Month: October 2025

  • Azərbaycanda onlayn qumar şəbəkəsinə qarşı ƏMƏLİYYAT – Saxlanılanlar var (Video)

    Polis əməkdaşlarının onlayn qumar və mərc oyunlarına qarşı mütəmadi olaraq profilaktik tədbirlər keçirməsinə baxmayaraq, sosial şəbəkələrdə hələ də bu cür qanunsuz hərəkətlərə rast gəlinməkdədir.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən bu istiqamətdə daha bir neçə əməliyyat-texniki tədbir hazırlanaraq həyata keçirilib.

    Əməliyyatlar zamanı 42 yaşlı Həsən Səbili, 33 yaşlı Orxan İbrahimli və əlbir olduğu 28 yaşlı Taleh Ağayarov, həmçinin 36 yaşlı Salman Cəfərov və tanışı 35 yaşlı Rauf Hüseynov saxlanılıblar.

    Adları sadalanan şəxslər ölkədən kənarda yaradılan “7isles”, “fastloto.com” və “chcplay.net” internet saytlarında təşkil edilmiş qumar oyunlarının idarəçiləri ilə cinayət əlaqəsinə keçərək əlbir olublar. Daha sonra onlar həmin saytlar üzərindən sosial şəbəkələrdə “Ambassasdor”, “Kazino 555”, “VİP 888”, “Shangrila” və digər səhifələr açaraq yerli vətəndaşları mərc oyunlarına cəlb ediblər.

    Saxlanılan şəxslərin istifadə etdikləri ofis və mənzillərə baxış zamanı elektron sübutlar, bank kartları, çoxsaylı mobil nömrə və s. sübutlar aşkarlanıb. Araşdırmalarla dəstə üzvlərindən götürülən bank kartlarının ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlər müqabilində alınaraq qanunsuz pul köçürmə əməliyyatlarında istifadə edildiyi də müəyyən olunub.

    Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

    “Bir daha vətəndaşları qanunsuz mərc və qumar adı altında sosial şəbəkələrdə təşkil olunan oyunlarda iştirak etməməyə çağırırıq. Xüsusi olaraq vurğulayırıq ki, qanunsuz onlayn mərc oyunları üzərindən qazanılan məbləği göndərmək adı ilə vətəndaşlardan bank kartı məlumatları tələb edilir. Belə olan təqdirdə isə həmin şəxslər kiberdələduzluq halları ilə üzləşə və bank hesablarında olan pul vəsaitlərini itirə bilərlər”, – məlumatda deyilir.

  • Вопрос с гражданами Азербайджана, задержанными в московском аэропорту Жуковский, находится под контролем посольства

    Вопрос, связанный с задержанием граждан Азербайджана в московском аэропорту Жуковский, находится под контролем посольства Азербайджана в России.

    Как сообщили АПА в пресс-службе посольства, в настоящее время сотрудники консульства занимаются разрешением данного вопроса.

    Также в посольстве отметили, что граждане Азербайджана обязаны за 72 часа до прибытия в Российскую Федерацию зарегистрироваться и получить разрешение через соответствующее приложение, однако, к сожалению, многие этого не делают:

    “Поэтому у них возникают такие проблемы. Еще один момент – задержанные в аэропорту Жуковский могут находиться там до недели, поскольку российская сторона самостоятельно организует их возвращение на родину. В аэропорт Жуковский не летают самолёты Азербайджана, туда летают только российские рейсы, которые выполняются два раза в неделю – в первый и четвёртый дни. Поэтому, если завтра самолёт будет заполнен не полностью и будут места, то наших граждан, видео с которыми распространилось, отправят в Азербайджан уже завтра. Если же мест не будет, то их отправят в понедельник на следующей неделе”, – сообщил наш собеседник.

  • Moskva hava limanında Azərbaycan vətəndaşları saxlanılıblar – SƏBƏB

    Moskvanın Jukovski hava limanında saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məsələ ölkəmizin Rusiyadakı Səfirliyinin nəzarətindədir.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

    Qeyd olunub ki, hazırda konsulluğun əməkdaşları bu məsələnin həlli ilə məşğuldurlar.

    Səfirlikdən o da bildirilib ki, Azərbaycan vətəndaşları Rusiya Federasiyasına gəlməmişdən 72 saat öncə müvafiq proqramda qeydiyyatdan keçib icazə almalıdırlar, lakin təəssüflər olsun ki, vətəndaşlarımız buna əməl etmirlər:

    “Ona görə də bu problemlərlə qarşılaşırlar. Bir məsələ də var. Belə ki, Jukovski hava limanında həmin şəxsləri bir həftəyə qədər də saxlaya bilərlər. Çünki orada saxlanılanları Rusiya tərəfi özləri ölkələrinə geri qaytarırlar. Belə ki, Jurkovski hava limanına Azərbaycan təyyarələri uçmur, ancaq Rusiya təyyarələri uçur. Bu reyslər də həftədə iki dəfə: birinci və dördüncü günlər həyata keçirilir. Ona görə də sabah təyyarədə yer olsa, həmin vətəndaşlarımızı Azərbaycana göndərəcəklər. Yer olmasa, gələn həftənin birinci günü göndəriləcəklər”, – deyə həmsöhbətimiz bildirib.

  • Pakistan sərhədində konvoya bombalı hücum olub – 11 hərbçi öldü

    Yaraqlılar Əfqanıstan sərhədi yaxınlığında Pakistan hərbi karvanına pusqu quraraq, doqquz əsgər və iki zabiti öldürüblər.

    Pakistanın beş təhlükəsizlik rəsmilərinin məlumatına görə, çoxlu sayda yaraqlının şimal-qərbdəki Kurram rayonunda bombalı hücum həyata keçiriblər.

    Məlumata görə, hücuma məsuliyyəti yerli Taliban döyüşçüləri öz üzərinə götürüb.

  • Azərbaycanda körpələrə ən çox verilən adlar

    Ötən il Azərbaycanda körpələrə ən çox verilən adlar məlum olub.

    Bu, Dövlət Statistika Komitəsinin “Azərbaycanda kişilər və qadınlar” məcmuəsində öz əksini tapıb.

    Bildirilib ki, qızlara ən çox Zəhra və Zeynəb adları verilib. Bu adlar sırasında Mələk, İnci, Fatimə, Ayla, Nilay, Melisa, Aylin, Məryəm də var.

    Oğlanlara isə ən çox Uğur adı verilib. Tunar, Ayxan, Məhəmməd, Murad, Ömər, Raul, Yusif, Hüseyn, Əli adları da bu sıradadır.

  • Gənc idmançı təşəkkür etdi

    11 -13 aprel tarixində Azərbaycan Kikboksinq Federasiyası və Xüsusi Təyinatlı İdman Klubunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə təşkil edilən açıq çempionatda, eləcə də bir çox yarışlarda qalib olan peşəkar idmançı Borcəli Omar Rəşad oğlu budəfəki yarışda da iştirakçılar arasındadır.

    Borcəli Omar yarışda Daxili İşlər Nazirliyinin Daxili Qoşunların xüsusi təyinatlıları adından iştirak edəcək. Bundan əvvəl dəfələrlə öz qələbələrini Daxili Qoşunların Vətən müharibəsində şəhid olan 66 xüsusi təyinatlısı da daxil olmaqla bütün şəhidlərə ithaf edən

    O. Borcəli budəfəki yarışın təşkilində əməyi olan, onun bu yarışda iştirakını təmin edən, maddi-mənəvi dəstəyini əsirgəməyən şəxslərə təşəkkür edib. Ölkəmizdə idmanın inkişafına xüsusi diqqət ayrıldığını deyən idmançı ölkəmizin idman şərəfini qorumaq üçün yaradılan hərtərəfli şəraitdən istifadə edildiyini bildirib.

    Onu da qeyd edib ki, yarışın təşkilati məsələlərinin yüksək səviyyədə həllində, gənclərin idmana olan həvəsinin artmasında, bacarıqlarının inkişaf və nümayiş etdirməsində Kikboksinq Federasiyasının xüsusi rolu var.

    Gənc idmançı qələbə əzmində olduğunu deyərək budəfəki yarışdan da qalib ayrılacağına ümidini ifadə edib. O, Daxili İşlər naziri Vilayət Eyvazova, Daxili Qoşunların komandanlığına, Sabunçu rayon Polis İdarəsinin rəisi Cavid Muradova, Sabunçu rayonu 13-cü Polis Bölməsinin rəisi polkovnik leytinantı Anar Süleymanova təşəkkür edib. Bildirib ki, budəfəki yarışda iştirakı üçün Sabunçu rayon Polis İdarəsinin rəhbərliyi və şəxsi heyəti hərtərəfli yardımını əsirgəməyib. Ona bəslənən ümidləri doğruldacağına inandığını deyən O.Borcəli ölkəmizdə idmanın inkişafına göstərilən dəstəyin təzahürü olan belə yarışların təşkilinin xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb.

    Qeyd edib ki, əvvəllər olduğu kimi, o bu yarışda da qələbəsini şəhidlərə ithaf edəcək.

    İnanırıq ki, ölkəmizdə keçirilən yarışlarda kikboksinqin inkişafına öz dəstəyini fiziki cəhətdən göstərməklə yanaşı, kiçik yaşlarından formalaşan aydın nitqi və zəkası Omara parlaq qələbələr gətirəcək.

  • İlham Əliyev Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Xorvatiya parlamentinin sədri Azərbaycana ilk dəfə səfər etdiyini deyərək, paytaxt Bakının gözəlliyinin onda dərin təəssürat hissi yaratdığını bildirib.

    Qordan Yandrokoviç Prezident İlham Əliyevi Azərbaycan dövləti və xalqı naminə gördüyü işlərə və xidmətlərinə görə təbrik edib. Qonaq, həmçinin Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəliyə aparılması istiqamətində əldə edilmiş nəticələr münasibətilə də təbriklərini çatdırıb.

    Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Qordan Yandrokoviç parlamentlərarası münasibətlərin daha da genişləndirilməsi üçün imkanların mövcud olduğunu vurğulayıb. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərdiyini qeyd edən qonaq dostluq qrupları ilə yanaşı, müxtəlif parlament komitələri arasında da əməkdaşlığın vacibliyinə toxunub.

    Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

    Dövlətimizin başçısı Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.

    Xorvatiyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafını daim dəstəkləməsi vurğulanıb.

    Görüşdə ikitərəfli münasibətlərin dostluq və tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdiyi bildirilib, enerji, sərmayələr, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu diqqətə çatdırılıb, ölkələrimizin beynəlxalq parlamentlərarası təsisatlar çərçivəsində əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.




  • Azərbaycanda bəzi tibbi ləvazimatların idxal gömrük rüsumları 60% azaldılıb

    Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, müxtəlif qoruyucu burunaltılıların 1 cütünün idxalı üçün gömrük rüsumları gələn il iyunun 30-na qədər 15 ABŞ dollarından 9 ABŞ dollarına (60%) endirilib.

    Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

  • Bakı-Qazax yolunda qəzada bir ailənin dörd üzvü xəsarət alıb

    Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralında, yolun Sığırlı kəndindən keçən hissəsində baş verib.

    “Mitsubishi Pajero” minik maşını idarəetmədən çıxaraq beton dirəyə çırpılıb. Nəticədə 4 nəfər – 1979-cu il təvəllüdlü Maqsud Qaraşov, 2010-cu il təvəllüdlü Yusif Maqsud oğlu Qaraşov, 1990-cı il təvəllüdlü Aytac Elxan qızı Qaraşova və 1946-cı il təvəllüdlü Məxmər Xalıqverdi qızı Qaraşova müxtəlif xəsarətlər alıblar. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Tiktoker canlı yayımda söyüş söydü

    Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və çağırışlar edən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

    Median.Az xəbər verir ki, Azərbaycan polisinin də bu məsələdə əməyi olduqca danılmazdır. Son günlər sosial şəbəkələrdə qeyri-etik yayımlar edən şəxslərin inzibati qaydada həbslərinə baxmayaraq, bəzilərinə dərs olmur.

    Belə ki, Tiktokda daha çox “Pajizni Cesi” ləqəbi ilə tanınan 1998-ci il təvəllüdlü Cəsarət Cavadov içkinin təsiri altında yayımlar edərək cəmiyyətə qarşı açıq hörmətsizlik edib.

    Belə ki, adı çəkilən şəxs ötən ilin aprelində cəmiyyətə qarşı açıqca hörmətsizlik və qeyri-etik paylaşımlar etdiyinə görə müvafiq qərarla 30 sutka inzibati qaydada həbs edilib.

    Görünür, Cəsarət Cavadov bu cəzadan nəticə çıxarmayaraq yenidən “köhnə vərdişlərini” davam etdirir.

    Daxili İşlər Nazirliyinin hər zaman olduğu kimi bu məsələdə də tədbirlərin həyata keçiriləcəyini böyük ümidlə gözləyirik.

    Orxan Rasifoğlu