Month: October 2025

  • В суде представлены приказы ВС Армении касательно оккупированных территорий Азербайджана

    В Бакинском военном суде проходит суд над гражданами Республики Армения, обвиняемыми в совершении преступлений против мира и человечности в результате военной агрессии Армении.

    В суде были представлены различные документы, включая ряд секретных документов, принадлежащих ВС Армении. Фотографии каждого из этих документов также были продемонстрированы в суде. Документы доказывают, что различным структурам ВС Армении, а также “армии” самопровозглашенного образования (крупнейшему вооруженному формированию армянских вооруженных сил – ред.) были даны различные военные задания для исполнения на ранее оккупированных территориях Азербайджана.

    Например, из секретного приказа – боевого задания начальника генерального штаба ВС Армении генерал-полковника Юрия Хачатурова от 4 мая 2016 года, №0119, видно, что “командиру армии” самопровозглашенного образования было приказано оснастить почвенным слоем противотанковые рвы и траншеи “6-го оборонительного района” и использовать их в качестве промежуточных окопов и оборонительной линии, обязательно соединить и объединить противотанковые рвы и траншеи “9-го оборонительного района”, а также замаскировать средства в боевом порядке.

    В суде также был раскрыт и продемонстрирован совместный секретный приказ – боевое задание начальника генерального штаба ВС Армении генерал-лейтенанта Мовсеса Акопяна и начальника Управления разведки генерального штаба вооруженных сил полковника В.Саргсяна, составленный в Ереване 24 декабря 2016 года, №016. Из секретного документа следует, что было поручено организовать поездку рабочей группы 24-го Специального назначения Отдельного радиотехнического полка по маршруту Ереван-Ханкенди-Агдере-Суговушан-Ханкенди-Ереван 10-14 января 2017 года с целью изучения территории в северо-восточном направлении и выбора района позиций подразделений радиоэлектронной разведки (РЭР) “армии” самопровозглашенного образования, а контроль за исполнением этого приказа был поручен начальнику Управления разведки генерального штаба ВС Армении.

    Отметим, что продолжается суд над гражданами Республики Армения, обвиняемыми в совершении преступлений против мира и человечности в результате военной агрессии Армении; военных преступлениях, в том числе подготовке и ведении агрессивной войны, геноциде, нарушении законов и обычаев войны, а также в терроризме, финансировании терроризма, насильственном захвате власти, ее насильственном удержании и многочисленных других преступлениях.

  • Ermənistanın vaxtilə işğal edilmiş ərazilərimizdə icrası üçün verdiyi əmrlərin şəkilləri məhkəmədə göstərilib

    Oktyabrın 13-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

    Məhkəmədə müxtəlif sənədlərlə yanaşı, Ermənistan silahlı qüvvələrinə məxsus bir sıra məxfi sənədlər elan olunub. Həmin sənədlərin hər birinin fotoşəkiləri də məhkəmədə nümayiş etdirilib. Sənədlərlə sübut olunur ki, Ermənistan silahlı qüvvələrinin müxtəlif strukturlarına, habelə qondarma qurumun “ordusuna” (Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsinə – red.) Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində icra edilməsi məqsədilə müxtəlif hərbi tapşırıqlar verilib.

    Məsələn, Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi, general-polkovnik Yuri Xaçaturovun 04.05.2016-cı il tarixli, 0119 nömrəli məxfi əmrindən – döyüş tapşırığından görünür ki, qondarma qurumun “ordusunun komandirinə” “6-cı müdafiə rayonu”nun tank əleyhinə çuxur və çuxur yollarının torpaq qatlarını təchiz etmək və aralıq səngər və müdafiə xətti kimi istifadə etmək, “9-cu müdafiə rayonu”nun tank əleyhinə çuxur və çuxur yollarını bir-biri ilə mütləq şəkildə birləşdirmək və bütünləşdirmək, döyüş düzülüşündə olan vasitələri maskalamaq tapşırılıb.

    Məhkəmədə Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi, general-leytenant Movses Akopyanın və silahlı qüvvələrin Baş Qərargahının Kəşfiyyat idarəsinin rəisi, polkovnik V.Sarqsyanın İrəvan şəhərində tərtib olunmuş 24.12.2016-cı il tarixli, 016 nömrəli birgə məxfi əmri – döyüş tapşırığı da açıqlanıb və sənədin fotosu nümayiş etdirilib. Məxfi sənəddən görünür ki, qondarma qurumun “ordusunun” şimal-şərq istiqamətində ərazinin incələnməsi və radioelektron kəşfiyyat (REK) bölmələrinin mövqe rayonunun seçilməsi məqsədi ilə 2017-ci il yanvarın 10-14-də 24-cü Xüsusi Təyinatlı Əlahiddə Radiotexniki Alayının işçi qrupunun İrəvan-Xankəndi-Ağdərə-Suqovuşan-Xankəndi-İrəvan marşrutu üzrə səfərinin təşkil edilməsi, həmin əmrin icrasına nəzarət isə Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargahının Kəşfiyyat idarəsinin rəisinə tapşırılıb.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • Владимира Кара-Мурзу объявили в розыск в России

    МВД России объявило в розыск политика Владимира Кара-Мурзу, освобожденного из колонии летом 2024 года в рамках обмена с Западом.

    Как передает Median.Az со ссылкой на ТАСС, это следует из базы розыска ведомства.

    “Разыскивается по статье УК”, – сказано в базе. По какой статье ведется розыск, не сообщается.

    Президент РФ Владимир Путин 1 августа 2024 года подписал указы о помиловании осужденных россиян и иностранных граждан, которые участвовали в обмене заключенными. Среди них был Владимир Кара-Мурза. Решение о подписании указов было принято с целью возвращения граждан РФ, задержанных и находившихся в заключении на территории иностранных государств.

    Мосгорсуд в апреле 2023 года приговорил Кара-Мурзу к 25 годам колонии со штрафом в 400 тыс. рублей. Он был признан виновным по п. “д” ч. 2 ст. 207.3 (публичное распространение заведомо ложной информации об использовании Вооруженных сил РФ), ч. 1 ст. 284.1 (осуществление деятельности иностранной или международной неправительственной организации, в отношении которой принято решение о признании нежелательной на территории РФ), ст. 275 (государственная измена) УК РФ. Первый апелляционный суд признал приговор законным и обоснованным. Вину подсудимый ни по одному из пунктов обвинения не признал.

  • Putinin əfv etdiyi Rusiya siyasətçisi yenidən axtarışa verildi

    Rusiya Daxili İşlər Nazirliyi (DİN) 2024-cü ilin yayında Qərblə mübadilə çərçivəsində həbsdən azad edilmiş siyasətçi Vladimir Kara-Murzanı axtarışa verib.

    Bu barədə məlumatı TASS agentliyi yayıb.

    Bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin xarici dövlətlərin ərazisində saxlanılan və həbsdə olan RF vətəndaşlarının mübadiləsi məqsədi ilə 2024-cü il avqustun 1-də həbsdə olan Rusiya vətəndaşlarının və əcnəbilərin əfv olunması barədə fərmanlar imzalayıb. Onların arasında 25 il müddətinə həbs cəzasına məhkum edilmiş Vladimir Kara-Murza da olub.

    İndi isə siyasətçi barəsində yenidən axtarış elan edilib.

  • Gömrük əməkdaşını 16 yaşlı oğlan öldürübmüş – FOTOLAR (YENİLƏNİB)

    Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

    Suraxanı rayon prokurorluğundan verilən məlumata görə, oktyabrın 11-də Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1982-ci il təvəllüdlü Ayxan Mustafayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarət yetirərək Ayxan Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    V.Ş (şərti) rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam etdirilir.
    //unikal.az
    * * * * *

    Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Ayxan Mustafayevi 16 yaşlı oğlan qətlə yetiribmiş.

    Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü R.Xəlilov polis tərəfindən saxlanılıb.

    * * * * *

    Dünən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Ayxan Mustafayev bıçaqlanaraq qətlə yetirilib.

    Median.Az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə gömrükçünün yaşadığı Bakı şəhəri, Suraxanı rayonu ərazisində — ona məxsus mağazada baş verib.



  • Bakıda Azərbaycan-İran-Rusiya üçtərəfli görüşü keçirilib – YENİLƏNİB

    Bu gün Bakıda Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş keçirilib.

    Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin həmsədrliyi ilə keçirilən görüşdə hər üç ölkənin müvafiq qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

    Tədbirdə çıxış edən Baş nazirin müavini Şahin Mustafayev İran və Rusiya ilə münasibətlərində mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiq olduğunu bildirib, bu xüsusda hər iki ölkə ilə çoxşaxəli əlaqələrin bundan sonra da həm ikitərəfli, həm də üçtərəfli müstəvidə dostluq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda inkişaf edəcəyinə, yeni məzmunla daha da zənginləşəcəyinə əminliyini ifadə edib.

    Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş formatının Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradıldığı, bu təşəbbüs çərçivəsində 2016-cı ildə Bakıda, 2017-ci ildə isə Tehranda üç ölkənin dövlət başçılarının Zirvə toplantılarının keçirildiyi xatırladılıb.

    Bugünkü müzakirələrin üç ölkə arasında ticarət-iqtisadi, nəqliyyat və enerji əlaqələrinin daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi bildirilib.

    Ş.Mustafayev üç ölkə arasında iqtisadi-ticari əməkdaşlığın bərabərhüquqluluq və qarşılıqlı fayda prinsipləri əsasında təşviqinin zəruriliyinə diqqət çəkib. Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin 2016-cı il 8 avqust tarixli Bəyannaməsinin və 2017-ci il 1 noyabr tarixli Birgə Bəyanatının iqtisadi əməkdaşlıq, təhlükəsiz və etibarlı regional və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və energetika sahəsində layihələrin həyata keçirilməsi baxımından müstəsna rolu vurğulanıb.

    Azərbaycan-İran-Rusiya üçtərəfli əlaqələri kontekstində nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlığın böyük önəm kəsb etdiyi bildirilib.

    Ş.Mustafayev Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məqsədilə ötən dövr ərzində tərəflər arasında bir sıra vacib sənədlərin, o cümlədən İran Hökuməti ilə Rusiya Hökuməti arasında İran ərazisində Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı Sazişin və Azərbaycan Hökuməti ilə Rusiya Hökuməti arasında dəhliz üzrə tranzit yükdaşımaların inkişafı sahəsində əməkdaşlıq haqqında Sazişin imzalandığını xatırladıb.

    Müvafiq dəmir yolu infrastrukturunun modernləşdirilməsindən sonra Azərbaycan ərazisindən hər il daşınmalı olan yüklərin təmin edilmiş həcminin 2028-ci il yanvarın 1-dən etibarən ildə azı 5 milyon ton müəyyən edildiyi, bu həcmin tərəflərin müvafiq qərarı qəbul edildikdən sonra isə azı 15 milyon tona qədər artırılmasının planlaşdırıldığı diqqətə çatdırılıb.

    Ş.Mustafayev 2023-cü ilin dekabrında Azərbaycan-İran sərhədində Astaraçay çayı üzərində yeni avtomobil körpüsünün və sərhəd-keçid məntəqəsinin istismara verildiyini xatırladıb. Eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizinin vacib komponenti olan və İranın Astara şəhərində yerləşən “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus Cənub Yük Terminalının tikintisinin yekunlaşmaq üzrə olduğu bildirilib.

    2020-ci ildə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi parlaq qələbə və işğal altında olan torpaqların azad olunmasının regionda yeni geosiyasi vəziyyət və nəqliyyat-logistika sahəsində yeni imkanlar yaratdığı qeyd olunub.

    Bu baxımdan, 2022-ci ildə Azərbaycan ilə İran arasında imzalanmış Hökumətlərarası Anlaşma Memorandumuna əsasən Araz çayı üzərində inşası davam edən Ağbənd–Kəlalə yeni avtomobil körpüsünün regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsinə çevriləcəyi qeyd edilib. Araz dəhlizinin vacib komponenti olan bu körpünün tikintisinin bu ilin sonuna kimi, müvafiq sərhəd-gömrük infrastrukturu ilə birlikdə isə gələn ilin birinci rübündə yekunlaşdırılması nəzərdə tutulur. Həmçinin Horadiz-Ağbənd avtomobil və dəmir yollarının da gələn il ərzində tikintisinin başa çatdırılması planlaşdırılır. Bildirilib ki, bu yol infrastrukturu həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qolunu təşkil etməklə, həmçinin Körfəz ölkələrini Qara Dənizə bağlayacaq.

    Orta Dəhlizin əhəmiyyətinə toxunan Baş nazirin müavini 2022-ci ildən etibarən dəhlizlə həyata keçirilən yükdaşımaların həcminin təxminən 90 faiz artdığını, dəhliz üzrə tranzit müddətlərinin isə nəzərəçarpacaq dərəcədə azaldığını görüş iştirakçılarının diqqətinə çatdırıb.

    Energetika sahəsinin üçtərəfli əməkdaşlıq kontekstində perspektivlərinə toxunan Ş.Mustafayev hal-hazırda Azərbaycanın elektrik şəbəkəsi ilə həm Rusiya, həm də İran elektrik şəbəkələri arasında ayrı ayrılıqda bağlantıların mövcud olduğunu və bu əlaqələrin elektrik enerjisinin mübadilə və ticarətini həyata keçirməyə imkan verdiyini deyib. Azərbaycan, Rusiya və İranın elektrik şəbəkələrinin üçtərəfli formatda əlaqələndirilməsi layihəsinin energetika sahəsində əməkdaşlığın gündəliyində durduğu qeyd edilib. Nəqliyyat sahəsində həyata keçirilən tədbirlərin gömrük-sərhəd buraxılış məntəqələrinin infrastrukturunun sinxron qaydada təkmilləşdirilməsini tələb etdiyi xüsusi qeyd edilib. Bildirilib ki, bu kontekstdə, gömrük əməliyyatlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması prioritet əməkdaşlıq istiqamətləri sırasındadır.

    Ş.Mustafayev həmçinin oktyabrın 14-də üç ölkənin nümayəndə heyətləri tərəfindən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin vacib infrastruktur obyektlərinə birgə baxış keçiriləcəyini bildirib.

    Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin çıxışlarından sonra nəqliyyat, energetika və gömrük sahələrində üçtərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlər geniş müzakirə edilib.

    Üçtərəfli görüşün nəticələrinə dair Kommünike qəbul olunub.

    ***

    Bakıda Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan üçtərəfli görüş keçirilir.

    Görüşdə Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Baş nazirin müavini Şahin Mustafayev, Dövlət Komissiyasının İran tərəfindən həmsədri yol və şəhərsalma naziri Fərzanə Sadeqi iştirak edirlər. Rusiya nümayəndə heyətinə Baş nazirin müavini Aleksey Overçuk başçılıq edir.

    Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsinin tikintisinin davam etdirilməsi, nəqliyyat-tranzit, enerji və gömrük sahəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə olunur.

    ***

    Azərbaycan, İran və Rusiya hökumət nümayəndələrinin üçtərəfli görüşündə hansı məsələlərin müzakirə ediləcəyi açıqlanıb.

    Bu barədə Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə bildirib.

    Baş nazirin müavini bildirib ki, bugünkü görüş Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində üçtərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlərə həsr olunub: “Üçtərəfli formatda aparacağımız müzakirələr ölkələrimiz arasında ticarət-iqtisadi, nəqliyyat və enerji əlaqələrinin daha da genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Əminəm ki, konstruktiv və müsbət məcrada keçəcəkmüzakirələrimiz üç ölkə arasında müvafiq sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək.

    Azərbaycan-İran-Rusiya üçtərəfli əlaqələri kontekstində nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir”.

    ****

    Bakıda Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşü keçirilir.

    Görüş Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində üçtərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlərə həsr olunub.

  • Nərimanovda ərzaq mağazasında qüsurlar aşkarlandı, sahibi cəzalandırıldı

    Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 6 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Zeynalov Ələddin Səfxan oğluna məxsus ərzaq mağazasında yoxlama keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, baxış zamanı mağazanın anbar sahəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsullarının birbaşa döşəmə üzərində ara məsafəsi gözlənilmədən saxlanıldığı aşkarlanıb.

    Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək anbar sahəsində işlərin görülməsi, xidmətlərin göstərilməsinə dair məhdudlaşdırıcı qərar qəbul olunub.

  • Niderlandda NATO-nun nüvə təlimləri başlayır

    Niderlandda oktyabrın 13-də nüvə çəkindirməsinin məşqi üçün NATO-nun illik “Steadfast Noon” təlimləri başlayacaq.

    Bu barədə “Die Welt” nəşri məlumat yayıb.

    Qeyd olunub ki, təlimlərdə təxminən 2 min hərbçi, həmçinin Belçika, Böyük Britaniya və Danimarka da daxil olmaqla 14 ölkədən 70-dən çox təyyarə iştirak edəcək. Bu il manevrlər, xüsusilə, Şimal dənizi üzərindəki hava məkanında keçiriləcək.

    NATO təlimlərin dəqiq ssenari və detallarını açıqlamır. Hərbi ekspertlərin fikrincə, mütəmadi olaraq oktyabrda keçirilən təlimlərdə nüvə silahlarının yeraltı anbarlardan təyyarələrə təhlükəsiz daşınması və qırıcı təyyarələrə quraşdırılması məşq edilir. Lakin bununla belə, yalnız əsl nüvə başlığı olmayan təlim bombaları istifadə olunur.

  • Xocavənddə odlu silah-sursat satmaq istəyən şəxs SAXLANILDI

    İşğaldan azad olunan ərazilərdə polis əməkdaşları tərəfindən təhlükəsizliyin təmin olunması məqsədi ilə qanunsuz odlu silah-sursatın əldə edilməsi, saxlanılması və gəzdirilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən Xocavənd rayonunda keçirilən tədbirlərlə Güney Xırman kəndində müvəqqəti yaşayan və tikinti şirkətlərindən birində çalışan 26 yaşlı Rəşad Salahov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evdən iki ədəd “Kalaşnikov” avtomatı, bir ədəd “İJ” markalı ov tüfəngi, 5 patron darağı və 150 ədəd patron aşkarlanaraq götürülüb.

    Araşdırmalarla R.Salahovun qanunsuz saxladığı odlu silah-sursatı rayonda aparılan tikinti və yenidənqurma işlərində çalışan zamanı tapdığı, sonradan satış məqsədilə yaşadığı evdə gizlətdiyi müəyyən edilib.

    Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Sumqayıtda 800 abonentin qaz təchizatı dayandırılacaq

    Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt QİS məlumat yayıb.

    Bildirilib ki, balans qovşağında aparılacaq təmir işləri ilə əlaqədar saat oktyabrın 13-də 14:00-dan etibarən Sumqayıt şəhərinin Sahil küçəsində 800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

    Ərazinin qaz təchizatı işlər tamamlandıqdan sonra bərpa olunacaq.