Month: October 2025

  • В Габале одна из сбитых машиной женщин скончалась

    Одна из двух женщин-пешеходов, 11 октября сбитых в Габале, скончалась.

    Как сообщает Oxu.Az, житель Баку Рашан Зейналов, управляя автомобилем Hyundai Veracruz, сбил двух женщин, переходивших дорогу. Обе пострадавшие были доставлены в больницу, однако позднее одна из них, Ягут Бекирова, скончалась.

    По факту происшествия возбуждено уголовное дело.

  • Qəbələdə avtomobilin vurduğu qadınlardan biri öldü

    Qəbələ rayonunda vurulan iki qadın piyadanın biri ölüb.

    Oktyabrın 11-də Qəbələ şəhəri ərazisində baş verib.

    Bakı şəhər sakini Rəşan İlkin oğlu Zeynalov idarə etdiyi “Hyundai Veracruz” avtomobili ilə yolu keçmək istəyən iki piyada qadını vurub. Hadisə nəticəsində hər iki qadın Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, piyada Yaqut Orucalı qızı Bəkirova orada ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.
    //oxu.az

  • Üç yol filminin təqdimatı olub – FOTO

    Nizami Kino Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası və Elcinema şirkətinin istehsal etdiyi Üç Yol bədii filminin təqdimatı olub.

    Median.Az xəbər verir ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru El-1 idman liqasının sədri Elçin Çobanzadədir.

    Filmin sujet xətti gəncləri, valideyinləri məsuliyyətli, narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa çağırır.

    Filmdə müəllifdən başqa aktyorlar Reşat Kəsəmənli, Fərda Amin, Könül Şahbazova, Niyaz İlyas oğlu , Mahir Mirişli və SEMKA ləqəbli tanınmış bloger Samir Ramazanov rol alıblar. Filmin təqdimatında bir çox dövlət nümayəndələri, Polis akademiyası, FHN Akademiyasının kursantları , Gömrük Akademiyasının tələbələri, Miqrasiya könüllüləri iştirak ediblər.

    Filmin informasıta dəstəyi Aztv (Mədəniyyət TV və İdman tv) kanalına məxsusdur.










  • Ильхам Алиев наградил группу работников железнодорожного транспорта Азербайджана

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение о награждении работников железнодорожного транспорта Азербайджана.

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    “Руководствуясь пунктом 23 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

    За плодотворную деятельность в развитии железнодорожного транспорта в Азербайджане наградить следующих лиц:

    орденом “Эмек” 3-й степени

    Джафарова Шамиля Раджаб оглу

    Годжаева Тельмана Рза оглу

    Мустафаева Ильгара Абдулмеджид оглу

    Талыбова Шамсаддина Исмаил оглу

    медалью “Терегги”

    Боголюбову Александру Владимировну

    Джаббарова Эльхана Мухаммед оглу

    Джафарова Кязыма Новруз оглу

    Эфенди-заде Мамеда Шамиль оглу

    Гюльмалиева Рафига Магеррам оглу

    Хидаятова Арифа Рамиз оглу

    Кязымова Кязыма Силахдар оглу

    Керимова Хикмета Ширали оглу

    Керимова Панаха Сабир оглу

    Гулиева Ниджата Тофиг оглу

    Мамедова Вафадара Шикар оглу

    Мурадова Эльяра Габиб оглу

    Назарова Афига Аллахшукюр оглу

    Панахова Мухаммеда Ягуб оглу

    Шихамирова Мадада Айдын оглу”.

  • İlham Əliyev bir qrup dəmiryolçunu təltif etdi – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Cəfərov Şamil Rəcəb oğlu

    Qocayev Telman Rza oğlu

    Mustafayev İlqar Abdulməcid oğlu

    Talıbov Şəmsəddin İsmayıl oğlu

    “Tərəqqi” medalı ilə

    Boqolyubova Aleksandra Vladimirovna

    Cabbarov Elxan Məhəmməd oğlu

    Cəfərov Kazım Novruz oğlu

    Əfəndi-zadə Məmməd Şamil oğlu

    Gülmaliyev Rafiq Məhərrəm oğlu

    Hidayətov Arif Ramiz oğlu

    Kazımov Kazım Silahdar oğlu

    Kərimov Hikmət Şirəli oğlu

    Kərimov Pənah Sabir oğlu

    Quliyev Nicat Tofiq oğlu

    Məmmədov Vəfadar Şikar oğlu

    Muradov Elyar Həbib oğlu

    Nəzərov Afiq Allahşükür oğlu

    Pənahov Məhəmməd Yaqub oğlu

    Şixəmirov Mədəd Aydın oğlu.

  • В Азербайджане для управления мопедом потребуются водительские права

    В Азербайджане для управления мопедом потребуются водительские права.

    Как сообщает Report, это отражено в поправках в закон “О дорожном движении”.

    Документ был представлен на обсуждение на сегодняшнем заседании Комитета по правовой политике и государственному строительству Милли Меджлиса.

    Основная цель законопроекта – совершенствование регулирования эксплуатации мопедов, повышение знаний и навыков водителей и, в целом, повышение безопасности дорожного движения.

    Одним из важных изменений, предложенных в документе, является вопрос о необходимости получения водительских прав для управления мопедами на территории Азербайджана. Это изменение создаст возможность для получения водителями определенных знаний и навыков, а также повысит безопасность дорожного движения.

    Согласно другим предложениям, предусматривается более точное определение понятия мопеда как транспортного средства, а также государственная регистрация и учет мопедов. Также в законопроекте предусматривается отмена ранее существовавшего требования движения мопедов только по крайней правой полосе дороги. Кроме того, в указанном законопроекте запрещается перевозка груза, выступающего более чем на 0.5 метра за габариты мотоцикла и мопеда по длине или ширине, или мешающего управлению мотоциклом, мопедом.

  • Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

    Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması nəzərdə tutulur.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu, “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

    Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

    İclasda bildirilib ki, qanun layihəsinin əsas məqsədi moped nəqliyyat vasitələrinin istismarına dair tənzimləmələrin təkmilləşdirilməsi, sürücülərin bilik və bacarıqlarının artırılması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsidir. Belə ki, sənəddə təklif edilən mühüm dəyişikliklərdən biri moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınmasının tələb olunmasıdır. Bu dəyişiklik sürücülərin müəyyən bilik və bacarıqlara malik olmalarını təmin edəcək və nəticə etibarilə yol hərəkəti təhlükəsizliyini artıracaq.

    Digər edilən təkliflərə görə moped nəqliyyat vasitəsinin anlayışı daha dəqiq müəyyən edilməsi, mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürülməsi nəzərdə tutulur. Həmçinin qanun layihəsində mopedlər üçün əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmək tələbinin aradan qaldırılması nəzərdə tutulur. Bundan başqa, sözügedən qanun layihəsində motosikletin və mopedin uzunlu və ya eni üzrə qabaritlərindən 0.5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan edilir.

  • Qanunsuz əyləncənin qurbanları: Günahkar kimdir?

    Bakı-Şirvan avtomobil yolunda yerləşən “Qədir Xum”, Pirsaat qəsəbəsində yerləşən “Fədək” restoranında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları monitorinq keçirib. Monitorinq zamanı restoranlarda olan vəhşi heyvan və quşların növü, eləcə də miqdarı müəyyən edilib. Sahibkarlıq subyektlərinə quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, quşların saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Qeyd edək ki, Azərbaycanda quşların və heyvanların saxlanıldığı bir neçə restoran var.

    Bəs heyvanların bu şəkildə nümayişi nə dərəcədə doğrudur? Qanunvericilikdə bu hallar necə tənzimlənir?

    AQTA-dan sorğumuza cavab olaraq bildirildi ki, son dövrlər ictimai iaşə müəssisələri və ailəvi istirahət mərkəzlərində müxtəlif növ vəhşi heyvanların və quşların saxlanaraq nümayiş etdirilməsi hallarının geniş yayıldığı müşahidə olunur: “Bu hal heyvan və quşların insanlarla təması və zoonoz xəstəliklərin törədicilərinin insanlara ötürülməsi, habelə ölkədə bioloji təhlükəsizliyin pozulması risklərini meydana gətirir. Yaranan təhlükənin qarşısının alınması məqsədilə “Zoonoz xəstəliklərin baş vermə riskinin aradan qaldırılması üçün baytarlıq nəzarətinin gücləndirilməsi haqqında” qərara əsasən, bu il sentyabrın 25-də vəhşi heyvanların və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət mərkəzlərində saxlanması və nümayiş etdirilməsi qadağan edilib. Bununla əlaqədar, ictimai iaşə müəssisələrində, ailəvi istirahət məkanlarında vəhşi heyvan və quşların saxlanılması və nümayiş etdirilməsi hallarında yarana biləcək təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinqlər keçirilir”.

    “Qədir Xum” restoranından bildirildi ki, onlarda vəhşi quşlar və heyvanlar yoxdur: “Quşlar açıq şəkildə saxlanılır. Ən böyük quşumuz Tovuz quşu, hind toyuqlarıdır. Meymunlarımız da var. Keçən həftə Qida Təhlükəsizliyi Agentliyindən gəlib monitorinq keçirdilər. Məsələ araşdırılıb və həll edilib. Müvafiq quruma bütün məlumatları vermişik”.

    “Fədək” restoranından verilən məlumata görə, onlarda heyvanlar bütün şərtlərə uyğun saxlanılır: “Restoranımızda əsasən qəfəs quşları saxlanılır. Heyvan çox yoxdur. Baytarlıq tərəfindən gəlib yoxlanılır. Üç ayda bir dezinfeksiya olunur. Özəl peyvəndlər vurulur. Sənədlərimiz də mövcuddur”.
    Ətraflı

    GWARP Beynəlxalq Təşkilatının Prezidenti və direktorlar şurasının üzvü Fərid Mansurovun sözlərinə görə, bu kimi restoranların icazəsi olsa da, heyvanların saxlanması ilə bağlı qaydalara əməl olunmur: “Heyvanların bu şəkildə saxlanıldığı obyektlər çoxdur. Bəzi obyektlərdə saysız-hesabsız vəhşi heyvanlar saxlanılır. Həmin obyektlərin zooloji kolleksiya yaratması üçün lisenziyaları olur. Bu lisenziyalar uzun müddət öncə verilib. İndi yoxlamalar zamanı aşkar olunur ki, hər birinin lisenziyası var, amma heç birinin heyvanlar üçün yaratdığı şərait uyğun deyil. Heyvanlar sanki həbs düşərgəsindədirlər və illərdir əziyyət çəkirlər”.

    F.Mansurovun fikrincə, restoranlarda heyvanların saxlanması və onların əyləncə obyekti kimi istifadəsi qərb dünyasında heyvan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilir və bununla son dərəcə ciddi mübarizə aparılır: “Azərbaycanda isə bu barədə müvafiq qanunvericilik olmadığı üçün heyvanlar hüquq subyekti hesab edilmirlər. Bu sahədə qanunlara ehtiyac var. Bütün sivil ölkələrdə olduğu kimi bizim də ölkəmizdə heyvanlar hüquq subyektinə çevrilməlidir”.

    Müsahibimiz düşünür ki, heyvanlar milli parklar və qoruqlarda daha güvəndədir: “Hazırda bəzi Avropa ölkələrində zooparklardan tamamilə imtina ediblər. Bir sıra ölkələr də zooparklardan imtina etməyi düşünürlər. Biz də buna doğru getməliyik. Ölkəmizdə milli parklar və qoruqlar var. Onları inkişaf etdirməliyik. Vəhşi heyvanları görmək istəyənlər milli parklara üz tutmalıdırlar. Elə şərait yaradılmalıdır ki, xaricdə olduğu kimi heyvanlar öz ərazilərində rahatlıqla gəzib dolansınlar və insanlardan qorxmasınlar”.

    Heyvan haqları aktivisti İlkin Məmmədkərimov isə hesab edir ki, bu kimi halların çıxış yolu cəzaların sərtləşdirilməsidir: “Restoranlarda vəhşi heyvan və quşların saxlanılması birmənalı şəkildə heyvan haqları pozuntusudur. Dövlət orqanlarının bu sahədəki monitorinqləri yetərli deyil. Monitorinqlər davamlı olaraq həyata keçirilməlidir. Qanunla yolverilməzdir. Lakin qanunvericiliyimizdə sərt cəza mexanizmləri olmadığından bu kimi hallar adiləşib. O səbəbdən ilk növbədə qanunvericiliyə dəyişiklik edilməli, cəzalar sərtləşdirilməlidir”.

    Vəkil Turan Abdullazadə isə bildirdi ki, Azərbaycanda bu məsələ “Heyvanlar aləmi haqqında” qanunla tənzimlənir. Qanun heyvanlar aləminin qorunması, nəsli kəsilən vəhşi növlərin mühafizəsi və onların təbii mühitdən götürülməsi, istifadə qaydalarını müəyyən edir: “Heyvanlar aləmi haqqında” qanunun pozulmasına görə inzibati məsuliyyət tətbiq olunur. İnzibati Xətalar Məcəlləsində heyvan aləmi obyektlərindən icazəsiz istifadə, qanunvericiliyə zidd saxlanma üçün cərimələr nəzərdə tutulub. Heyvanlar aləmi obyektlərindən özbaşına istifadə edilməsinə görə fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min beş yüz manatadək məbləğdə cərimə edilir. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulmasına görə – fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər beş min beş yüz manatdan yeddi min manatadək məbləğdə cərimə edilir”. (“Kaspi” qəzeti)

  • Maşınlardakı bu funksiya kişilərdə sonsuzluq yaradır – AÇIQLAMA

    Avtomobil oturacağının isidilməsi kişi sonsuzluğuna səbəb ola bilər.

    Median.Az xəbər verir ki, avtomobil oturacağının isidilməsindən tez-tez istifadə etmək kişi reproduktiv sağlamlığına mənfi təsir göstərə bilər. Rusiyalı androloq Yelena Novikovanın sözlərinə görə spermanın keyfiyyəti bir çox amillərdən, o cümlədən temperatur rejimindən də asılıdır. “Cinsiyyət orqanları üçün optimal istilik səviyyəsinin pozulması sperma hüceyrələrinin aktivliyini azaldır və onların quruluşunda dəyişikliklər yaradır. Oturacaq isidiciləri uzun müddət aktiv olduqda, yerli temperatur normadan artıq qalxır və bu, spermatozoidlərin həyat qabiliyyətini azaldır,” – deyə mütəxəssis bildirib.

    Novikova əlavə edib ki, noutbuku diz üstündə saxlamaq, sıx və sintetik alt paltar geyinmək, eləcə də saunada uzun müddət qalmaq da eyni nəticəyə gətirib çıxara bilər.

    Həkim bildirir ki, kişi sonsuzluğu ilə bağlı erkən mərhələlərdə vəziyyəti dəyişmək mümkündür. Bunun üçün zərərli vərdişlərdən uzaq durmaq, bədən çəkisini normada saxlamaq, idmanla məşğul olmaq və zülal, sink, selenium, C və E vitaminləri ilə zəngin qidalar qəbul etmək tövsiyə olunur (milli.az).

  • İşi daim kompüterlə olanların nəzərinə! – XƏBƏRDARLIQ

    Qarışıq, yəni həm təbii, həm də süni işıqlandırma şəraitində işləmək göz sağlamlığı üçün təhlükəli deyil.

    Median.Az “milli.az”a istinadla xəbər verir ki, bunu rusiyalı oftalmoloq Anna Solovey deyib.

    “Görmə orqanlarının gərginliyi və işıqlandırmanın düzgün seçilməməsi ofis əməkdaşları arasında ən çox rast gəlinən problemlərdəndir. “Kompyuterdə işləyərkən otaqda kifayət qədər işıq olmalı və təbii ilə süni işıq arasında balans qorunmalıdır. Baxmayaraq ki, ekran özü işıq saçır və tam qaranlıqda da istifadə etmək mümkündür, lakin bu, monitorun işığı ilə otaqdakı qaranlıq arasında kəskin kontrast yaradır. Nəticədə gözlər daha çox gərginlik keçirir və tez yorulur. Ən optimal variant yan tərəfdən gələn, bərabər paylanmış və diffuz işıqdır. Qarışıq işıqlandırmadan da istifadə etmək mümkündür. Amma birbaşa günəş şüalarının ekrana düşməsi arzuolunmazdır, çünki bu, parıltı yaradır və gözləri yorur”, – deyə həkim bildirib.

    Solovey televizora baxarkən də oxşar qaydaların vacibliyini qeyd edib: “Ekrana olan məsafə onun dörd diaqonalına bərabər olmalı, otaqdakı işıqlandırma isə göz üçün rahat səviyyədə qalmalıdır. Tam qaranlıqda, xüsusilə gecə televizora baxmaq məsləhət görülmür. Üstdən düşən işıq və ya ekrana birbaşa yönəlmiş lampalar da parıltı yaradır. Ən yaxşısı yumşaq, diffuz işıq mənbəyindən, məsələn, torşerdən və ya televizor arxasındakı işıqlandırmadan – istifadə etməkdir.”

    Həkim vurğulayıb ki, düzgün işıqlandırma şəraiti gözlərin gərginliyini azaldır və uzunmüddətli görmə problemlərinin qarşısını almağa kömək edir.