Month: October 2025

  • “Bank kartlarına kiberhücumlar artır” – DİN-dən vətəndaşlara MÜRACİƏT

    Bank kartlarından kiberoğurluq hallarının sayı ümumilikdə kəskin azalsa da, son günlər vətəndaşların bank kartlarına kibermüdaxilə halları yenidən müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Məlumatda qeyd olunub ki, xarici nömrələrdən bank əməkdaşı adı ilə daxil olan saxta zənglər və mesajlar kart sahiblərini aldadaraq maliyyə məlumatlarını ələ keçirmə cəhdləridir:

    “Heç vaxt bank kartınızın PIN kodunu, SMS-ə gələn təsdiq şifrəsini, CVV kodunu və digər məxfi məlumatları tanımadığınız şəxslərlə paylaşmayın. Heç bir bank telefon zəngi və ya SMS vasitəsilə kart məlumatı tələb etmir, belə müraciətlərə inanmayın, onlar saxtadır. Şübhəli zəng və yazışmalara heç bir halda cavab verməyin, əlaqəni dərhal kəsin və nömrəni bloklayın.

    Əgər kart məlumatlarınızı bölüşmüsünüzsə və ya şübhəli əməliyyat aşkar etmisinizsə, dərhal bankınızla əlaqə saxlayın, kartı blokladın və əməliyyatlar üzrə məlumat verin. Zərərçəkmiş olmusunuzsa və ya saxta zəng barədə məlumatınız varsa, polis orqanlarına müraciət edin və şübhəli nömrə və mesaj barədə məlumat verin.

    Hər kəsə diqqətli olmağı, kiber təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edirik”, – məlumatda deyilir.

  • Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    5. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    7. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    11. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    12. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    13. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

    14. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    15. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    16. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    17. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    18. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    19. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

    20. Babək prospekti, mərkəz istiqamətində;

    21. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində sıxlıq müşahidə olunur.

  • İrəvan məhkəməsi arxiyepiskop Mikael Adjapaxyan barəsində qərar verdi

    İrəvan məhkəməsi arxiyepiskop Mikael Adjapaxyanı iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. O, hökumətin devrilməsinə açıq çağırışlarda ittiham olunur.

    Bu barədə “Sputnik Ermənistan” “Telegram” kanalı məlumat verib.

    Məlumata görə, məhkəmə zalında yığışanlar hökmə gurultu ilə reaksiya veriblər, daha sonra “Biabırçılıq!” deyə qışqırmağa başlayıblar.

    Arxiyepiskop Mikael Adjapaxyan həbs hökmünü təbəssümlə qəbul edib.

    Qeyd edək ki, daha əvvəl prokuror Adjapaxyanın faktiki həbsdə qaldığı vaxtın çıxılması ilə 2.5 il azadlıqdan məhrumetmə cəzasının verilməsini tələb edirdi. Din xadimi iyun ayının sonundan həbsdədir.

  • Bakıdа susızma problemi – səbəbləri, nəticələri və ən etibarlı həll yolu

    Evdə və ya ofisdə qəfil su sızması – vaxtında müdaxilə həyati əhəmiyyət daşıyır.

    Kiçik bir damcıdan başlayan susızma qısa zamanda divarlarda kif, parketdə şişmə, qonşularla mübahisə və əlavə xərclər kimi ciddi nəticələrə gətirib çıxara bilər.

    Bakıda köhnə borular və keyfiyyətsiz quraşdırmalar səbəbindən susızma ən çox rast gəlinən problemlərdəndir. Vaxtında peşəkar müdaxilə edilmədikdə problem həm evinizin durumuna, həm də cibinizə ciddi təsir edir.

    Su sızmasının əsas səbəbləri

    – Köhnəlmiş və paslanmış borular;

    – Keyfiyyətsiz santexnika quraşdırılması;

    – Boru birləşmələrinin boşalması;

    – Normadan yüksək su təzyiqi;

    – Ucuz və zəif materiallardan istifadə.

    Bu səbəblər susızma probleminin başlıca qaynaqlarıdır. Problemi vaxtında həll etmək həyati əhəmiyyət daşıyır.

    Su sızmasının nəticələri

    – Divar və tavanlarda ləkələr, kif və rütubət;

    – Döşəmə və parketin şişməsi;

    – Mənzilin və ofisin ümumi dəyərinin azalması;

    – Qonşularla mübahisələr və əlavə xərclər;

    – Sağlamlığa mənfi təsirlər (rütubət, allergiya, kif).

    Unutmayın: vaxtında aradan qaldırılmayan susızma uzunmüddətli və ciddi problemlərə yol açır.

    Susızmanın həlli – peşəkar xidmət

    Özbaşına sızmanı aradan qaldırmaq əksər hallarda vəziyyəti daha da çətinləşdirir.

    Bakı üzrə təcrübəli santexnik ustalar müasir avadanlıq ilə sızmanın yerini dəqiq müəyyən edir və qısa müddətdə tam həll təqdim edirlər. Peşəkar müdaxilə həm vaxtınıza, həm də pulunuza qənaət edir.

    Niyə məhz biz?

    – Bakı üzrə 7/24 təcili su sızma xidməti;

    – Təcrübəli santexnik ustalar;

    – İşlərə zəmanət;

    – Münasib qiymət və sürətli xidmət.

    Susızma problemini gecikdirmədən həll etmək üçün peşəkar susızma xidməti ilə əlaqə saxlayın.

    Ətraflı məlumat və bütün xidmətlər üçün ziyarət edin: susizma.az

    Susızma problemini gecikdirməyin – evinizi, büdcənizi və sakitliyinizi qoruyun!

  • Tokayev Azərbaycana səfər edəcək

    Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev 6-7 oktyabr tarixlərində Türk Dövlətləri Təşkilatının dövlət başçıları şurasının XII sammitində iştirak üçün Azərbaycana rəsmi səfər edəcək.

    Median.Az Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tokayev Azərbaycan Prezidentinin dəvəti ilə oktyabrın 6-7-də Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfər edəcək.

  • “Sərin” və “Göygöl” restoranlarında vəhşi heyvan və quşların saxlanılması ilə bağlı monitorinqlər aparılıb

    Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən monitorinq çərçivəsində Göyçay rayonunda fəaliyyət göstərən, Rübayıl Akif oğlu Allahverdiyevə məxsus “Göygöl” restoranında bir baş meymun və üç baş qırqovulun, Ağdaş rayonu, Ağdaş-Qəbələ yolunda fəaliyyət göstərən, Arif Şoşan oğlu Mehdiyevə məxsus “Sərin” restoranında isə yeddi baş çöl quşunun (iki baş qırqovul, üç baş kəklik və iki baş ördək) baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkarlanıb.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, sahibkarlıq subyektlərinə heyvan və quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib.

    Qeyd edək ki, ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında vəhşi heyvanların, quşların saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır.

    Monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanarsa, agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.

  • Azərbaycanda 4 nəfər dövlətə xəyanətə görə həbs edildi – Biri hərbçidir

    Azərbaycanda içlərində hərbçi də olmaqa 4 nəfər dövlətə xəyanətdə ittiham olunur.Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibtidai istintaqı başa çatdırılmış cinayət işi üzrə toplanmış materiallar Bakı Hərbi Məhkəməsinə daxil olub.

    Həmin şəxslər bir müddət əvvəl həbs ediliblər.

    Məlumata görə, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan İlkin Qənbərov və Vüsal Ağayev DTX tərəfindən görülmüş tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb olunmuşlar. Onlardan Vüsal Ağayev hərbçidir.

    DTX tərəfindən davam etdirilən tədbirlər zamanı Tural Alıyev İordaniya Haşimilər Krallığı ərazisində, Məmməd Şərifov isə Türkiyə Respublikası ərazisində ələ keçirilərək Azərbaycan Respublikasına gətiriliblər.

    Təqsirləndirilən şəxslərə qarşı AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

    Bu maddənin sanksiyasında 12 ildən 20 ilədək və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
    //unikal.az

  • Великий герцог Люксембурга Анри отрекся от престола в пользу своего сына Гийома

    Великий герцог Люксембурга Анри отрекся от престола в пользу своего сына Гийома, который принес присягу на верность народу.

    Об этом сообщил телеканал RTL.

    Анри, которому в этом году исполнилось 70 лет, возглавлял государство почти 25 лет. Он взошел на престол после отречения отца – великого герцога Жана 7 октября 2000 года.

    Новому великому герцогу 43 года, он женат на бельгийке Стефани, урожденной графине Де Ланной. У них двое детей: пятилетний Шарль, который становится наследным принцем, и трехлетний Франсуа.

    В Люксембурге принцип передачи власти путем отречения является давней традицией, основу которой заложила великая герцогиня Мария-Аделаида в 1919 году.

  • Lüksemburqun Böyük Hersoqu Henri taxtdan imtina etdi

    Lüksemburqun Böyük Hersoqu Henri millətinə sədaqət andı içən oğlu Qiyomun xeyrinə taxtdan imtina edib.

    Bu barədə RTL telekanalı məlumat verib.

    Bu il 70 yaşı tamam olan Henri 25 ilə yaxın ölkəyə rəhbərlik edib. O, 7 oktyabr 2000-ci ildə atası Böyük Hersoq Janın taxtdan imtina etməsindən sonra taxta çıxıb.

    Yeni Böyük Hersoqun 43 yaşı var, o, belçikalı qadın, qrafinya Stefani de Lannua ilə evlidir. Onların iki övladı var: vəliəhd şahzadə olacaq beş yaşlı Şarl və üç yaşlı Fransua.

    Lüksemburqda hakimiyyətin taxtdan imtina yolu ilə ötürülməsi prinsipi 1919-cu ildə Böyük Hersoginya Mariya-Adelaida tərəfindən əsası qoyulmuş çoxdankı ənənədir.

  • Bu itlərdən təlimlərdə istifadə edilə biləcək

    “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nda dəyişiklik edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

    Qərara əsasən, Ədliyyə Nazirliyinə yeni hüquq verilib.

    Belə ki, məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən Ədliyyə Nazirliyinin kinoloji xidməti tərəfindən kinoloji xidmət itlərinin narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərində istifadə oluna biləcək.