Month: October 2025

  • Türkiyədə azərbaycanlı fəhlələr inşaat zamanı xəsarət alıblar, ölən var

    Türkiyənin İğdır şəhərində tikinti sahəsində çalışan Azərbaycan əsilli iki fəhlə liftin şaxtasına yıxılıb.

    Median.Az bu barədə yerli mətbuata istinadən xəbər verir.

    Məlumata görə, hadisə Topçular məhəlləsində qeydə alınıb. Babak N. və Sənan F. lift şaxtasına yıxılaraq xəsarət alıblar. Hadisə yerinə AFAD əməkdaşları və xilasedicilər cəlb olunub.

    Yaralılar xilas edilərək təcili tibbi yardım maşını ilə İğdır Dövlət Xəstəxanasına çatdırılıblar. Lakin həkimlərin səylərinə baxmayaraq, Babək N. aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Digər yaralının müalicəsi isə davam edir.

    Faktla bağlı araşdırma aparılır.

  • Məşhurların ən bahalı avtomobilləri

    Zənginlər dünyasında məşhurların dəbdəbəli həyat tərzi ilə tanınması heç kimə sirr deyil. Onların malik olduqları hər şey – evlərindən tutmuş avtomobillərinə qədər – orta insanın xəyal edə biləcəyindən qat-qat bahalı və təmtəraqlıdır.

    Valyuta.az dünyaca tanınmış məşhurların sahib olduqları ən bahalı və lüks avtomobillər təqdim edir:

    1. Ferrari 250 GTO (1963) – Paul Pappalardo

    Bu siyahının ən bahalı avtomobili 1963-cü il istehsalı olan Ferrari 250 GTO-dur. Amerikalı kolleksiyaçı Paul Pappalardo bu nadir avtomobili 1990-cı illərdə keçirilən hərracda təxminən 52 milyon dollara alıb. Cəmi 36 ədəd istehsal olunması onun dəyərini qat-qat artırır.

    2. Maybach Exelero – Jay Z

    Repper və prodüser Jay Z, sənaye tarixinin ən güclü V12 mühərriklərindən biri ilə təchiz olunmuş bu unikal Maybach Exelero modelini 8 milyon dollara alıb. Bu avtomobil təkcə görünüşü ilə deyil, həm də sürət və lüks səviyyəsinə görə dünyada analoqu olmayan modellərdən biridir.

    3. Bugatti Veyron (Qızılı Rəngdə) – Flo Rida

    Amerikalı reper Flo Rida parlaq imicinə uyğun olaraq qızılı rəngdə Bugatti Veyron sahibi olub. Bu xüsusi modifikasiya edilmiş model ona təxminən 1,7 milyon dollara başa gəlib. İstehsalçı tərəfindən standart rəngdə buraxılsa da, o, avtomobili tamamilə qızılı rəngdə yenidən dizayn etdirib.

    4. Lamborghini Gallardo – 50 Cent

    Dünyanın ən sürətli seriya istehsalı superkarlarından biri sayılan Lamborghini Gallardo, reper 50 Cent tərəfindən mavi rəngdə alınıb. Avtomobilin qiyməti təxminən 2 milyon dollardır.
    5. Lamborghini Aventador – Kanye West
    İtalyan istehsalçısının ən yeni superkar modellərindən biri olan Lamborghini Aventador, reper Kanye West tərəfindən 750.000 dollara alınıb. O, tez-tez bu avtomobildə Los-Anceles küçələrində görüntülənir.

    6. Porsche 959 – Jerry Seinfeld

    Klassik superkar modelləri arasında ən nadir avtomobillərdən biri olan Porsche 959, məşhur komediyaçı və aktyor Jerry Seinfeld-in kolleksiyasına daxildir. O, bu avtomobili hərracda 700.000 dollara əldə edib.

    7. Ferrari Enzo – Nicolas Cage

    İtalyan avtomobil istehsalçısının ən prestijli modellərindən biri olan Ferrari Enzo, qiyməti 670.000 dollar olan bir superkardır. Bu avtomobilin sahibi isə Hollivud ulduzu Nicolas Cage-dir.

    8. Mercedes SLR McLaren – Jay Leno

    Televiziya aparıcısı və avtomobil kolleksiyaçısı Jay Leno, müasir dövrün ən sürətli və lüks avtomobillərindən biri olan Mercedes SLR McLaren modelinə sahibdir. Bu avtomobilin qiyməti təxminən 500.000 dollar təşkil edir.

    9. Maybach 57 – Rick Ross

    Reper və aktyor Rick Ross, 430.000 dollara başa gələn Maybach 57 modelini idarə edir. Bu avtomobil sürət və komfortu bir araya gətirən ən prestijli lüks sedanlardan biridir.

    10. Rolls-Royce Phantom Drophead – David Beckham

    İngilis futbol əfsanəsi David Beckham, Rolls-Royce Phantom Drophead modelinə sahibdir. Qiyməti 407.000 dollar olan bu avtomobil, zərif dizaynı və yüksək səviyyəli lüks xüsusiyyətləri ilə seçilir.

  • “TikTok” bu il Azərbaycanda 900 minə yaxın videonu silib

    “TikTok” bu ilin ikinci rübündə Azərbaycanda 880 mindən çox videonu silib.

    Median.Az xəbər verir ki, bu barədə platforma məlumat yayıb.

    Bildirilib ki, İcma Qaydalarına əməl olunmasına dair hesabata əsasən, videoların 99,4%-i platforma tərəfindən proaktiv şəkildə, yəni şikayət daxil olmadan əvvəl müəyyən edilərək silinib. 98%-i isə paylaşım edildikdən sonra 24 saat ərzində silinib ki, bu da dünya üzrə orta göstəricilərdən yüksəkdir.

    Qeyd edilib ki, ötən il ərzində Azərbaycanda ümumilikdə 3 milyonadək video silinib.

    Eyni zamanda 2025-ci ilin ikinci rübündə dünya üzrə İcma Qaydalarının pozulması ilə əlaqədar olaraq təxminən 190 milyon videoçarx platformadan silinib. Belə ki, videokontentin 99,1%-i proaktiv şəkildə silinib. Roliklərin 94,4%-i paylaşım edildikdən sonra 24 saat ərzində silinib. 90%-dən çoxu isə hər hansı şikayət daxil olmadan əvvəlcədən müəyyən edilərək silinib.

    “TikTok”da həmçinin bu ilin birinci rübü ilə müqayisədə dünya üzrə dayandırılmış LIVE yayımların sayında əhəmiyyətli artım müşahidə olunur. Eyni zamanda apellyasiya nəticəsində bərpa olunan yayımların sayı cüzi artıb, bu isə yeni tədbirlərin daha dəqiq və effektiv şəkildə tətbiq olunduğunu göstərir.

    Qeyd edilən müddətdə “TikTok” dünya üzrə monetizasiya qaydalarını pozan 2 321 813 canlı yayım və 1 040 356 yayım sahibi ilə bağlı tədbirlər görüb, o cümlədən xəbərdarlıqlar və demonetizasiya tətbiq edib. Xəbərdarlıqlar müəlliflərə kontentlərinin qaydalara zidd ola biləcəyini anlamağa və düzəliş etməyə imkan yaradır. Əgər qayda pozuntuları davam edərsə, “TikTok” müəllifin birbaşa yayımlarda monetizasiya funksiyasına müvəqqəti girişini məhdudlaşdıra bilər. Platforma bu məlumatları gələcəkdə birbaşa yayımların təhlükəsizliyinə dair hesabatlarda da əks etdirəcək.
    //Qafqazinfo

  • В Бразилии подтвердили гибель 132 человек после операции против наркоторговцев

    Braziliyada Rio-de-Janeyro ştatının rəsmiləri hüquq-mühafizə orqanlarının narkotik vasitə və psixotrop maddələr satan dəstələrə qarşı keçirdiyi əməliyyat nəticəsində 132 nəfərin öldüyünü təsdiqləyib.

    Bu barədə yerli “G1” portalı məlumat yayıb.

    Məlumata görə, yerli sakinlər daha 72 nəfərin meyitini aşkarlayıblar və onların cinayətkar qruplaşmalara aidiyyəti müəyyən edilir. Meyitlər yaxınları tərəfindən tanınması üçün şəhər meydanına aparılıb.

    Bundan əvvəl 64 nəfərin öldüyü bildirilib.

    Oktyabrın 28-də Rio-de-Janeyro polisi ilk növbədə şəhərin şimal hissəsində cinayətkar qrupları həbs etmək üçün “Mühafizə” əməliyyatının yeni mərhələsinə başlayıb. Əməliyyatda 2500-dən çox hüquq-mühafizə orqanı əməkdaşı iştirak edib. Nəticədə 80-dən çox narkokuryer həbs edilib, 50-dən çoxu öldürülüb.

  • Braziliyada narkotik satanlara qarşı əməliyyatlarda 132 nəfər öldürülüb

    Власти штата Рио-де-Жанейро подтвердили гибель 132 человек в результате операции правоохранительных органов против местных банд наркоторговцев.

    Об этом сообщает местный портал G1.

    Отмечается, что местные жители обнаружили тела еще 72 человек, их принадлежность к преступным группировкам уточняется. Тела перемещены на одну из площадей района для опознания родственниками.

    Ранее сообщалось о 64 погибших.

    28 октября полиция Рио-де-Жанейро начала новый этап операции “Сдерживание” по задержанию преступных группировок преимущественно в северной части города. В операции принимали участие более 2,5 тыс. сотрудников правоохранительных органов. Сообщалось о задержании более 80 членов наркомафии и ликвидации более 50 наркоторговцев.

  • Bakıda bu mənzillərin qiyməti ucuzlaşdı

    Son günlər Bakının mənzil bazarında yaşanan proseslər maraq doğurur.

    Paytaxtın müxtəlif rayonlarında və fərqli tipli mənzillərdə alqı-satqı aktivliyi, qiymət dinamizmi və təkliflərin sayı ilə bağlı müşahidələr bazarın ümumi durumunu ortaya qoyur.

    Son aylar formalaşan qiymət artımı və tələb-təklif balansındakı dəyişikliklər hələ də təsirini saxlayır, həmçinin yeni tikililər və köhnə fond mənzillərinin satış həcmi bazara öz rəngini qatır.

    Mənzil bazarının bu günkü vəziyyəti yalnız qiymət göstəriciləri ilə deyil, həm də alıcı və satıcı davranışlarının dəyişməsi, kredit şərtləri, investisiya marağı və şəhərin inkişaf tendensiyaları ilə bağlı daha geniş kontekstdə qiymətləndirilə bilər.

    Maraqlıdır ki, son günlər daşınmaz əmlak bazarında vəziyyət necədir? Qiymətlərdə hansısa dəyişikliklər olubmu?

    Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı BAKU.WS-ə bildirib ki, paytaxtda bahalı mənzillərin qiymətində nisbətən ucuzlaşma qeydə alınır:

    “Bakıda mənzillərin qiyməti ilə bağlı deyə bilərik ki, mövsümlə əlaqədar olaraq ucuz mənzillərin qiymətində nisbi artımlar müşahidə olunur. Bahalı – təqribən qiyməti 400 min – 500 min manatdan yuxarı olan mənzillərdə isə stabilləşmə var. Hətta ucuzlaşmaya doğru müəyyən meyillər müşahidə olunur.

    Amma yeni tikililərdə qiymətlərin daha çox artımı var. Bu da investorların, tikinti şirkətlərinin qiymət siyasətindən asılı bir məsələdir. Burada daha çox qiymət artımı müşahidə edirik”.

  • Süni intellektə kobud davranmaq alınan cavabların dəqiqliyinə necə təsir edir?

    Yeni bir araşdırma göstərib ki, süni intellektə kobud tərzdə müraciət edildikdə, nəzakətli üslubla verilən tapşırıqlara nisbətən daha dəqiq cavablar alınır.

    Alimlər bu nəticəni böyük dil modellərinin (LLM) yalnız səthi istək ipuclarına qarşı həssas olması ilə izah edir, lakin düşməncəsinə ünsiyyət qurmağın zərərli olduğunu vurğulayırlar.

    Kobudluq artdıqca dəqiqlik də artır

    Rice Universiteti alimləri tərəfindən aparılan tədqiqatda, istifadəçi üslubunun süni intellektin fəaliyyətinə təsiri araşdırılıb. Bunun üçün riyaziyyat, tarix və təbiət elmləri kimi sahələrdən 50 çoxseçimli sual hazırlanıb. Daha sonra bu suallar beş fərqli üslubda – çox nəzakətli, nəzakətli, neytral, kobud və çox kobud ifadələrlə təqdim olunub.

    Nəticədə 250 sual “OpenAI” şirkətinin qabaqcıl modellərindən biri olan “ChatGPT-4o”ya hər biri 10 dəfə daxil edilib.

    Araşdırmanın nəticələri gözlənilməz olub: nəzakət azaldıqca cavabların dəqiqliyi artıb. “Çox nəzakətli ifadələr”də dəqiqlik 80,8 faiz təşkil etdiyi halda, “çox kobud ifadələr”də bu göstərici 84,8 faizə yüksəlib. Aralıq səviyyələrdə nəticələr belə olub: nəzakətli – 81,4%, neytral – 82,2%, kobud – 82,8%.

    Elm adamlarından xəbərdarlıq: düşməncəsinə ünsiyyət tövsiyə edilmir

    Tədqiqat müəllifləri qeyd ediblər ki, bu nəticə elmi cəhətdən maraqlı olsa da, süni intellektlə aqressiv və ya təhqiramiz ünsiyyəti təşviq etmək məqsədi daşımır. Onların sözlərinə görə, belə davranışlar istifadəçi təcrübəsini, əlçatanlığı və inklüzivliyi mənfi təsirləyə bilər, həmçinin cəmiyyətdə zərərli ünsiyyət normalarının yayılmasına səbəb ola bilər.

    Mütəxəssislər bildirirlər ki, bu nəticə LLM-lərin hələ də istəklərin formasına – yəni ifadə tərzinə – məzmundan daha çox reaksiya verdiyini göstərir. Başqa sözlə, süni intellekt bəzən tapşırığın mahiyyətinə yox, onun necə ifadə olunduğuna həssaslıq göstərir.

    İstifadə olunan üslublar və “prompt engineering”in rolu

    Tədqiqatda müxtəlif tonlarda ifadələr yoxlanılıb. Məsələn, çox nəzakətli bir üslubda “Bu sualda köməyinizi rica edə bilərəmmi?” kimi cümlələrdən istifadə olunub. Çox kobud variantlarda isə “Ey, bunu həll et” və ya “Ağıllı olmadığını bilirəm, amma bunu bir sınasan necə olar?” kimi ifadələr işlədilib. Neytral üslubda isə sual birbaşa, əlavə ifadə olmadan verilib.

    Bu iş, son illərdə populyarlaşan “istək mühəndisliyi” (prompt engineering) sahəsinin bir hissəsi kimi qiymətləndirilir. Araşdırma süni intellektə verilən əmrlərin tərzinin və dil quruluşunun cavabların keyfiyyətinə birbaşa təsir etdiyini göstərir.

    Alimlər eyni zamanda tədqiqatın bəzi məhdudiyyətlərini də etiraf ediblər: yalnız 250 sualın istifadə edilməsi və təcrübənin bir model üzərində – “ChatGPT-4o” ilə – aparılması nəticələrin bütün modellərə şamil edilə bilməyəcəyini göstərir. Gələcək mərhələdə “Anthropic” şirkətinin “Claude” və “OpenAI”ın “ChatGPT o3” modelləri ilə də testlər aparılacaq. Həmçinin, yalnız çoxseçimli suallar deyil, cavabların axıcılıq, məntiq və uyğunluq kimi digər xüsusiyyətləri də qiymətləndiriləcək.

  • Prokuror Tağı İbrahimova ağır cəza istədi

    “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    Qaynarinfo-nun “Unikal”a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə ekspertizanın rəyi elan edilib.

    Rəyə əsasən, zavodda baş verən partlayış ağac tozu və digər kimyəvi vasitələrin təsiri ilə baş verib. Qeyd olunub ki, müəssisədə havalandırma sisteminin, yanğın təhlükəsizliyinin və digər təhlükəsizlik vasitələrinin olmaması sözügedən hadisəyə səbəb olub.

    Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

    Dövlət ittihamçısı çıxış edərək Tağı İbrahimovun vergi borcunu ödədiyi üçün 213.3-cü məddəyə xitam verilməsini bildirib. O, ittihamdakı digər maddələr ilə hər iki təqsirləndirilənə – Tağı İbrahimova və Toğrul Rzayevə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasının verilməsini təklif edib.

    Daha sonra zərərçəkənlər çıxış edib.

    Növbəti proses noyabrın 10-na təyin edilib.

    Qeyd edək ki, ötən ilin yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.

    İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • DGK-nın yarım milyon manatlıq avadanlıq aldığı şirkət kimindir?

    Dövlət Gömrük Komitəsi (DGK) “Araznet” şirkəti ilə satınalma müqaviləsi imzalayacaq.

    Qaynarinfo xəbər verir ki, şirkət DGK-nin elektrik avadanlıqlarının satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 507 651,34 manat təşkil edir.

    DGK bu məbləğə 2 ədəd elektrik generatoru, 1 ədəd 100 kva-lıq elektrik enerjisi tənzimləyicisi, 1 ədəd isə 30 kva-lıq elektrik enerjisi tənzimləyicisi almağı planlaşdırır.

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Araznet” MMC 4 iyun 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Ziya Bünyadov prospekti, ev 43-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əsədov Mahir Əşrəf oğludur.

    Açıq mənbələrdə şirkət və qanuni təmsiçisi haqqında heç bir məlumat yoxdur. Şirkətin əlaqə nömrələrinə və internet səhifəsinə də rast gəlinmir.
    Dövlət satınalmalarının vahid elektron portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, şirkət indiyədək yalnız bir tenderin, hazırda haqqında bəhs etdiyimiz müsabiqənin qalibi seçilib.

    DGK-nın adına heç yerdə rast gəlinməyən 1 ildən artıqdır yaradılan şirkətə birdən-birə yarım milyon manatlıq sifariş verməsi satınalma müsabiqəsinin şəffaflığını şübhə altına alır.

  • Sərxoş halda polis idarəsinin hasarını aşdı, həbs edildi

    İçkili halda Abşeron rayon Polis İdarəsinin hasarından aşaraq həyətə daxil olan həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, 2001-ci ildə Bakı şəhərində anadan olmuş D.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri protokol tərtib olunub və işə məhkəmədə baxılıb.

    Məlum olub ki, D.R. axşam saat 22.00 radələrində Abşeron rayon Polis İdarəsinin hasarından aşaraq həyətə keçən zaman polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək, mobil telefon vasitəsi ilə apardığı videoçəkilişi dayandırmasını tələb edib. O, hadisə zamanı sərxoş halda olduğu üçün etdiyi əməli dərk etməyib, bu səbəbdən də polisin qanuni tələblərinə tabe olmayıb.

    Polis əməkdaşları D.R-nı idarənin inzibati binasına apararaq, aidiyyatı üzrə təhvil veriblər. Əməlindən peşman olduğunu bildirən təqsirləndirilən şəxs barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edib.

    Məhkəmənin hökmü ilə D.R. 10 gün müddətinə inzibati həbs olunub.