Month: October 2025

  • Gəncədə qətlə yetirilən yeniyetmənin FOTOSU – YENİLƏNİB

    Gəncədə 16 yaşlı yeniyetmənı bıçaqlayaraq qətlə yetirən şəxsin kimliyi məlum olub.

    “Unikal”ın məlumatına görə, 2009-cu il təvəllüdlü V.Rəfibəylini tanışı 2007-ci il təvəllüdlü R.Cəfərov bıçaqlayaraq qətlə yetirib. Hazırda onun tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

    Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

    * * * * *

    Gəncədə qətl olub.

    “Unikal”ın məlumatına görə, hadisə şəhərin Mağraha bağı adlanan ərazisində qeydə alınıb. Belə ki, 2009-cu il təvəllüdü, 11 sinif şagirdi Vaqif Rəfibəyıi bıçaqlanaraq qətlə yetirilib.

    Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

  • Paşinyan Brüsselə gedir

    Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 8 və 9-da Brüsseldə işgüzar səfərdə olacaq.

    “Unikal” xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

    Baş nazir Belçika Krallığında ikinci beynəlxalq “Qlobal Gateway” konfransında iştirak edəcək.

    Səfər çərçivəsində xarici tərəfdaşlarla görüşlər də nəzərdə tutulub.

  • Baku TV-yə xəbərdarlıq edildi

    Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.

    Bu barədə Şuradan məlumat verilib.

    İclas zamanı bu kontekstdə “Baku TV” televiziya kanalının efirində 24 sentyabr 2025-ci il tarixdə yayımlanan “Amin” proqramı zamanı səsləndirilən fikirlər də ciddi müzakirə olunmuşdur. Qeyd olunan proqramda kişi-qadın, ailə münasibətləri mövzusunda müzakirələr zamanı qonaq tərəfindən “…Mən qadınam. Kişi həmişə qabaqda getməlidi. Bu, həyatın qanunudu və bu qanunu sən pozsan, Allah sənə oğul övladından cəza çəkdirəcək… Bu qanundu, Allahın qanunudu… Allah-təala qadını sırf kişiyə tabe elətdirir…” fikirləri səsləndirilmişdir.

    Audiovizual Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi (gender) ayrıseçkiliyinin təbliği kimi qeydə alınmış, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunmuşdur.

    İclas zamanı məsələ diqqətlə müzakirə edilmiş və yekdilliklə bu fikirlərin cinsi ayrıseçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəlinmişdir. Belə ki, proqramda qonaq qismində çıxış edən şəxs tərəfindən səsləndirilən fikirlərdə cinsi ayrı-seçkiliyi təşviq edən, qadın və kişi bərabərliyinə zidd olan ifadələrə yol verilmişdir. Çıxış zamanı bu fikirlər dini və fəlsəfi yanaşmalarla əsaslandırılmağa cəhd edilmiş, lakin təqdim olunan mövqelər obyektiv dini və ya elmi əsaslardan kənar, subyektiv və ayrı-seçkilik xarakteri daşıyan məzmunla ifadə olunmuşdur. Həmçinin, qonağın fikirlərinə aparıcının təsdiqləyici reaksiya bildirməsi də, cinsi ayrı-seçkiliyin təbliğinə xidmət edə bilən fikirlərə yer verilməsi kimi qiymətləndirilmişdir. Audiovizual Şuranın üzvləri “Baku TV” kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlmişlər.

    Audiovizual Şura media məkanının maarifləndirici, obyektiv və diskriminasiyadan kənar prinsip əsasında fəaliyyət göstərməsinin zəruriliyini yayımçılara bir daha xatırladır, onlardan yayım zamanı qanunvericiliyin normalarını əsas tutmalarını tələb edir.

  • İki vəkilin fəaliyyəti dayandırıldı

    Yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.

    Bu barədə Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin bu gün keçirilən növbəti iclasında qərar qəbul olunub.

    Bundan başqa, qərara əsasən, 4 vəkilə xəbərdarlıq edilib və 1 vəkilə isə töhmət verilib.

  • Estetik əməliyyatına pul verməyən kişinin başını əzən qadınla bağlı QƏRAR

    Xuliqanlıqda təqsirləndirilən Sabrina Məmmədovanın (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

    Median.Az Pravda.Az-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu məhkəmə iclasında qərar elan olunub.

    Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, zərərçəkmiş şəxsin isə apellyasiya şikayəti qismən təmin olunub, Nərimanov Rayon Məhkəməsinin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hökmü ləğv edilib. Sabrina Məmmədova Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 il 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasının çəkilməsi qadının himayəsində olan 2013-cü il tarixdə doğulmuş uşağının 14 yaşına çatanadək təxirə salınıb.

    İttihama görə, hadisə 2 sentyabr 2023-cü il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsinin kəsişməsində yerləşən “Green kafe”nin həyətində qeydə alınıb.

    Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Sabrina Məmmədova təxminən 7-8 il qeyri-rəsmi münasibətdə olduğu, zərərçəkmiş Səttar Balayevdən (adı, soyadı şərtidir) estetik əməliyyatlar üçün 10-15 min manat civarında pul tələb edib. Səttar isə bu tələbi yerinə yetirməkdən imtina etdikdə aralarında mübahisə yaranıb və onlar ayrılmaq qərarına gəliblər.

    Hadisədən bir müddət sonra zərərçəkmiş dostu ilə birlikdə “Green kafe”də olarkən Sabrina Məmmədova ora gələrək eks sevgilisinə yaxınlaşıb. Məhkəmə materiallarına əsasən, qadın yüksək səslə Səttara təhqirlər yağdırıb və daha sonra masanın üzərindəki mobil telefonu götürərək bir neçə dəfə onun başına çırpıb. Nəticədə Səttar yüngül dərəcəli bədən xəsarətləri alıb.

    Zərərçəkmiş şəxs ifadəsində qadının ondan dəfələrlə estetik əməliyyatlar və ev üçün pul istədiyini, bu səbəbdən münasibətlərində gərginlik yarandığını və hadisəyə görə onu bağışlamadığını deyib.

    Məhkəmənin qərarı ilə Sabrina Məmmədova 800 manat cərimə edilib.

  • I sinfə elektron qəbul prosesi yenidən aktivləşdirilib

    2025-2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşdirilib.

    Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib.

    I sinfə qeydiyyatı gecikən uşaqlar üçün 8 oktyabr saat 15:00-dan 15 oktyabr saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi başlayacaq.

    Qeyd edilən tarixə qədər övladları üçün mektebeqebul.edu.az saytında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.

    Qeyd edək ki, cari tədris ili üzrə bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub.

  • “Araz-Naxçıvan” yoxlama oyunu keçirəcək

    “Araz-Naxçıvan” Misli Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar yoxlama oyunu keçirəcək.

    Median.Az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rəqib I Liqada çıxış edən “Şəfa” olacaq.

    Oktyabrın 10-da, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək.

  • Cəlilabadda müəllimlər dərsə görə əlbəyaxa oldular

    Cəlilabadda müəllimlər dərsə görə əlbəyaxa olublar.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə Cəlilabadın Ləkin kənd orta məktəbində baş verib.

    Məktəbin çağırışaqədər hazırlıq müəllimi Telman Mirzəyevlə ibtidai sinif müəllimi Əfsun Məcidov arasında dərslə bağlı yaranan mübahisə davaya çevrilib, onlar bir-birlərinə yumruq zərbələri endiriblər.

    Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Премьер-министр Азербайджана выступит с приветственной речью на тбилисском форуме “Шелковый путь”

    Премьер-министр Республики Азербайджан Али Асадов примет участие в официальной церемонии открытия тбилисского форума “Шёлковый путь” и вместе с премьер-министрами Грузии и Армении примет участие в диалоге высокого уровня.

    Как передает Median.Az со ссылкой на Грузия Online, об этом сообщает Министерство экономики и устойчивого развития Грузии.

    По информации ведомства, форум пройдёт 22-23 октября в пятый раз и соберёт около 2 000 делегатов.

    “Тбилисский форум “Шёлковый путь” уже утвердился как международная платформа высокого уровня – как для диалога между правительствами различных стран, так и для многостороннего сотрудничества между государствами, международными организациями и бизнесом”, – отмечается в сообщении.

    На мероприятии, помимо премьер-министров, присутствовать будут высокопоставленные политики, представители бизнес-сектора и международных организаций, премьер-министры и вице-премьеры стран региона, отраслевые министры, руководители ведущих мировых компаний и международных финансовых институтов, а также эксперты международного уровня.

    Впервые в рамках Тбилисского форума “Шёлковый путь” 23 октября состоится Тбилисский финансовый саммит, который по своим масштабам станет беспрецедентным. Саммит будет организован Министерством экономики и устойчивого развития Грузии и Национальным банком Грузии в партнёрстве с базирующейся в Сингапуре организацией Global Finance and Technology Network (GFTN).

    В ходе панельных сессий форума будут рассмотрены такие важные направления, как международная торговля и существующие вызовы, транспорт и логистика, развитие Среднего коридора, энергетика, цифровая трансформация и другие темы. Отдельная панельная сессия будет посвящена инвестиционному климату и возможностям Грузии.

    “Тбилисский форум “Шёлковый путь” впервые состоялся 10 лет назад, в 2015 году, и с тех пор проводится раз в два года”, – говорится в сообщении Министерства экономики и устойчивого развития Грузии.

  • Əli Əsədov Tbilisidə “İpək yolu” forumunda iştirak edəcək

    Baş nazir Əli Əsədov Gürcüstanın paytaxtı Tbilisidə “İpək yolu” forumunun rəsmi açılış mərasimində iştirak edəcək.

    Bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat verib.

    O, Gürcüstan və Ermənistan baş nazirləri ilə birlikdə yüksəksəviyyəli dialoqda iştirak edəcək.

    Nazirliyin məlumatına görə, forum oktyabrın 22-23-də beşinci dəfə keçiriləcək və təxminən 2000 nümayəndəni bir araya gətirəcək.

    Tədbirdə baş nazirlərlə yanaşı, yüksəksəviyyəli siyasətçilər, biznes sektorunun və beynəlxalq təşkilatların nümayəndələri, region ölkələrinin baş nazirləri və baş nazirlərin müavinləri, sahə nazirləri, dünyanın aparıcı şirkətlərinin və beynəlxalq maliyyə qurumlarının rəhbərləri, eləcə də beynəlxalq ekspertlər iştirak edəcəklər.