Bakıda kişi şadlıq sarayının pilləkənlərindən yıxılıb.
Hadisə paytaxtın B.Çobanzadə küçəsində yerləşən “Şərq” şadlıq sarayında baş verib.
Məlumata görə, sentyabrın 23-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Orxan Qarayev şadlıq sarayının pilləkənindən yıxılıb. Xəsarət alaraq xəstəxanaya yerlədirilən şəxs ötən gün orada ölüb.
Bakının mərkəzinə yaxın, infrastrukturla təmin olunmuş torpaq sahələrinə tələbat artıb. Qiymətləndiricilər Palatasının məlumatına görə, torpaq qiymətlərində son dövrdə 15-20 faiz artım qeydə alınıb.
Median.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, təklifin məhdudluğu və tikinti üçün əlverişli ərazilərə maraq nəticəsində torpaq qiymətlərində artım olub. Onun sözlərinə görə, bəzi yerlərdən artım daha yüksəkdir.
Ekspertin sözlərinə görə, şəhərin mərkəzinə yaxın torpaq sahələri məhdud olduğu üçün bu ərazilərdə də qiymətlərdə yüksək artım var.
Ekspert bildirir ki, Sumqayıt və Xırdalan şəhərlərində torpaq qiymətləri son 1 ildə 10-12 faiz arasında artıb. Ən az artım isə kənd təsərrüfatı torpaqlarında qeydə alınıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür.
Məhz bu gün 2009-cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulmuşdur. Bu əlamətdar gün münasibətilə Türk dünyasını səmimi qəlbdən təbrik edirəm.
Türk dünyası bizim ailəmizdir! Ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasında böyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir.
Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinə, Türk xalqları arasında həmrəyliyin daha da möhkəmlənməsinə böyük töhfə verrmişdir. Azərbaycan Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan da sonra davam etdirəcək. Qardaşlığımız əbədidir!”
Bakıda dəhşətli cinayət hadisəsi qeydə alınıb. Qardaş öz bacısını iş yoldaşı olan sevgilisi ilə birlikdə görərək avtomobili onların üzərinə sürüb. Nəticədə bir gənc hadisə yerindəcə həyatını itirib.
Hadisəyə səbəb olan ilkin mübahisənin təfərrüatı məlum olub.
Məlumata görə, valideynlərini itirən Xəyal və Nəzakət adlı (adlar şərtidir) bacı və qardaş birlikdə yaşayırdılar. Mebel mağazasında çalışan Nəzakətin həmin mağazanın əməkdaşı Mehdi ilə (ad şərtidir) münasibətləri olub.
Bildirilir ki, Xəyal bacısının Mehdi ilə yazışdığını aşkar etdikdən sonra aralarında mübahisə yaranıb. Nəzakət hər hansı bir xoşagəlməz addım atmadığını bildirsə də, hadisədən bir gün sonra Xəyalın bacısına “hər şey adət-ənənəyə uyğun olmalıdır” deməsi ilə gərginlik davam edib.
Cinayət hadisəsi Nəzakətin və Mehdinin iş vaxtları bitdikdən sonra baş verib. Xəyal avtomobillə müştərini ünvana çatdırıb geri qayıdarkən, bacısı Nəzakəti və Mehdini yol kənarında birlikdə addımlayarkən görüb.
Bu mənzərəni görən Xəyal avtomobili qəsdən onların üzərinə sürüb. Zərbə nəticəsində Mehdi hadisə yerindəcə ölüb, Nəzakəti isə xilas etmək mümkün olub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb və hadisəni törədən şəxs saxlanılıb.
Bakının Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsində ictimai iaşə obyektlərinin qarşısında sakinlərin sərbəst hərəkətinə mane olan dibçəklər və günlüklər sökülüb.
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat verib.
“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında ərazidə baxış keçirilib. Yoxlama zamanı piyada səkisində quraşdırılan qurğuların piyadaların təhlükəsiz və maneəsiz hərəkətinə ciddi çətinlik yaratdığı müəyyən olunub”, – məlumatda deyilir.
Qeyd olunub , Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə həmin dibçəklər və günlüklər yığışdırılıb, səkilər əvvəlki vəziyyətinə qaytarılıb.
Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib.
Median.Az “Report”a istinadən xəbər verir ki, o, bu gün 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.
Xatırladaq ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. 1967-1973-ci illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu “Müalicə işi” ixtisası üzrə bitirib.
Bir sıra xəstəxanalarda və vəzifələrdə çalışan O.Şirəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci il oktyabrın 20-də səhiyyə naziri təyin olunub, 2021-ci il aprelin 23-dək bu vəzifədə çalışıb.
O, 2015-ci il avqustun 12-də səhiyyənin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.
Rusiyanın Krasnoyarsk diyarının Yermakovski rayonunda “An-2” təyyarəsi qəzaya uğrayıb.
Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
İlkin məlumata görə, insident Bakı vaxtı ilə saat 14 radələrində baş verib. Təyyarənin göyərtəsində iki nəfər varmış və onlar həlak olublar.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsinin bildirdiyinə görə, hadisə ilə bağlı cinayət işi açılıb.
“Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümü ilə nəticələnən hava nəqliyyatı təhlükəsizliyi qaydalarının pozulması” maddəsi üzrə cinayət işi qaldırılıb”, – deyə məlumatda bildirilib.
Bakının Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsində ictimai iaşə obyektlərinin qarşısında sakinlərin sərbəst hərəkətinə mane olan dibçəklər və günlüklər sökülüb.
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.
“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında ərazidə baxış keçirilib. Yoxlama zamanı piyada səkisində quraşdırılan qurğuların piyadaların təhlükəsiz və maneəsiz hərəkətinə ciddi çətinlik yaratdığı müəyyən olunub”, – məlumatda deyilir.
Bildirilir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə həmin dibçəklər və günlüklər yığışdırılıb, səkilər əvvəlki vəziyyətinə qaytarılıb.
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar edən şəxs müəyyən olunaraq saxlanılıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində 2002-ci il təvəllüdlü, “Tofi” ləqəbli Yevlax rayon sakini Tofiq Qasımlı məsuliyyətə cəlb olunub.
Müvafiq qərarla T.Qasımlı inzibati qaydada həbs edilib.