Month: October 2025

  • В некоторых частях Нахчывана не будет воды

    В некоторых частях города Нахчыван произойдут перебои в подаче питьевой воды.

    Как сообщает Report, в связи с аварией на магистральном трубопроводе, обеспечивающем питьевой водой улицу Алигулу Гамкюсара и микрорайон Бабек, будет приостановлена подача воды.

    Отмечается, что ремонтно-восстановительные работы, которые начнутся в 00:00 9 октября, планируется завершить в течение дня.

  • Naxçıvanın bəzi hissələrində su olmayacaq

    Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Naxçıvan şəhəri Əliqulu Qəmküsar küçəsi və Babək məhəlləsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəza ilə bağlı suyun verilməsində fasilə olacaq.

    Qeyd edilib ki, oktyabrın 9-u saat 00:00-da başlayacaq təmir-bərpa işlərinin gün ərzində yekunlaşdırılması planlaşdırılır.

  • Пассажиры будут заранее знать, когда прибудут автобусы: AYNA готовит новое приложение

    Агентство наземного транспорта Азербайджана (AYNA) готовит систему безналичной оплаты в общественном транспорте и новые мобильные приложения.

    Одним из таких приложений является MaaS (Mobility as a Service), которое в настоящее время находится на стадии тестирования. С помощью него пользователи смогут отслеживать время прибытия автобусов в режиме реального времени.

    Об этом в ответ на запрос modern.az заявили в AYNA.

    “Эта инновация повысит прозрачность и комфорт в общественном транспорте, позволяя пассажирам экономить время. В настоящее время тестируется бета-версия проекта. После испытаний приложение будет предоставлено общественности”, – отмечается в заявлении организации.

    Агентство сообщает, что в настоящее время AYNA работает над инновационными решениями с целью повышения качества обслуживания пассажиров и обеспечения удовлетворенности граждан.

  • Avtobusların nə vaxt gələcəyini əvvəlcədən biləcəyik

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ictimai nəqliyyatda nağdsız ödəniş və yeni mobil tətbiqləri istifadəyə hazırlayır.

    Belə tətbiqlərdən biri də hazırda test mərhələsində olan “MaaS” (Mobility as a Service) tətbiqidir. Mobil tətbiq vasitəsilə istifadəçilər avtobusların gəliş vaxtını real zaman rejimində izləyə biləcəklər.

    Median.Az
    xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq agentlikdən bildirilib.

    Qeyd edilib ki, AYNA “MaaS” (Mobility as a Service) mobil tətbiqi sayəsində istifadəçilər avtobusların gəliş vaxtını real zamanda izləyə biləcəklər.

    “Bu yenilik ictimai nəqliyyatda şəffaflıq və rahatlığı artıraraq sərnişinlərin vaxtına qənaət etməyə imkan verəcək. Hazırda layihənin beta-versiyası test olunur. Sınaqlardan sonra tətbiq ictimaiyyətin ixtiyarına veriləcək”, – deyə qurumdan verilən açıqlamada qeyd olunub.

    Agentlik bildirir ki, sərnişinlərə göstərilən xidmət keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə hazırda AYNA tərəfində innovativ həllər üzərində iş aparılır.

  • FHN-in kapitanı generalın bir milyon manatını ələ keçirib

    Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı, kapitan Ayaz Bayramov 3 milyon manata yaxın dələduzluqda ittiham olunur.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, A.Bayramov bir müddət əvvəl hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

    İstintaq materiallarında yazılıb ki, kapitan zərərçəkmişlərlə birgə ticarət fəaliyyəti ilə məşğul olub. Daha sonra yaranmış etibardan sui-istifadə edərək həmin şəxslərin ümumilikdə 3 milyon manata yaxın pulunu ələ keçirib.

    Məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini general-mayor Raul Zeynalov da aldadılanlar sırasındadır. Ona təxminən 1 milyon manata yaxın ziyan dəydiyi bildirilir.

    Zeynalovdan başqa, iş üzrə daha 8 nəfər də zərərçəkmiş qismində tanınıb.

    Təqsirləndirilən şəxs isə ittihamla razı deyil. Onun vəkili hesab edir ki, tərəflər birgə iş görüblər, sonda da bəzi haqq-hesablar düz gəlməyib. Yəni işdə cinayət tərkibi hesab oluna biləcək bir hal yoxdur.

    Kapitana qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Dəymiş ziyan ödənilmədiyi halda, bu maddə ilə təqsirli bilinən şəxsi 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

    Məlumat üçün bildirək ki, 39 yaşında general-mayor rütbəsinə layiq görülən R.Zeynalov hazırda heç bir dövlət qurumunda çalışmır, onun biznes fəaliyyəti ilə məşğul olduğu deyilir.

  • Pensiyalar bu tarixdə veriləcək

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi tarixi açıqlanıb.

    Pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının 10-da ödəniləcək.
    Daha sonra isə qrafikə uyğun olaraq respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.
    Qeyd edək ki, 2025-ci ilin iyulun 1-i vəziyyətinə əsasən, Azərbaycanda Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 103,3 min pensiyaçı qeydiyyatdadır. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən artıb.
     
    \milli.az

  • Azərbaycanda xəyanətə görə öldürülən qadına yas verilmədi

    Azərbaycanda xəyanətə görə öldürülən qadına yas verilməyib.

    Məlumata görə, Şəmkirin Şiştəpə kəndində ər və arvadın yol kənarında mübahisəsi ölümlə nəticələnib.
    Kənd sakini 41 yaşlı Röyalə Hacıyevanın ölümündə şübhəli əri 54 yaşlı Arif Hacıyevdir.
    Qohumlar iddiaları edir ki, ər və arvad arasında münaqişənin başlamasına səbəb qadının sədaqətsizliyi olub. Hətta məsələ məhkəməyə qədər gedib çıxıb.
    Hadisə qeydə alınan vaxt ailənin 17 yaşlı oğlu Ayxan Hacıyev hər iki əli və budundan xəsarət alıb. Ona zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
    Şəmkir Rayon Prokurorluğundan verilən məlumata görə, aparılan araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Hacıyevin bıçaqla xəsarətlər yetirməklə Röyalə Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib və o, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə açılan cinayət işi çərçivəsində şübhəli şəxs qismində tutulub.
    Məlumata görə, dünyasını dəyişən qadın üçün yas mərasimi təşkil olunmayacaq.
     
    milli.az

  • Bakının bu əraziləri “plana düşdü” – Tezliklə söküləcək

    2035-ci ilə qədər Bakının Baş Planının həyata keçirilməsi nəzərdə tutulub.

    Median.Az AzTV-yə istinadən xəbər verir ki, plan daxilində şəhər ərazisində ciddi dəyişikliklər gözlənilir.
     
    Belə ki, Bakıda istismar müddətini başa vurmuş binalar söküləcək və yerində yeni, müasir tələblərə cavab verən tikililər inşa olunacaq.
    Həmçinin, Mərkəzi Parkın ərazisi genişləndiriləcək.

  • Пашинян “бросил вызов” бывшим президентам Армении

    Премьер-министр Армении Никол Пашинян вызвал на дебаты трех предыдущих президентов страны. Среди них – Левон Тер-Петросян, Роберт Кочарян и Серж Саргсян.

    Об этом он написал в своем Telegram-канале.

    “Вы трое, скажите, придете ли вы на дебаты или нет”, – говорится в сообщении.

    Эти три политика находились на посту после провозглашения независимости Армении в 1991 году. Пашинян уже не единожды критиковал своих предшественников, которых в армянской прессе прозвали его “бывшими”. Армянский премьер обвинил их в коррупции и извлечении выгоды из Карабахского конфликта. Предыдущий вызов Пашиняна в адрес “бывших” оказался без ответа.

  • Paşinyan Ermənistanın keçmiş prezidentlərini debata çağırdı

    Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin əvvəlki üç prezidenti – Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyanı debata çağırıb.

    Paşinyan bu barədə özünün “Telegram” kanalında yazıb.

    Bu üç siyasətçi Ermənistanın 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra vəzifədə olublar.

    Paşinyan dəfələrlə sabiq dövlət başçılarını ilk növbədə Qarabağ siyasətinə yanaşmalarına görə tənqid edib. Ermənistanın baş naziri onları korrupsiyada və münaqişədən qazanc əldə etməkdə ittiham edib. Paşinyanın keçmiş liderlərə əvvəlki çağırışları cavabsız qalıb.