Month: October 2025

  • Beyləqanda 14 yaşlı qıza təcavüzlə bağlı cinayət işi başlandı: İki yeniyetmə həbs olundu

    Beyləqanda 14 yaşlı qıza seksual xarakterli hərəkətlər edən iki yeniyetmə həbs edilib.

    Hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakinləri, 2008-ci il təvəllüdlü M.Qurbanlı və 2007-ci il təvəllüdlü S.Quluzadə həmkəndliləri, orta məktəbin 8-ci sinif şagirdi G.N.-ə qarşı seksual hərəkətlər ediblər. Onlar müxtəlif vaxtlarda 2010-cu il təvəllüdlü qızla kəndin kənarında görüşərək, qızla qeyri-təbii yolla cinsi əlaqədə olublar.

    Hadisə barədə qızın valideynləri xəbər tutandan sonra, həmin qız evdən qaçaraq Bakıya gəlib. O, gözəllik salonlarından birinə yaxınlaşaraq, iş axtardığını bildirib. Salonda işləyən xanımlardan biri onun 14 yaşı olduğunu biləndən sonra G.N.-in valideynləri ilə əlaqə saxlayıb və qızın Bakıya qaçdığını bildirib. Qadın onu öz avtomobili ilə Beyləqan rayonuna apararaq, polisə təhvil verib.

    Polis əməkdaşlarının apardıqları araşdırmalarla məlum olub ki, 14 yaşlı qız ümumilikdə 6 nəfər yeniyetmə ilə qeyri-təbii yolla cinsi əlaqədə olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 6 nəfər – Ö.Quluzadə, D.Əlizadə, M.Əliyev, C.Əhmədzadə. S.Quluzadə və M.Qurbanlı müəyyən edilərək saxlanılıblar, faktla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxslərlə bağlı məhkəmə qərarı ilə “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilib.

    Beyləqan Rayon Məhkəməsinin hökmləri ilə M.Qurbanlı və S.Quluzadənin hər biri bir il müddətinə azadlıqdan məhrum edilib.
    //oxu.az

  • Azərbaycan Prezidenti Qəbələdə Macarıstanın baş naziri ilə görüşüb – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.




  • Ermənistan parlamentinin 44 günlük müharibə ilə bağlı hesabatı arxivə göndərildi

    Ermənistan parlament komissiyasının 44 günlük müharibənin səbəb və hallarını araşdıran hesabatı arxivə göndərilib.

    Bu barədə parlament sədrinin mətbuat katibi Movses Arutyunyan xəbər verib.

    Onun sözlərinə görə, sənədi plenar iclasların gündəliyinə daxil etmək müddət uyğunsuzluğu səbəbindən hüquqi cəhətdən mümkün olmayıb.

    Xatırladaq ki, bir müddət əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan da sözügedən hesabatı Milli Assambleyada sessiyanın gündəliyinə salmaqdan imtina edib. O izah edib ki, komissiyanın işinin nəticələrinin dərci üçün qanunla nəzərdə tutulan bütün müddətlər keçib və Milli Assambleyanın reqlamentinə görə, onun sənədi sessiyanın gündəliyinə daxil etmək hüququ yoxdur.

  • Bakıda yollardan birində hərəkət 60 saat müddətində qismən məhdudlaşdırılacaq

    7 oktyabr saat 08:00-dan 9 oktyabr saat 00:00-dək Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti avtomobil yolunun sözügedən hissəsində qismən məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

  • Известный “экстрасенс” Кашпировский госпитализирован

    Анатолий Кашпировский госпитализирован в одну из московских клиник из-за обострения онкологического заболевания.

    Как передает Median.Az со ссылкой на Telegram-канал 112, в клинике телепат пройдет курс лучевой терапии.

    Анатолий Кашпировский – советский психотерапевт. С его слов, он может лечить людей дистанционно. Известность пришла к нему в 1988, когда он провел сеанс дистанционного лечения одной из жительниц страны.

    Сегодня Кашпировский продолжает пропагандировать свои методики лечения.

  • Məşhur “ekstrasens” Kaşpirovski xəstəxanaya yerləşdirilib

    Özünü ekstrasens adlandıran və 90-cı illərdə “distant müalicə” üsulları ilə məşhurlaşan rusiyalı psixoterapevt Anatoli Kaşpirovski Moskvada xəstəxanaya yerləşdirilib.

    Median.Az bu barədə “112” “Telegram” kanalına istinadla xəbər verir.

    Bildirilir ki, onun onkoloji xəstəliyi kəskinləşib və radiasiya (şüa) terapiyası kursu keçəcək.

    Bununla yanaşı, Kaşpirovskinin nümayəndələri onun hazırda sanatoriyada olduğunu bildiriblər. Lakin xəstəliyin kəskinləşməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirməkdən imtina ediblər.

    Qeyd edək ki, sovet dövrünün ən böyük fırıldaqçılarından hesab olunan Kaşpirovski televiziya vasitəsilə “sehrli” seanslar keçirərək, insanları sağaltdığını iddia edirdi.

  • Президент Кыргызстана Садыр Жапаров прибыл с визитом в Азербайджан – ФОТО

    6 октября Президент Кыргызстана Садыр Жапаров прибыл с визитом в Азербайджан для участия в 12-м саммите Совета глав государств Организации тюркоязычных государств (ОТГ).

    Как сообщает АЗЕРТАДЖ, в Габалинском международном аэропорту в честь высокого гостя был выстроен почетный караул.

    В аэропорту президента Кыргызстана Садыра Жапарова встречали министр науки и образования Азербайджана Эмин Амруллаев и другие официальные лица.


  • Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib – FOTO

    Qırğız Respublikasının Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 6-da Azərbaycana səfərə gəlib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Qırğızıstan Prezidenti Sadır Japarovu hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.


  • Bakıda fəhlə faciəli şəkildə ölüb

    Bakıda fəhlə faciəli şəkildə ölüb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilir ki, hadisə paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsinin ərazisində yerləşən kərpic zavodunda qeydə alınıb.

    Vurğulanıb ki, zavodun təmir işləri aparan 1996-cı il təvəllüdlü Əfqan Babayevin dam örtüyündən yıxılaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Məhkəmədə Ermənistan silahlı qüvvələrinin Gəncəyə raketlərlə zərbələr endirməsi ilə bağlı sənədlər elan edilib

    Oktyabrın 6-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

    Məhkəmə iclasında 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərinə raket atılması ilə bağlı sənədlər oxunub.

    Epizodlar üzrə tədqiq olunan sənədlərdə göstərilib ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını, o cümlədən silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq, 2020-ci il oktyabr ayının 4-də, 5-də, 8-də, 11-də və 17-də cəbhədən uzaqda yerləşən Gəncə şəhərində yaşayış məntəqələrinə, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən təhsil və tibb obyektlərinə, həmçinin mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə 9K58 “Smerç” (BM-30) və 9K72 “Elbrus” tipli raketlərlə zərbələr endiriblər. Bununla da Ermənistan silahlı qüvvələri hərbi zərurətdən irəli gəlməyən genişmiqyaslı dağıntılar, mülki vətəndaşların xəsarət alması və ölümü ilə nəticələnən, habelə mülki əhalinin xüsusilə külli miqdarda əmlakının məhv edilməsi ilə müşayiət olunan terrorçuluq və digər cinayətlər törədiblər.

    İstintaq zamanı qeyd olunan hadisələrin hər biri üzrə hadisə yerlərinə baxış keçirilib, həlak olmuş şəxslərin meyitlərinin tibb eksperti tərəfindən müayinəsinin aparılması, habelə yaralanmış şəxslərin xəsarətlərinə dair tibbi rəylərin alınaraq iş materiallarına əlavə edilməsi, ölmüş zərərçəkmiş şəxslərin hüquqi varislərinin tanınaraq dindirilməsi həyata keçirilib, eyni zamanda, xəsarət almış şəxslərin zərərçəkmiş şəxs qismində tanınmalarına dair qərarların qəbul edilərək iş üzrə dindirilməsi, habelə şahidlərin dindirilməsi və sair istintaq hərəkətlərinin həyata keçirilməsi təmin edilib.

    Sənədlərdə qeyd olunub ki, 2020-ci il oktyabr ayının 4-də, 5-də, 8-də, 11-də və 17-də Gəncə şəhərinə edilmiş raket hücumları nəticəsində 26 mülki şəxs qəsdən öldürülüb, 175 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həlak olmuş 26 nəfərdən 10-u kişi, 10-u qadın, 6-sı isə yetkinlik yaşına çatmayan şəxslərdir. Xəsarət almış 175 nəfərin isə 61-i kişi, 66-sı qadın, 48-i isə yetkinlik yaşına çatmayanlardır.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.