Month: October 2025

  • Экс-глава управления ныне упраздненного МНБ вышел на свободу – ФОТО

    Экс-начальник Главного управления военной контрразведки ныне упраздненного Министерства национальной безопасности Азербайджана (МНБ) Низами Ширинов, осуждённый в апреле 2021 году, освобождён из исправительного учреждения №9 по истечении срока наказания.

    Как сообщает Median.Az со ссылкой на musavat.com, по решению суда он был лишён генеральского звания. Изначально Ширинов получил восемь лет лишения свободы, однако Бакинский апелляционный суд сократил срок до шести лет, а Верховный суд Азербайджана – до четырёх лет и шести месяцев.

  • Keçmiş MTN-in məşhur generalı AZADLIĞA BURAXILDI – FOTO

    2021-ci ilin aprelində həbs olunan keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı olmuş Nizami Şirinov azadlığa buraxılıb.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, o, oktyabrın 7-də cəza müddətinin bitməsi ilə əlaqədar 9 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

    Qeyd edək ki, məhkəmənin qərarları ilə Nizami Şirinovun rütbəsi alınıb. Nizami Şirinov səkkiz il azadlıqdan məhrum edilmişdi. Apellyasiya Məhkəməsi cəzanı altı ilə, Ali Məhkəmə isə 4 il 6 aya endirmişdi.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light (CIF) подешевела на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке снизилась на 2.89 доллара, или 4.17% – до 66.36 доллара.

    Отметим, что предыдущая цена азербайджанской нефти составляла 69.25 доллара.

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 2.89 ABŞ dolları və ya 4.17% azalaraq 66.36 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.25 ABŞ dolları təşkil edib.

  • В Баку зафиксировано извержение вулкана: есть ли угроза для близлежащих населенных пунктов? – Видео

    11 октября 2025 года в 08:27 в высокогорной зоне поселка Сахиль Гарадагского района Баку зарегистрировано извержение грязевого вулкана.

    Об этом заявила пресс-секретарь Министерства экологии и природных ресурсов Азербайджана Ирада Ибрагимова.

    По ее словам, в настоящее время специалисты ведомства изучают извержение и его последствия, на территории проводятся соответствующие наблюдения.

    Как сообщили в пресс-службе Министерства по чрезвычайным ситуациям (МЧС), на основании поступившей информации об извержении грязевого вулкана в направлении поселка Сангачал авиационный отряд ведомства провел облет территории с помощью вертолёта.

    Отмечается, что на месте не наблюдалось открытого огня, также установлено, что угроза для близлежащих населенных пунктов отсутствует.

    В связи с инцидентом соответствующие органы проводят необходимую работу.

    * * * * *

    В поселке Сахиль Гарадагского района Баку, на территории вблизи цементного завода, зафиксировано извержение вулкана.

    Как сообщает musavat.com, на кадрах с места событий, отчетливо виден огонь, поднимающийся из кратера вулкана.

    По предварительным данным, в результате инцидента никто не пострадал.

    На место происшествия были направлены сотрудники Министерства по чрезвычайным ситуациям Азербайджана. В настоящее время специалисты проводят оценку уровня активности вулкана и его потенциального воздействия на окружающую среду.

    Стоит отметить, что Абшеронский полуостров известен большим количеством грязевых вулканов, и подобные извержения периодически происходят в регионе. По мнению экспертов, это явление рассматривается как продолжение естественных геологических процессов в данной зоне.

  • Sahil qəsəbəsi yaxınlığında vulkan püskürüb – Nazirlik helikopteri havaya qaldırdı – Video (Yenilənib)

    11 oktyabr 2025-ci il tarixində saat 08:27-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşən palçıq vulkanında püskürmə hadisəsi qeydə alınıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda nazirliyin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, ərazidə müvafiq müşahidələr aparılır.

    Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirilib.

    Nazirlikdən verilən məlumata görə, baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib.

    Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür.

    * * * * *

    Sahil qəsəbəsi, sement zavoduna yaxın ərazidə vulkan püskürməsi qeydə alınıb. Hadisə yerindən yayılan görüntülərdə vulkan kraterindən qalxan alov aydın görünür.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, püskürmə nəticəsində xəsarət alan olmayıb.

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Hazırda mütəxəssislər vulkanın aktivlik səviyyəsini və ətrafa potensial təsirini qiymətləndirirlər.

    Qeyd edək ki, Abşeron yarımadası palçıq vulkanlarının çoxluğu ilə tanınır və bu kimi püskürmələr ərazidə vaxtaşırı baş verir. Mütəxəssislərin fikrincə, bu hadisə bölgənin təbii geoloji proseslərinin davamı kimi qiymətləndirilir.

  • 38-летняя женщина умерла после операции в известной частной клинике

    Вчера вечером в бакинском частном медучреждении Premium Clinic произошел инцидент со смертельным исходом.

    Как сообщает Median.Az со ссылкой на Teleqraf, 7 октября в указанной клинике была проведена операция Чимназ Башировой (1986 г.р.).

    Вчера пациентка должна была быть выписана домой, однако ее состояние внезапно резко ухудшилось, и женщина скончалась прямо в учреждении.

    Согласно данным, Баширова была замужем.

  • Bakıda məşhur klinikada qadın əməliyyatdan sonra öldü

    Bakıda özəl klinikada ölüm hadisəsi baş verib.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında “Premium Clinic”də qeydə alınıb.

    Belə ki, 1986-cı il təvəllüdlü Çimnaz Sahib qızı Bəşirova oktyabrın 7-də sözügedən klinikada əməliyyat olunub. Ötən gün isə klinikadan evə buraxılmalı olan qadının halı qəfil pisləşib və orada dünyasını dəyişib.

    Qadının ailəli olduğu bildirilir.

  • В Азербайджане предотвращена свадьба 16-летней девушки с 25-летним мужчиной – Видео

    В Азербайджане предотвращен очередной ранний брак.

    Соответствующие кадры были показаны в программе Təsir dairəsi (“Круг влияния”).

    Инцидент зафиксирован в Гарадагском районе Баку, где шла подготовка к свадьбе 16-летней девушки с 25-летним мужчиной.

    Однако отец девушки, признав, что готовится к свадьбе дочери, объяснил это проводами сына в армию: “Я устраиваю торжество, потому что сын идет в армию”.

    16-летняя Нязрин заявила, что добровольно выходит замуж за 25-летнего мужчину: “Мы сыграем свадьбу и я вернусь в отчий дом. Не буду переезжать к жениху. Мы съедемся через два года. Руфат – наш сосед”.

    Директор дома торжеств заявил, что мероприятие должно было быть проводами в армию, а не свадьбой. Но позже признал, что планировалась именно свадьба:

    “Мне не говорили о дате рождения девушки. Принесли только удостоверение личности парня. Нам сказали, что будет мужской праздник. Потом изменили формулировку на женское и мужское мероприятие”.

  • Polis Bakıda 16 yaşlı qızını ərə verməyə hazırlaşan ailənin planını pozdu – Video (Yenilənib)

    Paytaxtın Qaradağ rayonunda 16 yaşlı qızın 25 yaşlı şəxslə evləndirilməsi üçün görülən toy hazırlığının qarşısı polis əməkdaşları tərəfindən dayandırılıb.

    Bununla bağlı oxu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, tərəflər polis idarəsinə dəvət olunaraq onlar ilə profilaktik söhbətlər aparılıb.

    “Həmin məsələ ilə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Bu əməlin hüquqazidd hərəkət olması diqqətə çatdırılıb. Restoran sahibinə isə qanunauyğun qaydada xəbərdarlıq edilib. Onlar ilkin olaraq bildiriblər ki, toy deyil, övladlarının hərbi xidmətə yola salınması mərasiminə hazırlaşırlar. Hazırda məsələ diqqət mərkəzində saxlanılmaqla aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi təmin olunur”, – açıqlamada bildirilib.

    * * * * *

    Azərbaycanda daha bir erkən nikahın qarşısını alıb.

    Bununla bağlı görüntülər “Təsir dairəsi” verilişində yayımlanıb.

    Hadisə Qaradağ rayonunda baş verib. Belə ki, 16 yaşlı qızın 25 yaşlı şəxslə toyuna hazırlıq görülüb.

    Lakin, qızın atası qızının toyuna hazırlaşdığını etiraf etsə də, buna səbəb kimi oğlunu əsgər göndərdiyini deyib: “Oğlum əsgər gedir deyə toy edirəm”.

    16 yaşlı Nəzrin isə 25 yaşlı şəxslə könüllü şəkildə ailə quracağını bildirib və qeyd edib ki, toyları olsa belə, evdən köçməyəcək: “Sadəcə gəlinlik geyinib qayıdacağam. Bəy evinə köçməyəcəyəm. Ər evinə iki il sonra gedəcəyəm. Rüfət bizim qonşumuzdur”.

    Toyun planlaşdırıldığı şadlıq sarayının rəhbəri məclisin toy yox, əsgər yığıncağı olduğunu bildirib. Amma sonra toyun olacağını etiraf edib:

    “Mənə qızın təvəllüdünü deməyiblər. Yalnız oğlanın şəxsiyyət vəsiqəsini gətirmişdilər. Bizə demişdilər ki, oğlan toyu olacaq. Sonra dəyişdilər ki, qadın və kişi məclisi olacaq”.