (АП) Рамиза Мехтиева, против которого возбуждено уголовное дело по обвинению в насильственном захвате власти и попытке изменения конституционного строя.

    Как сообщает Median.Az со ссылкой на bakupost.az, поиск больше не выдает информацию об орденах и медалях Р.Мехтиева на официальном портале.

    Напомним, что решением Сабаильского районного суда в отношении бывшего главы АП избрана мера пресечения в виде домашнего ареста сроком на 4 месяца.

  • Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər barədə məlumat silindi

    Barəsində hakimiyyəti zorla ələ keçirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə cinayətləri ilə bağlı iş açılan Prezident Administrasiyanın (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin bütün fəxri adlar, ordenlər silinib.

    Median.Az bakupost.az-a istinadən xəbər verir ki, R.Mehdiyevlə bağlı rəsmi portalda axtarış zamanı orden və medallarla bağlı heç bir məlumat tapılmır.

    Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə PA-nın sabiq rəhbəri barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

  • BDYPİ yağışlı hava şəraiti ilə bağlı sürücü və piyadalara müraciət edib

    Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini artırır.

    Bir barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı müraciətdə deyilib.
    Bildirilib ki, yağış nəticəsində yol səthinin sürüşkən olması, eləcə də görmə məsafəsinin məhdudlaşması sürücülərdən xüsusi diqqət, məsuliyyət və intizam tələb edir.
    “Bu səbəbdən bir daha xatırladırıq ki, belə hava şəraitində nəqliyyat vasitəsini idarə edərkən sürət həddini azaldın, ara məsafəsini normadan artıq saxlayın, şüşəsilən və işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət edin”, – məlumatda deyilir.
    Həmçinin bildirilib ki, əlverişsiz hava şəraiti piyadalar üçün də əlavə risklər yaradır. Yağışlı havada sürücülərin görmə imkanlarının məhdudlaşdığını nəzərə alaraq, piyadalar səki ilə hərəkət etməli, yolu yalnız piyada keçidlərindən keçməli, açıq rəngli və asan görünən geyimlərə üstünlük verməlidirlər. Yolu keçməzdən əvvəl nəqliyyat vasitələrinin tam dayandığından əmin olmaq son dərəcə vacibdir.
    Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını təhlükəsizliyə məsuliyyətlə yanaşmağa, yollarda diqqətli və ehtiyatlı olmağa çağırıb.

  • Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

    Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir.

    Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
    Bildirilib ki, yağıntılar bəzi yerlərdə leysan xarakterli intensivdir.
    Yüksək dağlıq ərazilərdə qar yağır, yağan qarın hündürlüyü Qrızda (Quba) 10, Şahdağ və Xınalıqda (Quba) 8, Laza (Qusar) və Kəlbəcərdə 3 sm-dir.
    Düşən yağıntının miqdarı Qusarda 20, Ağstafa, Qubada 19, Yevlaxda 7, Şəki, Qax, Qəbələ, Xızı, Daşkəsəndə 6, Qobustan, Oğuz, Gədəbəy, Ağdam, Xaçmaz, Şahbuzda 5, Goranboy, Göygöl, Tərtər, Şərurda 4, Sabirabad, Bərdə, Şabran, Şamaxı, İsmayıllı, Sədərəkdə 3, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Balakən, Göyçay, Beyləqan, İmişli, Zaqatala, Naftalan, Culfa, Naxçıvan, Ordubad, Şəmkir, Tovuz, Mingəçevir, Zərdab, Kürdəmir, Biləsuvar, Astara, Gəncə, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ağsu, Füzulidə 2 mm-dək qeydə alınır.
    Hazırda əksər yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevirdə 28, Goranboyda 27, Naftalanda 24, Tərtərdə 23, Şəki, Tovuz, Neftçala, Gəncədə 20, Culfa, Ağdam, Bərdədə 18, Zəngilan, Kəlbəcərdə 17, Qobustan, Şəmkirdə 16, Zərdabda 15 m/s-dək güclənir.
    Sumqayıt, Quba, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvarda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
    Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraitinin oktyabrın 30-u axşamadək davam edəcəyi, 31-də hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

  • Ağstafada qadın sevgilisi tərəfindən bıçaqlandı

    Ağstafada bıçaqlanma qeydə alınıb.

    Ağstafa şəhər sakini 1982-ci il təvəllüdlü E.Kiçikova bıçaq xəsarəti ilə xəstəxanaya çatırılıb. 43 yaşlı qadını əməliyyat edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.
    İlkin məlumata görə, qadın əvvəlcə sevgilisi ilə dava edib. Davadan sonra sevgilisi qadını bıçaqlayıb. Bıçaqlanan qadının rayon ərazisində yerləşən kafelərin birində işlədiyi deyilir.
    Faktla bağlı araşdırma aparılır.

  • Binalarda parklanma yerləri almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər belə olacaq

    Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərində yerləşən parklanma yerlərinin qiymətində artım müşahidə olunur.

    Maraqlıdır, parkinq yerlərinin ayrıca satılması əvəzinə, mənzilin ümumi dəyərinə daxil edilməsi daha məqsədəuyğun olmazdımı?

    Median.Az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, son aylarda paytaxtda yerüstü və yeraltı parklanma problemi getdikcə dərinləşir:

    “Ölkəyə idxal olunan nəqliyyat vasitələrinin sayı artdıqca, parklanma məsələsi daha da çətinləşir. Əvvəllər yalnız köhnə yerüstü qarajların qiymətində artım müşahidə olunurdusa, indi yeni tikililərin zirzəmilərində yerləşən qarajların da bahalaşmasının şahidi oluruq. Daşınmaz əmlak bazarındakı ümumi qiymət artımı fonunda bu, normal hal kimi görünür, lakin tikinti şirkətləri bundan sui-istifadə edirlər”.

    Ekspertin sözlərinə görə, bəzi tikinti şirkətləri mənzil satışından sonra qaraj yerlərini ayrıca, şişirdilmiş qiymətlərlə satmağa çalışırlar:

    “Mənzil alıcısına qaraj təklif olunur, lakin çox vaxt alıcı həmin yeri almaqda maraqlı olmur. Şirkət isə bilir ki, həmin qaraj yerlərinə sonradan alıcı tapacaq. Çünki yaşayış komplekslərində qarajların sayı məhduddur və təklif az olduğu üçün qiymətlər bazar dəyərindən yuxarı olur”.

    Elnur Azadov əlavə edib ki, ölkədə qaraj yerləri iki formada, satış və icarə üçün təklif olunur. Bu isə tikinti şirkətinin müəyyən etdiyi siyasətdən asılıdır:

    “Əgər binanın tikintisi başa çatdıqdan sonra qarajlar satılmayıbsa, şirkət onları özündə saxlayır və icarəyə verir. Beləliklə, həmin yerlər şirkət üçün ömürlük gəlir mənbəyinə çevrilir. Halbuki, qanuna əsasən bina istismara verildikdən sonra 6 ay ərzində müştərək cəmiyyət yaradılmalı və ümumi əmlak bu cəmiyyət tərəfindən idarə olunmalıdır”.

    Ekspert vətəndaşlara tövsiyə edib ki, mənzil alarkən müqavilədə qaraj yerlərinin gələcək istifadəsi və idarəetmə mexanizmi ilə bağlı maddələrin qeyd olunmasını mütləq tələb etsinlər:

    “Vətəndaş bilməlidir ki, mənzil aldıqda yalnız yaşayış sahəsini deyil, həm də lifti, həyətyanı sahəni və qarajı əhatə edən ümumi əmlak payını əldə edir. Bu sahələr ədalətli idarə olunmalıdır. Qarajların mənzillərlə birlikdə satılması praktikası çox az hallarda tətbiq olunur, çünki yeraltı qarajların tikintisi şirkətlər üçün çox baha başa gəlir”.

    Elnur Azadovun sözlərinə görə, Bakıda bütün yeni yaşayış komplekslərində qaraj çatışmazlığı müşahidə olunur və bu da qiymət artımının əsas səbəblərindən biridir.