Month: October 2025

  • Qaradağda palçıq vulkanının aktivliyi dayanıb

    Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Otman Bozdağ Palçıq Vulkanında baş vermiş püskürmənin aktivliyi hazırda dayanıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinsən məlumat verilib.

    Bildirilib ki, hadisə güclü alovlanma ilə müşayiət olunub. İlkin hesablamalara görə, yer səthinə çıxan brekçiyanın yayıldığı ərazi təxminən 4 hektar, orta qalınlığı 1,5 metr, həcmi isə təxminən 60 min kubmetr təşkil edir.

    Püskürmə sahəsi boyunca konsentrik çatlar müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun əməkdaşları ərazidə birgə monitorinqləri davam etdirirlər.

    Xatırladaq ki, aktiv palçıq vulkanlarından hesab edilən Otman Bozdağ Palçıq Vulkanında son püskürmə 2018-ci il 23 sentyabr tarixində qeydə alınıb.

  • Джейхун Байрамов и Хакан Фидан обсудили ситуацию на Ближнем Востоке

    Министр иностранных дел Азербайджанской Республики (АР) Джейхун Байрамов провел телефонный разговор с турецким коллегой Хаканом Фиданом.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу внешнеполитического ведомства АР, стороны обсудили ситуацию на Ближнем Востоке и вопросы, вытекающие из соглашения по Газе.

    Азербайджанская сторона отметила успешные посреднические усилия Турции, сыгравшие роль в этом важном соглашении.

    Министры также провели обмен мнениями по двусторонним и региональным вопросам, представляющим взаимный интерес.

  • Azərbaycan və Türkiyə XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Qəzza üzrə razılaşmadan irəli gələn məsələlər müzakirə edilib. Türkiyənin bu əhəmiyyətli razılıqda oynadığı uğurlu vasitəçilik səyləri təqdir olunub.

    Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

  • Paytaxtın Tələt Şıxəliyev küçəsində birtərəfli hərəkət təşkil edilib – Video

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Tələt Şıxəliyev küçəsində birtərəfli hərəkət təşkil edib.

    Bu barədə AYNA məlumat yayıb.

    Bildirilib ki, vətəndaşlardan daxil olan müraciətlər əsasında AYNA-nın mütəxəssisləri təhlillər aparıblar, yolun həndəsi ölçüləri, parklanma tələbatı və hərəkət intensivliyi öyrənilib. Monitorinq nəticəsində ərazidə nəqliyyatın qarşı-qarşıya hərəkətində çətinlik yarandığı müəyyən edilib.

    Sözügedən ərazidə yaşayan sakinlərin parklanma tələbatı, nəqliyyat intensivliyi və yolun həndəsi ölçüləri nəzərə alınıb, T.Şıxəliyev küçəsində Xətai prospektindən Təbriz küçəsi istiqamətində hərəkətin birtərəfli olması məqsədəuyğun hesab edilib.

  • Toyda səhnə alan Aygün Kazımovanı qorxutdular – Video

    Xalq artisti Aygün Kazımovanın başına iş gəlib.

    Toylardan birində meyxanaçı Namiq Qaraçuxurlu ilə səhnə alan sənətçi gözləmədiyi hadisə ilə qarşılaşıb.

    Qonaqlar arasından bir bəy qəfildən səhnəyə doğru çıxıb və oynaya-oynaya Aygün Kazımovanın üzərinə gedib.

    Yaşanan hadisə pop divanın qorxu və həyəcanına səbəb olub.

    Daha sonra Namiq Qaraçuxurlu sənətçinnin səhnənin öz hissəsinə oxumasına şərait yaradıb.

    Sözügedən kadrları təqdim edirik:
    //Baku.ws

  • Paytaxtda velosiped oğruları tutuldu

    Binəqədi və Qaradağ rayonlarında ümumi dəyəri 700 manat olan iki ədəd velosiped oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumata verilib.

    Bildirilib ki, paytaxt sakinlərinin ərazi polis orqanlarına etdikləri müraciət əsasında keçirilən tədbirlərlə oğurluqlarda şübhəli bilinən 48 yaşlı Ü.Qəhrəmanov və əvvəllər məhkum olunmuş 36 yaşlı F.Zeynalov müəyyən edilərək saxlanılıblar.

    Faktla bağlı araşdırmalar aparılır.

  • İcra başçısının sabiq xanım müavini həbsdə qaldı

    Neftçalanın keçmiş icra başçısı ilə birgə məhkum edilmiş müavini Gültəkin Sadıqova vaxtından əvvəl azadlığa çıxmaq istəyir.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sadıqova cəzasının qalan 8 ayının şərti hesab edilməsini xahiş edib.

    Lakin həm birinci instansiya, həm də apellyasiya məhkəməsi onun müraciətini təmin etməyib. Hakimlər cəza növünün dəyişdirilməsi üçün yetərli əsas görməyiblər.

    Qeyd edək ki, xanım məhkum bu ilin yazında məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün məhkəməyə müraciət etmişdi. Həmin vaxt da onun müraciətinə rədd qərarı verilmişdi.

    Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev, Gültəkin Sadıqova və digər vəzifəli şəxslər 5 il əvvəl korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb ediliblər. G.Sadıqova 4 il 6 ay azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.

  • Gəncədə “Qazel” iki maşına çırpılaraq aşdı

    Gəncədə yük avtomobilinin iştirak ilə zəncirvari qəza olub.

    “Unikal”ın məlumatına görə, şəhər ərazisində hərəkətdə olan “Qazel” markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dayanan “Opel” və “Chevrolet ” markalı minik maşınlarına çırpılıb.

    Qəzadan sonra yük maşını yolun kənarına aşıb. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

    Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır.

  • Встреча спикеров парламентов Азербайджана, Турции и Пакистана пройдет в Исламабаде

    В Исламабаде состоится трехсторонняя встреча председателей парламентов Азербайджана, Турции и Пакистана.

    Как сообщает Report, встреча председателя Милли Меджлиса Сахибы Гафаровой, спикера Великого национального собрания Турции Нумана Куртулмуша и спикера Национальной ассамблеи Пакистана Сердара Аяза Садига состоится 13 октября.

    Отметим, что это уже третья встреча спикеров парламентов в таком формате. Предыдущая встреча состоялась 21 июля 2022 года в Стамбуле.

  • Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşünün vaxtı məlum olub

    İslamabadda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşü keçiriləcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş və Pakistan Milli Assambleyasının (parlamentin aşağı palatası – red.) sədri Sərdar Ayaz Sadiq arasında görüş oktyabrın 13-də baş tutacaq.

    Qeyd edək ki, bu, parlament sədrlərinin üçüncü üçtərəfli görüşüdür. Bundan əvvəlki görüş 2022-ci il iyulun 21-də İstanbulda keçirilib.