Month: October 2025

  • Реджеп Тайип Эрдоган посетит Габалу

    Президент Турции Реджеп Тайип Эрдоган посетит азербайджанскую Габалу.

    Об этом директор Управления коммуникаций Администрации главы турецкого государства Бурханеттин Дуран написал в своем аккаунте в соцсети Х.

    “Реджеп Тайип Эрдоган по приглашению Президента Азербайджана Ильхама Алиева посетит Азербайджан 7 октября 2025 года для участия в 12-м саммите Организации тюркских государств (ОТГ), который пройдет в Габале”, – говорится в публикации.

    Отмечается, что в рамках мероприятия, которое будет посвящено теме “Региональный мир и безопасность”, планируется обсуждение мер по укреплению институциональной структуры ОТГ и активизации сотрудничества внутри организации. Ожидается принятие различных документов и решений, включая Габалинскую декларацию.

    Турецкий лидер примет участие в заседании Совета глав государств и проведет двусторонние встречи с главами государств и правительств стран-участниц саммита.

  • Rəcəb Tayyib Ərdoğan Qəbələyə səfər edəcək

    Rəcəb Tayyib Ərdoğan Qəbələyə səfər edəcək.

    Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Burhanettin Duran öz “X” hesabında etdiyi paylaşımda məlumat verib.

    “Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə toplantısında iştirak etmək üçün 2025-ci il oktyabrın 7-də Azərbaycana səfər edəcək.

    “Regional sülh və təhlükəsizlik” mövzusunda keçiriləcək sammit çərçivəsində Türk Dövlətləri Təşkilatının institusional strukturunun möhkəmləndirilməsi və təşkilat daxilində əməkdaşlığın gücləndirilməsi istiqamətində səylər nəzərdən keçiriləcək. Qəbələ Bəyannaməsi daxil olmaqla, müxtəlif sənədlərin və qərarların qəbul edilməsi gözlənilir.

    Prezidentimizin sammit çərçivəsində Dövlət Başçıları Şurasının iclasına qatılması, iştirakçı dövlət və hökumət başçıları ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub”, – deyə paylaşımda bildirilib.

  • Mərdəkan prospektində hərəkətin təşkilində dəyişiklik edilir – Video

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Mərdəkan prospektində hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə müvafiq təhlillər aparılıb. Hazırda hava limanının ərazisindən çıxan nəqliyyat vasitələri Mərdəkan prospektinin kənar yolu ilə əksinə hərəkət edərək müxtəlifsəviyyəli yol qovşağına istiqamətlənməklə Əli İsazadə küçəsinə yönləndirilir.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Bildirilib ki, bu da nəqliyyat vasitələrinin hərəkəti zamanı ciddi təhlükəsizlik problemlərinin, qəza hallarının yaranmasına gətirib çıxarır.

    Problemin aradan qaldırılması məqsədilə Mərdəkan prospektinin kənar yoluna müvafiq yol nişanları quraşdırılaraq hərəkət istiqaməti dəyişdirilir və hərəkət Zığ şosesi ilə birləşmədəki yol qovşağına yönləndirilir.

  • Sabirabadda restoranda 20 heyvanın qanunsuz saxlanıldığı aşkarlanıb

    Sabirabadda “İZ” ailəvi restoranında iki tovuzquşu, üç qırqovul, 15 göyərçinin baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat yayıb.

    Bildirilib ki, sahibkarlıq subyektinə quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib.

    Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır.

  • Ötən ay sərhəddə 8,6 milyon manat həcmində qaçaqmal aşkar olunub

    2025-ci ilin sentyabr ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya və narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilib.

    Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

    Bildirilib ki, ay ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 8 629 755 manat оlan qaçaqmal, о cümlədən dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

    Dövlət sərhədlərinin təhlükəsizliyi istiqamətində sərhəd mühafizə, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

  • Ильхам Алиев принял в Габале генерального секретаря Организации тюркских государств

    6 октября Президент Азербайджанской Республики Ильхам Алиев принял в Габале генерального секретаря Организации тюркских государств (ОТГ) Кубанычбека Омуралиева.

    Как сообщает АЗЕРТАДЖ, в ходе беседы с удовлетворением были отмечены встречи главы нашего государства с Кубанычбеком Омуралиевым.

    Генеральный секретарь поздравил Президента Ильхама Алиева с достигнутыми в Вашингтоне при свидетельстве президента Соединенных Штатов Америки Дональда Трампа результатами, связанными с мирной повесткой между Азербайджаном и Арменией.

    Глава государства поблагодарил за поздравления.

    Кубанычбек Омуралиев выразил Президенту Ильхаму Алиеву признательность за поддержку Азербайджаном повышения международного авторитета Организации тюркских государств, укрепления сотрудничества между странами-членами и странами-наблюдателями.

    На встрече было подчеркнуто, что предстоящий в Габале 12-й саммит Совета глав государств Организации тюркских государств посвящен теме “Региональный мир и безопасность”, отмечено, что в рамках мероприятия будут обсуждаться актуальные вопросы, стоящие в повестке дня организации.

    Глава государства выразил уверенность, что этот саммит будет способствовать укреплению дружбы, солидарности и партнерства в тюркском мире.

    В ходе беседы состоялся обмен мнениями о перспективах сотрудничества между нашей страной и ОТГ.

  • İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının baş katibini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısı ilə qonağın görüşləri məmnunluqla xatırlanıb.

    Baş katib Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

    Dövlətimizin başçısı təbriklərə görə təşəkkür edib.

    Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da artması, üzv və müşahidəçi ölkələr arasında əməkdaşlığın gücləndirilməsi işinə Azərbaycanın verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

    Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunduğu vurğulanaraq, tədbir çərçivəsində təşkilatın gündəliyində duran aktual məsələlərin müzakirə ediləcəyi bildirilib.

    Dövlətimizin başçısı bu Zirvə Görüşünün Türk dünyasında dostluq, həmrəylik və tərəfdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

    Söhbət zamanı ölkəmizlə təşkilat arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

  • Sumqayıtda partlayıcı maddələr aşkar edildi

    Sumqayıt şəhəri, Qurd dərəsi bağları ərazisində 130 mm-lik artilleriya mərmisinə məxsus partlayıcı maddələr aşkarlanıb.

    Aşkar olunan materiallar arasında 3 ədəd “VM 45” və 38 ədəd “VM 30” markalı partlayıcı nümunələr qeydə alınıb.

    Məlumat daxil olan kimi yerində təhlükəsizlik tədbirləri görülüb və tapılan partlayıcı maddələr aidiyyəti üzrə müvafiq xidmətlərə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Qubada saxlanılan şəxslərdən 8 kq narkotik vasitə aşkarlanıb

    Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 44 yaşlı Fuad Fərhadov saxlanılıb.

    Həmin şəxsdən 6 kiloqram marixuana 2 kiloqrama yaxın heroin və metadon həblər aşkarlanıb.

    Saxlanılan şəxs narkokuryerliyə cəlb edildildiyini və Quba rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdığını bildirib.

    Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə rayon sakini 38 yaşlı Cəmil Abdullayev saxlanılıb. Həmin şəxsin evindən narkotik vasitə olan heroin və marixuana aşkar olunaraq götürülüb.

    Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

  • Viktor Orban Azərbaycana gəlir

    Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.

    Macarıstan lideri oktyabrın 6-7-də Qəbələdə keçiriləcək Türk Dövlətlər Təşkilatının Zirvə toplantısında iştirak edəcək.

    Səfər zamanı Macarıstanın Baş naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə də ikitərəfli danışıqlar aparacaq.