Month: October 2025

  • Пассажир метро скончался на станции “28 Мая”

    Пассажиру, которому стало плохо в поезде, скончался вскоре после высадки на станции метро “28 Мая”.

    Как передает Median.Az со ссылкой на ЗАО “Бакинский метрополитен”, как только поступила информация о случившемся, была незамедлительно вызвана бригада скорой медицинской помощи.

    Сразу после высадки пассажира из вагона ему была оказана первая медпомощь. Несмотря на усилия врачей спасти жизнь мужчины возрастом 70-75 лет не удалось.

    О факте смерти пассажира были уведомлены соответствующие органы.

  • Bakı metrosunda ÖLÜM: Qatarda halı pisləşən sərnişini xilas etmək mümkün olmadı

    Qatarda halı pisləşən sərnişin metronun “28 May” stansiyasında düşürüldükdən qısa müddət sonra vəfat edib.

    Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

    Bildirilib ki, məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb və qatardan düşürülən kimi sərnişinə ilkin tibbi yardım göstərilib.

    70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib.

  • Умер генерал Расим Алиев

    Сегодня утром скоропостижно скончался генерал-майор в отставке Расим Алиев.

    Как сообщает Median.Az со ссылкой на Qafqazinfo, в последние годы Р.Алиев занимал должность начальника Управления идеологической работы и морально-психологического обеспечения Министерства обороны – заместителя начальника Главного управления кадров. После второй Карабахской войны он был отправлен на пенсию.

  • General Rasim Əliyev vəfat etdi

    Təqaüddə olan general-mayor Rasim Əliyev vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, general bu gün səhər qəfil dünyasını dəyişib.

    Qeyd edək ki, Rasim Əliyev son olaraq Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi – Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini olub. İkinci Qarabağ müharibəsindən sonra təqaüdə göndərilib.

  • Marixuananı minik avtomobilinə, onu da evakuatora yüklədilər: Masallıda ƏMƏLİYYAT

    Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilən külli miqdarda narkotik vasitəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək istəyən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayonu ərazisində saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Araşdırmalarla müəyyən edilib ki, diqqət çəkməmək və ifşa olunmamaq məqsədilə narkokuryerlər – 29 yaşlı Qadir Xandadaşlı və 27 yaşlı Elsun Əzizli əvvəlcədən gizlədilmiş yerdən götürdükləri narkotikləri fərqli üsulla daşımağa cəhd ediblər.

    Onlar Q.Xandadaşlıya məxsus, yük yerində 16 kiloqram marixuana gizlədilmiş avtomobildə guya qəfil nasazlıq baş verdiyi görüntüsünü yaradaraq evakuator xidmətinə müraciət ediblər. Lakin onların bu niyyəti Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ifşa olunub və hər iki şəxs saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb, Q.Xandadaşlı və E.Əzizli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Bakıda FACİƏ: Bacısını xilas etmək istəyən qadın özü yanıb öldü

    Bakıda qadın faciəvi şəkildə ölüb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

    60 yaşlı Sərvinaz Xəlil qızı İbrahimova oktyabrın 5-də yaşadığı evdə yanıq xəsarətləri alıb. Yaralı Nərimanov rayonundakı Yanıq Mərkəzində müalicə alsa da, oktyabrın 10-da orada dünyasını dəyişib.

    Məlumata görə, hadisə olan günü benzin alışıb və mərhumun bacısının paltarına keçib. S.İbrahimova da bacısını yanğından xilas etmək istəyib, lakin alov ona da keçib. Nəticədə qadın yanıq xəsarətləri alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Meksikada daşqınlarda 28 nəfər ölüb

    Meksikada şiddətli yağışların səbəb olduğu daşqınlar nəticəsində 28 nəfər ölüb.

    Ölkənin 32 ştatının 31-də güclü yağıntı qeydə alınıb.
    Daşqınlar yol və körpülərin dağılmasına, kəndlərin su altında qalmasına səbəb olub.
    Ən çox ziyan Hidalqo ştatına dəyib. Burada 16 nəfərin öldüyü bildirilir. 1000-dən çox evə zərər dəyib, bəzi yerlərdə xilasetmə əməliyyatları aparmaq qeyri-mümkün vəziyyətə gəlib.
    Təkcə Puebla ştatında 80 000-ə yaxın insan daşqınlardan ziyan görüb.
    Meksika ordusu zərərçəkmiş şəsxlərə humanitar yardımların paylanmasına cəlb edilib.
    Xilasetmə əməliyyatları davam etdirilir.
     
    ///Apa

  • Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib

    Sevil Heydər qızı Əliyeva “Şərəf” ordeni ilə təltif edilib.

    Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
    Sevil Əliyeva Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.
    Qeyd edək ki, oktyabrın 12-si Sevil Əliyevanın 70 yaşı tamam olur.

  • Nikahdankənar doğuş hallarının fantastik artması – Çıxış yolu nədir?

    “Azərbaycanda nikahdankənar doğuş hallarının artması həm mənəvi, həm də psixoloji, sosial və təhsil yönümlü bir problemdir”.

    Bunu Qadın və Uşaqların Təhsilinə Dəstək” ictimai birliyinin sədri Sevinc Fədai Qaynarinfo-ya açıqlamasında bildirib. Onun fikirincə, bu halların əsas kökündə maarifləndirmə boşluğu, emosional savadsızlıq və ailə institutunun zəifləməsi dayanır:

    “Nikahdankənar doğuş hadisələri tənqid və təzyiq müstəvisində deyil, səbəb və nəticə baxımından öyrənilməlidir. Bu halların arxasında çox vaxt emosional laqeydlik, sevgi və qayğı çatışmazlığı, uşaqlıqda dəyər hissinin formalaşmaması və ailə modeli ilə bağlı yanlış nümunələr dayanır”.

    Sədr problemin qarşısını almaq üçün təkliflər irəli sürüb:

    1. Gənclər üçün münasibətlər və emosional savadlılıq təlimləri: məktəblərdə və gənclər mərkəzlərində sevgi, məsuliyyət, ailə, qadın və kişi rolları haqqında açıq, şəffaf və psixoloji əsaslı təlimlərin keçirilməsi vacibdir.

    2. Ailədə açıq ünsiyyətin təşviqi: valideynlər övladları ilə münasibətlər, bədən və dəyərlər mövzusunda açıq danışmağı öyrənməlidirlər. Susmaq – problemi gizlətmək yox, böyütmək deməkdir.

    3. Sosial mediada və mədəniyyətdə ailə dəyərlərinin təbliği: media və incəsənət müstəvisində ailə, məsuliyyət və mənəvi bağlılıq anlayışlarının pozitiv modellərlə təqdim olunması gənclərə təsir edir.

    4. Sosial dəstək mexanizmlərinin gücləndirilməsi: nikahdankənar hamilə qalan qadınları cəzalandırmaq yox, psixoloji və sosial dəstək proqramlarına cəlb etmək lazımdır. Bu, həm qadını, həm də dünyaya gələcək uşağı qoruyur.

    5. Gənclərlə maarifləndirici dialoqlar və ictimai debatlar: universitetlərdə və gənclər təşkilatlarında etik, hüquqi və psixoloji baxımdan nikahdankənar münasibətlər mövzusunda dialoqların təşkili vacibdir.

    Sədr hesab edir ki, problemin həlli təkcə qanunla deyil, tərbiyə, təhsil və fərdi şüurun yüksəldilməsi ilə mümkündür:

    “Biz bu halların qarşısını almaq istəyiriksə, gənclərin iç dünyasına, duyğularına və düşüncə tərzinə toxunmalıyıq. Ailə dəyərini qorumaq – qadını və uşağı qorumaq deməkdir. İctimai birlik olaraq, həyata keçirdiyimiz layihələrdə, iştirak etdiyimiz müxtəlif tipli tədbirlərdə gənclərlə dəyərlərin qorunması istiqamətində maarifləndirici söhbətlər aparır, çıxışlar edirik. Bu söhbət və çıxışlar gənclərdə ailə məsuliyyəti, emosional savadlılıq və şəxsiyyət dəyəri barədə fərqindəliyin artırılmasına yönəlmiş olur”.

  • Azərbaycan XİN Qəzza ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayır

    Azərbaycan Xarici İşlər Nazirliyi Qəzza ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayır

    Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

    “Qəzzada atəşkəs bərqərar edəcək, girov və məhbusların azad edilməsinə, Qəzzaya maneəsiz humanitar yardım və onun yenidən qurulmasına yol açacaq Qəzza ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayırıq.
    Ümid edirik ki, sazişin bütün mərhələləri layiqincə yerinə yetiriləcək və regionda ədalətli və davamlı sülh üçün səylər gücləndiriləcək.

    Biz bu nəticəyə doğru gedən yolda ABŞ, Türkiyə, Qətər və Misirin vasitəçiliyini təqdir edirik”.