Month: October 2025

  • Bir qrup dərman vasitələrinin qiyməti tənzimləndi

    Azərbaycanda bir qrup dərman vasitələrinin qiyməti tənzimlənib.

    Bu barədə Tarif Şurasının bugünkü iclasında müvafiq qərarlar qəbul edilib.

    İclasda yeni dövlət qeydiyyatına alınan 187 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 6 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 45 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.

    Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

    Qərar oktyabrın 7-dən qüvvəyə minir.

  • Peşə tanınması imtahanının nəticələri elan olundu

    29 sentyabr 2025-ci il tarixində DİM tərəfindən keçirilmiş imtahanda iştirak etmək üçün 186 nəfər namizəd qeydiyyatdan keçib, bunlardan 144 nəfəri imtahanda iştirak edib, yalnız 52 nəfəri keçid balını toplayıb.

    Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) verilən məlumata görə, 14 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 36% təşkil edib. İxtisaslar üzrə iştirak edən və keçid balını toplayan namizədlərlə bağlı statistikanı təqdim edirik.

    Sözügedən imtahana dair statistika ilə keçiddən tanış ola bilərsiniz:

    İmtahanda ixtisaslar üzrə müraciət sayına uyğun olaraq, ən çox imtina alan 4 ixtisasın TKTA tərəfindən ölkələr üzrə təhlili aparılıb.

    Belə ki, peşə tanınması imtahanında “Hüquqşünaslıq” ixtisası üzrə 71 nəfər iştirak edib, onlardan yalnız 24 nəfəri uğurlu nəticə əldə edib.

    47 nəfərin uğursuz nəticəsi qeydə alınıb:

  • Великий герцог Люксембурга Анри отрекся от престола в пользу своего сына Гийома

    Великий герцог Люксембурга Анри отрекся от престола в пользу своего сына Гийома, который принес присягу на верность народу.

    Об этом сообщил телеканал RTL.

    Анри, которому в этом году исполнилось 70 лет, возглавлял государство почти 25 лет. Он взошел на престол после отречения отца – великого герцога Жана 7 октября 2000 года.

    Новому великому герцогу 43 года, он женат на бельгийке Стефани, урожденной графине Де Ланной. У них двое детей: пятилетний Шарль, который становится наследным принцем, и трехлетний Франсуа.

    В Люксембурге принцип передачи власти путем отречения является давней традицией, основу которой заложила великая герцогиня Мария-Аделаида в 1919 году.

  • Lüksemburqun Böyük Hersoqu Henri taxtdan imtina etdi

    Lüksemburqun Böyük Hersoqu Henri millətinə sədaqət andı içən oğlu Qiyomun xeyrinə taxtdan imtina edib.

    Bu barədə RTL telekanalı məlumat verib.

    Bu il 70 yaşı tamam olan Henri 25 ilə yaxın ölkəyə rəhbərlik edib. O, 7 oktyabr 2000-ci ildə atası Böyük Hersoq Janın taxtdan imtina etməsindən sonra taxta çıxıb.

    Yeni Böyük Hersoqun 43 yaşı var, o, belçikalı qadın, qrafinya Stefani de Lannua ilə evlidir. Onların iki övladı var: vəliəhd şahzadə olacaq beş yaşlı Şarl və üç yaşlı Fransua.

    Lüksemburqda hakimiyyətin taxtdan imtina yolu ilə ötürülməsi prinsipi 1919-cu ildə Böyük Hersoginya Mariya-Adelaida tərəfindən əsası qoyulmuş çoxdankı ənənədir.

  • Xəzər dənizində brakonyerlər saxlanılıblar

    Ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması, su bioresurslarının mühafizəsinə nəzarəti gücləndirmək məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı Lənkəran rayonu Xəzər dənizinin su ərazisində qanunsuz balıq ovu ilə məşğul olan A.Salayev və Ə.İslamov saxlanılıblar.

    Baxış zamanı həmin şəxslərdən 183 ədəd müxtəlif növ balıqlar və ov alətləri götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

    Xəzər dənizində, xidməti ərazi olan qoruq, milli park və su hövzələrində su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə su polisləri tərəfindən müvafiq dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

  • На одном из проспектов Баку ограничат движение из-за ремонтных работ

    На проспекте Хатаи будут введены ограничения в связи с ремонтными работами.

    Об этом сообщили в Государственном агентстве автомобильных дорог Азербайджана.

    С 22:00 3 октября на проспекте Хатаи в Наримановском районе Баку (участок от пересечения с улицей Мирали Гашгая до пересечения с улицей Абдулазала Демирчизаде) в связи с проведением ремонтных работ движение транспортных средств будет частично ограничено в промежутке с 7:00 до 00:00, а в промежутке с 00:00 до 7:00 – полностью ограничено до завершения ремонтных работ.

    Водителей просят с пониманием отнестись к проводимым работам и заранее использовать альтернативные маршруты в соответствии с направлением движения.

  • Bakının bir prospektində təmir işləri ilə əlaqədar məhdudiyyət tətbiq ediləcək

    Xətai prospektində təmir işləri ilə əlaqədar məhdudiyyət tətbiq ediləcək.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, oktyabrın 3-də saat 22:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində (Mirəli Qaşqay küçəsi ilə kəsişmədən Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməyədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti təmir işləri bitənədək 7:00-24:00 saat aralığında qismən, 24:00-7:00 saat aralığında isə hissə-hissə, tam məhdudlaşdırılacaq.

    Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

  • Задержанный в США армянский блогер не будет экстрадирован в Армению

    Задержанный в США скандальный блогер Вардан Гукасян не будет экстрадирован в Армению.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, о таком решении суда сообщает учрежденная им партия “ДОК”.

    В то же время решением суда видеоблогер должен покинуть США, так как допустил нарушения норм миграционного законодательства.

    Весной Гукасян был задержан миграционными властями США, а позже – арестован.

    Видеоблогер известен своими “разоблачительными” публикациями, которые касаются тех или иных известных персон в армянской власти и оппозиции. Армянскими правоохранителями он объявлен в розыск по целому ряду уголовных дел, связанных с вымогательством и другими преступлениями.

  • ABŞ-də saxlanılan erməni bloqer Ermənistana ekstradisiya edilməyəcək

    ABŞ-də saxlanılan qalmaqallı bloqer, DOK partiyasının qurucusu və keçmiş sədri Vardan Qukasyan Ermənistana ekstradisiya edilməyəcək.

    Median.Az-ın “Sputnik Ermənistan”a istinadən xəbərinə görə, onun təsisçisi olduğu DOK partiyası bu barədə məhkəmə qərarını açıqlayıb.

    Bildirilib ki, eyni zamanda, miqrasiya qanunvericiliyini pozduğuna görə bloqer məhkəmənin qərarı ilə ABŞ-ni tərk etməlidir.

    Xatırladaq ki, Vardan Qukasyan yazda ABŞ miqrasiya orqanları tərəfindən saxlanılıb, daha sonra isə həbs edilib.

    Videobloqer Ermənistan hökuməti və müxalifətinin tanınmış simalarını hədəf alan “ifşa” paylaşımları ilə tanınır. O, Ermənistan hüquq-mühafizə orqanları tərəfindən hədə-qorxu ilə pul tələb etmə və digər cinayətlərlə bağlı bir sıra maddələr üzrə axtarışa verib.

  • İdxal olunan sarıkök məhsulunda uyğunsuzluq aşkarlanıb

    İrandan Azərbaycana idxal edilən sarıkök məhsulunda bakteriya aşkarlandı.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində AQTA-nın əməkdaşları tərəfindən fiziki şəxs Cümşüd Vəliyevin İran İslam Respublikasından idxal etdiyi, ümumi çəkisi 2 ton olan “Saibaba Agrilink Private Limited” əmtəə nişanlı üyüdülməmiş sarıkök məhsulu partiyasından nümunələr götürülüb.

    Müayinələr nəticəsində məhsul partiyasında bakteriya (Bacillus cereus) aşkarlanıb.

    Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.