Month: October 2025

  • Gürcüstanlı ağırlıqqaldıranlar antidopinq qaydalarını pozduqlarına görə diskvalifikasiya ediliblər

    İdman Arbitraj Məhkəməsi (CAS) gürcüstanlı ağırlıqqaldıranlar Revaz Davitadze və Qurami Qiorbelidzeni antidopinq qaydalarını pozduqlarına görə diskvalifikasiya edib.

    Bu barədə TASS məlumat yayıb.

    26 yaşlı Davitadze və 23 yaşlı Qiorbelidzenin nümunələrində ostarin metabolitləri aşkar edilib. Davitadzenin pozuntusu 2023-cü il avqustun 15-nə, Qiorbelidzenin pozuntusu isə 2023-cü il iyulun 7-nə təsadüf edir.

    Hər iki idmançı 4 il müddətinə diskvalifikasiya olunub. Davitadze 2029-cu il sentyabrın 29-dan, Qiorbelidze isə 2028-ci il sentyabrın 3-dən gec olmayaraq idmana qayıtmaq hüququ qazanacaq.

    Davitadze 2018-ci ilin Avropa çempionu və dünya çempionatının üçqat bürünc mükafatçısıdır. CAS-ın qərarından sonra o, 2024-cü il dünya çempionatının vitse-çempionluğundan və 2025-ci il Avropa çempionatının gümüş medalından məhrum olunacaq.

    Qiorbelidze 2023-cü ildə gənclər arasında Avropa çempionatının qızıl, 2024-cü ildə kişilər arasında analoji yarışın gümüş medalından məhrum ediləcək.

  • Завтра в регионах Азербайджана ожидаются ливни и грозы

    10 октября в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, ночью и утром в некоторых местах возможен слабый туман.

    Будет преобладать временами усиливающийся северо-западный ветер. Температура воздуха ночью составит 17-19, днем – 21-26° тепла.

    Атмосферное давление повысится с 755 до 761 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 80-85, днем – 60-65%.

    В большинстве районов Азербайджана преимущественно без осадков, однако в первой половине дня в некоторых горных и предгорных районах возможны дожди и грозы. В отдельных местах ожидаются кратковременные ливни и град, в высокогорных районах – мокрый снег. Не исключается туман.

    Будет преобладать умеренный западный ветер, который временами усилится.

    Температура воздуха ночью составит 14-18, днем – 22-27, в горах ночью – 5-10, днем – 12-17° тепла.

  • Sabah bəzi rayonlara leysan yağacaq

    Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

    Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 17-19, gündüz 21-26 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65 % təşkil edəcək.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturunun gecə 14-18, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

  • Kəmaləddin Heydərov Salyanda vətəndaşları qəbul edəcək

    Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 11-də Salyan şəhərində vətəndaşları qəbul edəcək.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, nazirliyin Muğan Regional Mərkəzinin binasında saat 10:00-dan başlayacaq görüşdə Salyan və Neftçala rayonları sakinlərinin qəbulu keçiriləcək.

    Qəbula gələn vətəndaşların qeydiyyatı 10 oktyabr 2025-ci il tarixdə nazirliyin Muğan Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq.

    Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

  • В Армении конфискуют у экс-министра культуры почти $62 тыс.

    Антикоррупционный суд в Армении конфискует у экс-министра культуры Асмик Погосян около $62 тыс. в качестве возмещения ущерба государству.

    Об этом сообщают армянские СМИ.

    Согласно материалов уголовного дела, ущерб был нанесен в результате ненадлежащего исполнения контрактов по восстановлению монастырского комплекса Кобайраванк в 2007-2008 годах.

    Работы проводились в рамках “Программы реставрации памятников”.

  • Ermənistanda sabiq nazir mənimsədiyi 62 min dollara yaxın vəsaiti dövlətə qaytaracaq

    Ermənistanda Antikorrupsiya Məhkəməsi sabiq mədəniyyət naziri Asmik Poqosyandan dövlətə dəyən ziyanın əvəzi olaraq təxminən 62 min dollar müsadirə edir.

    Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

    Cinayət işi materiallarına əsasən, zərər 2007-2008-ci illərdə Kobayravank monastır kompleksinin bərpası üzrə müqavilələrin lazımi şəkildə icra edilməməsi nəticəsində dəyib.

    İşlər “Abidələrin bərpası proqramı” çərçivəsində aparılıb.

  • Бакинский метрополитен опроверг слухи о невыплате заработных плат сотрудникам

    Бакинский метрополитен прокомментировал распространившуюся в обществе информацию о якобы невыплате заработной платы своим сотрудникам.

    В ведомстве сообщили Report, что заработные платы выплачиваются полностью и в соответствии с утвержденным бюджетом компании. При этом строго соблюдаются условия трудовых договоров и требования трудового законодательства.

    В метрополитене также отметили, что система оплаты труда полностью соответствует законодательным нормам, и у организации отсутствуют невыполненные обязательства по выплате заработной платы.

  • Bakı metrosu maaşların ödənilməməsi iddialarına aydınlıq gətirib

    “Bakı Metropoliteni” QSC işçilərinin əmək haqlarının ödənilməməsi barədə son vaxtlar yayılmış məlumatlara münasibət bildirib.

    Qurumdan verilən açıqlamasında deyilir ki, maaşlar Cəmiyyətin təsdiq edilmiş büdcəsi çərçivəsində, əmək haqqı fondunun ayrılmış məbləğinə uyğun olaraq plan üzrə və tam ödənilib. Bu zaman əmək müqavilələrinin şərtlərinə və əmək qanunvericiliyinin tələblərinə uyğunluq təmin olunur.

    QSC bildirir ki, Bakı metrosu yanvarın 1-dən müvafiq tədbirlər həyata keçirib, minimum əmək haqqında edilən dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun olaraq əməkdaşların maaşına tətbiq edilib: “Hazırda metroda əmək haqqı qanunvericiliyin tələblərinə tam uyğundur və qurumun ödənilməmiş əmək haqqı öhdəliyi yoxdur.

    Əmək haqqı artımları Cəmiyyətin təsdiq edilmiş büdcəsi, gəlirlər və xərclər nəzərə alınmaqla, korporativ idarəetmə prinsipləri çərçivəsində qəbul edilən qərarlar əsasında həyata keçirilə bilər. Hazırda Cəmiyyətin belə artımlarla bağlı hər hansı öhdəliyi mövcud deyil.

    Əmək haqqı məbləğlərinə dair hər hansı dəyişiklik və yaxud yenilənmə baş verdiyi halda, bu barədə əməkdaşlar və aidiyyəti qurumlar rəsmi qaydada məlumatlandırılacaq”, – “Bakı Metropoliteni”n açıqlamasında deyilir.

  • Azərbaycan vətəndaşı Gürcüstanda külli miqdarda narkotiklə yaxalanıb

    Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Mtsxeta-Mtianeti bölgəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat keçiriblər.

    Nazirliyin yaydığı məlumata görə, keçirilən əməliyyat və istintaq tədbirləri nəticəsində Patrul Polis İdarəsinin Mtsxeta-Mtianeti Baş İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşı – 1981-ci il təvəllüdlü E.A.-nı saxlayıblar.

    İstintaq materiallarına əsasən, saxlanılan şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməkdə, saxlamaqda və satışına şərait yaratmaqda ittiham olunur. Onun şəxsi və yaşadığı evə baxış zamanı 42 bükümdə “Metadon” adlı narkotik vasitə sübut kimi götürülüb.

    Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin “a” bəndi və 260-cı maddəsinin 6-cı hissəsinin “a” bəndi ilə istintaq aparılır. Qanun bu əmələ görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

  • “Bakı Kristal Zalı” ötən il 2 milyon manatdan çox zərər edib

    “Bakı Kristal Zalı” MMC 2024-cü ili 2,405 milyon manat zərərlə başa vurub. Halbuki, Zal 2023-cü ildən 5 min manat xalis mənfəətlə çıxmışdı.

    “Report” xəbər verir ki, ötən il “Bakı Kristal Zalı”nın gəlirləri 2,697 milyon manat (əvvəlki ilə nisbətən 23,4% az), xərcləri isə 5,102 milyon manat (45,1 % çox) təşkil edib.

    Bu il yanvarın 1-nə “Bakı Kristal Zalı”nın aktivləri 192,273 milyon manat olub ki, bu da illik müqayisədə 0,1 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 21,8 % artaraq 693 min manata çatıb, balans kapitalı isə dəyişməyərək 191,58 milyon manat qalıb.

    Xatırladaq ki, “Bakı Kristal Zalı” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 191,567 milyon manatdır.