Month: October 2025

  • III MDB Oyunları: Azərbaycan gimnastı bürünc medal qazanıb

    Azərbaycan gimnastı Selcan Mahsudova III MDB oyunları çərçivəsində batut gimnastikası üzrə qızların fərdi yarışında bürünc medal qazanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, idmançı 56.040 xal toplayıb.

    Belaruslu idmançı Lana Lebedeva (57.710 xal) qızıl, rusiyalı Anjela Bladçeva isə (57.660 xal) ikinci olub.

    Qeyd edək ki batut gimnastikasında fərdi yarışlara bu gün yekun vurulacaq.

  • Миллиардер Ибрагим Сулейманов обвиняется в убийстве экс-главы Федеральной службы в Москве – ФОТО (Обновлено)

    Ибрагима Сулейманова проверяют на причастность к убийству экс-главы Федеральной службы финансового оздоровления (ФСФО) в 2004 году.

    Как передает Median.Az, об этом сообщил Telegram-канал Baza.

    Речь идёт о покушении на Георгия Таля – в начале нулевых он занимался банкротством аэропортов столицы и представлял интересы ведущих российских бизнесменов при банкротстве предприятий. Киллер подстерег Таля в центре Москвы утром, когда бывший глава ФСФО выходил из дома на Басманной улице. Он выстрелил в жертву 4 раза и скрылся – Таля оперативно госпитализировали, но спасти не смогли.

    На фото Георгий Таль
    * * * * *


    В Москве задержали предпринимателя и миллиардера Ибрагима Сулейманова, которого подозревают в убийстве.

    Как передает Median.Az, об этом сообщил Telegram-канал Baza.

    По данным канала, предпринимателя задержали в ночь на 2 октября. Его подозревают в убийстве, совершенном несколько лет назад. Других подробностей этого дела не сообщается.

    В ближайшее время Сулейманову изберут меру пресечения, следствие будет настаивать на аресте миллиардера.

    Сулейманова называют одним из самых влиятельных олигархов современной России. Он уже был судим за мошенничество и отмывание денег, однако даже после этого смог сохранить влияние и власть. Ранее ему приписывали контроль над госсистемой бронирования авиабилетов АО “Сирена-Трэвел” и влияние в ключевых отраслях – транспорт, авиация и информационные технологии.

    На фото Ибрагим Сулейманов

  • Milyarder İbrahim Süleymanov Moskvada tanınmış şəxsin qətlində ittiham edilir – FOTO (Yenilənib)

    Rusiyanın paytaxtı Moskvada saxlanılan milyarder İbrahim Süleymanov 2004-cü ildə Rusiyanın Maliyyə Bərpası və İflas Federal Xidmətinin (RMBİFX) keçmiş rəhbəri Georgi Talın qətlində iştirakı ilə bağlı yoxlanılır.

    Median.Az bu barədə “Baza” “Telegram” kanalına istinadla xəbər verir.

    Söhbət Moskvanın iri biznes dairələrində tanınan Georgi Tala qarşı törədilən sui-qəsddən gedir. 2000-ci illərin əvvəllərində, o, paytaxt aeroportlarının müflisləşmə prosesləri ilə məşğul olur və tanınmış rusiyalı iş adamlarının maraqlarını müdafiə edirdi.

    Fotoda RMBİFX-nin keçmiş rəhbəri Georgi Tal

    Qeyd edək ki, hadisə Moskvanın mərkəzində baş verib. Qatil səhər saatlarında Basman küçəsindəki evindən çıxan G.Talı pusquya salıb. O, RMBİFX rəhbərinə dörd dəfə atəş açaraq hadisə yerindən qaçıb. Tal dərhal xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

    * * * * *


    Milyarder və tanınmış iş adamı İbrahim Süleymanov Moskvada qətl ittihamı ilə saxlanılıb.

    Bu barədə məlumatı “Baza” “Telegram” kanalı yayıb.

    Bildirilir ki, biznesmen bir neçə il əvvəl törədilmiş qətldə şübhəli bilinir.

    “Yaxın saatlarda Süleymanov barəsində həbs-qətimkan tədbiri seçiləcək. İstintaq onun həbsdə saxlanılmasında israr edəcək”, – deyə mənbə bildirib.

    Qeyd olunur ki, İbrahim Süleymanov müasir Rusiyanın ən nüfuzlu oliqarxlarından biri hesab edilir. O, əvvəllər dələduzluq və çirkli pulların yuyulması ittihamları ilə məhkum edilsə də, nüfuzunu və hakimiyyətini qorumağa nail olub. Onun “Sirena-Travel” SC aviabilet bronlaşdırma dövlət sistemi üzərində nəzarətə malik olduğu, həmçinin nəqliyyat, aviasiya və informasiya texnologiyaları kimi əsas sahələrdə ciddi təsir gücünə sahib olduğu bildirilir.
    //oxu.az

  • Ağsuda kişi lotereyada pul qazandı: Məhkəməlik oldu

    Ağsu şəhərində maraqlı hadisə baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhər sakini M.Hüseynov Nizami küçəsində yerləşən lotereya biletlərinin satışı köşkündə işləyən 69 yaşlı V.Həmidova saxtalaşdırılmış bilet təqdim edərək 100 manat uduş əldə etdiyini deyib. Bileti götürən V.Həmidov bir qədər sonra onun üzərindəki rəqəmlərin saxta olduğunu görüb və M.Hüseynovun arxasınca onu söyüb.

    Bundan sonra tanışı Hüseynovla əlaqə saxlayaraq Həmidovun onu söydüyünü bildirib. Nəticədə həmin şəxslər arasında mübahisə baş verib.

    V.Həmidovun ictimai yerdə uca səslə söyüş söyməsi ilə bağlı onun barəsində protokol tərtib edilib və aidiyyəti üzrə məhkəməyə göndərilib.

    Bileti saxtalaşdırdığını etiraf edən M.Hüseynov imkanı olanda pulu geri qaytaracağını da söyləyib. V.Həmidov isə hər hansı xuliqanlıq əməli törətmədiyini bildirib.

    Ağsu Rayon Məhkəməsinin qərarı ilə əməldə xəta müəyyən edilmədiyindən inzibati icraata xitam verilib.

  • İranda daha bir molla öldürüldü

    Tehran şəhərinin “Bağe Feyz” məhəlləsində məscid imamı soyuq silahla hücuma məruz qalıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.

    “Azad İran” “Telegram” kanalının məlumatına görə, hadisə namaz vaxtı baş verib.

    Bildirilir ki, təxminən 40 yaşında olan şəxs imama qarın və ayaq nahiyələrindən iki bıçaq zərbəsi endirib. Molla dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsi nəticə verməyib.

    Hücum edən şəxs polis tərəfindən saxlanılıb. İlkin ifadəsində cinayətə səbəb kimi zəif dolanışıq və şəxsi problemləri olduğu göstərilib.

  • Глава МИД: Армения очень заинтересована в скорейшем возобновлении сообщения с Азербайджаном

    Армения очень заинтересована в скорейшем строительстве, открытии и возобновлении сообщения с Азербайджаном.

    Об этом в интервью польскому каналу TVP World заявил министр иностранных дел Армении Арарат Мирзоян.

    “Если говорить о железнодорожном сообщении, то, по оценкам экспертов, его строительство может занять, например, не менее двух лет. Но мы можем, например, отправлять и получать грузы, используя инфраструктуру и территорию Азербайджанской Республики”, – сказал Мирзоян.

    Он напомнил, что текст мирного соглашения с Азербайджаном уже парафирован. Армянская сторона готова подписать этот договор как можно скорее.

    “Процесс примирения займет время. Мир установлен, но он требует постоянной заботы и ежедневных усилий с обеих сторон”, – заявил Мирзоян.

  • Ermənistan XİN: “Azərbaycanla nəqliyyat əlaqələrinin bərpası bizim marağımızdadır”

    “Ermənistan Azərbaycanla nəqliyyat əlaqələrinin qurulması, açılması və bərpası prosesinin tezləşdirilməsində olduqca maraqlıdır”.

    Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın “TVP World” kanalına müsahibəsində bildirib.

    “Dəmiryolu əlaqələrinə gəldikdə, ekspertlərin qiymətləndirmələrinə görə, onun tikintisi azı iki il çəkə bilər. Lakin biz artıq Azərbaycanın infrastrukturundan və ərazisindən istifadə edərək yükdaşımaları həyata keçirə bilərik”, – deyə Mirzoyan vurğulayıb.

    O, Azərbaycanla sülh sazişi mətninin artıq paraflandığını xatırladıb və bildirib ki, Ermənistan tərəfi bu sazişi mümkün qədər tez imzalamağa hazırdır. Bununla belə o, hər iki tərəfdən insanların münasibətlərdə hələ də müəyyən ehtiyatlılıq nümayiş etdirdiklərini vurğulayıb.

    “Barışıq prosesi vaxt aparacaq. Sülh qurulub, lakin o, hər iki tərəfdən daimi qayğı və gündəlik səylər tələb edir”, – deyə Mirzoyan bəyan edib.

  • Sürücülərə MÜRACİƏT: “Avtomobillərdə işıq sisteminin nasazlığı qəza ehtimalını dəfələrlə artırır”

    Payız fəslinin gəlməsi ilə havaların tez-tez dəyişməsi, duman, yağış və qısa gündüz saatları sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir. Belə şəraitdə nəqliyyat vasitələrinin işıqlandırma sistemlərinin saz vəziyyətdə olmaması qəza ehtimalını dəfələrlə artırır.

    Bu fikirlər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərində yer alıb.

    “Yol hərəkəti təhlükəsizliyinin əsas şərtlərindən biri nəqliyyat vasitələrinin işıqlandırma sistemlərinin daim saz vəziyyətdə saxlanmasıdır. Avtomobil hərəkətdə olduğu zaman yalnız mühərrik və əyləc sistemi deyil, işıq cihazlarının da işlək vəziyyətdə olması həm sürücünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edən mühüm amillərdəndir.

    Dumanlı və ya yağışlı havada, eləcə də sutkanın qaranlıq vaxtı işıqlandırılmayan yol sahələrində işıq cihazlarının nasazlığı qəza riskini əhəmiyyətli dərəcədə artırır.

    Qanunvericiliyə əsasən, sürücü hərəkətə başlamazdan əvvəl avtomobilin texniki vəziyyətini, o cümlədən işıq cihazlarının işləkliyini yoxlamalıdır. Ön və arxa işıqların nasazlığı həm görmə, həm də görünmə imkanlarını məhdudlaşdırır ki, bu da digər hərəkət iştirakçıları üçün qəfil və gözlənilməz təhlükələrin yaranmasına səbəb olur.

    Xüsusilə məhdud görünmə şəraitində – duman, yağış, qar və ya gecə vaxtı işıqlandırılmayan yol sahələrində işıqlandırma sisteminin nasazlığı qəza ehtimalını dəfələrlə artırır.

    Unutmayaq ki, yollarda təhlükəsizlik hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından asılıdır. İşıqlandırma sisteminə göstərilən laqeyd münasibət təkcə bir sürücünün deyil, digər hərəkət iştirakçılarının da həyatını risk altına qoyur”, müraciətdə deyilir.

  • Məhkəmə tanışına qarşı 65 min manatlıq dələduzluq edən şəxslə bağlı qərar çıxardı

    Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Həsən İslamovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

    İttiham aktına görə, 2023-cü ilin may ayının son ongünlüyündə təqsirləndirilən Həsən İslamov tanışı, zərərçəkmiş Alim Məmmədovun (adı və soyadı şərtidir) ona zəng edərək digər tanışı ilə görüşüb sonuncudan 65 000 manat məbləğində pulu götürərək göndərməsini xahiş edib. O bundan istifadə edərək həmin pulu ələ keçirmək qərarına gəlib. Bu məqsədlə təqsirləndirilən şəxs Alimə pulu götürüb çatdıracağı barədə yalan vəd verib, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində, bazarın qarşısında yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında həmin şəxslə görüşərək ondan 65 000 manat məbləğində pulu alıb.

    Daha sonra Həsən həmin pulu Bakı şəhəri, metronun “28 May” stansiyasının yanında gözləyən zərərçəkmiş şəxsə çatdırmalı olduğu halda, verdiyi vədə əməl etməyərək şəxsi məqsədlərinə sərf edib.

    Nəticədə təqsirləndirilən şəxs özgənin etibarından sui-istifadə və aldatma yolu ilə külli miqdarda ziyan vuraraq dələduzluq cinayəti törədib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

  • Bakıda avtobusda ödəniş etməyən sərnişin sürücünün qulaq pərdəsini cırdı

    Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Pənah Göyüşovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən baş prokurorun müavini Heydər Məmmədov tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, apellyasiya protesti təmin edilib, təqsirləndirilən şəxsin cinayət işi üzrə icraata xitam verilməsinə dair Səbail Rayon Məhkəməsinin qərarı ləğv edilib. Pənah Göyüşov Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək qazancının 20 faizi dövlət nəfinə tutulmaqla altı ay müddətə islah işləri cəzasına məhkum olunub.

    İttiham aktına görə, 07 aprel 2025-ci il tarixdə, saat 18 radələrində Pənah Göyüşov həyat yoldaşı ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində 5 nömrəli marşrut üzrə hərəkət edən avtobusa minib. Gediş haqqının ödənilməməsi səbəbindən avtobusun sürücüsü, zərərçəkmiş Mahir Qubadovla (adı, soyadı şərtdir) aralarında mübahisə yaranıb.

    Hadisənin davamında həmin gün saat 19:40-da təqsirləndirilən şəxs Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahədə yerləşən 5 nömrəli marşrutun son dayanacağında zərərçəkmiş sürücü ilə mübahisə edib, ona qarşı qəsdən zor tətbiq edib. Bu zaman Pənah əli ilə Mahirin qulaq nahiyəsinə vuraraq ona sol qulaq pərdəsinin perforasiyası (cırılması) ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirib.

    Hadisədən sonra Pənah Göyüşov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

    Səbail Rayon Məhkəməsinin hökmü ilə cinayət işi üzrə icraata xitam verilmişdi.