Month: October 2025

  • Посол Украины поблагодарил Азербайджан

    В Азербайджан доставлены еще 12 детей из Сумской области Украины в рамках программы реабилитации.

    Об этом написал посол Украины в Азербайджане Юрий Гусев в своем аккаунте в социальной сети X.

    “459 украинских детей, из них 215 в этом году, уже нашли спокойствие и заботу в Азербайджане. Благодарны Азербайджану за поддержку”, – написал Гусев.

  • Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

    Ukraynanın Sumı vilayətindən 12 uşaqdan ibarət yeni qrup reabilitasiya proqramı çərçivəsində Azərbaycana gətirilib.

    Bu barədə Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusev “X” sosial şəbəkəsində məlumat yayıb.

    Onun sözlərinə görə, bu il 215 nəfər olmaqla, indiyədək ümumilikdə 459 ukraynalı uşaq Azərbaycanda dinclik və qayğı tapıb.

    “Dəstəyə görə Azərbaycana minnətdaram”, – səfir yazıb.

  • Ötən il isti havanın dünya büdcəsinə vurduğu ziyan açıqlandı

    2024-cü ildəki isti dalğalar rekord həddə 639 milyard potensial əmək saatı itkisinə səbəb olub ki, bu da 1,09 trilyon dollara bərabərdir.

    Bu məlumat “Lancet” jurnalında dərc olunmuş bir araşdırmada qeyd olunub.

    Jurnalın məlumatına görə, 2024-cü ildə isti dalğalar səbəbindən rekord həddə 639 milyard potensial əmək saatı itirilib. Bu, 1990-cı illərdəkindən 98% çoxdur.

    Hesabatda deyilir ki, “2024-cü ildə itirilən əmək saatları potensial 1,09 trilyon dollar – qlobal daxili məhsulun təxminən 1%-i itkisinə səbəb olub”.

  • “Qurd”a ağır itki üz verdi

    “Qurd” ləqəbi ilə tanınan reper Fərid Eminova ağır itki üz verib.

    Reperin atası Nasir Eminov dünyasını dəyişib.

  • Prezident İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudeanı qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, bu xüsusda Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması münasibətilə dövlətimizin başçısını təbrik edib, bunun bütün regionda sülhün təmin olunmasına və inkişafa xidmət edəcəyinə ümidvarlığını bildirib.

    Mirça Abrudean bu gün Bakıda Milli Məclisin xətti ilə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirakdan məmnunluğunu ifadə edib, bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu deyib.

    Azərbaycan ilə Rumıniyanın dost və tərəfdaş ölkələr olduğunu vurğulayan qonaq əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu vurğulayıb. Senatın sədri ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin, həmçinin beynəlxalq parlament təsisatlarında əməkdaşlığın önəmini qeyd edib.

    Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Azərbaycan Ermənistanla arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı məsələdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi roluna toxunub, bu istiqamətdə əldə olunmuş nailiyyətlərin bütün region üçün tarixi əhəmiyyət kəsb etdiyini deyib.

    Söhbət zamanı Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın iştirakı ilə Buxarestdə Xəzər dənizinin dibi ilə elektrik kabel xəttinin tikilməsi layihəsinin önəmi vurğulanıb, bunun ölkəmizin və Mərkəzi Asiya regionu dövlətlərinin bərpaolunan enerji resurslarının Avropa bazarlarına çıxarılması baxımından əhəmiyyətinə toxunulub.

    Görüşdə Azərbaycanla Rumıniya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.




  • Litva Belarusla sərhədini bağlayır

    Litva Belarusla avtomobil sərhədini 30 noyabr tarixinə qədər təhlükəsizlik səbəbi ilə bağlayır.

    Bu barədə Litva Nazirlər Kabineti məlumat yayıb.
    “Vətəndaşların təhlükəsizliyi hökumətin şübhəsiz prioritetidir, ona görə də müəyyən təhdidlər yaradan Belarusla sərhədi bağlamaq lazımdır”, – Litvanın Baş naziri İnqa Ruqiniene bildirib.
     
    \APA

  • Bakıda sıxlıq olan küçələrin SİYAHISI

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
    Hazırda:
    1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
    2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
    3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından metronun “20 Yanvar” stansiyası istiqamətində;
    4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
    5. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;
    6. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
    7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
    8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
    9. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;
    10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
    11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
    12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
    13. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;
    14. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
    15. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;
    16. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
    17. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
    18. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
    19. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Həsən Əliyev küçəsi istiqamətində;
    20. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

  • Arvadını namaz qılarkən öldürüb Gürcüstana qaçan şəxsə hökm oxunub

    Xəzər rayonunda həyat yoldaşını namaz qılarkən qətlə yetirməkdə təqsirləndirilən Ramil Məmmədovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. Məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
    Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən Ramil Məmmədovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
    Təqsirləndirilən şəxsin vəkili çıxış edərək müdafiə etdiyi şəxsin əməli planlamadığını, əsəbi halda törətdiyini bildirərək ona yüngül cəza verilməsini xahiş edib.
    Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Ramil Məmmədov 12 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
    Qeyd edək ki, bu ilin fevralın 8-də Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədova namaz qılarkən küt alətlə qətlə yetirilib. Qətldə şübhəli bilinən Məmmədov Ramil Məhərrəm oğlu ölkədən qaçıb.
    Bakı şəhəri Xəzər rayon prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Ramil Məmmədovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
    Ramil Məmmədov Gürcüstanın ərazisində saxlanılıb.
    Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın səlahiyyətli orqanları tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Məmmədov Ramil Məhərrəm oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.
    Ramil Məhərrəmov bu ilin martında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
     
    apa

  • Azərbaycan Kubokunda daha iki 1/8 finalçı müəyyənləşdi

    Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha iki oyunu keçirilib.

    Baş tutan görüşlərdən sonra növbəti 1/8 finalçılar müəyyənləşib.

    Qəbələdə şəhərin eyniadlı komandası “Mingəçevir”ə 5:1 hesabı ilə qalib gəlməklə növbəti raunda adlayıb.

    “Şamaxı” isə səfərdə “Səbail”i 1:0 hesabı ilə üstələyərək 1/8 finala yüksəlib.

    Qeyd edək ki, II təsnifat mərhələsinə “Neftçi” – MOİK oyunu ilə yekun vurulacaq.

  • Тайный список Рамиза Мехтиева: названы имена нескольких человек, которые должны были войти в “госсовет” после переворота

    После обнаружения письма экс-главы Администрации Президента и Национальной академии наук Азербайджана о плане государственного переворота, адресованного России, главной темой обсуждений стал состав так называемого “государственного совета” из 50 человек, который планировал создать Рамиз Мехтиев.

    В письме Рамиз Мехтиев указывает, что контроль над деятельностью трех ветвей власти – законодательной, исполнительной и судебной – будет осуществлять “государственный совет”, состоящий из 50 членов: опытных государственных чиновников, экономистов, юристов, представителей науки и культуры. Существует информация, что Мехтиев заранее определил этих 50 человек, и среди них были также представители оппозиции.

    Как передает Median.Az, хотя полный список 50 человек из команды Мехтиева пока неизвестен, информационное агентство Teleqraf получило данные о личности двух представителей оппозиции, которые должны были войти в “государственный совет”.

    По информации источника, одним из лиц из оппозиционного лагеря в списке является председатель партии “Народный фронт Азербайджана” (ПНФА) Али Керимли, а другим – член Национального совета Гюльтекин Гаджибейли. Известно, что еще во второй половине 90-х годов – при жизни Абульфаза Эльчибея – Али Керимли предал его и перешел под “зонтик” Рамиза Мехтиева, и долгие годы действовал по его инструкциям. После отстранения Рамиза Мехтиева с должности главы Администрации Президента в 2019 году Али Керимли исчез из повестки дня, прекратились митинги и пикеты, что является одним из главных доказательств этого. Поскольку в период, когда Мехтиев был на должности, создавалась эйфория о том, что Али Керимли является “главной оппозицией” и “обладает силой, способной угрожать власти”, он оставался в повестке дня благодаря митингам и пикетам. Источник утверждает, что между Рамизом Мехтиевым и Али Керимли существовала тайная связь, посредством которой координировалась деятельность оппозиции.

    Как Рамиз Мехтиев управлял Али Керимли?

    Утверждается, что лицом, установившим эту связь, был бывший руководитель отдела Администрации Президента Али Гасанов.

    По информации Teleqraf, в начале 2000-х годов Али Гасанов встретился с Али Керимли в одном из ресторанов возле станции метро “Гянджлик”. На этой встрече были намечены контуры будущего сотрудничества. Позже Али Гасанов через своего человека передавал поручения и инструкции Рамиза Мехтиева председателю ПНФА. Ослабление политической деятельности Али Керимли, прекращение акций, в целом, исчезновение из повестки дня после отстранения Рамиза Мехтиева и Али Гасанова с должностей также связано с этим. Потому что Рамиз Мехтиев и Али Гасанов, удерживая Али Керимли в повестке дня, создавали видимость того, что он является “реальной угрозой власти” и что “они предотвращают эту угрозу”, пытаясь таким образом сохранить свои должности. А Али Керимли, следуя инструкциям Рамиза Мехтиева, получал политические и другие привилегии в образе “главной оппозиции”. Очевидно, Мехтиев намеревался дать ему новую миссию в плане переворота.

    Включение же Гюльтекин Гаджибейли в “государственный совет” имело другие цели. Источник сообщает, что представительство Гаджибейли, имеющей отношения с различными кругами на Западе и получающей поддержку, было рассчитано на поддержку возможной попытки переворота также и со стороны Запада. В сообщении также говорится, что связь Гюльтекин Гаджибейли с Рамизом Мехтиевым возникла еще в период, когда она была депутатом парламента. Утверждается, что после того, как Гаджибейли не смогла попасть в парламент, в ее восстании против власти, которую она когда-то защищала, и в приходе к Али Керимли сыграли роль инструкции Мехтиева. Источник раскрыл еще одну важную деталь: Рамиз Мехтиев считал важным участие в “государственном совете” лиц, близких ко всем государствам региона, полагая, что этим можно обеспечить лояльность этих стран. Ожидается, что имена этих лиц будут обнародованы общественности в ближайшее время.